Hz. Ömər Dövründə Azərbaycan
79
İlk İslami fəth hərəkatlarının Azərbaycana nə vaxt başladığı məsələsi
qəti olaraq bilinməməkdədir. Buna görə də bu məsələ hələ də böyük bir
tarixi problem olaraq qalmaqdadır. Lakin tarixçilər, bu mövzunun bir o
qədər də narahat olunacaq məsələ olmadığını bildirməkdədirlər. Onlar, İslam
ordularının bu ölkənin fəthi tarixini Hicri 18-22 (Miladi 639-643) arasında
göstərərək, məsələni həll etməyə çalışmışdılar.
7
Bəzi qaynaqlarda ilk İslam ordularının miladi 639-cu ildə Azərbaycana
girdikləri haqqında məlumatlar vardır. Bu məlumatlara görə Müsəlmanlar
şimal-qərbdən ölkəyə daxil olmağa başlamış və bir neçə xırda
toqquşmalardan sonra Azərbaycanın mərkəzində yerləşən Muğanı ələ
keçirmişdilər. Bu zaman yerli əhaliyə cizyə vergisi də tətbiq edilməyə
başlanmışdır.
8
Ancaq bununla birlikdə müsəlmanların azərbaycanlılarla ilk
qarşılaşmasının miladi 637-ci ildə Sasanilərin paytaxtı olan Mədain
(Ktesifon) yaxınlığındakı döyüşdə olduğu bildirilməkdədir. Bu döyüşdə
Sasani hökmdarı III. Yezdigerdin sərkərdəsi olan Rüstəmin əmrində
azərbaycanlı döyüşçülər də var idi.
9
Sasani imperatorluğunun Xəzər sahilindəki mərkəzlərində olduğu kimi,
müsəlmanların Azərbaycanda girişdikləri qalıcı fəth hərəkətləri də Nəhavənd
qalibiyyətindən sonra başlayır. Bəzi ixtilaflı fikirlərlə bərabər, bu tarix
əsasən h. 22/m. 642-643-cü il olaraq bilinməkdədir. əl-Vaqidi, İbn Maşər,
İbn İshaq, əl-Mədaini və Elias (Nizibli Elyas) bu dövrdəki fəth hərəkatlarının
məhz bu tarixdə meydana gəldiyini söyləyirlər.
10
əl-Yəqubi və Əbul Fidanın
qeydləri də bu yöndədir.
11
İbnul Kəlbi bu tarixi h. 20/m. 640-41, Seyf İbn
Ömər isə h. 18/m. 639 olaraq qəbul edir.
12
Tarixçilər arasında görülən bu
cüzi fikir ayrılığı, onların Azərbaycanda həyata keçirilən fəth hərəkətlərini
birbirinə qarışdırmalarından irəli gələ bilər.
7
З. Буниятов, Историческая география Азербайджана, Баку, 1987, с. 48.
8
əl-Bələzuri, Əbül Abbas Əhməd İbn Yəhya, Fütuhul büldan, (thq: Ridvan Muhəmməd
Ridvan), Beyrut, Darul Kutubul İlmiyyə, 1978, s. 324.
9
İqrar Əliyev, Azərbaycan Tarixi (ən qədim dövrlərdən XX. əsrin əvvəllərinə qədər), Bakı,
1993, s. 130.
10
Qudamə İbn Cəfər, Kitabul xərac və sinaətil kitabə, Bağdad, 1981, s. 379.
11
əl-Yəqubi, Əhməd İbn Əbu Yəqub əl-Əxbari, Tərixul Yəqubi, I-II, Nəcəf, 1358, II, s. 134;
Əbul Fida, İmaduddin İsmail İbn Nurəddin, əl-Muxtasar fi axbaril bəşər, I-IV, İstanbul,
1286, II, s. 173.
12
Julius Wellhausen, İslamın en eski tarihine giriş, (trc: Fikret Işıltan), İstanbul, 1960, s. 97.
i.e.n. Qoşqar SƏLİMLİ
80
Region haqqında yazılan bəzi əsərlərdə h. 16/m. 637-də Təbrizin fəth
edildiyi, h. 17/m. 638-də isə İslam ordularının Araz çayının şimal sahilinə
keçdiyi qeyd olunur.
13
Azərbaycanın fəthinin h. 18/m. 639-da başladığı
haqqında olan rəvayət, zəif bir ravi olan Seyf İbn Ömərə aiddir.
14
Ancaq
Midiyanın h. 22/m. 642-43 tarixindən əvvəl müsəlmanlar tərəfindən itaət
altına alındığında heç bir şübhə yoxdur. O dövrdə “Kiçik Midiya” olaraq
adlanan Azərbaycanın da bu sahənin daxilində olduğuna nəzər salındığı
zaman, Seyfin bu rəvayətinin doğru olduğu ortaya çıxır.
15
Aşağıda da görəcəyimiz kimi Utbə İbn Fərkadın Azərbaycan xalqına
yazdığı amannamə də h. 18/m. 639 tarixlidir. Ancaq bu ilk yürüşlər qalıcı
mahiyyətdə olmaqdan çox, kəşfiyyat xarakteri daşımaqda idi. Qalıcı fəthlər
isə Əbu Maşər və əl-Vaqidinin rəvayətlərinə görə h. 22/m. 642-43-cü ildə
meydana gəlmişdir. Digər tərəfdən bu dövrdə (h. 18-20 – m. 639-41) İslam
fəth hərəkətlərinin cərəyan etdiyi Azərbaycanın başqa bir qonşusu Cəzirə idi.
İranda isə İslam orduları qədim Əlama, Xuzistana daxil olmuş (h. 17-19 – m.
638-39), Cibal bölgəsinə hərbi yürüşlər başlamışdı.
16
Azərbaycan fəth ordularının Suriya və Bəsrə qərargahlarından kömək
almaqla bərabər, Kufə ordusunun himayəsi altında olduğu qeyd olunmalıdır.
Çünki Kufə ordusu İranın şimal və şimal-şərqində fəthlərə imza atacaqdı.
Cürcandan başlayan bu torpaqlar, Rey, Azərbaycan və hətta Gürcüstanı da
öz içinə alırdı. Hz. Ömərin, ilk fəthlər üçün Azərbaycana üç hərbi birləşmə
göndərdiyi bilinməkdədir. Bunların birinin başında səhabə olan Bukeyr İbn
Abdullah əl-Leysi var idi. O, başda Xirə və Qədisiyyə olmaq üzrə, İraq
fəthlərində iştirak etmiş təcrübəli bir komandan idi.
Bir rəvayətə görə Hz. Ömər, Bukeyr İbn Abdullah ilə Utbə İbn Fərkad
əs-Süləmini Azərbaycana göndərdi. Xəlifə, bu iki sərkərdəyə iki hədəf
müəyyən etmişdi. Bunlar, Azərbaycana fərqli yerlərdən girməli idilər. Utbə
İbn Fərkad, Azərbaycana cənubdakı Hülvandan, Bukeyr İbn Abdullah isə
Mosuldan yəni şimaldan.
17
13
Zeyneloğlu, Cihangir, Muhtasar Azerbaycan tarihi, İstanbul, 1924, s. 19. Qeyd: Bu tarixlər
bir o qədər də dəqiq deyildir.
14
İbn Hubeyş, Kitabul qazavat, Beyrut, I-II, tarixsiz, II, s. 367.
15
Wellhausen, a. k. ə., s. 98.
16
Qudamə İbn Cəfər, a. k. ə., s. 384.
17
Qudamə İbn Cəfər, a. k. ə., s. 384.
Hz. Ömər Dövründə Azərbaycan
81
Bəzi qaynaqlarda Bukeyr İbn Abdullahın Azərbaycana, Cürcanda
qərargah quran Nuaym İbn Muqərrin tərəfindən göndərildiyi qeyd olunursa
da, bunun bilavasitə Hz. Ömərin əmri ilə olduğu daha doğrudur. Hətta bəzi
tədqiqatlarda, Nuaym İbn Muqərrinə Həmədan fəthinin tapşırıldığı, Bukeyr
İbn Abdullaha isə Azərbaycan fəthi vəzifəsinin verildiyi bildirilməkdədir.
18
Bu dövrdə, Azərbaycana ikinci hərbi birləşmənin göndərildiyi müşahidə
olunur. Xəlifə Ömər Həmədandakı orduların başında olan Nuaym İbn
Muqarrinə, Simaq İbn Həraşə əl-Ənsari başçılığındakı olan bir ordunu,
Azərbaycandakı Bukeyrin köməyinə göndərilməsi əmrini verdi. Ancaq bu
əsnada Nuaym İbn Mukarrin ağır müharibələr səbəbilə çətin bir vəziyyətdə
idi. Ancaq o, Reydə olan Simak İbn Həraşəni gec olsa da, Bukeyrin
köməyinı göndərə bilmişdi. Buna görə Simak, yalnız Germidan
müharibəsindən sonra Azərbaycana gələrək, Bukeyr İbn Abdullahın
ordusuyla birləşə bildi. Bukeyrin ordusu İranda Rey və Qəzvin şəhərlərini
fəth etdikdən sonra, Azərbaycana girdi, lakin onlar Azərbaycan ordularının
müqaviməti ilə qarşılaşdılar. Azərbaycan ordularına mərzuban İsfəndiuyar
İbn Fərruxzad komandanlıq edirdi. O, Bacərvan, Meyməz, Nəriz, Şiz,
Meyanəc və digər yerlərin əhalisindən Ərdəbilə böyük bir ordu toplayaraq
müsəlmanlara müharibə elan etdi. Bu müharibə bir neçə gün davam etmiş
və İsfəndiyar əsir alınmışdı. Ancaq müsəlmanlar onu öldürmədi. O,
müsəlmanlara belə dedi: “Azərbaycan əhalisini itaət altına almaq çətin
olacaq, çünki camaat dağlardakı qalalarda gizlənəcək və oradan onlara
hücumlar edəcəkdir. Çox keçmədən müsəlmanlar İsfəndiyarın qardaşı
Bəhramın hücumlarına məruz qaldılar. Ancaq o da, bu müharibədə
məğlubiyyətə uğradı və bunun nəticəsində əsir olan İsfəndiyarla
müsəlmanlar arasında aşağıdakı sülh müqaviləsi imzalandı:
“Bismillahir Rəhmanir Rəhim
Bu yazı, Əmirulmöminin Ömər İbn Xəttabın naibi Utbə İbn Fərkadın
Azərbaycan əhalisinə (onun dərələrdə və dağlarda, yüksək ovalarda və
sərhədlərdə yaşayan bütün xalqına) aman verdiyi haqqındadır. Onların
canlarına, mallarına, din və ibadətlərinə toxunulmayacaq. Uşaqlar,
qadınlar, xəstələr və imkanı olmayanlar vergi vermək məcbutiyyətində
18
İpek, Ali, İlk İslami Dönemde Azerbaycan, (Nəşr olunmamış doktorantura işi), İstanbul
Universitesi S. B. E., İstanbul, 1999, s. 33.
Dostları ilə paylaş: |