Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə58/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
225
Lodz  əməliyyatı zamanı xüsusilə  fərqlənmişdi; o, rus qoşun 
hissələrini mühasirəyə salmaq istəyən alman generalı Ma-
kenzinin planlarını puça çıxarmışdı. Bundan sonra II Qafqaz 
ordu korpusunun komandiri təyin olunan S.Mehmandarov, 
müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi 
yüksəldi. 
General-leytenant  Ə.Şıxlinski rus ordusunda topçuluq 
işinin ən mahir ustalarından biri hesab olunur. 
Birinci Dünya müharibəsi illərində o bir sıra ali 
komandanlıq vəzifələrini tutmuşdu. Müharibənin ilk günlərində 
Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı. 
1915-ci ildə Ə.Şıxlinski Ali Baş Komandanın qərargahında 
topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin 
topçu qoşunları  rəisi, müharibənin sonlarına yaxın isə 10-cu 
ordunun komandanı vəzifəsinə təyin olunmuşdu. 
Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə  təltif 
olunmuş bu generallardan əlavə, 1914-1917-ci illərdə rus ordusu 
sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi. 
Birinci Dünya müharibəsi zamanı rus ordusunda 
azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu 
şuşalılardan təşkil edilmiş  və «Qafqaz yerli süvari 
diviziyasının» tərkibinə daxil olan «Tatar süvari alayı» 
adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay 
«vəhşi diviziya» adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri 
sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli 
Ordusunun ilk müjdəçiləri oldular. 
Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. 
Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə mü-
şahidə olunurdu. 
Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da 
böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya ça-
ğırmadığından  əhali işçi qüvvəsi kimi başqa işlərə  cəlb 
olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi 
VII mühazirə 
 
 
226
fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə 
əlaqədar olan işlərə  səfərbərliyə alınırdı. Bunun nəticəsində 
Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi 
təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu. 
Bu isə  kənd təsərrüfatında ciddi şəkildə  işçi qüvvəsi 
çatışmazlığı yaradırdı. 
Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qo-
yulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı. 
Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb 
oldu. 
Birinci Dünya müharibəsinin birinci dövründə döyüş 
cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk 
Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi  əməliyyatlar birbaşa 
Azərbaycan  ərazisində aparılmasa da, müharibə aparan 
tərəflərin strateji planlarında əsas yeri tuturdu. 
Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün 
hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də 
Bakı neftinə sahib olmaq idi. 
Qafqaz cəbhəsində  hərbi  əməliyyatlar davamlı deyildi. 
1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox 
sakitilik hökm sürmüşdür. 
Bütövlükdə müharibənin birinci dövründə Qafqaz 
cəbhəsində dörd iri əməliyyat keçirilmişdir. 
Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü 
Oqnut və nəhayət, Muş əməliyatı idi. 
 
3. Müharibə edən dövlətlərin planlarında  
«erməni məsələsi» və Azərbaycan 
 
Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin 
axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu 
dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki 
  mədəni maraqlarını müdafiə etmək devizi altında öz 


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
227
fəaliyyətini Cənubi Qafqazda daha da gücləndırdi. Ermənı 
məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu 
sülh və  həmrəylik  şəraitində yaşayan xalqları  dəhşətli 
fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza 
gəlməsinə  qədər bütün xalqlar burada tam əmin-amanlıq 
şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç 
bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu 
bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər 
arasında öz terrorçuluq hərəkətlərini təşkil və  təbliğ etməklə 
regionu bütünlüklə erməni  ərazisinə çevirmək istəyirdi.
 
Ona 
görə  də ermənilər birinci dünya müharibəsində yaranmış 
beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini 
reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində 
iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı 
dövləlinə  və Azərbaycan  əhalisinə qarşı hazırladıqları  məkrli 
planlarını  həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə 
Antanta və Dördlər  İttifaqına daxil olan dövlətlər də 
Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən 
öz istəklərinə uyğun  şəkildə  bəhrələnməyə çalışırdı. Bu 
baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq 
Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. 
Onlar yaxşı  dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də 
Osmanlı dövləti  ərazisində yaşayan ermənilərdən müəyyən 
şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən 
iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı 
ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd 
etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya 
ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə 
Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək. 
Dördlər  İttifaqı, xüsusən Almaniya da ermənipərəst 
mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı 
dövləti  ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaş-
dırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya 
VII mühazirə 
 
 
228
erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, 
Antanta ilə Dördlər  İttifaqı arasında erməniləri öz tərəflərinə 
çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya 
səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin 
başlanğıcında bəyan etdi ki, rus hökumətinin  əsas məqsəd-
lərindən biri erməniləri zülmdən xilas etmək və onlara mux-
tariyyət verməkdir. 
Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək 
üçün  Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında 
manifest imzalamışdı. Bu addım erməni  əhalisi arasında 
ikitirəlik yaratmışdı. Belə  şəraitdə Daşnaksütyun partiyası 
«dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı 
birini seçməkdə  çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, 
yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu 
məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi.  
Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı  ərazisində 
öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu 
istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azər-
baycan torpaqları hesabına həyat keçirdi. 
 
4.Antanta və Dördlər blokuna daxil olan dövlətlərin  
Azərbaycan siyasəti 
 
Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə 
uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması Həmədan-
Baltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb 
oldu. Rusiyada bolşeviklərin iqtidarı  ələ keçirmələri ilə bütün 
dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları 
sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz 
dikdiyi Asiyaya doğru irəliləyə bilərdi.  Bu hadisələr 
müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan 
İngiltərəni narahat edirdi. 
Ingiltərə üçün başqa bir narahatçılıq, rus ordusunun 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə