Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə30/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

 i.e.n. Namiq ABUZƏROV 
92 
Əsbabi-vürud adlanan bu bilgi və  dəlilləri bəzi hədis mətnlərinin özü 
əhatə etdiyi kimi
14
, bunlara mətn xaricində də rastlamaq mümkündür. Mətn 
xaricindəki dəlillərin təsbitində  tarixi faktlar (sosial və siyasi), cahiliyyət 
dövrünün adət və  ənənələri,  Ərəb  ədəbiyyatı, hz. Peyğəmbərin yaşadığı 
dövrdəki hadisələrin xronologiyası, ravi səhabələrin müsəlman olma 
ardıcıllığı (xüsusilə ibadət ilə əlaqədar olan mübahisəli hədislərin təhlilində) 
və  Qur`an ayələrinin nazil olma səbəbləri  (əsbabi-nüzul) və s. kimi 
mənbələrdən faydalanmaq mümkündür.   
Yuxarıda qeyd edilən mənbələrdən tarix kitabları xüsusi əhəmiyyət 
daşıyır. Belə ki, bu mövzuya işıq salacağı ümidi ilə tarixi mənbələrə 
əsaslanaraq isnadı mübahisəli olan iki fərqli hədisin mətn təhlilinə    dair 
nümunə vermək mümkündür. Bu hədislərdən biri inək əti digəri isə fəluzəc 
adlı şirniyyat növü ilə əlaqədardır.  
Hakim ən-Nisaburi “əl-Müstədrək” adlı əsərində Abdullah b. Məs`uddan 
belə bir rəvayət nəql edir: “Rəsulullah (s.a.s.) buyurdu ki, inəyin südündən 
və yağından istifadə edin, bunlarda şəfa vardır.
15
 Onun ətini isə yeməyin 
çünki  ətində  xəstəlik vardır.”
16
 Hakim bu hədisin səhih olduğunu qeyd 
etdikdən sonra Buxari və Müslimin şərtlərinə uyğun olduğunu, lakin onların 
bu hədisi almadığını  əlavə etmişdir. Bu hədisi yalnız Hakim deyil, ondan 
əvvəl yaşamış Tabərani də  rəvayət etmişdir. Tabəraninin “əl-Mu`cəmul-
Kəbir” adlı əsərindəki bu rəvayət Muleykə binti Amr tərəfindən nəql edilir.
17
 
Hər iki rəvayət inək  ətində  xəstəlik olduğunu vurğulayır. Bu rəvayətləri 
isnad baxımından təhlil edən müasir hədis alimi Nəsruddin Albani bu 
rəvayətlərin bir birini şahid kimi dəstəklədiyini və  səhih olduğunu qeyd 
edir.
18
  
Digər bir hədis alimi Məhəmməd Qəzzali isə  “əs-Sünnə  ən-nəbəviyyə” 
adlı  əsərində “inək  ətində  xəstəlik vardır” hədisi haqqında belə deyir: 
“Məhəmməd Nəsruddin Albani böyük bir hədis alimi olmasına baxmayaraq 
                                                 
14
 Ətraflı məlumat üçün baxın: “İbn Həmzə, əl-Bəyan vət-Tarif fi əsbabi vürudil-hadisiş-şərif
Qahirə 1973” 
15
 Bu hədisin ilk yarısı yəni inəyin südünün faydalı və bir çox bitkidən hazırlandığı üçün şəfalı 
olduğu xüsusunu Hakimdən başqa hədis alimləri də öz əsərlərində qeyd etmişlər. Tabərani, 
Müsnəduş-Şamiyyin, II, 293, Beyrut 1989; əl-Mu`cəmul-Kəbir, VIII, 167,  Beyrut 1984.  
16
 Hakim ən-Nisaburi, əl-Müstədrək aləs-Sahiheyn, hədis no: 8341, Haydarabad 1915, 
17
 Tabərani, əl-Mu`cəmul-Kəbir, XVIII, 218.  
18
 Albani, “əs-Silsilətus-Sahiha” IV, 107 (hədis no: 1533) 


Hədislərin mətn baxımından təhlili məsələsi 
93 
“İnək ətində xəstəlik vardır” hədisinin səhih olduğunu qeyd edir”. Halbuki, 
Qur`ani-Kərimi oxuyan və anlayan hər kəs bilir ki, bu hədisin heç bir dəyəri 
yoxdur. Çünki Allah Təala Ən`am və Həcc (Ən`am 6/142-144, Həcc 22/36) 
surələrində inək  ətinin mübah / halal olduğunu və onu bir nemət kimi 
insanlara bağışladığını ifadə edir. Bu təqdirdə hansı  xəstəlikdən bəhs edilə 
bilər?”
19
  
“İnək ətində xəstəlik vardır” hədisi bəzi İslam alimləri tərəfindən tənqid 
edilmişdir. Halimi (v. 403/1012), Zərkeşi (v. 794/1392) və  Səxavi (v. 
902/1496) kimi alimlərin “İnək  ətində  xəstəlik vardır” hədisi ilə  əlaqadar 
verdiyi bilgiyə görə quraqlıq olan bir fəsildə Hicaz bölgəsindəki bəzi 
inəklərin ətləri yoluxucu xəstəliklərin mənbəyi olmuşdur. Elə bu səbəbə görə 
də fövqəladə bir hal kimi inək  ətlərinin yeyilməsi müvəqqəti olaraq 
Rəsulullah (s.a.s.) tərəfindən qadağan edilmişdir.
20
  Nəticə etibarilə  “İnək 
ətində xəstəlik vardır” hədisi müəyyən bir vaxta aid olmuş və iddia edildiyi 
kimi Qur`anın hökmlərinə zidd olmamaqla yanaşı xalq təbabəti baxımından 
əhəmiyyət kəsb edir. Digər tərəfdən yuxarıdakı hədis ilə əlaqədar dəlil kimi 
istifadə edilən  Ən`am və  Həcc (Ən`am 6/142-144, Həcc 22/36) surələrinin 
yerinə insanın öz-özünü təhlükəyə atmaması, təmiz və sağlam qidaların 
yeyilməsi ilə əlaqədar ayələrin vurğulanması məqsədəuyğun olardı.
21
  
“İnək  ətində  xəstəlik vardır” hədisi mətn baxımından Qur`an ayələrinə 
zidd olmaqla yanaşı hz. Peyğəmbərin bu mövzudakı  tətbiqatına da ziddir. 
Belə ki, Rəsulullahın (s.a.s.) öz xanımları adına inəyi qurban kimi kəsdiyini 
ifadə edən rəvayətlər hədis mənbələrinin əksəriyyətində mövcuddur.
22
 Nəticə 
etibarilə Hakim ən-Nisaburi və Nəsruddin Albani kimi alimlərin bu hədisin 
isnadına  əsaslanaraq “səhih” olduğunu ifadə etməsinə baxmayaraq həm 
Qur`an və hz. Peyğəmbərin tətbiqatı, həm də tarixi hadisələr və  bəşəri 
təcrübə, onun mətn nökteyi nəzərindən zəif olduğunu və ya mütləq bir hökm 
ifadə etməyib, tarixin müəyyən bir vaxtına aid olduğunu sübut edir.  
Mövzu ilə  əlaqədar ikinci hədis isə “fəluzəc” adlı  şirniyyat növü 
haqqındadır. İbn Macənin Sünən`inin “Ət`imə” kitabında yer alan bu hədisin 
mətni İbn Abbasa istinad edilir. Belə ki, İbn Abbas bu şirniyyat növünü ilk 
                                                 
19
 Qəzzali “əs-Sünnə ən-nəbəviyyə”, s. 20 
20
 Suyuti, “Durərul-Muntəsira fil-əhadisil-muştəhira” Qahirə 1960s. 23 
21
 Zəkəriyya Gülər, “Hədis Problemləri” s. 102.  
22
 Buxari, “Ğasl” 29; Müslim, “Həcc” 17; Nəsai, “Təharət” 185. 


 i.e.n. Namiq ABUZƏROV 
94 
dəfə hz. Peyğəmbərdən eşitdiyi, onun da Cəbrailden (a.s) eşitdiyi nəql edilir. 
Hədisin mətni belədir: “Cəbrail (a.s) hz. Peyğəmbərə (s.a.s.) dedi: “Sənin 
ümmətin üçün torpaqlar fəth ediləcək, onlar bolluq və  çox sərvət  əldə 
edəcəklər və  fəluzəc yeyəcəklər. Rəsulullah (s.a.s.): “Fəluzəc nədir?” deyə 
soruşmuş. Cəbrail də: “Yağ  və balın qarışığından  əldə edilir” demiş. Hz. 
Peyğəmbər (ümmətinin bu halına) ağlamış””
23
  
Bu rəvayət yalnız İbn Macənin “Sünən”ində deyil, İbn Əbu Asimin “əl-
Əvali” adlı əsərində də mövcutdur.
24
 İbn Macənin məhz bu hədis üçün ayrı 
bir bab ayıraraq onu “Fəluzəc” adlandırması, müəllifin bu şirniyyat növü 
haqqında məlümat vermək istədiyi təsəvvürünü yaradır. Lakin bu rəvayət 
İbnul-Cəvzi tərəfindən bir neçə  əsasla uydurma hesab edilmişdir.  İbnul-
Cəvzinin sadaladığı bütün əsaslar rəvayətin isnadı ilə  əlaqadardır. Bu 
rəvayətin isnadını  aşağıdakı kimi qeyd edərək  İbnul-Cəvzinin dəlillərini 
sadalamaq mümkündür: (hədisin isnadı belədir:) 
İsmâil b. Əyyâş→Muhəmməd b. Talhâ→Osman b. Yəhyâ→İbn 
Abbâs→Hz. Peyğəmbər. 
1.  İsmail b. Əyyâş  zəif ravidir. Onun haqqında  Əhməd b. Hənbəl belə 
deyir: “İsmail eşitdiyi hər şeyi nəql edir”. İbn Hibban isə onun qocalığında 
hafizəsinin zəiflədiyini və çox səhvə yol verdiyini qeyd edir.
25
 
2.
 
Muhəmməd b. Talhâ, Yahyâ b. Maîn tərəfindən zəif hesab 
edilmişdir. 
3.
 
Əvul-Fəth  əl-Əzdi isə: “Osman b. Yəhyânın  İbn Abbasdan nəql 
etdiyi rəvayətlər etibarə edilməməlidir” demişdir.
26
 
İbnul-Cəvzi, uydurma hesab etdiyi bu hədisin hz. Abbasdan sonrakı ilk 
üç ravisini cərh və tadil alimlərinin rəylərinə əsaslanaraq zəif və batil hesab 
etdiyi halda  onun mətni haqqında hər hansı fikri ifadə etməmişdir.  
İbnul-Cəvzinin “əl-Məvzuat” adlı əsərinə əsaslanaraq “əl-Ləalil-məsnua” 
adlı bir kitab yazan Suyuti, yuxarıdakı hədisin əslində uydurma olmadığını 
qeyd etmişdir.
27
 Bu rəvayətin uydurma olmadığını sübut etməyə çalışan 
                                                 
23
 İbn Macə, Ət`imə 46. 
24
 İbn Əbu Asim, “əl-Əvali” Beyrut 1987, s. 44-45.  
25
 İbnul-Cəvzi, “əl-Məvzuat”, Riyad 1997, III, 166-167. 
26
 İbnul-Cəvzi, “əl-Məvzuat”, III, 166-167. 
27
 Suyuti, “əl-Ləalil-Məsnua”,  Misir, (t.y.) II, 240.  


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə