İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları
71
bilər. Bağdadi, İsfərayini, Şəhristani adı keçən hədisə bağlı qalmaq üçün
məzhəblərin sayını 73-də dondurmuşlar. Bəzi alimlər isə bu hədis haqqında
heç nə demədən bu hədisi görməzdən gəlir. Bu alimlərə Əşəri və Fəxrəddin
ər-Razi misal verilə bilər. İbn Hazm isə bu hədisin isnad baxımından səhih
olmadığını bildirir. Bir qrup alim isə bu sayın dəqiq bir saydan ziyadə çoxluq
bildirdiyi fikrini daha məqbul hesab edir. Qurani-Kərimdən də bu sayın (7)
bəzən dəqiq rəqəmdən ziyadə çoxluq bildirməsi ilə əlaqəli dəlillər gətirilir.
(Haqqə 69/32, Talaq 65/12)
Bunu ifadə etmək lazımdır ki, ilk dövrə aid əsərlər günümüzə çatmadığı
üçün hicri III, IV və daha sonrakı əsrlərdə yazılmış əsərlərə müraciət etmə
məcburiyyəti çıxır. Bu isə Əşərinin də qeyd kimi, insanı yanılda bilən bir
yoldur. Lakin bu əsərlərin mənbəşünaslıq baxımından dəyərini qətiyyən
azaltmaq olmaz. Məzhəblər tarixi sahəsində yazılmış əsərlərlə yanaşı ilk
dövrdə və ya o dövrə yaxın dövrdə yazılmış tarix, coğrafiya, tabaqat,
ədəbiyyat, ənsab mənbələrində olan məlumatları da qarşılaşdırmaq düzgün
bir nəticəyə varmağa kömək edə bilər. Daha əvvəl qeyd etdiyimiz kimi
məzhəb, bəzi siyasi, ictimai, iqtisadi və digər hadisələrin təsirinin məzhəb
qurucusu sayılan insan ilə ona tabe olan insanlar üzərindəki fikri, dini və
siyasi təzahürüdür. Buna görə ilk olaraq məzhəblərin ortaya çıxdığı mühitin
düşüncə qəlibləri kimi tədqiqi zəruridir. Bunun üçün hər hansı bir məzhəb
haqqında məlumat əldə etmək üçün o məzhəbin ortaya çıxdığı siyasi, sosial-
ictimai, iqtisadi və elmi mühit haqqında məlumat əldə etmək lazımdır.
Ümumiyyətlə əvvəlki din və mədəniyyətlərin məzhəbin fikirlərinə təsiri
faktları çoxdur. Məsələn Ələviliyin fikirlərinə qədim türk adət-ənənələrinin
təsiri danılmazdır və ya İxvani-səfa vasitəsiylə yeni Əflatunçuluğun
Dürziliyin fikirlərinə təsir etdiyini söyləmək mümkündür.
Bu sahənin metod baxımından digər problemlərinə gəlincə ilk olaraq
adlandırma problemindən bəhs etmək yerinə düşər.
7
Məzhəb və dini
cərəyanların adlarının nə mənaya gəldiyi, kimlər tərəfindən və hansı
məqsədlə istifadə edildiyi məsələsi önəm daşıyır. Burada bir məzhəbin hansı
adla adlandığı, bu adla nəyin nəzərdə tutulduğu, bu adın verilmə səbəbləri,
özləri yoxsa müxalifləri tərəfindən verildiyi kimi suallar təhlil edilir.
7
http://www.sonmezkutlu.com
i.e.n. Adilə TAHİROVA
72
Məsələn Vəhhabilik adından bəhs edərkən bu adın digərləri tərəfindən
verildiyi, özlərinin isə bu adı qəbul etmədiklərini qeyd etmək lazımdır.
Hər hansı bir məzhəbi tədqiq edərkən ortaya çıxma səbəblərinə yer
vermək zəruridir. Məzhəblərin ortaya çıxdığı siyasi, ictimai, dini, tarixi və
mədəni səbəblərindən təcrid edilərək anlaşılması mümkün deyil. Eyni
zamanda qədim mədəniyyət və dini-fəlsəfi ənənələrə qədər uzanan
təşəkküldən əvvəlki şərt və səbəblər də önəmlidir.
Hər bir məzhəbin təşəkkül prosesi əhəmiyyət daşıyır. Heç bir dini
hərəkat bir anda ortaya çıxmır və müxtəlif mərhələlərdən keçir. Bu dövr
düzgün təsbit edilməlidir. Hər bir məzhəb özünü həzrət Peyğəmbər dövrünə
qədər çatdırmağa səy göstərdiyi üçün daha obyektiv mənbələr və tarixi
faktlar əsasında qərar verilməlidir.
Bir məzhəbin ortaya çıxdığı yer haqqında məlumat vermək də gərəklidir.
Çünki coğrafi şərtlər də məzhəbin mədəni və ictimai arxa planını anlamaqda
rol oynayır. Məzhəbin ilk nümayəndələrinin də bir məzhəbin formalaşması
və fikirlərinin sistemləşdirilməsində önəmli bir yeri vardır. Buna görə
onların aldığı təhsil, müəllim-tələbə münasibətləri, səyahətləri, ümumiyyətlə
həyat və elmi şəxsiyyətləri haqqında düzgün məlumat əldə etməyə çalışmaq
lazımdır.
Bir məzhəbi digərindən ayıran ən əsas cəhət fikir və məfhumlarıdır.
Çünki hər bir məzhəbin özünəməxsus etiqadi fikirləri və əqidə sistemi
vardır. Bu məlumatları da əsasən tədqiq edilən məzhəbin mənbələri və
alimlərindən öyrənmək daha obyektiv nəticələrə varmağa kömək edər.
Məzhəblər haqqında doğru məlumat əldə etmək üçün hər məzhəbin
ədəbiyyatına müraciət etmək gərəklidir. Birinci əl mənbələrinə, yoxdursa
ikinci əl mənbələrinə baxmaq lazımdır. Burada onlar haqqında məlumat olan
hər cür sənəd, arxeoloji məlumatlar və numizmatika daxil hər növ ədəbiyyat
və material nəzərdə tutulur. Məsələn Orta Asyada arxeolojik qazıntı
nəticəsində Muğanna və Xaricilərin Həmziyyə qrupu tərəfindən basılan
pulların tapılması yeni faktlar ortaya çıxarmışdır.
Eyni zamanda məzhəblərin ilk dövründə və günümüzdə yayıldığı
bölgələr, digər məzhəblərlə münasibətləri, apardıqları münazirələr, məzhəbin
hal-hazırdakı vəziyyəti və İslam düşüncəsinə verdiyi töhfələr, müsbət və
mənfi təsir də tədqiq edilməlidir. Məzhəblər tarixçiləri və ümumiyyətlə hər
İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları
73
hansı bir məzhəb haqqında məlumat əldə etmək istəyən tədqiqatçılar qısaca
ifadə edilən bu məsələləri də gözardı etməməlidir.
Qarşılaşılan problemləri həll etmək üçün nələr edilməlidir sualına
gəlincə, mənbələrə tənqidi baxışla yanaşmaq vacibdir. Verilən məlumatların
tarixi faktlara uyğun olub olmadığı, rəddiyyə və ya tənqid məqsədilə yazılıb
yazılmadığı araşdırılmalıdır. Əslində məzhəblər tarixi sahəsində əsər yazar-
kən deskriptiv metoda uyaraq məzhəbin tarixçə və fikirləri dəyərləndirilib
tənqid edilmədən olduğu kimi təsvir edilməlidir. Məzhəblərin əsas termin və
fikirlərinin tarixini araşdırmaq da zəruridir. Məzhəbin qurulması və təşək-
külü baxımından önəmli rol oynayan şəxslər daha diqqətli şəkildə müxtəlif
mənbələrdən araşdırılmalıdır. Tərəfsizlik və məzhəblərüstü münasibət bu
sahədə zəruridir. Məzhəblər tarixi sahəsində yazılmış ilk dövr və ya ona
yaxın dövrlərin mənbələri və sonrakı dövrlərdə yazılmış əsərlər tədqiq
edildikdən sonra məzhəbin yaranma dövrünə yaxın dövrlərdə yazılmış digər
mənbələr (kəlam, coğrafiya, ənsab, tabaqat, tarix kitabları, mənaqıbnamələr
və s.) Bundan başqa lazım gələrsə digər sahələrin məlumat və metodundan
və müasir tədqiqatlardan istifadə edilməlidir. Din sosiologiyası, psixolo-
giyası, antropologiya, tarix, dinlər tarixi və digər sahələrin verdiyi məlumat-
lar da obyektiv tədqiqat üçün gərəklidir.
Ümumiyyətlə mənbələrdə hər hansı bir məzhəb haqqında məlumat
verərkən onun İslam məzhəbi olub olmadığı haqqında da fikir bildirilmişdir.
Buna görə İslami olub olmamanın bir ölçü və kriteriyası müəyyən
edilməlidir ki, yanlış nəticələr əldə edilməsin. Bu kimi kriteriyaları təyin
etmədə Qəzzalinin metodu diqqətə layiqdir. Belə ki, o firqeyi-naciyədən
(qurtuluşa çatmış firqə) olmanın yolunu 3 əsasa (uluhiyyət, nübüvvət və
axirət) inanmaqda, açıq və təvilə ehtimalı olmayan ayələrə istinad etməkdə,
bu prinsiplərə iman etmə haqqında ittifaqın (icmanın) olmasında görür.
8
İcma, bir məsələnin zərurati-diniyyə sayılması üçün şərt qoyulur. Zat-sifət
münasibəti, şəfaətin olub olmaması, əzab və nemətin əbədi olub olmaması
kimi məsələlər mahiyyətə aid olmayıb İslamdan çıxarma üçün səbəb deyil.
8
Bu mövzuya keçən məqaləmizdə toxunmuşduq. Bax. Klassik İslam düşüncəsində təkfir//
BDU-nun İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Bakı: Nurlar, 2009 (aprel), s. 121-
134.
Dostları ilə paylaş: |