Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

 V.VƏLİYEV 
62 
Əbdü Manafın liderlik məharətini və nüfuzunu nəzərə alaraq, ona 
parlamentar səlahiyyəti verdilər ki, onları barışdırsın. Və o da onların 
qəlblərindən  ədavət və nifrətin səbəblərini çıxarıb atmaq, fitnə alovunu 
söndürmək və iki yaxın müttəfiqi barışdırmaq məqsədi ilə onlara aşağıdakı 
xütbə ilə müraciət etdi”. 
1.“Ey insanlar! Biz İbrahimin nəsliyik.  İsmayılın törəmələriyik.  Ən-
Nədru-bin Kinənin və Qusay bin Kiləbin övladlarıyıq. Biz Məkkənin söz 
sahibləriyik, müqəddəs Kəbənin sakinləriyik. Biz ləyaqət,  əsil-nəcabət 
zirvəsinə və şan-şöhrət mənbəinə malikiq”. 
2.“Hər kəsin hər kəslə (qəbilələr  nəzərdə tutulur) ittifaqı var ki, qəbiləyə 
asi olmaq və qohumluğa xələl gətirən çağrışlardan başqa bütün çağrışlara 
(birgə müdafiəyə) müsbət cavab versin və yardım etsin. 
Ey Qusay övladları! Siz bir ağacın iki budağısınız. Onlardan biri sınarsa, 
müttəfiqi (dostu) tənha qalar. Qılınc qınından ayrı saxlanmaz. Əşirətinə ox 
atan öz oxuna tuş gələr. Daima düşmənçilik edəni düşmənçilik zülm yoluna 
aparıb çıxarar. 
3. Ey insanlar! Tədbirli  davranış    şərəfdir. Səbr zəfərdir. Xeyirxahlıq 
tükənməz xəzinədir. Comərdlik  şan-şöhrətdir. Cahillik axmaqlıqdır. Günlər 
gəldi-gedəndir. Zaman ibrətdir. Kişi hərəkətinə bağlıdır və  əməli ilə  qəbul 
olunar. Yaxşılıq edin ki, həmd qazanasınız. Qarayaxalıqdan (höcətdən)  əl 
çəkin ki, səfehlər sizdən uzaqlaşsın. Sizinlə ortaq olanlara ehtiram göstərin 
ki, sizin ətrafınızda birləşsinlər, sizinlə  təmasda olanları qoruyun və bağış-
lamağı bacarın ki, sizin yanınızda olmağa rəğbət göstərsinlər. Onlarla  insaf-
la davranın ki, öz haqlarının hamısını alsınlar və sizə etimad göstərsinlər. 
Ləyaqət və əxlaqa riayət edin ki, o ucalıqdır. Özünüzü pis əxlaqdan qoruyun, 
çünki o şərəfi alçaldır və  şöhrəti aşağılayır. Cahilin cahilliyini qabaqlamaq 
(önləmək) onun cinayətindən daha asandır. Qəbilənin başçısı onun ağırlıq-
larını (çiynində) daşıyır. Səbr sahibinin məqamı fayda götürmək istəyənə 
öyüddür. 
Onlar dedilər: Ey Əbu Nadla (onun künyəsi belə idi) səninlə razıyıq və 
barışdılar”
6

                                                 
6
 Ali Muhammədil-Cumbulati, Abdul-Azizi-s-Seyyidi-l Misri, Muhammad İbrahim Nasr, əl-
"Ədəbu ba-n-Nususu, 1981, 1982. 


Şifahi ərəb ədəbiyyatinda İslamaqədərki nəsr nümunələrinin izi ilə... 
63 
Bu  xütbənin  mətninin  heç  bir təhrifə və dəyişikliyə uğramadan orijinal 
olaraq bizə  gəlib çatmasını iddia etmək sadəlövhlük olardı. Yəqin ki, uzun 
zaman  ərzində  ağızdan ağıza keçən, nəql olunan və üzü köçürülən vaxt 
mətndə bəzi təhriflər və dəyişikliklər olmuşdur. Lakin əminliklə demək olar 
ki, onun əsas özəyi və nüvəsi dəyişməz olaraq qalmışdır. Çünki bunu o 
zamanlardan qalmış başqa xütbə  və öyüd-nəsihət məqsədi ilə söylənilmiş 
xütbələrin mətnləri ilə müqayisə edəndə anlamamaq mümkün deyil. Belə ki, 
islama qədərki və  hətta islamın ilk illərində söylənilmiş xütbələrin 
müəllifləri xütbələrini yığcam, lakonik söyləməklə  bərabər, onları aforizm 
və hikmətli kəlamlarla bəzəyirdilər. Az sayda sözlə  və  qısa cümlələr 
vasitəsilə böyük məram və    məqsədlər ifadə edirdilər. Heç şübhəsiz, bu 
onlara fitrətdən  verilmiş lütfün sayəsində ortaya çıxan məharət idi. Çünki 
onlar yunan filosof və natiqləri kimi akademiyalarda oxumamışdılar. 
Lakin bu kiçik informasiya xarakterli yazının məqsədi xütbənin bədii 
xüsusiyyətlərini və dil cəhətdən məziyyətini açmaq deyil. Məqsəd onun 
tarixiliyini və xütbəçinin diplomatik və natiqlik məharətini nəzərə 
çatdırmaqdır. 
Mətndən göründüyü kimi, Haşim bin Əbdu Manaf tale yüklü xütbəsini 
mahir bir diplomat səviyyəsində quraraq, öncə  hər iki qəbilənin müqəddəs 
ulu əcdadlarını xatırlayır. Sonra Qureyş qəbiləsinin yaxın ulularını yada salır 
və sonra öz qövmünün ərəblər arasında  şan-şöhrət sahibi olan nəhəng 
şəxslərini sadalayır. Eyni zamanda, qəbiləsinin o zamankı  Məkkədə malik 
olduğu önəmli məqama işarə edir. 
Xütbənin ikinci bölməsində Qureyşin Xuraa qəbiləsi ilə müttəfiq 
olmasını xatırlayaraq, o qəbilənin də önəmini dinləyicilərə  bəyan edir. Hər 
iki qəbilənin bir ağacın iki budağı kimi yaxın və bir-birlərinə bağlı 
olduqlarını söyləyir. 
Üçüncü hissədə  qədim atalar sözlərindən, aforizm və hikmətli 
kəlamlardan istifadə edərək onlara təlqin edir ki, zəif sülh, qanlar və 
qurbanlarla dolu olan müharibədən daha əfzəldir. Qəbilə başçılarının ağır 
məsuliyyətlərini xatırlatmaqla onları  tədbirli olmağa, hərəkətlərini və 
əməllərini yüz ölçüb bir biçməyə səsləyir ki, onların düşünülməmiş əməlləri 
ağır qırğın və talanlara səbəb olmasın. 
Digər bir xütbə Peyğəmbərin (s.a.s.) babası Əbdül Müttəllib bin Haşimə 
məxsusdur. Bu xütbə  də    ərəb xalqının çox ağır bir durumundan üzü ağ 


 V.VƏLİYEV 
64 
çıxmağı münasibəti ilə söylənilmişdir. Belə ki, həbəş orduları  Əbrəhənin 
sərkərdəliyi altında Yəməni işğal edir. Və o müqəddəs Məkkəni də 
dağıtmağa cəhd göstərir. Lakin Seyf bin Qiyəzən  qılıncı qəsbkarları məğlub 
edib geri oturdur və  Yəməni azad edir. Bu xoş münasibətlə  yəmənliləri 
alqışlayıb təbrik etmək üçün dost qəbilələrin nümayəndə heyətləri Yəmənə 
axışırdılar. Və bu səfərdə Qureyş  qəbiləsinin başçısı, peyğəmbərin babası 
Əbdül-Müttəlib Yəmən hökmdarının  şərəfinə çox təmtəraqlı bir təbrik 
xütbəsi söyləyir. 
Bu xütbələrin müəlliflərinin həyat və yaradıcılıqları barədə qısa da olsa 
görkəmli  ədəbiyyatşünas Hənnə-əl-Fəxurinin “ Ərəb  ədəbiyyatının tarixi” 
kitabında əks olunmaması təəccüb və təəssüf doğurur. 
 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə