Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə23/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi problemlər və həlli yolları 
69 
Şiə müəllif olan Naşi əl-Əkbərin (293/906) Məsailu-l-imamə, Kitabu-l-əvsat 
fi-l-məqalat, Beyrut 1971; Əhli-sünnəyə mənsub Əbu Muti Məkhul ibn Fəzl 
ən-Nəsəfinin (318/930) Kitabu-r-rədd alə-l bida,  təhqiq edən. Marie 
Bernand, Annales Islamologiqes, 16 (1980), s. 39-126 və digərləri verilə 
bilər. 
Məqalat dövrünü artıq müxtəlif məzhəblərin tamamilə təşəkkül etdiyi və 
hər firqənin etiqadi fikirlərinin bir-biriylə müqayisə edilib bəzən tədqiq və 
tənqidə də yer verilən “Firaq və ya Miləl və nihal (Dinlər və firqələr)” dövrü 
izləyir. Bu tip əsərlər hicri III əsrdən etibarən qələm alınmışdır. Hər nə qədər 
bu dövrün bir çox tarixçi və coğrafiyaçılarının da məzhəblərdən bəhs etdiyi 
görülsə  də  əsas mövzularını  məzhəblər təşkil etmir. Bu qrupda yer alan 
əsərlər sadəcə məzhəbləri deyil, digər dinləri də tədqiq edirdi. Bu da İslam 
torpaqlarının genişlənməsi və bunun nəticəsində müxtəlif din və  əqidələrə 
mənsub insanlarla qarşılaşmadan qaynaqlanırdı. Çünki bu din və əqidələrin 
öyrənilməsi bir zərurət idi.
4
 Ancaq bu tip əsərlərdə yanlış anlatmalar, 
polemikalar çox yer verilirdi və çox zaman obyektivliyin olmadığını da qeyd 
etmək lazımdır. 
Klassik dövrün önəmli mənbələrinə  gəlincə, bunlardan bəzilərini qeyd 
etmək lazımdır. Məsələn, Əşərinin (324/936) Kitabu-l-Məqalati-l-İslamiyyin 
əsəri, III əsrdə yaşamış Həsən ibn Musa ən-Növbəxtinin Kitabu firaqi-ş-Şia, 
Səd ibn Abdullah əl-Qumminin (301/913) Kitabu-l-məqalat və-l-firaq,  ət-
Təraifi ləqəbi ilə bilinən Əbu-l-Hüseyn əl-Məlatinin (377/987) ət-Tənbih və-
r-rədd alə əhli-l-əhva və-l-bidə, İbn Hazm əl-Əndəlusinin (456/1063) Kitab 
əl-fəsl fi-l-miləl və-l-əhva və-n-nihal,  İsfəraininin (471/1078) ət-Təbsir fi-d-
din və təmyizul-firaq, Əbu Mənsur əl-Bağdadinin (479/1037) əl-Fərq beynə-
l-firaq,  Şəhristaninin (548/1153) əl-Miləl və-n-nihal, Fəxrəddin  ər-Razinin 
(606/1209) İtiqadatu firaqi-l-muslimin və-l-muşrikin adlı əsərlərinin adlarını 
çəkmək zəruridir.
5
 Bu alimlər fərqli düşüncə məktəblərinə mənsub idi.  
                                                 
4
 Ethem Ruhi Fığlalı, əl-Fərq beynə-l firaq (Mezhepler arasındakı farklar), müqəddimə.  
5
 Adı keçən əsərlər nəşr edilərək müxtəlif dillərə tərcümə edilmişdir. Məsələn, Əbu Mənsur 
Əbdülkərim  əl-Bağdadi,  əl-Fərq beynə-l firaq (Mezhepler arasındakı farklar), tərcümə 
edən: Ethem Ruhi Fığlalı, Ankara, TDV yayınları, 1991; Əbu-l Həsən əl-Əşəri, Məqalatu-l 
İslamiyyin və-xtilafu-l musallin (İlk dönem İslam mezhepleri), tərcümə edənlər: Mehmet 
Dalkılıç və Ömer Aydın,  İstanbul, Kabalcı yayınevi, 2005; Muhəmməd  Əbdülkərim  əş-
Şəhristani,  əl-Miləl və-n nihal (İslam mezhepleri), tərcümə edən: Mustafa Öz, İstanbul, 
Ənsar nəşriyyat, 2005; Qummi, Növbəxti,  Kitabu-l maqalat və-l firaq, Firaqu-ş  Şia (Şii 
 


 i.e.n. Adilə TAHİROVA  
70 
Adı keçən  əsərlərdə problemlər və  səciyyəvi xüsusiyyətlər belə xülasə 
edilə bilər: 
Bu  əsərlər məzhəblərin tarixi inkişafını göstərmir. Bəzən bir şəxslə  və 
onun fikirləri ilə başladılır. Halbuki məzhəb, bəzi siyasi, ictimai, iqtisadi 
hadisələrin təsiri ilə məzhəb qurucusu sayılan insan və ona tabe olanlardakı 
fikri və dini təzahürüdür. Məzhəbi meydana gətirən tarixi, coğrafi, siyasi, 
ictimai  şərtləri tanımadan fikirləri və davranışları düzgün dəyərləndirmək 
mümkün deyil. Bu əsərlərdə rast gəlinən ən böyük nöqsan budur. Lakin bu 
əsərlər arasında da istisnalar olduğunu qeyd etmək lazımdır. Məsələn 
Şəhristani  əsasən fikirləri nəql etməklə kifayətlənib elmi davransa da digər 
müəlliflərin hamısında bu müşahidə edilmir. Əksər müəlliflər öz 
məzhəblərinə uymayan fikirləri rədd edir. Bu əsərlərdə müşahidə edilən 
təəssübkeşliklə müəllif özünü dini vəzifəsini yerinə yetirmiş hesab edir. 
Halbuki bu, sonrakı dövrlərdə yaşayanlara digər məzhəblərin fikirləri 
haqqında düzgün məlumat  əldə etməyə mane olur. Məsələn  İbn Hazm özü 
əsərini Zahiriyyə  məzhəbini qorumaq üçün qələmə aldığını  əl-Fəslin  hər 
yerində deyir. Öz məzhəbini müdafiə etmək təbii olsa da ən azından fikirləri 
əslinə uyğun şəkildə nəql etmək gərəklidir. Məzhəblər tarixçisi isə obyektiv 
olmalıdır. Bu sahənin əsərləri diskriptiv (təsviri) metodla yazılmalıdır.  
Əsərlərin yazılışında və  tərtibatında fərqlər vardır. Bu əsərlərdə  bəzən 
məsələlər əsas alınır, bəzən firqə və məzhəb qurucuları ön planda yer tutur. 
Bu kitabların tərtibinə  gəlincə, daha çox xronoloji baxımdan tərtib edilir. 
Bəzi əsərlərdə İslami olmayan fikirlərdən başlayıb İslamda olan məzhəblərə 
və fikirlərinə yer verilir. Məsələn Bağdadi  İslam məzhəblərindən başlayıb 
sonra  İslamda olmayan firqələrə keçir, sonra ifrat fikirlərə yer vermiş  və 
nəhayət Əhli-sünnə ilə bitirmişdir. Təsnifdə əsas problem məzhəblərin sayı 
məsələsidir. Burada məşhur 73 firqə hədisi ilə əlaqəli olaraq bəzi müəlliflər 
bu hədisə bağlı qalmaq istəmişdir.
6
  Yəni firqə  və  məzhəblərin sayını 73-ə 
çatdırmağa səy göstərmişlər. Halbuki bu say, əgər məzhəblərin qolları 
alınmazsa xeyli az olar. Əgər qolları da təsnifə daxil edilərsə daha artıq ola 
                                                                                                                   
fırkalar),  Ankara, Ankara okulu yayınları, 2004. Bütün bu əsərlər türk dilinə  tərcümə 
olunmuşdur. Son əsər 2 məşhur klassik dövrü təmsil edən  Şiə alimin əsərləri və 
tərcümələrindən ibarətdir. Şəhristaninin məşhur əsərinə gəlincə onun İslam məzhəbləri ilə 
əlaqəli olan hissəsi tərcümə edilmişdir. 
6
 Mustafa Öz, İlyas Üzüm, İslam məzhəbləri tarixi,  s. 15-16. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə