Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə43/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

IV mühazirə 
 
 
168
göstərməklə  işıqlandırılırdı. Lakin hətta Amerikanın erməni 
icması da öz nəşrlərində  təsdiq edirdi ki, İrəvan və 
Eçmiədzində  əsas zərər çəkənlər azərbaycanlılar olmuşdur. 
Yerli hakimiyyət və hökumət qanlı toqquşmalar zamanı nəinki 
köməksizlik, həmçinin həm ermənilərə, həm də azərbaycalılara 
qarşı fitnəkar mərhəmətlilik nümayiş etdirirdi. Məsələn, 
Bakıda, general-qubernator knyaz Nakaşidze azərbaycanlılara 
qarşı 
mərhəmətlilik göstərirdi, elə buna görə 
də 
«Daşnaksütun»un Bakı komitəsi tərəfindən ona ölüm hökmü 
kəsilmişdi. 1905-ci ilin mayında hökm yerinə yetirildi: 
Nakaşidze qubernatorun ekipajına bomba atmış erməni 
terrorçularının  əliylə öldürüldü. Şuşada isə general-qubernator 
Qoloşapov erməniləri müdafiə etdiyinə görə azərbaycanlılar 
tərəfindən ölümə məhkum edilmişdi. 
Erməni-Azərbaycan münaqişəsi göstərdi ki, ermənilər 
yaxşı hazırlanmış,  əvvəlcədən silahlanmışdılar, Rusiyadan, 
Qərbi Avropadan və  İrandan kömək alırdılar. Erməni-daşnak 
təcavüzkarlarının silahlanmasında erməni milyonerləri 
Mantaşev, Saturov, Adamov və başqaları böyük rol oynadı. 
Azərbaycanlı  əhali köməkdən və müdafiədən məhrum idi, 
silahı yox idi və gözlənilmədən hücumlara məruz qalmışdı, bu 
səbəbdən də yaxşı  təşkil olunmuş daşnak ordusuna ciddi 
müqavimət göstərə bilmirdi. Azərbaycanlılar təşkilatlanma-
mışdılar və ermənilərin hücumlarına ayrı-ayrılıqda cavab 
verirdilər. Azərbaycanlılar uzun müddət erməni millətçilərinin 
başlıca məqsədlərini başa düşmür və  dərk etmirdilər. Silahsız 
azərbaycanlı  əhalisi hökumətə ümid bəsləyirdi. Hökumət isə 
ermənilərə çox zaman yaxşı münasibət bəsləyirdi. Çar 
hökuməti və daşnaklar arasındakı  əməkdaşlıq hamıya məlum 
idi. Hətta Rusiya hökumətinin baş naziri P.A.Stolıpin Qafqaz 
canişini Vorontsov-Daşkova ermənilərə mehriban münasibətinə 
görə  tənə edirdi. Beləliklə, erməni-Azərbaycan münaqişəsi 
nəticəsində müsəlmanların həmrəyliyi zərurəti yarandı. Bu isə 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
169
azərbaycanlıların birləşməsi və onların fəaliyyətini 
əlaqələndirən, daşnaklara qarşı durmağa qabil olan partiyaların 
yaranmasına səbəb oldu. 
 
4.Azərbaycanda siyasi partiyaların və ictimai  
hərəkatların yaranması 
 
Rus-erməni birliyi simasında qorxulu bir təhlükəyə qarşı 
dura bilmək üçün Azərbacanda «Difai» adı ilə tanınan gizli 
siyasi təşkilat yaradıldı. «Difai» Azərbaycan dilində «Dəf 
etmək»-«Qarşısını almaq» mənasını verir. Lakin bir çox 
tədqiqatçılar, o cümlədən T.Svyatoxovski, İ.Bağırova onun 
adını «Müdafiə» kimi tərcümə edirlər. Lakin erməni 
daşnakların hücumlarını  dəf etmək, azərbaycanlıları qorumaq- 
bunların böyük bir fərqi yoxdur. «Difai»nin yaranma tarixi ilə 
bağlı müxtəlif fikirlər mövcuddur: T.Svyatoxovski, 
M.Məmmədzadə, A.Balayev və başqaları partiyanın 1905-ci 
ildə,  İ.Bağırova, X.Məmmədov, S.Süleymanova isə 1906-cı 
ildə yarandığını göstərirlər. «Difai»nin 1905-ci ildəki 
fəaliyyətini göstərən arxiv materialları yoxdur. Deməli partiya 
1906-cı ildə yaradılmışdı. Məhz həmin dövrdə Şuşada və bütün 
Qarabağda, Naxçıvan və  İrəvanda daşnak silahlı  dəstələri-
xumbların hücumu nəticəsində azərbaycanlı  əhalinin çox 
hissəsi ziyan çəkmişdi. Bəzi Azərbaycan kəndlərində: Karxana, 
Soldaş  və Mehirlidə  əhali tamamilə  qılıncdan keçirilmişdi, 
Malıbəyli və Xankəndi kəndlərində isə qan tökülməsinin 
qarşısını almalı olan rus kazaklarının gözləri qarşısında bütün 
azərbaycanlı qadın və  uşaqlar doğranmışdı. 1906-cı ilin 
avqustunda  Əhməd bəy Ağayev  Şuşaya gəldi və  şəhərin 
tanınmış, hörmətli adamlarının iştirakı ilə bir yığıncaq keçirdi. 
Əhməd bəy Ağayevin təşəbbüsü ilə «Difai» partiyası yaradıldı. 
Partiyanın mərkəzi komitəsi Bakıda yerləşirdi. Onun tərkibinə 
Əhməd bəy Ağayevin özü, Qarabəy Qarabəyov, Məmməd 


IV mühazirə 
 
 
170
Həsən Hacinski, İsabəy Aşurbəyov, Behbud Cavanşir və Niftalı 
bəy Behbudov daxil idilər. Mərkəzi Komitənin üzvlərindən bir 
qismi (Ə.Ağayev, Q.Qarabəyov, Aşurbəyov, M.Hacinski) eyni 
zamanda sosial-demokrat təşkilat olan «Hümmət»ə daxil idilər. 
«Difai»nin demək olar ki, Azərbaycanın bütün qəzalarında: 
Şuşada, Gəncədə, Zəngəzurda, Ağdamda, Bərdədə, Yevlaxda, 
Qaryagin və Cavanşirdə komitələri mövcud idi. Demək olar ki, 
hər bir komitənin özünün silahlı drujinaları var idi. Ən böyük 
döyüş drujinası Şuşada idi. Onun tərkibinə 400 nəfər daxil idi. 
Digər drujinalarda nisbətən az (50 nəfərdən 100 nəfərədək) 
adam var idi. 
1907-ci ilin martında Gəncədə  Cənubi və  Şimali Qafqaz 
və Krım müsəlmanlarının qurultayı oldu. Orada difaiçilər də 
fəal iştirak etdilər. Yaradılmış Zaqafqaziya Müsəlman 
İttifaqının sədri vəzifəsinə keçmiş Dövlət Dumasının üzvü 
İsmayıl bəy Ziyadxanov seçildi. Qurultayda həm də Maku 
xanları və Krım tatarlarının lideri İsmayıl bəy Kasprinski iştirak 
edirdilər. Qurultay iştirakçıları daşnaklardan nümunə götürərək, 
terror yolu ilə Rusiya hökumətindən güzəştlər tələb etməyi 
qərara aldılar, çünki onlar erməni daşnaklarını azərbaycanlıların 
üstünə  qısqırdan çar hökumətini millətlərarası münaqişənin 
əsas günahkarı hesab edirdilər. «Difai»nin sosial bazası 
müxtəlif idi: ziyalılar, tacirlər, ruhanilər, kəndlilər. Hətta 
«Difai»nin  ən qüvvətli Gəncə  təşkilatlarından birinin sədri 
Axund-Molla Məhəmməd Pişnamazzadə (Yelizavetpol kişi 
gimnaziyasının  şəriət müəllimi) idi. Şuşa komitəsinə doktor 
Kərimbəy Mehmandarov, Ağdam komitəsinə 
əsasən 
Vladiqafqazda yaşayan Xasay Xan Usmiyev, o olmadığı 
vaxtlarda Zülfüqar bəy Haqverdiyev başçılıq edirdi. «Difai» 
«Daşnaksütun»a qarşı döyüş  təşkilatı kimi yaransa da, öz 
fəaliyyətində digər məqsəd və  vəzifələri də  nəzərdə tuturdu. 
Bunlar partiyanın  Əhməd bəy Ağayev tərəfindən nəşr edilən 
«İrşad» qəzetində çap edilmiş proqramında  əks olunmuşdu. 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
171
Məsələn, partiyanın mühüm vəzifələrindən biri kimi xalqa 
təhsil vermək, savadsız kütlələri maarifləndirmək işi 
göstərilirdi. Eyni zamanda, «Difai» öz məqsədlərinə çatmaq 
üçün qanunsuzluğa yol verən və erməniləri müdafiə edən 
hökumət məmurlarına qarşı mübarizənin terrorçu 
metodlarından istifadə etməli olurdu. «Difai»nin proqramında 
deyilirdi ki, «Difai» ermənilərin milli torpaqlarımıza 
yiyələnərək, xarabalıqlarımız üzərində öz məskənlərini 
salmalarına icazə verməyəcək. Bunun qarşısını almaqdan ötrü 
difaiçilər terror aktları  həyata keçirirdilər: məsələn, 
azərbaycanlı  əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilən, 
Azərbaycan kəndlərinin talan edilməsinə icazə verən, hətta bu 
işdə  iştirak edən  Şuşanın general-qubernatoru Qoloşapov və 
onun dəftərxanasının müdiri Kleşinski, həmçinin Naxçıvan 
uezdinin naçalniki Engel öldürülmüşdü. 
«Difai»nin proqramının aqrar hissəsində elan edilirdi ki, 
torpaqlar zəhmətkeşlərə  məxsus olmalıdır. Gördüyümüz kimi, 
partiyanın sosial ideyaları da var idi. Son nəticədə partiya belə 
hesab edirdi ki, onun məqsədi – Qafqaz xalqlarının 
xoşbəxtliyinə nail olmaq və onlar arasında qardaşlıq 
münasibətlərini bərqərar etməkdir. 1909-cü ilə  qədər (Əhməd 
bəy Ağayevin Türkiyəyə mühacirətinə qədər) «Difai» Azərbay-
can xalqının müdafiəsi və qüvvələrinin birləşdirilməsi işində 
ciddi rol oynayırdı. 
Çar hakimiyyəti difaiçilərə qarşı repressiya tətbiq edirdi, 
partiyanın yerli komitələrinin çoxu dağıdılmış, üzvləri həbs 
edilib, sürgün olunmuşdu. Lakin «Difai»nin fəaliyyəti bəzi 
mənbələrin fikrincə 1912-ci ilə, digərlərinə görə 1917-ci ilə 
qədər davam etmişdi. Sonralar bir çox difaiçilər 1911-ci ildə 
yaradılmış «Müsavat» partiyasına daxil oldular. 
1905-ci ildə  Gəncədə «Qeyrət» partiyası yaradıldı. O, 
«tatar sosial-federalçı inqilabçıların partiyası» adlanır, 
muxtariyyət və Rusiyanın federativ quruluşu ideyasını irəli sü-


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə