Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə38/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
149 
1891-ci ilədək nəşr edildi. «Əkinçi»nin ideya istiqamətini davam 
etdirən bu qəzetin səhifələrində H.B.Zərdabi, S.Ə.Şirvani, 
F.Köçərli, M.Şahtaxtlı, S.M.Qənizadə  və başqa ziyalılar tez-tez 
yazılarla çıxış edirdilər.  
Bu qəzetdə dövrün aktual ictimai-iqtisadi problemlərinə 
toxunulur, maarifçilik ideyaları yayılır, milli birlik ideyası 
təbliğ olunurdu. Burada dərc olunan məqalələrdə fanatizm, 
cəhalət və gerilik tənqid olunur, ana dili və  əlifba məsələsinə 
xüsusi diqqət yetirilirdi. 
1891-ci ildə «Kəşkül» qəzetinin nəşrinin dayandırılması 
ilə Azərbaycan ziyalıları milli mətbuatdan məhrum edilmiş 
oldu. Onlar öz əsərlərini Bakıda rus dilində  nəşr olunan 
«Kaspi», «Bakinskie izvestiya», «Baku» və başqa qəzetlərdə 
çap etdirməli oldular. 
1891-ci ildən 1903-cü ilədək Azərbaycanda ana dilində 
mətbuat olmamışdır. Lakin Azərbaycan ziyalıları ana dilli mətbuat 
uğründa bu illər ərzində daim mübarizə aparmış və bu məqsədlə 
dəfələrlə hökumətə müraciət etmişdilər. Lakin çar hakim dairələri 
bu məqsədlə verilən ərizələri müxtəlif bəhanələrlə rədd etmişdir. 
Bu çətinliklərə baxmayaraq Azərbaycan ziyalıları milli mətbuat 
uğrunda mübarizəni davam etdirir, çar hökumətinin 
müstəmləkəçilik siyasətinə qarşı çıxırdılar.  
M.Şahtaxtlı  gərgin və uzun mübarizədən sonra 1903-cü 
ildə  «Şərqi-Rus» adlı ana dilli qəzetin nəşrinə nail oldu. Bu 
qəzet başlıca olaraq «Kaspi» və «Tərcüman»ın  ənənələrini 
davam etdirir, milli və dini ideyaların yayılmasına çalışırdı. 
Qəzetdə  dərc olunan «İslamiyyət və tatarlar», «İttihadi-islam, 
yaxud panislamizm» və başqa bu kimi məqalələr onun ideya 
istiqaməti haqqında müəyyən təsəvvür oyadır. 
Qeyd edək ki, H.B.Zərdabinin fikirlərinə  İsmayıl bəy 
Qaspıralının  əsərlərində  də rast gəlirik.  İ.Qaspıralı 1883-cü 
ildən 1917-ci ilin oktyabrına qədər nəşr etdirdiyi «Tərcüman» 
qəzetində  və digər  əsərlərində bütün türkləri bir küll halında 
III mühazirə 
 
 
150
götürür, onları ortaq və  təmiz bir dil ətrafında birləşdirmək 
istəyirdi. Buna görə o, «Tərcüman»ı bütün türklərin anlaya 
biləcəyi ortaq və  təmiz türkcə  nəşr etdirirdi. O da Həsən bəy 
kimi «millətə öz dilində elm vermək, Avropa elmlərini
maarifini, sənət və sənayesini iqtibas» etdirməkdən bəhs edirdi. 
O yazırdı ki, bunun üçün millətin uşaqlarını oxutmaq, sürətli, 
asan, müasir elmlər ruhunda oxutmaq lazımdır. Yusif 
Akçuroğlunun çox doğru olaraq yazdığı kimi, məhz bu 
ideyalardan bütün şimal türklüyünə yayılan «üsuli-cədid» 
məktəbi doğdu. 
İsmayıl bəy hələ 1881-ci ildə rusca nəşr etdirdiyi «Rusiya 
müsəlmanları» adlı  əsərində göstərirdi ki, «Asiya və Avropanın 
bir qismində sakin böyük bir millət – türk-tatar milləti var. Bu 
millət dağınıq, parça-parça, zəif, digər millətlərə nisbətən elm və 
mərifətcə, sərvət və  mədəniyyətcə çox geridə qalmışdır. Belə 
davam edərsə,  əbədi mübarizə qanununa uyğun olaraq məhv 
olacaq, başqa millətlər tərəfindən udulacaqdır». 
Mirzə Baba Məmmədzadənin göstərdiyi kimi, «bu surətlə 
İsmayıl bəydə  də  Həsən bəy Zərdabidə gördüyümüz 
qərbliləşmək fikriylə yanaşı bir də ümumi, ancaq mədəni 
türklük görürük». İ.Qaspiralının əsas şüarlarından biri də «İşdə, 
əməldə  və fikirdə birlik idi». Son-ralar görkəmli Azərbaycan 
mütəfəkkiri  Əli bəy Hüseynzadə  tərəfindən «türkləşmək, 
islamlaşmaq və avropalaşmaq»  şəklinə salınaraq bir prinsip 
halına gətirilən, «Müsavat» partiyasının başlıca  şüarını, 
Azərbaycan milli bayrağının əsasını təşkil etməyə başlayan bu 
ideya özündən əvvəlki mədəni millətçiliyin bir ifadəsi idi. 
Hələ 1904-cü ildə Misirdə  çıxan «Türk» qəzetində türk 
birliyi, hətta panturanizm ideyasını ortaya atan Əli bəy 1905-ci 
ildə Bakıda nəşrə başlayan «Həyat» qəzetində çap etdirdiyi 
«Türklər kimdir və kimlərdən ibarətdir?», «Bizə hansı elmlər 
lazımdır?», «Yazımız, dilimiz, birinci ilimiz» adlı yazılarında 
türk millətinin irq və dil etibarilə bir millət olduğunu, bir 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
151 
vəhdət təşkil etdiyini, bu millətin müasir elmləri alaraq 
müasirləşmək məcburiyətində olduğunu isbat edərək 
«türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi düstur irəli 
sürmüşdür. Y.Akçurağlu bu məşhur düstur haqqında yazırdı ki, 
«Əli bəyin bu üçlü düstürü yaxşı tapılmış  məsud 
ideyalardandır; bu ideya türk aləminin hər tərəfinə yayılmış və 
ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. 
Məsələn, Ziya Göyalp bəy «Türkləşmək, islamlaşmaq və 
müasirləşmək» mövzusu barədə çox əsərlər yazmışdır». 
Beləliklə, M.B.Məmmədzadənin sözləri ilə desək, «türk 
milli hərəkatı  gərək geniş  mənası ilə, gərəksə  də Azərbaycan 
ölçüsündə XX əsrin  əvvəllərinə doğru  şəkillənməyə 
başlamışdır. XX əsrin əvvəlləri türklüyün milliyyət dövründən 
millət dövrünə keçdiyi bir dövrdür». 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan tarixi, IV c., Bakı, 2000 
2.
 
Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992 
3.
 
Əliyarlı S. Milli hərəkatın ilkin dönəmləri. «Azərbaycan», 1992. 
№2-10 
4.
 
Əziz. B. Milli azadlıq hərəkatı tarixinin dövrləri haqqında 
qeydlər. «Tarix və onun problemləri», Bakı, 2007, s.148-152 
5.
 
Məmmədov X. Azərbaycan milli hərəkatı. B., 1996 
6.
 
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992 
7.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, Bakı, 1990 
8.
 
Həsənova L.L. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq 
icarə münasibətləri. Bakı, 1986 
9.
 
Генезис  капитализма  в  Закавказье  /Тезисы  докладов  науч-
ных сообщений. Б., 1969 
10.
 
Города Азербайджана в период капитализма (вопросы соци-
ально-экономической и культурной истории). Баку, 1987 
11.
 
Ибрагимов  М.  Нефтяная  промышленность  Азербайджана  в 
период империализма. Баку, 1914 
12.
 
Мильман П.Ш. Судебная реформа 1864 г., и ее осуществле-
ние в Азербайджане. Баку, 1965, №3 
III mühazirə 
 
 
152
13.
 
Мурадалиева Э. Кровь земная – нефть Азербайджана и ис-
тория. Баку, 2005 
14.
 
Мурадалиева  Э.Б.  Города  Северного  Азербайджана  во  вто-
рой половине ХIХ века. Баку, 1991 
15.
 
Сумбатзаде  А.С.  Промышленность  Азербайджана  в  ХIХ  в. 
Баку, 1964  
  


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə