Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə8/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   4   5   6   7   8   9   10   11   ...   152

 V.M.MƏMMƏDƏLIYEV,

 

Q.T.MƏMMƏDƏLİYEVA 

26 


məxsus et” – deyə buyurmuş, bundan narazılıq edənlər olmuş,nəticədə, bir 

rəvayətə görə 83, digər bir rəvayətə görə isə 333 nəfər meymuna və donuza 

çevrilmişdi (3,366-367;6,225-226;7,196;8,240-243). Bəziləri Allahın bu 

nemətinin tükənməsindən qorxur, yeyib doyandan sonra süfrədəki təamlar-

dan dəsmallarına büküb evlərinə aparmaqdan belə çəkinmirdilər. 

Belə bir rəvayət də mövcuddur ki, Allah Maidəni ondan sonra küfrə 

düşməmək, neməti inkar etməmək şərti ilə endirəcəyini vəd etdikdə həvarilər 

Ondan bağışlamalarını diləyib istədiklərindən vaz keçmiş  və bunagörə  də 

süfrə enməmişdi(3,367). 

Qazi Beyzavi Mücahidə itinadən qeyd edir ki, bu (Maidə  əhvalatı-

V.M.,Q.M) əslində bir atalar sözüdür ki, Allah-Təala onu möcüzə istəməkdə 

israr edənlərüçün söyləmişdir. O həmçinin qeyd edir ki, bəzi mütəsəvviflərə 

görə, burada süfrə dedikdə biliklərin həqiqətləri nəzərdə tutulur. Çünki 

maddi yeməklər bədənin qidası olduğu kimi, biliklərin həqiqəti (gerəç 

biliklər) də ruhun qidasıdır (9,təfsiru surətil-Maidə). 

İndi isə Maidə surəsindəki həmin ayələrin,ümumiyyətlə Maidə  əhvala-

tının böyük mütəsəvvif,qüdrətli şair, təriqət piri Mövlana Cəlaləddin Rumi-

nin Məsnəvisində  nə cür təfsir edildiyinə  nəzər salaq. Məsnəvinin birinci 

dəftərinin 79-88-ci beytlərində Mövlana bu barədə belə deyir: 

 

Əz xoda cuyim tovfiq-e ədəb, 



Bi ədəb məhrum gəşt əz lotf-e Rəbb. 

Bi ədəb tənha nə xodra daşt bəd, 

Bəlke atəş dər həme afaq zəd. 

Maede əz aseman dər mirəsid, 

Bi şera vo bey’o bi qoft o şenid. 

(və ya:Bi soda vo, bi foruxt o bi xərid). 

Dər miyan-e qovm-e Musa çənd kəs 

Bi ədəb qoftənd ku sir o ədəs? 

Monqəte şod xan o nan-e aseman, 

Mand rənc-e zər’o bil o daseman. 

Baz İsa çon şəfaət kərd həqq, 

Xan ferestad o qənimət bər təbəq. 

Baz qostaxan ədəb beqozaştənd, 

Çon gədayan zelleha bərdaştənd. 




Məsnəvidə Maidə surəsinin təfsirinə dair 

27 


Kərd İsa labe işan ra ke in, 

Daem əst o kəm nəgərdəd əz zəmin. 

Bədqomani kərdən o hersavəri, 

Kofr başəd piş-e xan-e mehtəri. 

Zan gədaruyan-e nadide ze az, 

An dər-e rəhmət bər işan şod fəraz. 

“Biz ədəbə müvəffəq olmağı Allahdan diləyək, 

Çünki ədəbsiz Allahın lütfündən məhrum olar. 

Ədəbsizin zərəri təkcə özünə toxunmaz, 

Bəlkə bütün göylərə od vurmuş olar. 

Maidə (süfrə) heç bir alqı-satqı, sövdələşmə olmadan, 

(Baş ağrısı olmadan, zəhmət çəkilmədən) göydən enirdi. 

Musanın qövmü arasında bir neçə nəfər ədəbsiz, 

“Hanı sarımsaq, hanı mərcimək?” dedilər. 

Göydən gələn süfrə və çörək kəsildi 

 (bildirçinlə, qüdrət halvası yox oldu), 

Bizə isə əkin, bel və oraq məşəqqəti qaldı. 

Təkrar İsa şəfaət edincə, 

Allah tabaq üzərində qənimət (gözəl) bir süfrə göndərdi. 

Biədəblər yenə də ədəbsizlik etdilər

(Yeyib doyandan sonra) gədalar kimi yeməklərdən düyünçəyə büküb 

saxladılar 

İsa onlara yalvarıb dedi ki, 

Bu süfrə daimidir, yer üzündən əskik olmaz. 

Bədgümanlıq etmək, hərislik, tamah göstərmək, 

Böyük bir Zatın süfrəsi müqabilində küfr etmək deməkdir. 

O gəda sifətli görməmişlərin ucbatından, tamah üzündən, 

O rəhmət qapısı onların üzünə qapandı (göyə qalxıb qeyb oldu)”. 

 

Mövlananın Maidə ilə bağlı təfsirini araşdırdıqda aydın olur ki, burada şair 



təxəyyülünün məhsulu olaraq iki süfrədən söhbət gedir. Bunlardan biri Musa 

əleyhissəlamın, digəri isə İsa əleyhissəlamın peyğəmbərliyi dövrünə aiddir. 

Məlumdur ki, yəhudilər Musanın rəhbərliyi altında Misirdə Firon əsarə-

tindən qurtulub Sina yarımadasına daxil olarkən bir müddət Tih səhrasında 

sərgərdan vəziyyətdə, ac-yalavac dolaşmışdılar. Sonra Allahın onlara rəhmi 



 V.M.MƏMMƏDƏLIYEV,

 

Q.T.MƏMMƏDƏLİYEVA 

28 


gəlmiş, bir müddət onlar üçün göydən hazır yemək olaraq qüdrət halvası 

(mənn) və bildirçin göndərmişdi. Yəhudilər heç bir məşəqqətə qatlanmadan 

bildirçinləri tutub kəsir, qüdrət halvasını da ağacların, kolların üstündən 

yığıb yeyirdilər. Bir qədər keçdikdən sonra Bəni-İsrail Musanın yanına gəlib 

eyni cür yeməkdən çiyrəndiklərini, qüdrət halvası  və bildirçinin onların 

məzəsini vurduğunu dedilər və bununla da Allahın nemətini danıb Ona asi 

oldular. 

Qur’ani- Kərimdə bu haqda belə deyilir: 

“...Biz bulutları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və 

bildirrçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən 

yeyin!”- dedik. Onlar (naşükür olmaqla) Bizə deyil, ancaq özlərinə zülm 

etdilər.” (Ə’raf, 160). 

“Yadınıza salın o vaxtı ki, siz (yəhudilər): “Ya Musa Biz hər gün 

yediyimiz eyni təama  əsla özməyəcəyik. Rəbbinə dua et ki, bizim üçün 

torpağın yetişdirdiyi şeylərdən- tərəvəzindən, sarımsağından, mərciməyindən 

və soğanından yetirsin”- dediniz. (Musa da cavabında: “Siz xeyirli olan 

şeyləri bu cür alçaq şeylərlə dəyişdirməkmi istəyirsiniz? O halda şəhərlərdən 

birinə gedin, istədiyinizi orada taparsınız”- demişdi. Onlara zəlilik, miskinlik 

damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın 

ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə 

idi. Bu onların (Allaha) asi olduqlarına və  həddi aşdıqlarına görə idi.” 

(Bəqərə,61) 

İlk baxışda yəhudilərin hər gün onlara verilən eyni yeməkdən çiyrən-

məsi, bezməsi təbii görünür. Çünki insan eyni yeməyi uzun müddət yeyə bil-

məz. Bunda heç bir günah yoxdur. Lakin Musa qövmünün ədəbsizlik, 

naşükürlük etməsinin əsas səbəbi onda idi ki, onlar Tih səhrasında sərgərdan 

dolaşarkən Allah-Təala onlara qüdrət halvası  və bildirçin ətini verməzdən 

əvvəl aclıq üzündən çox məşəqqət çıkmişdilər. Allah göydən ruzi yetirməklə 

onları bu əzab-əziyyətdən xilas etmiş, heç bir ağır zəhmətə qatlanmadan əldə 

etdikləri yemək göndərmişdi. Digər tərəfdən, onlar Həzrəti Musaya “Rəb-

bimizə dua et!” deməli olduqları halda, “Rəbbinə dua et!” deməklə Allaha 

inanmadıqlarını biruzə verirdilər. (3,c.1,309). Göründüyü kimi, bir neçə 

ədəbsizin küfrani- nemət olması, azğınlığı üzündən başqalarının da ruzisi, 

bərəkəti kəsildi (10,114-121). 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə