Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə6/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   2   3   4   5   6   7   8   9   ...   152

 Ömer Aslan 

20 


oldu. Dindarlığı, vətənpərvərliyi, ailəcanlılığı, alicənablığı  və  hər bir tələ-

bəyə ayrı-ayrılıqda diqqət göstərməsi, onun ən bariz cəhətlərindən idi. Sözü 

üzə deməkdən çəkinməyən, mərd bir kişiydi Ömər hoca. Bəlkə  də Türki-

yənin hər cəhətdən, Azərbaycana yaxın bir vilayəti olan Ərzurumdan olma-

sıydı, Ömər hocanı bizə bu qədər yaxın edən. Davranışlarından Azərbaycan 

üçün hər  şeyə hazır olduğunu hiss edirdim. Bakının xaricinə, rayonlardan 

birinə getdiyimizdə, bu insanın  ətrafına baxışlarından, onun buraya sadəcə 

gəzmək üçün deyil, eyni zamanda vətəninin bir parçasından mənəvi zövq 

almaq istədiyini də hiss edirdim. Fakültəyə olan bağlılığı, Azərbaycan üçün 

10-15 nəfər də olsa mənəviyyətaı pak gənc yetişdirmək istəməsindən qay-

naqlanmaqdaydı. Sizi əsirgəməyib, bizimlə bərabər çalışmanıza mane olma-

yan ailəniz və övladlarınıza minnətdaram. Sonda Ömər hocaya demək istər-

dim ki: Hocam! Yeriniz hər zamankı kimi aramızdadı; “Koşkar bey!” deyə 

xitab etməniz, hələ də qulaqlarımda çınlayır!  Azərbaycan üçün, fakültə üçün 

və bizim üçün etdiklərinizə görə ÇOX SAĞOLUN!!! 

 

Qardaşınız Koşkar bey 

 

Ömer hoca Anadolu’nun yetiştirdiği nadide simalardan birisidir. Sözüy-



le, fiiliyle, dünyaya bakışıyla hep emniyet telkin eden Ömer Aslan hocamız 

BDU  İlahiyat fakültesinde hizmet ettiği sürece kendisinden birçok hususu 

öğrenme fırsatı buldum. Derslere çok önem verir ve talebeyi kendi kardeşi 

gibi görürdü. Öğrencilerin problemleri ile yakından ilgilenir ve her fırsatta 

onlara Kur`an ahlakını aşılamaya çalışırdı. Hep canım sıkıldıkta gittiğim ilk 

mekân Ömer hocanın odası idi. Beni iyice dinler sonra sıkıntımı giderecek 

öğütlerde bulunurdu. Şimdi cismen ayrı coğrafyalarda bulunsak da Ömer 

hocanı manen hep yanımızda hissediyoruz. Kendisine hayırlı ve hizmet dolu 

uzun ömür diliyorum. Muhabbetle…. 

 

Namiq Abuzərov 

 



 Ömer Aslan

  

21 


UNUDULMAZ ÜRƏK DOSTU 

 

Əziz dostum doktor Ömər bəy gözəl Türkiyənin Ərzurum bölgəsində do-



ğulmuşdur. Onun bu bölgənin sağlam təbiətinə uyğun sağlam bədəni, vüqarlı 

yerişi, təmiz ruhu var. Ömər bəy  Ərzurumun təbiəti kimi saf və  təmizdir. 

Onun könlü uca Allah (c.c.), mübarək Peyğəmbər (s.a.s.) və yaradılmışların 

əşrəfi olan insan sevgisi ilə doludur.  

Əziz dostum Ömər bəy çox həyalı, incə ruhlu, minnətsiz yaşamağı özünə 

şərəf sayan bir insandır. O, heç kimi incitməz, bir kimsənin qəlbini qırmaz, 

hər kəsin haqqına hörmət edər, hər bir insana onun anlayacağı üslubla müra-

ciət edərdi.  

Ömər bəy doğru danışmağı və doğru danışanları çox sevər və deyərdi ki, 

belə insanlarla söhbət edəndə özümü çox rahat hiss edirəm.  

Ömər bəy gülər üzü, gözəl sözü, etibar və sədaqəti ilə insanlara güvənc 

verirdi. O, çox səbirlidir, yersiz söz danışmaz, az və gözəl danışar.  

Ömər bəyin dərin dini biliyi var. O, islam dininin qaynaqlarını dərindən 

bilir, elmini sevə-sevə insanlara anladır. Ömər bəy Quran hafizidir. Onun 

çox gözəl səsi var. İnsan onun gözəl səsi ilə Quran dinləyəndə özünü ilahi 

bir məkanda hiss edir, könlünə rahatlıq dolur, sevgi ətrinə bürünür. Mən hər 

zaman bu səsin həsrətini çəkirəm.  

Ömər bəy atam bu dünyadan köçəndə  mənə  təsəlli verdi, atamın yas 

məclisində iki dəfə  iştirak etdi, gözəl səsi ilə Quran oxudu, dəyərli sözlər 

söylədi. Uca Allah (c.c.) ondan razı olsun.  

Ömər bəyin gözəl ailəsi var. Onun ağıllı  və gözəl qızı  Mərvə xanım 

mənim şagirdim oldu. O, bir həya və iman çiçəyi idi. Uca Allah (c.c.) onu 

xoşbəxt etsin. İgid Məhəmməd də bizim könlümüzdə özünə yer etdi.  

Əziz dostum Ömər bəy! Mən sizi çox sevirəm, sizdən ötrü darıxıram, 

sizin səsinizlə Quran dinləmək istəyirəm. Uca Allah (c.c.) siz əvə ailənizə 

yardım etsin! Qadir Allah (c.c.) sizi qorusun, siz əvə ailənizə gözəl günlər 

nəsib etsin. 

 

Hörmətlə, doktor Siracəddin Hacı 



 


 Ömer Aslan 

22 


UNUDULMAZ ÖMƏRLƏR! 

 

Tarixdə çox Ömərlər olmuş. Bunların məşhurları, tanınmışları və tanınma-



mışları vardır. Bu Ömərlərin başlanğıcını və idealını məşhur səhabə və İslamın 

yetişdirdiyi məşhur şəxsiyyətlərdən biri olan İkinci Raşidi Xəlifə Ömər bin əl-



Xattab (r.a.) təşkil edir. Bu Ömər o insandır ki, ondan sonra gələn Ömərlər və 

elə qeyri Ömərlər  də onun kimi olmağa, ona oxşamağa və ona bənzəməyə 

çalışmışlar. Bu Ömər o insandır ki, Allaha qarşı olan imanı, qorxusu və təqvası 

ilə  məşhur olmuş,  İslam Peyğəmbərinə olan sədaqəti, sevgisi və  məhəbbətilə 

tanınmışdır. İslam ümmətinə xidməti və ideal idarəçiliyi ilə diqqətləri özünə cəlb 

etmişdir. Dünya malına göz yumması, nəfsinə və şeytani hisslərə aldanmaması 

ilə, sadəlik və xeyirxahlığı ilə hər kəsə nümunə olmuşdur. Əliaçıqlıq və cömərd-

liyin, Allah yolunda malından və canından keçməyin keyfiyyətini özündən son-

rakılara miras buraxmışdır. Ədalətin zirvəsində “əl-adil-ədalətli” sifətilə hər kəsi 

özünə heyran qoymuş, qəhrəmanlığın və mərdliyin simvolu olmuşdur. Elmin, ir-

fanın, əxlaqın, mərifətin, haqqın müdafiəsində, yayılmasında, təbliğ edilməsində 

əlindən gələni etmiş  və  İslam ümmətinə  və  bəşəriyyətə böyük töhfələr ver-

mişdir. Ən nəhayət haqla batili bir-birindən ayırdığına görə “əl-Faruq” ləqəbini 

almışdır. Mənim tanıdığım bir başqa Ömər də vardır ki, yuxarıda gözəlliklərini 

və xüsusiyyətlərini qeyd etdiyim bu məşhur şəxsiyyətə çox bənziyir. Onun xü-

susiyyətlərinə sahib, onun ruhuna sahib, onun ideallarına bənzər bir həyat yaşa-

yan Ömər. Təvazokar, çalışqan, mərhəmətli, ədalətli, ədalətli olmağıyla bərabər 

haqqı və xeyri təbliğdə bir o qədər də  sərt, sadə  və  fədakar  Ömər Aslan ho-

camız. BDU. İlahiyyat fakultəsində çalışdığı müddət ərzində hər kəsin sevgisini 

və təqdirini qazanan unudulmaz dekan müavinimiz Ömər Aslan müəllimimiz. 

Şux görünüşü, yumşaq qəlbi, dərin düşüncəsi, geniş elmi potensialı, hər kəsi 

əhatə edən məhəbbəti və mərhəməti, nümunəvi əxlaqı, mədəni və səmimi ünsiy-

yəti, gözəl Quran qiraəti və mülayim səsi ilə hər kəsi valeh edən, qəlbimizdə yer 

alan Ömər Aslan hocamız. Göz yaşlarımızla uğurladığımız və hər zaman böyük 

həsrətlə yolunu gözlədiyimiz  Ömər Aslan müəllimimiz. Sizi və sizin kimi 

Ömərləri çox sevirik sevgili və hörmətli Ömər Aslan. Hər zaman dualarımız-

dasınız. Bizləri də dualarınızda unutmayın.  

 

Elşad MAHMUDOV 

BDU. İlahiyyat Fakultəsi İslam Elmləri Kafedrasının  

Müəllimi, İlahiyyat Elmləri Namizədi 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə