Milli hərəkətimiz
demokratdır.
1675
Milli hərəkətimiz demokratdır,
Üyələri fərd ilə təşkilatdır,
Fikir ürətib-söyləmək azaddır;
(kiş və mat!)
Milli hərəkətin çoxlu qolu var,
Hər hərəkət təkin sağı, solu var.
(kiş və mat!)
1676
Kökdənci olana solçu deyərlər,
Solçu Türkə ... istiqlalçı deyərlər,
Reformist Türkə federalçı deyərlər;
Sömürgəçiliyin ikinci şəkli,
Federalizmdir ay köhnə dərkli!
(kiş və mat!)
1677
Bugünkü federalist Türk irançıdır,
Azərbaycançı deyil, yalançıdır,
Xəsmi türkçüdür, azərbaycançıdır;
Antitürk Əliriza Əsgərzadə,
Azərbaycançı deyil çata dadə.
Türk türkçü olmasa, Azərbaycan Türkü ilə ...
Farsistan Türkünün əlaqəsi kökündən kəsilər.
Türk ... “demokrasi”yə satılmaz. İnsanlıq adına,
düşmənin xeyrinə Türkü silahsızlandırmayın!
516
Milli hərəkətimiz demokratdır.
1678
Etnik adı Türk olmayan ... Türk deyil,
Türkçülüyü düz bulmayan ... Türk deyil,
Alaq otları yolmayan ... Türk deyil;
Azərbaycan milləti Türk soyludur,
Qeyri Türk qonaqlarımız ... xoyludur.
1679
Türkçülük, qardaşı qardaş edibdir,
Yerlilik, Türkləri yurddaş edibdir,
Azərbaycançılıq yoldaş edibdir;
Türk Türkü milli düşməninə satmaz,
Yediyi ətin sümüyünü atmaz.
1680
Türkçülük Türkü birləşdirən şeydir,*
Türkü Türkdən ayıran dinsəl meydir,
Qadını saymayan Türk dinçi bəydir;
Dinçinin qovduğu solçunu bular, <<<
Çünki gərçək solçu eşitçi olar.
(Bu səbəbdəndir ki, meydanı dolar.)
*- Türk birliyindən qorxan irançıdır,
(Bugünkü federalist Türk irançıdır,)
Qorxduğu üçündür ki, yalançıdır.
http://onturk.wordpress.com/2011/03/01/turk-parasi/
517
SON SÖZ
Bu əsər milli çağda keçərlidir,
Milli devrimimizə yetərlidir.
1681
Fəlsəfə düşündürər
Araz “yoxsa” şeirinin xıridarı
Tənqid etmədən yox sansalar varı
(Udub, ata bilməsələr də yarı)
Qələmi “qoy” yerə dincəlsin barı
Qoy “top əti” edən danışsın yazsın
Ki “biliklənməsin, aldansın azsın”
“Zalımı bəzəsin, özü lüt gəzsin”
1682
Arazın adını heç çəkən yoxdur!
Olmaya reklamın zərəri çoxdur?
Şeiri düşmənlərə zəhərli oxdur?
Güvənilərmi Arazdan qorxana?
Arazın şeirinə qarşı çıxana?
1683
Hər düşüncə, bər inam olur olsun
Hər ideoloq adam olur olsun
Ulu Səttarxan babam olur olsun
Araz hər şeyə tənqidsəl yanaşar
Çünkü cəhlini gömmək üçün yaşar
1684
Tənqidçi istəməz ki, lider ola
İstər ki, lideri gətirə yola
Caydırmaya kütləni sağa, sola
Liderin hər bir suçuna göz yummaq,
Xəyanətdir ki, xaindən nə ummaq?
518
Son söz.
1685
Arazın şeirini yaymayan ovçu
Necə daşıyacaq bu qədər suçu?
O zaman ki, açılacaq ovucu
Gün bu gündürsə çəkinmə vur ölüm
Sabah hesab sorulacaqdır gülüm
1686
Olmaz ki, adını millətçi qoya
Üz-gözünə sürə devrimçi boya
Çağırmaya “Vətən” şeirimi toya
Arazı boykot etmək cinayətdir
Yoxsa cinayət nədən ibarətdir?
1687
“Azadtribun” ilə “Solgunaz”ım
Qoymadılar gözümdə qala arzım
Çünkü ışıq üzü gördü bu yazım
Arazın deyəcək sözü qalmadı
Alan aldı, almayan da almadı.
Yaxşı-pisimi məni doğub-böyüdən ulu xalqıma
borclu olduğum üçün minnətdaram.
Yaşasın Türk insanı!
Yaşasın bütöv Azərbaycan!
Yaşasın Turan!
519
Dostları ilə paylaş: |