Baki döVLƏt universiteti


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə49/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
192
15 kimya zavodunun böyük hissəsi hərbi məhsullar (toluol, 
benzol) buraxırdı. 1916-cı ildə Bakıdakı 15 neft – yağ 
zavodunun 2-i, 9 yağ zavodundan isə 5-i işləyirdi. 1913-cü ildə 
neftayırma zavodlarına emalı üçün 320 milyon pud neft 
verilmişdisə, 1917-ci ildə bu rəqəm 225 milyon puda düşmüşdü. 
Zavodlar bu qədər neftin yalnız 69,5 milyon pudunu emal edə 
bilmişdilər.  
Müharibə illərində neft sənayesində istehsalın təmər-
küzləşməsi daha da güclənmişdi. Belə ki, 1915 – 1916-cı illərdə 
bütün çıxarılan neftin 38 – 40%-i 6 iri neft şirkətinin, neft emalı 
məhsullarının isə 33%-i 3 iri şirkətin payına düşürdü. Bank 
kapitalının istehsala təsir gücünün artması  nəticəsində 1917-ci 
ildə  əsas kapitalı 318 milyon manat olan 60 neft sənayesi 
müəssisəsi səhmdar – kommersiya banklarının nəzarəti altında 
idi.  
Təsərrüfat dağınıqlığı  şəraitində Azərbaycanda mis 
istehsalı 1914-cü ildə 56 min puddan 1917-ci ildə 23 min puda 
düşmüşdü.  
Rusiya mis sindikatına daxil olan Gədəbəy misəritmə 
zavodunun məhsulları  hərbi təyinatlı yük kimi dəmir yolu ilə 
ilk növbədə yola salınırdı.  
Müharibə illərində dövlət pambıqtəmizləmə, toxuculuq, 
gön-dəri və yeyinti sənaye sahələrini nəzarət altına almaq üçün 
bir sıra təşkilatçılıq tədbirlərinə əl atmışdı. 1915-ci ildə pambıq 
parça fabriklərini xammalla, xüsusilə mahlıcla təmin etmək, bu 
məhsul üzərinə vahid dövlət inhisar qiyməti qoymaq və s. kimi 
mühüm məsələlərin həlli ilə birbaşa məşğul olan Xüsusi 
Komitə yaradılmışdı. H.Z.Tağıyev hökumətlə bağladığı 
müqaviləyə əsasən onun toxuculuq fabrikləri təkcə 1915-ci ildə 
cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin parça 
göndərmişdi. Müharibənin ilk illərində tənəzzülə uğramış ipək 
sənayesi 1915-ci ildə 27 milyon manat dəyərində 65 min pud 
xam ipək istehsal etmişdi. Xam ipək məhsullarının böyük 
V mühazirə 
 
 
193
hissəsi Rusiyanın ipək – toxuma fabriklərinə satılmışdı.  
Cəbhə üçün işləyən gön–dəri sənayesini xammalla təmin 
etmək üçün 1915-ci ildə yaradılmış Xüsusi Komitə  Gəncə  və 
Bakıda gön-dəri tədarükü üzrə komissiyalar təşkil etmişdi.  
Müharibə dövründə tütün, spirtli içkilər və duz istehsalı 
da dövlət inhisarına keçirilmişdi və  cəbhənin ehtiyacları üçün 
işləyirdi.  Şimali Azərbaycanda ümumi səfərbərlik keçirməyən 
çar hökuməti çağırışçılar üzərinə xüsusi hərbi vergi qoymuşdu. 
Ancaq 1915-ci ildə arxa cəbhədə yaradımçı  işlərdə istifadə 
etmək üçün 50 mindən artıq azərbaycanlı  gənc (18 – 23 yaş) 
səfərbərliyə alınmışdı. Nəticədə  əmək qabiliyyətli kənd 
əhalisinin 30%-i təsərrüfat işlərindən ayrılmışdı. Üstəlik 
qaramalın, xüsusilə atların hərbi işlə  əlaqədar müsadirə 
edilməsi kənd təsərrüfatına ağır təsir göstərmişdi. Azərbaycan 
üzrə  əkin sahələri 1913-cü ildə 910 min desyatindən 1915-ci 
ildə 620 min desyatinə düşmüş, taxıl istehsalı 50%, 1917-ci ildə 
mal – qaranıın sayı 480 min baş, davarın sayı isə 500 min baş 
azalmışdı. Texniki bitkilərdən pambıq  əkinləri 1914-cü ildə 
104,3 min desyatindən 1917-ci ildə 37 min desyatinə düşərək 3 
dəfədən çox azalmışdı. Barama istehsalı isə 1914-cü ildə 261 
min puda çatdığı halda, 1917-ci ildə 130 min puda düşərək 2 
dəfə azalmışdı.  
Müharibə  əhalinin güzaranına da çox ağır təsir göstər-
mişdi. Müharibə illərində Bakıda yaşayış üçün ən zəruri ərzaq 
məhsullarının (çörək, süd, ət, yumurta, yağ  və s.) azı 300%, 
çoxu 520% bahalaşmışdı. Azərbaycanın Lənkəran,  Şamaxı, 
Şuşa, Cəbrayıl, Qazax və başqa qəzalarında ərzaq məhsulların 
bahalaşması bir yana, hətta çox zaman nəinki ət və qənd, hətta 
çörək də bazardan yoxa çıxmışdı.  
Belə ağır şəraitdə bir tərəfdən Bakıya dəmir yolu ilə taxıl 
məhsullarının gətirilməsi yarıbayarı azalmış, Bakıda iri qoşun 
hissələri yerləşdirilmişdi. Üstəlik Bakı  şəhərinə Rusiyanın 
cəbhə rayonlarından hər gün yüzlərlə yaralı,  şikəst gətirilir, 


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
194
qaçqınlar gəlirdi. Bunun nəticəsi idi ki, Bakı  şəhərinin  əhalisi 
1913-cü ildə 338,5 min nəfər olduğu halda, 1915-ci ildə 407 
min nəfərə çataraq 69 min nəfərədək artmışdı. Bu da şəhərdə 
ərzaq böhranını daha da dərinləşdirmişdi.  
Beləliklə, XX əsrin  əvvəllərində  Şimali Azərbaycan iq-
tisadiyyatının  əsas sahələrində istehsalın təmərküzləşməsi 
prosesi güclənmiş, Birinci dünya müharibəsi başlayanadək 
sənayenin  əksər sahələrində müəyyən irəliləyişlərə nail olun-
muş, kənd təsərrüfatı istehsalının inkişaf dinamikasında nisbi 
artım meylləri özünü göstərmiş, kəndin kapitalistcəsinə inkişafı 
üçün müəyyən iqtisadi zəmin yaranmışdı.  
Birinci dünya müharibəsi dövründə Şimali Azərbaycanın 
müstəmləkə  səciyyəsi daşıyan iqtisadiyyatı  dərin tənəzül və 
böhranla üzləşmişdi.  
 
Ədəbiyyat 
1. XX əsr Azərbaycan tarixi II c. Ali məktəblər üçün dərslik. 
Y.B.Yusifov və T.T. Vəliyevin redaktəsilə // Bakı: 2004  
2. Azərbaycan tarixi. Yeddi cilddə, V cild, Bakı: 2001, I fəsil, III fəsil
§3. 
2. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və 
proletariatı. Bakı: 1987  
3. Vəliyev T. XX əsrin  əvvəlllərində Azərbaycanın ipək emalı 
sənayesi. Bakı: 1977  
4. Алияров С.С. Нефтяные монополии в Азербайджане в период 
мировой войны. Баку: 1974  
5.  Исмаилов  М.А.  Социально – экономическая  структура  Азер-
байджана в эпоху империвлизма. Баку: 1982  
6 . Исмаилзаде Д.И. Русское крестъянство в Закавказье 30-е годы 
ХIХ – ХХ начало ХХ в. М.: 1982  
7. Talıbzadə İ.A. Azərbaycanda 1912-ci il aqrar islahatı. Bakı: 1965  


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə