"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

26 


 

BMHS  7  “Maliyyə  Alətləri:  Açıqlamalar”  standartına  düzəlişlər  (2010-cu  ildə  dərc  edilmiş 

BMHS  təkimilləşdirilmələr  layihəsi  çərçivəsində)  -  Bu  standarta  düzəlişlər  kredit  riskləri  və 

saxlanılan  girovlarla  bağlı  tələb  olunan  açıqlamaların  səviyyəsini  təyin  edir  və  daha  əvvəllər 

prolonqasiya  olunmuş  kreditlərlə  bağlı  tələb  olunan  məlumatların  həcmini  azaldır.  Bu  düzəlişlərin 

tətbiq edilməsi tarixi 1 yanvar 2011-ci il tarixində və bundan sonra başlayan illik dövrlərdir.  



 

Maliyyə  Aktivlərinin  Transfer  edilməsi  əməliyyatları  üzrə  tələb  edilən  açıqlamalar  bu  düzəlişlər 

nəticəsində  artırılır.  Bu  düzəlşlərin  məqsədi  maliyyə  aktivlərinin  ötürülməsi  zamanı  bu  maliyyə 

aktivləri  ilə  bağlı  müəyyən  risklərə  məruz  qalması  davam  etdiyi  hallarda  daha  şəffaf  məlumatın 

çatdırılmasıdır.  Düzəlişlər  həmçinin  maliyyə  aktivlərinin  transferinin  bir  neçə  dövr  ərzində  qeyri 

bərabər paylanması hallarında da açıqlamaların təqdim olunmasını tələb edir. 

 

BMUS  1  “Maliyyə  hesabatlarının  təqdimatı”  standartına  düzəlişlər  (2010-cu  ildə  BMHS-da 

təkmilləşdirilmələr  layhəsi  çərçivəsində)  -  BMUS  1  olan  düzəlişlər,  digər  məcmu  gəlir 

maddələrinə  dair  təhllilərin  səhmdar  kapitalında  dəyişiklikər  hesabatında  və  ya  maliyyə  hesabatları 

üzrə  qeydlər  bölumundə  təqdim  olunmasında  müəssisənin  seçim  hüququnun  olmasına  aydınlıq 

gətirir. Bu düzəlişlərin tətbiq edilməsi tarixi 1  yanvar 2011-ci  il tarixində  və bundan sonra başlayan 

illik dövrlərdir. 

 

BMHS  9  “Maliyyə  Alətləri”  standartı  2009-cu  ilin  noyabr  ayında  dərc  edilmiş  və  daha  sonra  

2010-cu ilin oktyabr ayında maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ölçülməsi və tanınmasına 

xitam verilməsi ilə bağlı ona bəzi dəyişikliklər edilmişdir.  

 

 

BMHS  9  tələb  edir  ki,  BMUS  39  “Maliyyə  alətləri:  Tanınma  və  Ölçülmə”  standartı 



çərçivəsində  tanınan  bütün  maliyyə  aktivləri  daha  sonrakı  dövrlərdə  amortizasiya  olunmuş 

maya  dəyərində  və  ya ədalətli dəyərdə ölçülür. Növbəti dövrlərdə amortizasiya  olunmuş  maya 

dəyərində ölçülmə tələbi xüsusi olaraq biznes modelinə müvafiq olaraq əsas məqsədi müqavilə 

üzrə  pul  vəsaitlərinin  toplanılması  olan  və  borc  sazişi  üzrə  əsas  borcun  qalıq  dəyəri  üzrə  əsas 

borc  və  faizlərlə  əlaqədar  pul  vəsaitlərinin  ödənilməsini  nəzərdə  tutan  borc  investisiyalarına 

aiddir.  Bütün  digər  borc  və  kapital  investisiyalarlı  növbəti  mühasibat  dövrlərində  onların 

ədalətli dəyərinə müvafiq olaraq ölçülür;  

 

BMHS  9  tərəfindən  yaradılan  ən  əhəmiyyətli  təsir,  maliyyə  öhdəliyinin  (mənfəət  və  zərər 



hesabları vasitəsilə ədalətli dəyərdə tanınması nəzərdə tutulan) ədalətli dəyərində bu öhdəliklər 

üzrə kredit risklərində olan  dəyişikliklərin nəticəsində maliyyə öhdəliklərinin təsnifləşdirilməsi 

və  ölçülməsində  olan  dəyişiklikləri  və  uçotunun  aparılmasını  əhatə  edir.  Xüsusilə,  BMHS  9 

tələblərinə  görə,  mənfəət  və  zərər  hesabı  vasitəsilə  ədalətli  dəyərdə  tanınması  nəzərdə  tutulan 

maliyyə  öhdəlikləri  üzrə  kredit  risklərinin  dəyişməsi  nəticəsində  maliyyə  öhdəliyinin  ədalətli 

dəyərində  baş  verən  dəyişikliklər  məcmu  gəlir  hesabatında  təqdim  edilir,  lakin  əgər  kredit 

risklərindəki  dəyişikliklərin  təsirinin  bu  şəkildə  məcmu  gəlir  hesabatında  təqdim  olunması 

mənfəət  və  zərər  hesablarıında  mühasibatın  paralellik  prinsipini  pozursa  və  ya  olan  qeyri-

paralelliyi  daha  da  artırırsa  bu  qayda  tətbiq  edilmir.  Maliyyə  öhdəliyinin  kredit  risklərindəki 

dəyişiklikərin  nəticəsində  onların  ədalətli  dəyərində  yaranan  dəyişikliklər  daha  sonrakı 

dövrlərdə  mənfəət  və  zərər  hesablarına  təsnifləşdirilmir.  Əvvəllər,  BMUS  39  tələblərinə 

müvafiq  olaraq  mənfəət  və  zərər  hesabı  vasitəsilə  ədalətli  dəyərdə  tanınması  nəzərdə  tutulan 

maliyyə  öhdəliyinin  ədalətli  dəyərində  baş  verən  bütün  dəyişikliyin  məbləği,  birbaşa  mənfəət 

və  zərər  hesabatında  uçota  alınırdı.  BMHS  9,  1  yanvar  2013-cü  il  tarixində  və  ondan  sonra 

başlayacaq  illik  dövrlər  üçün  məcburi  şəkildə  tətbiq  olunacaq,  lakin  standartın  daha  öncə 

könüllü tətbiq olunmasına icazə verilir. 

 

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

27 


 

BMUS  24 “Əlaqəli Tərəflərin  Açıqlanması” (yenidən işlənilmişdir) - 2009-cu ilin noyabr ayında 

buraxılmış  yenidən  baxılmış  BMUS  24  hökumətə  aidiyyatı  olan  müəssisələr  üçün  açıqlama 

tələblərini  sadələşdirir  və  əlaqəli  tərəf  təyinatını  aydınlaşdırır.  Əvvəllər  hökumət  tərəfindən  nəzarət 

edilən  və  ya  əhəmiyyətli  təsiri  olan  müəssisədən  həmin  hökumət  tərəfindən  nəzarət  edilən  və  ya 

əhəmiyyətli  təsiri  olan  digər  müəssisələrlə  olan  bütün  əməliyyatlarının  açıqlanması  tələb  olunurdu. 

Yenidən  baxılmış  standart  bu  əməliyyatlar  haqqında  açıqlamaları  o  zaman  tələb  edir  ki,  onlar  fərdi 

və  ya  qrup  şəklində  əhəmiyyət  kəsb  etsin.  Yenidən  işlənilmiş  BMUS  24,  1  yanvar  2011-ci  il 

tarixində və ondan sonra başlanan illik dövrlər üçün tətbiq edilir, lakin standartın daha öncə könüllü 

tətbiq olunmasına icazə verilir.  

 

BMUS  32  “Maliyyə  İnstrumentləri:  Təsnifləşdirmə”  standartına  düzəlişlər  -  Gələcəkdə 



səhmlərin  alınmasına  hüquq  yaradan  qiymətli  kağızların  təsnifləşdirilməsi  başlığı  altında  edilən 

dəyişiklik  xarici  valyutada  yerləşdirilən  bu  tip  qiymətli  kağızların  kapital  və  ya  maliyyə  öhdəliyi 

kateqoriyasına  aid  edilməsi  mövzusuna  toxunur.  Hal  hazırda  Bank  bu  düzəlişlərin  əhatə  etdiyi 

səhmlərin  alınmaslna  hüquq  yaradan  qiymətli  kağızların  yerləşdirilməsi  ilə  məşğul  olmur,  lakin 

gələcək hesabat dövrlərində bu cür hallar baş verdikdə BMUS 32 tələblərinə görə uçotun aparılması 

lazım  olacaq.  Yenidən  işlənilmiş  BMUS  32,  1  fevral  2010-cu  il  tarixində  və  ondan  sonra  başlanan 

illik dövrlər üçün tətbiq edilir, lakin standartın daha öncə könüllü tətbiq olunmasına icazə verilir. 

 

BMHŞK 19, maliyyə öhdəliyinin icra  edilməsi üçün kapital alətlərinin  yerləşdirilməsi əməliyyatının 



uçota  alınması  məsələsinə  aydınlıq  gətirir.  Hesabat  tarixinədək  Bank  bu  tip  əməliyyatlar  həyata 

keçirməmişdir.  Buna  baxmayaraq,  gələcəkdə  Bank  belə  əməliyyatlar  həyata  keçirərsə,  uçotun 

aparılmasına  BMHŞK  19  öz  təsirini  göstərəcək.  Xüsusilə  də  BMHŞK  19  tələblərinə  görə  bənzər 

sazişlər çərçivəsində  yerləşdirilən  kapital alətləri, ədalətli dəyərdə ölçüləcək və  maliyyə öhdəliyinin 

qalıq  dəyəri  ilə  yerləşdirilən  kapital  alətinin  ədalətli  dəyəri  arasında  olan  fərq  mənfəət  və  zərər 

hesablarında tanınacaq. 

 

 

 



 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə