Baki döVLƏt universiteti


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə46/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
180
bağlı idilər. Eyni zamanda iri neft sənayeçilərinin dövlət aparatı 
ilə ittifaqı möhkəmlənir, dövlətin inhisarlara təsiri güclənirdi.  
İqtisadi böhrandan sonrakı durğunluq mərhələsində 
(1904 – 1907) Bakıda neft çıxarılması azalmaqda davam edərək 
610 milyon puddan 1907-ci ildə 476 milyon puda düşmüş, ağ 
neft istehsalı 40% azalmışdı. Bakıda 87 neft emalı zavodundan 
cəmi 33-ü işləyirdi. Durğunluq dövründə neft sənayesində 
təmərküzləşmə prosesi daha da güclənmiş, neft çıxarılması, 
emalı, daşınması 
və satışı “Nobel qardaşları”, 
“Nobmazut”,“Oyl”,“Şell”inhisarlarının  əlində  cəmləşmişdi. 
1907-ci ildə Bakıda cəmi 155 neft şirkəti var idi. Bütün 
buruqların 55%-i, neft hasilatının 66%-i 6 iri neft şirkətinin 
nəzarəti altında idi. 6 iri neft şirkətinə  məxsus neftayırma 
zavodları bütün ağ neftin 65%-ni, mazutun 59%-ni, sürtgü 
yağlarının isə 75%-ni istehsal edirdi.  
1910-cu ildə Rusiyada başlamış  sənaye yüksəlişi  Şimali 
Azərbaycan iqtisadiyyatının bəzi sahələrində canlanmaya səbəb 
olsa da, Bakıda neft istehsalını sabitləşdirmək mümkün olmadı. 
1910-cu ildə 481 milyon pud, 1913-cü ildə 468 milyon pud neft 
çıxarılmışdı ki, sonuncu rəqəm 1901-ci ildəkindən 200 milyon 
pud az idi. 1910 – 1913-cü illərdə 84 neftayırma zavodundan 20-
si bağlanmışdı  və yalnız 30-u daimi istehsalla məşğul olurdu. 
Nəticədə  həmin illərdə mazut istehsalı 186,7 milyon puddan 
157,3 milyon puda düşmüş, ağ neft istehsalı 1914-cü ildə 1900-
cü ilə nisbətən 43%-ə yaxın azalmışdı. Bütün bunlara 
baxmayaraq müharibə ərəfəsində Rusiyada istehsal olunan neftin 
83%-i Bakıda çıxarılırdı.  
Neft sənayesində  tənəzzülün  əsas səbəblərindən biri bu 
sahəyə yeni müasir texnika və texnologiyaların tətbiq edilmə-
məsi idi. İri kapitalist ölkələrinin neftçıxarma sənayesində dərin 
nasoslar və kompressorlar kimi müasir texniki avadanlıqlardan 
geniş istifadə olunsa da, Bakıda neft keçən  əsrin 80–90-cı 
illərindəki texnika ilə – jalonkalarla çıxarılırdı. Neft 
V mühazirə 
 
 
181
sənayesində elektrik matorları və daxiliyanma mühərrikləri çox 
az tətbiq olunurdu. 1913 – 1914-cü illərdə Bakıda neftin 4/5 
hissəsi öz dövrünü keçirmiş buxar mühərrikləri vasitəsilə 
çıxarılırdı.  İri neft şirkətləri neft istehsalını süni şəkildə 
azaldaraq neft məhsullarının qiymətini qaldırmaqla (2- 8 dəfə) 
böyük qazanc götürürdülər. Nəticədə ölkədə yaranmış neft 
qıtlığı  şəraitində  təkcə Nobel qardaşları  şirkətinin qazancı 
1910-cu ildə 5,3 milyon manatdan 1913-cü ildə 15 milyon 
manata çatmışdı.  
Müharibə  ərəfəsində Rusiyada çıxarılan bütün neftin 
62%-ni, ağ neft və mazutun 2/3-ni, sürtgü yağlarının isə 
hamısını 3 şirkət (“Oyl”, “Şell”, “Nobel qardaşları” inhisar 
birlikləri) verirdi. “Oyl” inhisar birliyinin tərkibində 1913-cü 
ildə yaradılmış “Tovuz” portland sementi istehsalı  səhmdar 
cəmiyyətinə  məxsus zavod ildə 5 – 6 milyon pud sement is-
tehsal edirdi. Bakıda iri neft sənayeçiləri içərisində Azərbaycan 
kapitalını  təmsil edən M.Nağıyev və  Ş.Əsədullayevə  məxsus 
neft  şirkətləri ildə 7 – 8 milyon pud neft çıxarırdılar. Bundan 
başqa, onların neftayırma zavodları və neft daşıyan gəmiləri də 
var idi.  
Ümumiyyətlə, Bakı neftinin bir hissəsi Xəzər maye ya-
nacaq daşıyan donanma vasitəsilə daşınırdı. Bu donanmanın 
tərkibində olan 134 gəminin 64-ü buxarla, 70-i isə yelkənlə 
hərəkət edirdi.  
Birinci dünya müharibəsi  ərəfəsində Azərbaycanın neft 
sənayesinə qoyulan kapitalın 2/3-nə yaxını “Oyl”, “Şell” bey-
nəlxalq inhisar birliklərinə  və “Nobel qardaşları”  şirkətinə 
məxsus idi. Azərbaycanın neft sənayesi xarici kapitaldan 
tamamilə asılı vəziyyətə salınmışdı.  
 
 
2. Sənayenin digər sahələri 
 


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
182
XX  əsrin  əvvəllərində neft çıxarılması  və emalı daxil 
olmaqla sənayenin əksər sahələrində istehsalın təmərküzləşməsi 
prosesi gedirdi. 1902-ci il məlumatına görə qeydə alınan 2500-
dən çox fabrik – zavod və kustar müəssisənin 183-nün hər 
birində 40-dan çox fəhlə  işləyirdi. Nisbətən iri sənaye 
müəssisələrinin sayı azlıq təşkil etsə  də, Bakı quberniyasında 
istehsal olunan 74,1 milyon manatlıq ümumi sənaye 
məhsulunun böyük hissəsi – 62,9 milyon manatı (83,3%) 
onların payına düşürdü. Bakı quberniyası üzrə bütün sənaye 
müəssisələrində çalışan 27.167 fəhlənin 75,1%-i və yaxud 
20.389 nəfəri 40-dan çox fəhləsi olan müəssisələrdə 
cəmləşmişdi.  
 Qeyd  etmək olar ki, 1900 – 1903-cü illər iqtisadi 
böhranı Bakıda və  qəzalarda sənayenin dağ – mədən sahəsinə 
mənfi təsir göstərsə  də, yüngül və yeyinti sənaye istehsalının 
inkişafına mane ola bilməmişdi.  
Bakıda mexaniki istehsal sahəsində əsas yer tutan 13 iri 
maşınqayırma zavodu neft sənayesi üçün müxtəlif dəzgah və 
avadanlıqlar buraxırdı. Bu zavodların buraxdığı illik məhsulun 
ümumi dəyəri 3 – 4 milyon manatı ötüb keçirdi.  
İqtisadi yüksəliş illərində “Qafqaz və Merkuri”, “Nobel 
qardaşları” səhmdar cəmiyyətlərinə, H.Z.Tağıyev, A.Dadaşov 
və başqalarına məxsus 12-dən çox gəmi təmiri zavodunda 2 
mindən çox fəhlə işləyirdi.  
Şimali Azərbaycanın qəzalarında da kapitalist sənaye 
sahələri inkişaf etməkdə idi. Gəncə quberniyasında 8 mis 
zavodu fəaliyyət göstərirdi. Simens qardaşlarına məxsus Gə-
dəbəy zavodunda mis istehsal olunurdu. Filizçıxarma sahəsində 
bir sıra texniki yeniliklər tətbiq olunmuşdu. 1902-ci ildən 
Gədəbəy mis mədənlərində qazma işlərində elektrik enerjisi 
ağır əl əməyini sıxışdırıb çıxarırdı. Almazla qazma üsulu tətbiq 
edilmiş, Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası 
işə salınmışdı. Bütün bunlara baxmayaraq iqtisadi böhran 
V mühazirə 
 
 
183
nəticəsində 1900 – 1903-cü illərdə mis filizi istehsalı 3,9 
milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik də 1906-cı 
ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd 
zavodu istehsalı dayandırmışdı.  
Hələ 1900-cü ildə “Simens qardaşları  və  K
0
cəmiyyəti 
ilə “Voqau və K
0
” konserni arasında mis satışı üzrə bağlanmış 
müqavilədən sonra Azərbaycanın  əlvan metallurgiya sə-
nayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis 
zavodu 1907-ci ildə yaradılmış Rusiya “Mis” sindikatının 
tərkibinə daxil edilərək 1917-ci ilədək bu iri inhisarın nə-
zarətində qalmışdı.  Əlvan metallurgiyada inhisarlaşma mər-
hələsi başa çatsa da, müharibə  ərəfəsində mis istehsalı  aşağı 
düşməkdə idi. Belə ki, 1914-cü ildə mis istehsalı 50% azalaraq 
56 min puda düşmüşdü və  əridilmiş misin böyük hissəsi 
Rusiyanın mis prokatı zavodlarına satılırdı.  
“Simens qardaşları” cəmiyyəti Daşkəsəndə istehsal etdiyi 
bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac 
edirdi.  
Qarabağ və Naxçıvan qəzalarındakı mədənlərdən ildə 15 
min puda yaxın gümüş və qurğuşun filizi çıxarılırdı.  
1900–1917-ci illərdə neft sənayesini çıxmaqla digər 
sənaye sahələrinin inkişaf dinamikası haqqında tam təsəvvür 
yaratmaq üçün aşağıdakı cədvəli nəzərdən keçirək:  
 
Cədvəl1 
Göstəricilər 
                                      İllər  
1900 1901 1902 1903 1904 1905 1906 1907 1908 
Mis filizi çıxarılması, 
milyon 
pud  3,7 3,5 5,0 3,5 4,2 3,5 4,4 6,5 4,8 
Kükürd və mis kolçedanı 
çıxarılması, min pud 
 
 
230 342,5 470 224,2 193 363,5 349 
Mis istehsalı, 
min 
pud 
147,7 120,2 93,8 84,4 93,3 82,1 91,1 108,7 86,0 
Daş duz istehsalı, 
min 
pud 
196 117,3 413,3 478,3 149,5 604,5 172,7 
285 352,8 
Mahlıc istehsalı,milyon 
pud 
0,87 1,1  0,62 0,68 0,57 0,62 0,85 0,67 0,73 
Xam ipək (barama) istehsalı, 
milyon manatlıq 
2 2,2 
2,5 
2,2 
    4,2 
Balıq istehsalı, 
milyon 
pud 
 
0,84 0,93 2,2 1,7 1,8 1,95  
 
Kürü istehsalı, 
min 
pud 
 
53,7 43,2 39  33,4 26,8 24  19,4 17,5 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə