Baki döVLƏt universiteti


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə48/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
188
bir daha sübut edir. 1904-cü ildə Bakı  və  Gəncə 
quberniyalarında birlikdə  cəmi 300 min puddan çox pambıq 
məhsulu götürülmüşdüsə, 1913-cü ildə bu rəqəm 4,5 milyon 
pudu ötüb keçərək 15 dəfə artmışdı. Məhz bu artımın hesabına 
1910 – 1913-cü illərdə Azərbaycanda 8,2 milyon pud, ildə orta 
hesabla 2 milyon puddan çox mahlıc istehsal olunurdu. 1914-cü 
ildə  Cənubi Qafqazda istehsal edilən mahlıcın 75,4%-i Şimali 
Azərbaycanın payına düşürdü. Bütövlükdə  əldə edilən 
pambığın emalından gələn illik ümumi gəlir 31,2 milyona 
çatırdı. Pambıq satışında vasitəçilik edən möhtəkirlərin 
fəaliyyətini məhdudlaşdırmaq məqsədilə 1909-cu ildən borc – 
kredit  şirkətləri yaradılmağa başlanmışdı. 1913-cü ildə 
Azərbaycanda 130-a yaxın kredit şirkəti və borc əmanət kassası 
fəaliyyət göstərirdi.  
XX  əsrin  əvvəllərində ipəkçilik kapitalist əmtəə istehsa-
lının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə 
çevrilmişdi. 1888-ci ildə Azərbaycanda baramaçılıqla 1100-dən 
çox kənddə məşğul olurdularsa, 1914-cü ildə bu rəqəm 2200-ü 
ötmüşdü. Həmin il tut (çəkil) plantasiyalarının ümumi sahəsi 60 
min desyatinə  bərabər olmuşdu. 1901-ci ildə Azərbaycanda 
cəmi 212 min pud barama əldə edilmişdisə, 1914-cü ildə bu 
rəqəm 261 min puda çatmışdı. Cənubi Qafqazda becərilən 
baramanın 81%-dən çoxunu Azərbaycan verirdi. Əldə olunan 
barama məhsulu yerli fabriklərdə emal edilirdi. 1910-cu ildə 
təkcə  Gəncə quberniyasında 51 belə fabrik var idi. Bu 
fabriklərdə “Bianki – Dubin” sistemli maşınlarda barama həm 
boğulur, həm də qurudulurdu. Ancaq bu texnika aşağı növ 
baramanı (tompal və s.) emal etməyə imkan vermədiyindən hər 
il Milan, Marsel, Lion və başqa şəhərlərə 2,4 milyon manatlıq 
40 min pud barama və sap tullantısı ixrac edilirdi. 
Ümumiyyətlə,  Şimali Azərbaycanda emal edilən baramanın 
ümumi dəyəri 5 – 6 milyon manata çatırdı.  
XX  əsrin  əvvəllərində  Şimali Azərbaycanda tütünçülük 
V mühazirə 
 
 
189
təsərrüfatı da inkişaf etməkdə idi. 1900 – 1914-cü illərdə 
Azərbaycanda tütün əkininin ümumi sahəsi 238 desyatindən 
587 desyatinə qalxmış, tütün yarpağı  yığımı isə 1900-cü ildə 
24,5 min puddan, 1915-ci ildə 45 min 792 puda çatmışdı. Tütün 
yarpağının cüzi hissəsi  İrana ixrac olunur, qalanı isə yerli 
fabriklərdə emal edilirdi.  
1901 – 1913-cü illərdə Azərbaycanda üzüm bağlarının 
ümumi sahəsi 23,7 min desyatindən 29 min desyatinə çatmış, 
üzüm istehsalı isə 3,2 milyon puddan 6,2 milyon puda qalx-
mışdı. Üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı – 
ayrı  şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi. Bu 
təsərrüfatlardan yığılan üzümün böyük hissəsi  şərab zavod-
larında emal edilirdi.  
Maldarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri 
olaraq qalırdı. 1913-cü il məlumatına görə, ölkədə mal – qara 
və davarın sayı 5 milyon başı keçmiş, atların sayı isə 200 min 
başa çatmışdı. İri maldarlıq təsərrüfatlarının məhsulları (süd, ət, 
yun, dəri və s.) getdikcə daha çox əmtəə xarakteri daşıyırdı. 
Maldarlıq təsərrüfatlarının 12-13%-ni təşkil edən 5 minədək 
varlı (mülkədar və qolçomaq) təsərrüfatda bütün davarın 60%-i 
cəmləşmişdi. Hər il əldə edilən 500 min pud yunun 300 – 500 
min pudu ixrac olunur, hər il ölkədə 10 – 12 milyon manatlıq 
süd sağılırdı. Azərbaycanda hər il orta hesabla 300 mindən 750 
min başa qədər mal-qara satışa çıxarılır, yerli və Rusiyanın 
gön-dəri müəssisələrinə hər il 600 mindən çox dəri satılırdı.  
Azərbaycanda kəndli təsərrüfatlarının inkişafına mane 
olan əsas amillərdən biri torpaqsızlıq və torpaq azlığı idi. Belə 
şəraitdə çarizm Şimali Azərbaycana Rusiyadan kəndlilərin 
köçürülməsini davam etdirirdi. 1900 – 1905-ci illərdə  təkcə 
Bakı quberniyasında köçürülənlərə 44 min desyatin yararlı 
torpaq sahəsi ayrılmışdı. Halbuki burada torpaqsız kəndli 
ailələrinin sayı 16 mini keçmişdi. Bundan əlavə 1870-ci il kənli 
islahatı yarımçıq həyata keçirildiyindən sahibkar kəndlilərin 


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
190
çox cüzi hissəsi öz pay torpağını satın alıb, təsərrüfat yarada 
bilmişdi. 1900-cü ildə 1 may qanununa və 1903-cü il 21 aprel 
Əsasnaməsinə uyğun olaraq dövlət kəndlilərinə icma torpaqları 
üzərində  nəsli istifadə hüququ verilmişdi. Nəticədə bu 
kəndlilərin bir hissəsi,  əsasən varlı  kəndlilər və qolçomaqlar 
icma torpaqlarının böyük hissəsini öz əllərində cəmləşdirməyə 
başlamışdılar.  
Azərbaycan kəndində kapitalist münasibətlərinin və yeni 
təsərrüfat formalarının, qolçomaq və  kəndli fermer tə-
sərrüfatlarının yaradılması yolunda əngəl olan feodal qayda-
larının aradan qaldırılmsında çarizmin 1912 – 1913-cü il aqrar 
qanunları müəyyən rol oynamışdı. 1912-ci il 20 dekabr 
qanununa  əsasən sahibkar kəndliləri bütün feodal mü-
kəlləfiyyətlərindən azad edilirdilər. Onlar istifadədə olan pay 
torpağını  məcburi  şəkildə satın alıb, özlərinin xüsusi 
mülkiyyətinə çevirə bilərdilər. Bakı  cə  Gəncə quberniyaları 
üzrə sahibkar kəndlilərinin mülkiyyətinə keçəcək 403 min 
desyatin torpağa görə dövlət mülkədarlara 10,2 milyon manat 
ödəməli, həmin pulu kəndlilər faizlə 28 – 56 il müddətinə 
dövlətə qaytarmalı idilər. 1913-cü il 7 iyul qanununa görə 
Zaqatala dairəsinin sahibkar kəndliləri feodal mükəlləfiyyət-
lərindən azad edilirdilər. Dövlətin bəy və keşkəl sahiblərinə 
birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 il 
müddətinə dövlətə qaytarmalı idilər.  
Beləliklə, 1912 – 1913-cü illər aqrar qanunları  ləng hə-
yata keçirilsə  də, Azərbaycan kəndində ictimai təbəqələşməni 
gücləndirmiş, qolçomaq və  kəndli fermer təsərrüfatlarının 
yaranması üçün müəyyən iqtisadi şəraiti təmin etmiş  və 
kapitalist münasibətlərinin inkişafını sürətləndirmişdi.  
 
4. Birinci Dünya müharibəsi  
dövründə ölkənin iqtisadi vəziyyəti 
 
V mühazirə 
 
 
191
Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına 
çevrilməsə  də, Rusiyanın qoşulduğu müharibə ölkəmizin 
iqtisadiyyatına mənfi təsir göstərmişdi. Neft sənayesində 
mövcud olan durğunluq müharibə  nəticəsində böhranla əvəz 
olmuşdu. Qazma işləri 1914-cü ildəki 52 min sajendən 1917-ci 
ildə 24 min sajenə düşmüşdü. Odur ki, hökumət və iri neft 
şirkətləri “neft aclığını” aradan qaldırmaq üçün bütün 
qüvvələrini səfərbər etməli olmuşdular. Bakıda 1913-cü ildə 
468 milyon pud neft çıxarılmışdısa, 1914-cü ildə bu rəqəm 431 
milyon puda enmiş, müəyyən artım hesabına 1915-ci ildə 451 
milyon puda, 1916-cı ildə 470 milyon puda qalxsa da, 1917-ci 
ildə yenidən aşağı – 402 milyon puda düşmüşdü.  
Qazma işlərinin azalması ilə yanaşı, istehsalın metal və 
avadanlıqlarla cəmi 30 – 50% həcmində təmin olunması, hasil 
olan neftin demək olar ki, hamısının hökümət tərəfindən sabit 
qiymətlə satın alınması  şəraitində neft şirkətlərinin bu sahəyə 
əlavə kapital qoymadan böyük gəlir götürməsi də neft 
sənayesində durğunluğu daha da dərinləşdirmişdi. Neft 
hasilatının demək olar ki, artmadığı şəraitdə 6 iri neft səhmdar 
şirkətinin ümumi gəliri 1913-cü ildə 2,7 milyon manatdan 
1916-cı ildə 4,7 milyon manata çataraq 1,6 dəfədən çox 
artmışdı. Neft sənayesində çalışan 13 min nəfərdən çox qeyri-
azərbaycanlı ixtisaslı  fəhlənin orduya çağırılması  və onların 
yerini kənddən gəlmiş yerli fəhlələrin tutması  əmək məh-
suldarlığının aşağı düşməsinə səbəb olmuşdu. Bakıda fəhlələrin 
sayı 1913-cü ildə 43 min nəfərdən 1916-cı ildə 48,6 min nəfərə 
çatmışdı. 1913-cü ildə neft sənayesi fəhlələrinin hər birinin 
payına orta hesabla 1090 pud neft düşürdüsə, 1916-cı ildə bu 
rəqəm 820 puda enmiş  və deməli,  əmək məhsuldarlığı 1,3 
dəfədən çox azalmışdı. Bütün bunlara baxmayaraq müharibə 
dövründə Rusiyada çıxarılan bütün neftin 80%-dən çoxu 
Azərbaycanın payına düşürdü.  
Müharibə dövründə neft emalı üçün turşular istehsal edən 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə