Türkçünün eşqi ...
(Eşqsiz, inamsız addım atılmaz,)
(Özünü sevən özgəyə satılmaz.)
Türkçünün eşqi insanlığındadır
Tacirin eşqi heyvanlığındadır
Türkçünün eşqi duruluğundadır
Haqlılıq ilə doğruluğundadır
Türkçünün eşqi saflılığındadır
Sözlərinin şəffaflılığındadır
Türkçünün eşqi sədaqətindədir
Qadından yana ədalətindədir
Türkçünün eşqi dürüstlüyündədir
Sözündən dönməyən dostluğundadır
Türkçünün eşqi dərdliliyindədir
Yandırıb-yaxan odluluğundadır
Türkçünün eşqi öz Türklüyündədir
Özünü sevən böyüklüyündədir
Türkçünün eşqi türkçülügündədir
Türkü
qoruyan irqçiligindədir
Türkçünün eşqi vurğunluğundadır
Ölüm hər şeyin durğunluğundadır
Türkçünün eşqi özgürlüyündədir
Qısılmaz səsinin gürlüyündədir
Türkçünün eşqi kəskinliyindədir
Gücsüzün eşqi miskinliyindədir
527
Türkçünün eşqi gözəlliklərdədir.
Türkçünün eşqi öyrənməyindədir
Cəhlin önündə dirənməyindədir
Türkçünün eşqi ərənliyindədir
Arazizminin dərinliyindədir
Türkçünün eşqi sevgilərindədir
Sevgi şəklində vergilərindədir
Türkçünün eşqi gözəlliklərdədir
Zülümə qarşı özəlliklərdədir
Türkçünün eşqi haqsevərlikdədir
Çünkü dirilik bəxtəvərlikdədir
Türkçünün eşqi yara sarmaqdadır
Başyaranın başını yarmaqdadır
Türkçünün eşqi küsdürməməkdədir
Tənqidçiləri susdurmamaqdadır
Türkçünün eşqi ələşdirməkdədir
Yerində düzü əyləşdirməkdədir
Türkçünün eşqi oyandırmaqdadır
Cəhli önləyib-dayandırmaqdadır
Türkçünün eşqi inadsızlıqdadır
İnadın kökü savadsızlıqdadır
Arazın eşqi turançılıqdadır
Satqın Türkünkü irançılıqdadır.
04.10.2007
528
Azərbaycançılıq
istiqlal savaşının ideolojusudur.
Cənab Əlirza bəy Əsgərzadə, biz Türklər də badımcan deyilik ki,
sizin alim sandığınız akademiklər bizi tərif edələr.
05.10.2011 Araz
- “Azərbaycan” ölkəmizin adıdır. “azərbaycanlı” Azərbaycanda
yaşayan yerli Türk milləti ilə qeyri Türk köçmən etniklərə mənsub
vətəndaşdır. Azərbaycan Türkünün müqəddəs dili dəyişmədən ön-
cəyə dək, kimliyi “Türk”dür. Türk dilində ədəbiyyatın adı “Türk
ədəbiyyatı”dır. Türk dilinin adı “türkcə”dir.
Azərbaycanın danışmağa dili yoxdur. Azərbaycanın qurbağasının,
serçəsinin, bülbülünün danışdıqları dillər türkcə deyillər.
Azərbaycanda, Turanda danışılan türkcə qeyri Türk etniklərin də
dilləri deyildir, ancaq Türk insanının dilidir.
- O cümlədən bugünkü Azərbaycanın quzeyində Türkü Türkdən
ayırmaq istəyən Rus mafyası, iqtidarda olduğu üçün, yasal olaraq
“Türk dili”ni “Azərbaycan dili” adlandırmaqdadır ki, nə fəqt mü-
barizə nəticəsində məğlubiyyətə uğrayacaqdır, bəlkə Azərbaycanda
yaşayan fərqli dillərin bir-birindən fərqlənməsini gərəkdirən fərqli
adlar da Rus millətinin bu antitürk siyasətini ifşa etməkdədir.
- Türkçülük savaşının hədəfi Azərbaycanı da içərən neçə ölkəli Tu-
ranın dışında qonaq olaraq yaşayan Türk kökənli etnik üçün idarə
haqqı ilə dil haqqının yasallaşmasıdır.
- Türkçülük savaşının hədəfi Türk milləti üçün millətçilik ilə millət-
çiliyin doğurduğu azərbaycançılıqdır. Yəni bütöv Azərbaycandır.
- Azərbaycançılığın hədəfi Türk millətinin istiqlalı və istiqlalın do-
ğurduğu torpaq bütövlüyüdür. (Bütöv Azərbaycan)
- Azərbaycançılıq kimlik deyil, istiqlal savaşının ideolojusudur.
- Turanın dışında qonaq kimi yaşayan Türk kökənli köçmən Türkün
verəcəyi “Haray, hary mən Türkəm!” şüarı türkçülük anlamındadır.
O şüarın amacı Türk kökənli etnikin burulmuş dil haqqı ilə iradə
sahibi olan qonaqpərvər millətdən ala biləcəyi idarə haqqıdır.
- Azərbaycanlı Türkün Azərbaycanın güneyində verdiyi “Haray, ha-
ray mən Türkəm!” şüarı millətçilik ilə azərbaycançılık anlamınadır.
529