Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə55/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
215
inzibati orqanlar da daxil olmaqla Tehrandakı bütün silahlı 
qüvvələrin başçısı  təyin etdi. Şahdan məclis binasında, 
Sepəhsamar məscidində  və başqa yerlərdə  cəmləşmiş 
inqilabçıları  tərksilah  əmrini alan Lyaxov iyunun 23-də  səhər 
tezdən hücum əmrini verdi. Məclisin müdafiəçilərinin bir saat, 
«Azərbaycan», «Müzəffəri»  əncümanları  və digər yerlərdə 
toplanan döyüşçülərin isə 7 saat davam edən müqavimətinə 
baxmayaraq top atəşi altında onların binaları dağıdılaraq qarət 
edildi. Tehranın hər tərəfində  əncümanlar, qəzet redaksiyaları 
və s. dağıdıldı, 300 nəfərdən çox konstitusiyaçı  həlak oldu. 
Məclis nümayəndələrindən və konstitusiya tərəfdarlarından 
çoxu həbs və sürgün edildilər. Əksinqilab bütün İranda hücuma 
keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, 
burada Azərbaycan  əyalət  ən-cümanı, Təbriz sosial-demokrat 
təşkilatı və məhəllə əncümanları yeni inqilabi mübarizəyə, qəti 
döyüşlərə hazırlaşmağa başladılar.  İnqilabi mübarizənin 
mərkəzi Tehrandan Təbrizə keçdi. 
Mirhaşımın rəhbərlik etdiyi əksinqilabi «İslamiyyə»  ən-
cümanı ətrafında toplaşmış irticaçılar inqilabi qüvvələr «Babi», 
«dinsiz» adlandıraraq, dindar kütlələri inqilabı  hərəkatdan 
uzaqlaşdırmağa çalışırdı. 1908-ci ilin yanvıarın 30-da hər iki 
tərəf arasında ilk toqquşma baş verdi. 20 nəfər həlak oldu. 
İrticaçılar  Əmirəqız məhəlləsi istisna olmaqla, Təbrizin  şimal-
şərq hissəsini tutdular
*
  Əmirxız məhəlləsini Təbriz üsyanının 
görkəmli rəhbəri Səttar xanın

 dəstəsi, Xiyaban məhəlləsini isə 
                                                 
*
 Бу дюврдя Тябриздя 12 рясми мящялля вар иди: Ямирягыз, Дявячи, Сор-
хат,  Шешкилан,  Баъмешя,  шящярин  шяргиндлян  гярбя  доьру  ахан  Мейдан 
чайынын  (Мещранрудун)  саьында,  диэяр  мящялляляр  ися  чайын  сол  голунда 
йерляширди.  Вурушмалар  дюврцндя  Ямирхыз  истисна  олмагла  чайын  саь  тя-
ряфи яксингилабын, сол тяряфиндяки мящялляляр ися ингилабчыларын ялин-
дя олмушдур. 

  Ъянуби  Азярбайъанда  ингилаби  дюйцшлярин  яфсаняви  гящряманына 
чеврилмиш  Сяттархан  кечян  ясрин 60-ъы  илляринин  сонларында  Гарадаьда 
хырда таъир аилясиндя анадан олмушдур. Атасы Щаъы Щясян вя бюйцк гар-
дашы Исмайыл азадлыгсевяр шяхсляр олмуш, буна эюря дя щюкумят мямур-
VI mühazirə 
 
 
216
onun  ən yaxın silahdaşı Bağır xanın başçılıq etdiyi hissələr 
müdafiə edirdilər. Üsyanda kəndlilər, fəhlələr, xırda  şəhər 
burjuaziyası da iştirak edirdi. 
 İyulun 15-də  əksinqilabi qüvvələr inqilabın son səngəri 
olan  Əmirxız məhəlləsinə  hər tərəfdən yürüşə başladılar. 
Səttarxanın müqavimətinin son dəqiqələri sayılan dö-yüşdə 
əksinqilabın heç bir nəticə  əldə edə bilməməsi  əhalini 
heyrətləndirdi, silahını yerə qoymuş mücahidlərdə inqilabı 
müdafiə hissini qüvvətləndirdi. Öz kiçik dəstəsi ilə hücuma 
keçən Səttarxan  şəhərin mərkəz hissəsində bütün damlardan, 
darvazalardan və  məscidlərdən ağ bayraqları vurub salaraq, 
onların yerlərinə  qırmızı bayraqlar asdırdı. Bu hadisə  İran 
inqilabında tarixi dönüşün  əsasını qoydu. Əvvəlcə  Əmirəqız, 
sonra isə bütün Təbriz və  Cənubi Azərbaycan inqilabın 
mərkəzinə çevrilərək irtica qüvvələri üzərində qələbənin əsasını 
qoydu. 
 Səttarxanın və onun silahdaşlarının igidlik və 
qəhrəmanlığı mücahidləri hərəkətə  gətirdi. Onlar dəstə-dəstə 
Səttarxana qoşulmağa başladılar. Təbriz sosial-demokrat 
                                                                                                        
ларынын  даим  тягиб  вя  зцлмцня  мяруз  галмышлар.  Эянъ  йашларында  икян 
щюкумят  мямурларынын  Сяттарханын  аилясиня  вурдуьу  зярбяляр  (Исмайыл 
Шимали Азярбайъан цсйанчыларындан мящшур Гачаг Фярщады эизлятмясиня 
эюря  щябс  едиляряк  Тябриздя  вялиящд  Мцзяффяряддин  Мирзянин  ямри  иля 
юлдцрцлмцшдц) онда зцлмя, мцтлягиййятя гаршы нифрят щисси йаратмышды. 
Сяттар бир мцддят дювлятин силащлы дястяляриня ишя гябул олунмуш, вязи-
фя  алмыш,  лакин  бу  онун  цсйанкар  тябиятиня  уйьун  эялмядийиндян  дювлят 
гуллуьундан имтина етмиш, Тябриздя хырда алверля мяшьул олмушдур Вятя-
ниндя щюкм сцрян ядалятсизлийин шащиди олан Сяттар юзц кими силащдаш-
лары  иля  бирликдя  силащлы  гачаг  дястяси  йарадараг  айры-айры  йерлярдя 
зящмяткеш кцтляляринин мцдафиячиси кими чыхыш етмиш,дяфялярля щябся 
алынмышды.  Бцтцн  бунлар  Сяттары  халгын  севимлиси  етмишдир.  Халг  ону 
щюрмят яламяти олараг Сяттархан чаьырырды. Тябриздя мцтлягиййятя гаршы 
цсйан  башладыгда  ингилаб  дюйцшчцляринин  сырасында  Сяттархан  да  вар 
иди. 1908-ъи  илин  яввялляриндя  Тябриз  сосиал-демократ  тяшкилатынын  тя-
шяббцсц  иля  шящярин  щяр  мящяллясиндя  фядаи  дястяляри  йарадылдыгда 
Сяттархан  йашадыьы  Ямирягыз  мящяллясинин  мцъащидляриня  башчы  тяйин 
олунмушду. 


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
217
təşkilatı «Hərbi  şura» yaradaraq silahlı qüvvələrin hərbi 
cəhətdən təşkilini və nizam-intizam işlərini bu şuranın öhdəsinə 
qoydu. Təbrizin  Ərk qalasında olan silah anbarlarından bütün 
mücahidlər silahlandırıldılar. Hərbi  şura döyüşçüləri-fədailəri 
və mücahidləri 20-25 nəfərlik dəstələrə böldü. Hər dəstə özünə 
başçı seçirdi. Döyüşçüləri çörəklə  təmin etmək üçün Əmirxız 
və Xiyaban məhəllərində ancaq onlara xidmət edən çörək 
dükanları açıldı. 
Üsyanın idarə olunması  və davam etdirilməsi üçün pula, 
taxıla və silaha böyük ehtiyac var idi. Təbriz sosial-demokrat 
təşkilatının təşəbbüsü və Azərbaycan  əyalət  əncümanının 
göstərişi ilə  Təbrizdə  «İanə komisyonu» yaradıldı ki, 12 tacir 
və  hər məhəllədən 1 nümayəndənin daxil olduğu bu yardım 
komissiyası şəhərin varlılarından yardım toplayırdı. 
Tehranda çevriliş etmiş, bir çox başqa iri şəhərlərdə 
hücuma keçmiş irtica qüvvələrini və  Məhəmmədəli  şahı 
Təbrizin müqaviməti çox narahat edirdi. Buna görə 1908-ci ilin 
avqustunda buraya 40 min nəfərdən artıq silahlı qüvvə 
göndərildi. Sentyabrın 25-də  Təbriz üzərinə 2 günə  qədər 
davam edən hücum başlandı, lakin irtica qüvvələri heç bir uğur 
qazana bilməyərək oktyabrın 12-də  şəhəri tərk edib qaçmağa 
məcbur oldular. Hadisə  şah ordusu içərisində ruh düşkünlüyü 
yaratdı. Təbriz üsyançılarının qələbə  xəbəri tezliklə  İrana, 
Qafqaza və Avropanın bir çox ölkələrinə yayıldı. Paris, 
İstanbul, Nəcəf, Tiflis, Bakı  və digər mühüm şəhərlərdən 
Azərbaycan  əyalət  əncümanına, Səttarxanın ünvanına təbrik 
teleqramları göndərildi. Xalq Səttarxanı «Sərdar-e milli» 
Bağırxanı isə «Salar-e milli» adlandırdı, sonra isə  əyalət 
əncümanı bu adları rəsmiləşdirmək üçün qərar qəbul etdi.  
1907-ci ilin əvvəllərindən başlayaraq Təbriz üsyanının 
axırınadək Cənubi Azərbaycan  əyalət  əncümanı  Təbrizdə  və 
Cənubi Azərbaycanda ali hakimiyyət orqanı olduğu kimi, 1908-
ci il iyun ayından etibarən Təbrizdə yaranmış  hərbi  şura da 
VI mühazirə 
 
 
218
üsyanın silahlı qüvvələrinin baş idarə orqanı idi. 
Təbriz üsyanına ideya və təşkilati cəhətdən rəhbərlik edən 
sosial-demokrat təşkilatı (rəhbəri  Əli Müsyö) əksinqilabın 
Təbrizə qarşı daha güclü hücumlar hazırlamasından xəbərdar 
olduğu üçün şəhəri və inqilabı qorumaq məqsədilə hazırlıq işi 
aparırdı.  Şəhəri  ərzaq malları ilə  təmin etmək və ehtiyat 
hazırlamaq üçün əyalət  əncümanı xüsusi fədai dəstələri 
vasitəsilə vilayətlərdən çoxlu miqdarda taxıl və  ərzaq malları 
topladı. Geri çəkilən  əksinqilabi qüvvələr və onların qarətçi 
dəstələri isə  Cənubi Azərbaycan kəndlərini çapıb talayırdılar. 
Əyalət əncümanının göstərişi ilə Mərənd, Xoy, Salmas, Marağa 
və digər  şəhərlərə göndərilən fədai dəstələri tezliklə  həmin 
şəhərləri qaraguruhçu dəstələrdən azad etdilər. 
1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün 
qərb vilayətləri (Maku istisna olmaqla) inqilabçıların  əlinə 
keçdi. Azərbaycanın  şərq vilayətlərində  də  əksinqilaba qarşı 
etiraz güclənirdi. Lakin bütün bunlara baxmayaraq 
Məhəmmədəli şah İranın bütün əyalət və vilayətlərindən silahlı 
qüvvələr toplayır, Təbriz üzərinə göndərməkdə davam edirdi. 
1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam 
toplamışdı. 
 1909-cu il yanvarın axırlarında Təbriz  şəhəri yenidən 
mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzərinə 
əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilabçılar 
tərəfindən dəf edildi. Bununla belə mühasirədə olanlar aclıq və 
qıtlıqdan çox əziyyət çəkirdildər. Aprelin 14-də uzun müddət 
Marağa  şəhərinin qubernatoru olmuş  Səməd xanın qoşunları 
Təbrizə hücum etdilər, yenə  də müvəffəqiyyət  əldə edilmədi. 
Belə bir şəraitdə ingilislər və çar Rusiyası açıq müdaxiləyə  əl 
atdılar. Çar Rusiyası xarici konsulluqları  və  təbəələri müdafiə 
etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək bəhanəsi 
ilə aprelin 29-da öz qoşunlarını  Təbrizə yeritdi. Mayın 
əvvəllərindən etibarən rus ordusuTəbrizdə silahlı mücahidləri 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə