Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə44/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

IV mühazirə 
 
 
172
rürdü. Partiyaya Ələkbər bəy Rəfibəyov (hüquqşünas), A.Xas-
məmmədov (mülkədar, Yelizavetpol dairə məhkəməsində andlı 
iclasçı, Xəlil bəy Xasməmmədovun qardaşı) və Rüstəmbəyov 
başçılıq edirdilər. Bəzi mənbələr göstərir ki, «Qeyrət»in 
rəhbərliyinə  Nəsibbəy Yusifbəyli də daxil idi. Partiyanın  əsas 
məqsədi «Qafqazın müsəlman  əhalisinin çoxluq təşkil etdiyi 
rayonlarının muxtariyyəti ilə ayrılması» idi. Partyianın 
fəaliyyəti 1908-ci ilə qədər davam etmişdi, lakin bəzi mənbələr 
qeyd edir ki, onun fəaliyyəti 1912-ci ildə də nəzərə çarpırdı. 
1907-ci ilin mayında daha bir milli partiya – «Müdafiə» 
yarandı. O, Tiflisdə  və Elizavetpol quberniyasının qərbində, 
Qazaxda və Borçalıda fəaliyyət göstərirdi. Partiyanın 
yaradılmasında  İbrahim bəy Vəkilov, Ağabəy Qiyasbəyov 
(milis praporşiki, müflisləşmiş  bəy), Hacı  Kərim Sanıyev 
(Dağkəsəmən məktəbinin müəllimi) və başqaları  iştirak 
etmişdilər. Partiyanın fəxri rəhbəri I Dövlət Dumasının deputatı 
İsmayılxan Ziyadxanov idi. Bir çox tədqiqatçılar belə hesab 
edirlər ki, «Müdafiə» sırf bəy partiyası idi. Lakin onun 
tərkibinə ziyalılar da daxil idilər. Partiyanın müraciətində 
deyilirdi ki, o, «Difai» partiyasının proqramı ilə  işləyəcək və 
müsəlmanların bütün ictimai işlərinə müdaxilə edəcəkdir. 
«Müdafiə» mülkədar torpaqlarının kəndlilər arasında 
bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin 
yaradılması, onların maarif və  mədəniyyətinin qayğısına 
qalmaq kimi fikirlər irəli sürürdü. «Müdafiə» 1908-ci ilə qədər 
mövcud oldu. 
Azərbaycanda milli hərəkatın rəhbəri olmuş milli-de-
mokratik «Müsavat» (Bərabərlik) partiyası 1911-ci ildə 
yaradılmışdı. Onun baniləri Məmməd Əli Rəsulzadə (Məmməd 
Əmin Rəsulzadənin  əmisi oğlu), hümmətçilər Abasqulu 
Kazımzadə, Tağı Nağı oğlu, Kərbəlayi Vəli Mikayıl oğlu, Qu-
lamrza Şərifzadə, Səid Musəvi, Yusif Ziya və başqaları idilər. 
Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə özü bu 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
173
zaman siyasi mühacirətdə idi. Partiya qeyri-leqal idi və 1917-ci 
ilin fevralına qədər gizli, ciddi məxfilik  şəraitində  işləmişdi. 
Partiyanın sıralarına ziyalılar, fəhlələr, tacirlər, kəndlilər, xırda 
burjuaziya, kontor xidmətçiləri daxil idilər. «Müsavat»ın ilk 
proqramı 1912-ci ildə  qəbul edilərək, kitabça şəklində çap 
olunmuşdu. Belə hesab edilir ki, onu Məmməd  Əmin 
Rəsulzadə hazırlamışdı. Bu proqram, əsasən islami xarakter 
daşıyırdı, yəni millətlər arasında fərq qoymadan bütün 
müsəlman xalqlarının birləşməsi, müstəqillik uğrunda mübarizə 
aparan müsəlman ölkələrinə maddi və  mənəvi kömək 
göstərilməsi və  s.  kimi  vəzifələr irəli sürürdü. Lakin 
müsavatçıları panislamçı adlandırmaq da doğru olmazdı. 
Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi və nahiyələrdə 
öz bölmələrinə malik idi. Bu bölmələrə  də onlara tabe olan 
özəklər daxil idi. Proqrama uyğun olaraq, ildə bir dəfə MK öz 
işi haqqında konfransda hesabat verirdi. «Müsavat»ın 1917-ci 
ilə  qədərki fəaliyyəti haqqında material olduqca azdır, çünki 
həmin dövrdə partiya ciddi məxfilik  şəraitində  fəaliyyət 
göstərirdi. Yalnız o məlumdur ki, 1912-ci ildə o, Balkan 
müharibəsi ilə əlaqədar intibahnamə (gizli vərəqə) buraxmışdı. 
Həmin vərəqədə Avropa ölkələri tərəfindən sıxışdırılan 
Osmanlılar müdafiə edilirdi. 
 1913-cü  ildə Romanovlar sülaləsinin 300 illiyi 
münasibətilə elan edilən  əfvlə  əlaqədar Məmməd  Əmin 
Rəsulzadə mühacirətdən geri dönür və  həmin vaxtdan 
«Müsavat»a rəhbərlik edir. Bu zaman onun siyasi baxışlarında 
dəyişiklik baş verir. M.Ə.Rəsulzadə islam birliyinə nisbətən 
milli məsələnin üstünlüyünü qəbul edir. O, türk birliyi tərəfdarı 
idi. O, yeni, xarici sözlərdən təmizlənmiş türk dili- «Yeni lisan» 
və türklərin milli dirçəlişi haqqında məqalələr yazır. 
Azərbaycanda milli partiyalar yarandığı zaman artıq digər 
siyasi partiyalar – sosialist tipli təşkilatlar mövcud idi. 
Azərbaycanda ilk belə  təşkilat 1901-ci ildə  fəhlə  hərəkatına 


IV mühazirə 
 
 
174
siyasi xarakter vermək, gizli sosial-demokratik marksist dər-
nəklərin işini  əlaqələndirmək və birləşdirmək üçün yaradılmış 
RSDFP-nin (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) Bakı 
Komitəsi idi. 1903-ci ildə RSDFP-nin bolşevik və menşevik 
hissələrinə ayrılmasından sonra Bakı Komitəsi gah bolşevik 
fraksiyasına, gah da menşevik fraksiyasına birləşirdi. Onun 
tərkibinə 
əsasən qeyri-azərbaycanlılar –A.S.Yenukidze, 
V.Z.Ketsxoveli, L.Qalperin, L.M.Knunyans, İ.F.Sturua, 
A.Eyzenbert və başqaları daxil idilər. Həmin təşkilata daxil 
olan azərbaycanlılardan Məmməd Məmmədyarovun və 
Əsədulla Axundovun adını  çəkmək olar. Bakı Komitəsi 5 
rayona bölünmüş, rayon komitələri yaradılmışdı. Təşkilat gizli 
şəraitdə  işləyirdi. O, marksist ədəbiyyatının yayılması ilə 
məşğul olur, mühazirə  və müzakirələr keçirirdi. Onun özünün 
inqilabi vərəqələr, müraciətlər çap edən gizli «Nina» mətbəəsi 
var idi. 1904-cü ilin sonlarına yaxın komitənin Gəncədə, 
Gədəbəydə,  Şuşada öz təşkilatları var idi. O, sosialist 
cəmiyyətinin yaradılması, istehsal vasitələri üzərində xüsusi 
mülkiyyətin ləğv edilməsi, istehsalın ictimailəşdirilməsi, 
insanın insan tərəfindən istismarına son qoyulması kimi 
məsələləri özünün son məqsədi hesab edirdi. Bütün bunlar üçün 
isə inqilab etmək lazım gəlirdi. İnqilabın hərəkətverici qüvvəsi 
isə proletariat hesab edilirdi.  
1902-ci ildə Bakıda 17 yaşlı  Məmməd  Əmin Rəsulzadə 
tərəfindən «Müsəlman gənclər təşkilatı» yaradılmışdı. Bu 
təşkilatın məqsədi çarizmin müstəmləkə siyasəti ilə mübarizə 
aparmaq idi. Bu dərnək sosialist tipli idi, belə ki, fəhlələr 
arasında azadlıq və inqilab ideyalarını təbliğ edir, çarizmə qarşı 
inqilabi  şerlər yayırdı. Dərnək üzvləri azərbaycanlıların milli 
şüurunun oyadılması  və milli dilin inkişaf etdirilməsini 
özlərinin  əsas məqsədi hesab edirdilər. Bu gənclər dərnəyi 
«Hümmət» təşkilatının yaradılması üçün təməl rolunu oynadı. 
Bakı  fəhlələrinin yarıdan çoxunu təşkil edən azərbaycanlı 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
175
fəhlələr inqilabi və sosial-demokratik işlə  əhatə olunmamışdı. 
Müsəlman fəhlələri arasında iş aparmaq məqsədilə 1904-cü ildə 
Azərbaycan ziyalı-demokratları müsəlman dünyasında ilk 
sosial-demokratik təşkilat olan «Hümmət»i (Enerji) yaratdılar. 
Bu təşkilat Azərbaycan dilində eyni adlı  qəzet buraxırdı. 
S.M.Əfəndiyev, 
Əsədulla Axundov, M.Ə.Əzizbəyov, 
M.Ə.Rəsulzadə, M.H.Hacinski, H.Sultanov və başqaları həmin 
təşkilatın üzvləri ili. «Hümmət»i Rusiya sosial-
demokratiyasında ilk vaxtlar marksizmi türk millətçiliyi ilə 
birləşdirən fenomen hesab etmək olar. «Hümmət»in  şüarı «El 
bir olsa, dağ oynadar yerindən» sözləri idi. Sovet 
tarixşünaslığında «Hümmət» RSDFP-nin Bakı Komitəsinin 
filialı kimi təqdim edilirdi. Lakin arxiv materialları göstərir ki, 
üzvlərinin bir hissəsinin RSDFP-nin üzvü olmasına 
baxmayaraq, bir çox hümmətçilər RSDFP-yə daxil olmaqdan 
imtina etmişdilər. Bu səbəbdən, söyləmək olar ki, «Hümmət» 
uzun müddət ayrıca işləmiş, P.Caparidze və başqalarının dediyi 
kimi RSDFP-nin tərkib hissəsi olmamışdır. Hümmətçilər 1905-
ci ildə  İranda başlamış inqilabın iştirakçıları olmuşlar. 
M.Ə.Rəsulzadə 1909-cu ildə  İrana mühacirət etmiş  və orada 
«İrani-Nou» qəzetini çap etmişdir. 1906-cı ildən hümmətçilər 
həmçinin «Dəvət-Qoç» (Çağırış) və «Təkamül», 1907-ci ildən 
«Yoldaş» qəzetlərini buraxmağa başlamışlar. 1907-ci ildə 
həbslər nəticəsində «Hümmət»in fəaliyyəti  əhəmiyyətli 
dərəcədə  zəiflədi. 1920-ci ildə «Hümmət» digər sosial-
demokratik partiyalarla: RSDFP-nin Bakı Komitəsi və 
«Ədalət»lə birləşərək, Azərbaycan Kommunist Partiyasını 
təşkil etdilər. 
Azərbaycanda fəaliyyət göstərən sosialist partiyalarından 
biri də eser partiyası idi. Rusiyada sosialist-inqilabçılar- eserlər 
partiyası 1902-ci ildə meydana çıxmışdı. Bakıda ilk eser 
dərnəyi 1903-cü ildə yaradıldı, 1904-cü ilin əvvəllərində isə o 
qrup halında formalaşdı. Lakin bu qrup kiçik idi (1903-cü ildə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə