Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə40/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

IV mühazirə 
 
 
156
İnqilab davam edirdi. Burjuaziya çarı inandırdı ki, 
monarxiyanın xilasının yeganə yolu «xalq təmsilçiliyidir». 
2. Azərbaycan deputatları Rusiya Dövlət Dumasında 
 
I - IV çağırış Dövlət Dumasının fəaliyyəti həm Rusiya
həm də xarici tarixşünaslıqda ziddiyətli şəkildə qiymətləndirilir 
və mübahisələr doğurur. Sovet tarix elmində Dövlət Duması 
haqqında «keyfiyyətsiz», məhdud səlahiyyətlərə malik, 
hakimiyyətə  təsir etmək qabiliyyəti olmayan parlament rəyi 
üstünlük təşkil edirdi. İndi başqa nəzər-nöqtəsi üstünlük təşkil 
edir – Duma çarın nəzarətindən kənarda idi, qanunvericilik və 
maliyyə məsələlərində onun hakimiyyətini məhdudlaşdırırdı. Bu 
mübahisələri bir kənara qoyaraq, qeyd etmək lazımdır ki, Dövlət 
Duması Rusiyanın ilk qanunvericilik orqanı idi və bu sözün 
Qərbi Avropa anlamında parlament rolu oynamağına təşəbbüs 
göstərirdi.  
18 fevral 1905-ci ildə, artıq başlanmış inqilab şəraitində, 
böyük knyaz Sergey Aleksandroviçin (III Aleksandrın qardaşı) 
ölümündən sonra II Nikolay daxili işlər naziri Bulıginin adına 
xalq arasından seçilmiş  ən layiqlilərin qanunvericilik 
təkliflərində iştiraka cəlb edilməsi haqqında reskript verdi.  
Dövlət Dumasının meydana çıxmasında «1905-ci il 17 
oktyabr» manifesti əsas rol oynadı. Bu aktın təsiri çox bö-
yükdür. Bu dəfə çarizmin ən böyük güzəşti Dumanın 
məsləhətverici orqandan qanunverici orqana çevrilməsi oldu. 
Lakin Dövlət Dumasının yaradılması dövlət hakimiy-
yətinin mahiyyətini dəyişə bilmədi, bilməzdi də. 
 25 milyon insan səsvermə hüququ əldə etdi. 1897-ci ildə 
əhalinin I Ümumrusiya siyahıyaalınması keçirildi. Rusiyanın 
əhalisi digər Avropa ölkələrinə nisbətən daha surətlə artmışdı 
(1897-ci ildə 116 milyon adam (bu məlumata Polşa və 
Finlandiya daxil deyil). 
 Səsvermə hüququndan qadınlar, yaşı 25-dən az olanlar, 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
157
hərbi qulluqçular, muzdur-kəndlilər, fəhlələrin bir qismi 
məhrum idi. Seçkilər birbaşa və bərabərhüquqlu deyildi. 
Rusiya Dövlət Dumasının özünün Qərbi Avropadakı 
analoqlarından əsas fərqi onun hüquqlarının son dərəcə məhdud 
olması idi; bu isə, əvvəla çarizmin öz hakimiyyətini heç kəslə 
bölmək istəməməsi ilə; ikincisi isə xalq arasından seçilmiş 
deputatların bu hakimiyyətdən istifadə etməyə qabil olmaması 
ilə izah edilirdi. Rusiya əhalisinin böyük bir hissəsi patriarxal 
ənənələrlə yaşayan kəndlilər idi; onlar çar hakimiyyətini Tanrı 
tərəfindən göndərilmiş hesab edirdilər və onlardan seçilən 
nümayəndələr müstəqil qərar qəbul etməyə qadir olan adamlar 
kimi yox, xahiş edənlər kimi çıxış edirdilər və üçüncüsü, yenicə 
yaranmış partiyalar zəif idi, onların siyasi mübarizə  təcrübəsi 
yox idi. 
Bu səbəbdən fəaliyyətinin başlanğıcında Dövlət Duması 
qarşısına qoyulmuş  vəzifələri həyata keçirə bilmirdi. Lakin 
zaman keçdikcə vəziyyət dəyişirdi. 
11 dekabr 1905-ci ildə II Nikolay seçkilər haqqında fər-
man verdi. İlk dəfə  fəhlələr seçki hüququ əldə etdilər. Azər-
baycan Dumada təmsil olunmaq hüququ qazandı. Qafqazda 
seçkilərin keçirilməsi demək olar ki, tamamilə canişindən asılı 
idi. Rusiyada kadetlər qələbə çaldılar, çünki əhalinin geniş 
təbəqələrinin maraqlarını  əks etdirirdilər. Kadetlərin Bakı 
bölməsi də böyük təbliğat kompaniyasına başladı. 
Bakı quberniyasında seçkilər 31 may, Yelizavetpolda 16 
may 1906-cı ildə keçirildi. Halbuki I Duma artıq aprelin 27-də 
öz işinə başlamışdı. I Dövlət Dumasına M.T.Əliyev, 
A.Muradxanov, A.M.Topçubaşov,  İ.Ziyadxanov, A.Haq-
verdiyev seçildilər. 
 I  Dövlət Dumasına 524 üzv seçilməli idi. Seçilmiş 440 
deputat Dumanın açılışı günü – 27 aprel 1906-cı ildə 
Peterburqa yığıldı. 
Azərbaycandan olan deputatlar 36 nəfərdən ibarət mü-


IV mühazirə 
 
 
158
səlman parlament fraksiyasına daxil oldular. A.M.Topçubaşov 
fraksiyanın sədri seçildi. Fraksiya kadetlərlə birgə  fəaliyyət 
göstərmək haqda qərar qəbul etdi. I Dövlət Dumasının 
qarşısında duran əsas vəzifələrdən biri də aqrar islahatların 
həyata keçirilməsi idi. Ancaq Rusiya üçün çox vacib olan məhz 
bu məsələdə siyasi partiyaların mövqeləri bir-birindən köklü 
şəkildə  fərqlənirdi. Müsəlman fraksiyası aqrar məsələnin  əsas 
müddəalarını da müzakirə edirdi. Bu məsələ proqram 
layihəsində göstərilirdi ki, «vəqf torpaqları müsadirə edilmir, 
mülkədar torpaqlarının müsadirəsi isə ancaq ehtiyac olduğu 
halda  ədalətli qiymətdə  təzminat ödənilməklə mümkün ola 
bilərdi».  
 Dövlət Dumasının iclaslarından birində  çıxış edən 
İ.Ziyadxanov aqrar məsələyə toxundu. O, kəndin  əsas prob-
lemini çarizmin köçürmə siyasətində görürdü. O, çıxışında 
«Mərkəzi Rusiya kimi bizim də torpağa ehtiyacımız var. Biz də 
torpağın azlığından, yoxluğundan  əziyyət çəkirik». Onun 
çıxışlarında petisiyalarda olan bütün tələblər öz əksini tapmışdı. 
A.Haqverdiyev  İrəvan və Yelizavetpol quberniyaların-
dakı  vəziyyət, millətlərarası münaqişə, diyarın iqtisadi müf-
lisləşməsi barədə sorğu verdi. Duma bu müraciəti təcili qəbul 
etmədi və canişinə göndərdi. Canişin bu quberniyalarda 
qarışıqlıqların qarşısının alınması sahəsində hansı  tədbirlərin 
görülməsi barədə məlumat verməli idi. 
I Duma öz fəaliyyətini uğursuzluqla başa vurdu. İyulun 9-
da Tavriya sarayının qapıları bağlandı. I Duma aqrar məsələni 
həll etmədi.  
Kadetlərin təşəbbüsü ilə hökumətə  qəti etiraz bildirildi. 
Onlar Dumanın iclaslarını Vıborqda keçirməyi qərara aldılar. 9-
10 iyulda Vıborqda Dumanın iclası keçirildi ki, burada 
Azərbaycandan olan deputatlar da iştirak edirdilər.  İclasda 
«Xalq nümayəndərindən» xalqa müraciət qəbul olundu. Bu 
müraciəti kadetlər, həmçinin A.M.Topçubaşov və İ.Ziyadxanov 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
159
imzaladılar. Vıborq müraciəti bütün Rusiya əhalisini Dumanın 
buraxılmasına səslədi. Lakin onların hökumətə itaətsizlik 
haqqında çağırışları havadan asılı qaldı. 
Müraciəti imzalayan şəxslərə qarşı cinayət işi qaldırıldı. 
Məhkəmə 1907-ci ilin dekabrında keçirildi. Onun qərarına 
əsasən deputatlar 3 ay müddətinə  həbsə  məhkum olundular, 
həmçinin gələcəkdə də Dumaya seçilmək hüququndan məhrum 
edildilər. 
I Dumanı qovandan sonra hökumət II Dövlət Dumasına 
seçkilər elan etdi. I Dumanın acı təcrübəsindən nəticə çıxaran II 
Duma qanunçuluq çərçivəsində 
fəaliyyət göstərərək, 
münaqişələrdən çəkinməyi qərara aldı (20 fevral- 2 iyun 1907-
ci il). 
Duma iki məsələni müzakirə etməli idi – aqrar məsələ və 
inqilabçılara qarşı fövqəladə tədbirlərin görülməsi. 
 Kadet F.A.Qolovin sədr seçildi. II Dumada Azərbaycanı 
F.Xoyski, X.Xasməmmədov, Z.Zeynalov, M.Şahtaxtinski, 
M.Mahmudov,  İ.Tağıyev təmsil edirdilər. Sonuncu Peterburqa 
getmədi. 
Azərbaycandan olan deputatlar müsəlman fraksiyasının 
tərkibinə daxil oldular. F.Xoyski və X.Xasməmmədov büronun 
tərkibinə seçildilər. 
Müsəlman fraksiyasının işində A.M.Topçubaşov da fəal 
iştirak edirdi. 
Dumanın müsəlman fraksiyası öz proqramını ayrıca 
kitabça  şəklində çap etdirdi. Rusiyada idarəetmə forması 
konstitusiyalı parlament monarxiyası olmalı idi. Proqramda 
müraciətlərdə öz əksini tapmış müddəalarla  əsasən üst-üstə 
düşən tələblər şərh edilirdi. 
Aqrar məsələnin müzakirəsi zamanı müsəlman fraksiyası 
adından F.Xoyski çıxış etdi. Çıxışında o göstərirdi: «Kəndli 
məsələsi mühüm olduğu qədər də mürəkkəb və 
təxirəsalınmazdır». O, hökumətin torpaq məsələsini


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə