Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə10/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   6   7   8   9   10   11   12   13   ...   152

Mövlana Cəlaləddin Ruminin Məsnəvisində bir hədisin şərhi 

33 


və bəlağətə malik olması vəsf edilir, Allah kəlamının dərinliyi, fikir tutumu, 

ayələrdə məna içərisində məna olduğu, insanın onları tamamilə qavraya bil-

məkdən aciz olması ümmətə bildirilir. Bunlardan biri də Qur’anın zahiri və 

batini olduğunu, onun batininin çox dərin olduğunu bildirən hədisdir. Pey-

ğəmbərimizin müxtəlif hədis toplularında və kitablarında müxtəlif cür rəva-

yət edilən həmin hədisinin əslinə müraciət edək: “İnnə lil Qur’ani batnən va 

zahran va libatnihi batnən ilə səv’əti əvtun” (4,31;4,58;5,459). 

“Qur’anın batini və zahiri var, batinini də batini var. O batin yeddiyə 

qədərdir.”  

Qeyd etmək lazımdır ki, hədisdəki 7 rəqəmi adi, konkret sayı deyil, qə-

dim ərəblərin dilində işlənən böyük, intəhasız çoxluq mənasındadır (6,20). 

Mövlana Cəlaləddin Rumi Məsnəvidə bu hədisi aşağıdakı kimi şərh edir: 

 

Hərf-e Qor’an ra vedan ker zaher əst



Zir- e zaher bateni bəs qaher əst. 

 Zir-e an vaten yeki bəmn-e dovom, 

Ke dər u dərdəd xerədha comle qom. 

Bətn-e çarom əz nəvi xod kəs nədid, 

Coz xoda-ye binəzir o binədid. 

To ze Qor’an ey pesər zahir məbin, 

Div Adəm va nəbinəd cöz ke tin. 

Zaher-e Qor’an ço şəxs-e adəmist, 

Ke noqişəş zaher o canəş xəbist. 

Mərd ra səd sal əmm o xal-e u, 

Yek sər-e muyi nəvinəd hal-e u. 

(Məsnəvi; 11896-11902- ci beytlər) 

“Bil ki, Qura’anın hərfinin (sözünün) zahiri var, 

O zahirin altında da çox çətin bir batin var. 

O batinin altında bir batin, (daha sonra) üçüncü batin vardır ki, 

Onda (onu dərk etməkdə) ağıllar itib-batar (çaş-baş qalar). 

Dördüncü batini isə heç bir peyğəmbər bilməz, 

Onu yalnız bənzəri və oxşarı olmayan Allah bilər. 

Oğlum sən Qur’anın ancaq zahirini görməklə qalma, 

Şeytan da Adəmi ancaq palçıq olaraq görmüşdür. 

Qur’anın zahiri insanın surəti kimidir, 



 Q.T.MƏMMƏDƏLİYEVA 

34 


Beləki, onun şəkli (bədəni) meydanda, ruhi (canı) isə gizlidir. 

Bir kəsin əmisi, dayısı ona yüz il baxsa (onunla bir yerdə olsa belə), 

Onun halını (daxili aləmini) bir baş tükü qədər anlayıb bilməz!” 

 

Mövlana Cəlaləddin Rumi hədisi  şərh edərək Qur’anın zahiri və batini 



olduğunu, sonrakı batinin özündən əvvəlki batin üçün batin hesab edildiyini, 

dördüncü batində  ağılların özünü itirdiyini, onu Allahdan savayı heç kəsin 

bilə bilmədiyini göstərir. Təbii ki, beşinci, altıncı  və yeddinci batinlər də 

belədir (7, 1102). Mövlananın fikrincə, Quranın zahiri və batini insanın 

bədəni ilə ruhuna bənzəyir.  İnsan zahirdə öz bədəni ilə hamı  tərəfindən 

görülür, lakin onun ruhu, daxili aləmi, dərunu isə heç kəs tərəfindən görünüb 

dərk edilə bilmir. Məxluqatın ən şərəflisi olan insan Allah tərəfindən bu cür 

əsrarəngiz yaradılmışdır.  Şeytan da insanın ancaq zahirini gördüyü, onun 

ruhi aləmindən bir şey anlamadığı üçün Adəm torpaqdan yaradılmış adi bir 

canlı saymış,Allahın  əlinə asi olub ona səcdə  qılmaqdan imtina etmişdir. 

Şeytanın qəlb gözü kor oldüğü üçün o, insanın yaradılışının əsl mahiyyətini, 

onun mənən yer üzünün xəlifəsi olduğunu dərk edə bilməmiş, onu ət və 

sümükdən yaradılmış adi bir məxluq hesab etmişdir. Əslində isə Allahın ən 

kamil  əsəri olan insan Şeytanın təsəvvür etdiyindən qat-qat üstündür. Ruh, 

nəfs, ağıl və  bədənin vəhdətindən yaranmış insanı tamamilə anlayıb dərk 

etmək əlçatmaz bir işdir. İnsanın Allahdan savayı, bu və ya digər dərəcədə 

yenə  də insanın özü də  dərk edə bilər. Bununla əlaqədar olaraq Peyğəm-

bərimiz (s.a.s.) başqa bir hədisində “Özünü anlayıb bilən, Rəbbini də anlayıb 

bilmiş olar”-deyə buyurmuşdur. 

Mövlananın Məsnəvidə verdiyi bu son dərəcə gözəl,  şairanə  şərhindən 

sonra Peyğəmbər əleyhissəlamın Qur’anın zahiri və batini barəsindəki müba-

rək hədisi tam təfsilatı ilə anlaşılır.  

Məsnəvidə Qur’an ayələri və Peyğəmbər hədislərinin bu cür bədii, poetik 

izahına çox rast gəlmək olar. Ürfan dəryası, təriqət piri, böyük şair olan 

Mövlana onları təsəvvüf görüşlərinə uyğun şəkildə şərh edib böyük bir mə-

harət və ustalıqla insanlara çatdırmışdır. 

 



Mövlana Cəlaləddin Ruminin Məsnəvisində bir hədisin şərhi 

35 


 

İstifadə olunmuş ədəbiyyat 

 

1.



 

İ.Cerrahoğlu. Tebriz tarixi, s.2, Ankara, 1988. 

2.

 

S.Ateş. İsari tefsir okulu, Ankara, 1988. 



3.

 

O.Kesikoğlu. Nüzulindən etibarən Kur’ani-Kerim bilgileri, 



Ankara,1989. 

4.

 



Feyzul-Kasani, Təfsirrus- səfi, c.1, Tevvan, 1416 

5.

 



Cəlaləddin əs-Suyuti. Əl-İtqan fi ulumil Qur’an, s.2,Misir, 1368. 

6.

 



V.M.Məmmədəliyev. Qur’ani-Kərimin tərcüməsi (tərcümə edənlər 

Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Bakı, “Qismət”,2008) 

7.

 

Tahir-ül Mevlevi. Şerh-i Mesnevi, c.11, İstanbul, (tarixsiz). 




 Q.T.MƏMMƏDƏLİYEVA 

36 


 

РЕЗЮМЕ 

 

Бессмертное  произведение  Джалаладдина  Руми  Месневи  написано 



на основе толковании многочисленных аятов Корана и изречений Про-

рока Мухаммеда. Данная статья посвящена комментарию Дхалаладди-

ном Руми в Месневи изречения Пророка: « Коран имеет внутренний и 

внешний  смысл;  каждый  внутренний  смысл  имеет  свой  внутренний 

смысл, который достигает числа 7 ». Джалаладдин Руми, комментируя 

данный хадись, указывает на наличие в Коране внутреннего и внешнего 

смысла; каждый внутренний смысл считается внутренным смыслом для 

предыдущего. В  IV сокровении (следовательно и в дальнейших сокро-

вениях)  разум  потерян  и  понимание  его  никому  не  дано,  кроме  Все-

вышнего.  По  мнению  Джалаладдина  Руми,  внутренний  и  внешний 

смысл, Корана схож с человеческим телом и духом. Человек наблюда-

ется  всеми  окружающими,  однако  его  дух,  его  внутренний  мир  скрыт 

от всех взор и не может быть воспринят ни кем. В связи с этим и Сата-

на видел человека с внешней стороны и, не поняв его внутренний мир, 

не смог уразуметь основную суть творения человека, в силу чего отверг 

повеление Всевышнего преклонение Адаму.

 

 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə