Hədislərin mətn baxımından təhlili məsələsi
89
HƏDİSLƏRİN MƏTN BAXIMINDAN
TƏHLİLİ MƏSƏLƏSİ
i.e.n. Namiq ABUZƏROV
∗
Hədisin sənədi onun səhihliyinin təyinedici ünsürüdür. Hədisi rəvayət
edən ravinin etibarlı, siqa və nəql etdiyinin mahiyyətini bilməsi, o hədisin
səhhəti üçün əsas şərttir. Yalan danışan və xalq nəzdində etibarı olmayan
şəxslərin nəql etdiyi hədislərə etibar edilməmişdir.
İslam Peyğəmbərinin (s.a.s.) vəfatından sonra səhabələr hədislərin
səhhətini təsbit etmək üçün fərqli metodlardan istifadə etmişlər. Məsələn hz.
Əbu Bəkir və hz. Ömər kimi səhabələr bilmədiklərin hədisin səhih olduğunu
təsbit etmək üçün onu rəvayət edən səhabənin şahid gətirməsini
1
hz. Əli isə
and içməsini şərt qoşmuşdur.
2
Hz. Aişənin digər səhabələrin rəvayət etdikləri
səhv və ya əksik hədislər barəsində etdiyi açıqlamalar isə müstəqil bir əsərin
mövzusu olmuşdur.
3
Səhabələrin hədislərə qarşı göstərdikləri bu həssas davranış Tabiun nəsli
tərəfindən davam etdirilmişdir. Belə ki, Tabiun və Ətbaut-Tabiin nəsli də
isnadı, hədislərin qorunması üçün ən önəmli amil saymışlar.
4
Əvzai (v.
157/773): “Elmin ortadan qalxmasi, isnadın yox olmasına bağlıdır” deyir.
5
Şu`bə isnadın əhəmiyyətini bu sözlərlə ifadə edir: “İsnad möminin silahıdır.
Yanında silah olmayan nə ilə döyüşər?”
6
Abdullah b. Mübarəkə (v.181/797)
görə isnad dindəndir və o olmasa insanlar istədiyini söyləyərdi.
7
Ona görə
∗
BDU İlahiyyat Fakültəsinin müəllimi
1
Müslim, “İsti`zan” 5.
2
İbn Həcər, “Təhzib” I, 267-268.
3
Bədruddin əz-Zərkeşi hz. Aişənin hədislər haqqında digər səhabələrə ünvanladığı tənqidləri
“əl-İcabə li İradi Mə`stədrəkəthu Aişə aləs-Səhabə” adlı müstəqil bir əsərdə cəm etmişdir.
Beyrut 1970.
4
Salahattin Polat, Hadis Araştırmaları, s. 24, İstanbul 2003
5
Accac, “əs-Sunnətu qablət-tədvin”, Qahirə 1963.
6
əl-Xatib, Şərəfu Əshabil-hədis, Ankara 1972, s. 42.
7
Ramehurmuzi, “əl-Muhaddisul-fasil” Beyrut 1971, s. 209
i.e.n. Namiq ABUZƏROV
90
dinini isnadsız alan insan səmaya nərdivansız çixan kimsəyə bənzəyir.
8
İmam Şafi (v. 204/819): “İsnadsız hədis tələb edən kimsə gecə qaranlığında
odun toplayan insan kimidir. Bu insan fərqində olmadan zəhərli bir ilanı
odun sayıb yerdən götürər. ”
9
Yuxarıdakı iqtibaslardan göründüyü kimi ilk hicri əsrlərdə yaşayan
mühəddislər isnadın önəmli olduğunu vurğulamış və hədisi ilk mənbəyindən
almaq üçün hədis ədəbiyyatında “rihlə” kimi məşhur olan hədis səfərlərinə
çıxmışlar. Belə ki, Əbul-Aliyə (v.90/708): “Biz Bəsrədə Rəsulullahın
əshabından bəzi rəvayətləri eşidirdik. Lakin bu rəvayətləri gedib məhz o
səhabələrin dilindən eşitməyənə qədər narahat olurduq.”
10
Mütəqaddimun mühəddisləri yalnız hədisin əhəmiyyətini bir mənalı
şəkildə ifadə etməklə kifayətlənməmiş, bununla bərabər ravilərin hədis
rəvayəti yönündəki qabiliyyətlərini ölçə biləcək terminləri də icad etmişlər.
Hədisin mənbəyini təsbit edərkən hədisçilər həssas qaydalar qoymuşlar.
Belə ki, xəbəri nəql edənlərin etibarlı və hafizəsi güclü, sənəd isə müttəsil
olmadığı müddətcə onu qəbul etməmişlər. Bu barədə Həsən b. Salih
(h.160/m.777) maraqlı bir qeyd düşür: “Biz hər hansı bir şəxsin hədisini nəql
etdiyimiz zaman onun haqqında o qədər dəqiq tədqiqat aparardıq ki, bilgi
aldığımız insanlar: “Hərhalda bu adam sizin kürəkəniniz olacaq. Elə buna
görə də onun haqqında cox məlumat toplayırsınız” deyirdilər.”
11
Həsən b.
Salihin bu ifadələri hicri ikinci əsrdə hədisin ilk mənbəyi kimi isnadın, başqa
bir sözlə ravilərin qəbul edildiyini göstərir.
Əlbəttə ravilərin, hədisin ilk mənbəyi olaraq qəbul edilməsi anlayışı,
onların tədqiq edilməsinin zərurətini ortaya çıxarırdı. Bu zərurətə əsasən
ravilərin rəvayət qabiliyyətlərini ifadə edən siqa, şeyx, daif, mətruk və kəzzab
kimi yüzlərlə istilah meydana gəldi. Ravilərin haqqında istifadə edilən bu
istilahlar subyektiv xarakter daşıyırdı. Lakin hər hansı bir ravi haqqında bir
çox cərh və ta`dil alimi eyni mənfi ifadəni və ya termini istifadə etdikdə artıq
onun rəvayətlərinə şübhə nəzərilə baxılırdı. Məsələn, “هوبذ ك” (kəzzəbuhu)
8
Müslim, Müqəddimə, I, 15.
9
Münavi, Feyzul-Qədir. Məkkə 1998, I, 433.
10
əl-Xatib, əl-Kifayə, Qahirə (t.y.) s. 402-3.
11
Kifayə, s. 155.
Hədislərin mətn baxımından təhlili məsələsi
91
cərh ifadəsi olub bir ravinin mühəddislərin əksəriyyətinə görə hədis
uydurmaqda ittiham edildiyini göstərir.
12
Qeyd edildiyi kimi icad edilən cərh və tadil terminləri subyektef xarakter
daşıdığı üçün hər hansı bir mühəddisə görə siqa (rəvayətləri etibarlı) sayılan
bir ravi digər mühəddisə görə daif (rəvayətləri etibarsız) hesab edilir. Belə
hallarda qeyd edilən ravi muxtələfun aleyh (haqqında mübahisə edilən)
sayılır viə onun rəvayətləri şahid hədislə dəstəklənənə qədər zəif sayılırdı.
“Muxtələfun aleyh” (mübahisəli) hesab edilən ravinin və ya ravilərin
nəql etdiyi hədislərin səhhəti bir neçə terminlə ifadə edilir. Məsələn sözü
gedən ravini siqa sayan mühəddislərə görə onun rəvayət etdiyi hədis səhih,
zəif sayan hədis alimlərinə görə isə zəifdir. Xüsusilə “mövzu” (uydurma)
sayılan rəvayətlərin cəm edildiyi əsərlərə nəzər salsaq hər hansı bir rəvayət
haqqında isnada əsaslanan bir neçə səhihlik hökmünün verildiyinə şahid
olarıq.
13
Yalnız isnada əsaslanaraq bəzi hədislər haqqında bir neçə səhihlik
hökmünün ifadə edilməsi, isnadın mənbə dəyərini müzakirə obyektinə
çevirir. Bu səbəblə mübahisəli hədislərin sənəd yönümlü təhlili ilə yanaşı
mətn baxımından təhlili də əhəmiyyət kəsb edir. Elə buna görə də bəzi
muhəddislər hədis mətninin səhhəti üçün sənədinin səhih olmasının kifayət
etmədiyini vurğulamışlar. Hətta Hakim ən-Nisaburi (v. 405/1014) “Marifətu
Ulumil-Hadis” adlı əsərinin 29-cu qismini bu məsələyə ayırmış və isnadı
siqa ravilərdən meydana gəldiyi halda mətni səhih olmayan hədislərə örnək
vermişdir.
İslam həyatın hər bir sahəsini əhatə etdiyi üçün onun Peyğəmbərinin
(s.a.s.) hədisləri də həyatın hər bir sahəsi ilə əlaqədardır. Yəni isnaddan
fərqli olaraq hədis mətinləri yeknəsəq xüsusiyyət kəsb etmir. Başqa bir
sözlə, isnada əsaslanaraq hədislərin səhihliyi təsbit edildiyi zaman ravinin
etibarlı, doğru-sözlü və nəql etdiyi hədisin mahiyyətini bilməsi kifayətdir.
Lakin mətnə əsaslanan səhihlik təsbitində isə müxtəlif bilgi və dəlillərə
müraciət etmək zərurəti ortaya çıxır.
12
Geniş məlumat üçün baxın: Ahmet Yücel, “Hadis Istılahlarının Doğuşu ve Gelişimi” s.
İstanbul 1996, 133-143
13
İbnul-Cevzi, Kitabul-mevzuat minə'l-əhâdîsi'l-merfû'ât, Riyad, 1997; Suyûtî, əl-Ləâli'l-
masnûa fî əhâdîsi'l-mevdû'a, Misir (t.y) .
Dostları ilə paylaş: |