"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

22 


 

Rəhbərlik  kredit  riski  daşıyan  aktivlər  üzrə  tarixi  zərər  təcrübəsinə  və  kreditlər  qrupunda  dəyərsizləşmə 

üzrə  eyni  olan  obyektiv sübutlara  əsaslanan  təxminlərdən istifadə  edir.  Tarixi  məlumatda  cari şərait əks 

olunmadığından,  yeni  kreditlər  qrupuna  dair  müşahidə  olunan  məlumata  düzəlişlər  etmək  üçün  Bank 

rəhbərliyi mülahizələrdən istifadə edir. 

 

Maliyyə hesabatlarında maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatları, mövcud iqtisadi və siyasi şərtlər 



əsasında təyin edilmişdir. Ölkədə baş verə biləcək hadisələri və bu şəraitin maliyyə aktivləri üzrə gələcək 

dövrlərdə dəyərsizləşmə ehtiyatlarının uyğunluğuna edəcəyi təsirlə bağlı Bank qabaqcadan xəbər vermək 

iqtidarında deyil. 

 

 



31  dekabr  2010  və  2009-cu  illər  tarixlərinə  müştərilərə  verilmiş  kreditlər  üzrə  yaradılan  dəyərsizləşmə 

ehtiyyatının qalıq dəyəri müvafiq olaraq 2,169,763 AZN və 2,122,528 AZN təşkil etmişdir.  

 

Maliyyə alətlərinin qiymətləndirilməsi 

 

Mənfəət  və  zərər  vasitəsi  ilə  ədalətli  dəyərində  tanınan  maliyyə  alətləri  və  bütün  derivativlər  ədalətli 

dəyərdə əks etdirilir. Belə maliyyə  alətlərinin ədalətli dəyəri, məcburi və  ya likvidasiya satış dəyərindən 

fərqli  olan,  bu  alətin  könüllü  tərəflər  arasında  cari  əməliyyatda  dəyişdirilməsi  təxmin  edilən  məbləğdir. 

Əgər  belə  alət  üzrə  bazar  dəyəri  mövcuddursa,  ədalətli  dəyər  bu  bazar  dəyərinə  əsaslanaraq  hesablanır. 

Bazarda müşahidə olunan qiymətləndirmə parametrləri mövcud olmayanda və ya müşahidə olunan bazar 

qiymətlərindən  çıxarılması  mümkün  olmadıqda,  ədalətli  dəyər  qəbul  edilmiş  maliyyə  nəzəriyyələrinə 

əsaslanan riyazi üsullardan istifadə edərək  hər bir alət və qiymət modeli üçün  müvafiq müşahidə olunan 

bazar məlumatının təhlilindən çıxarılır. Qiymət modelləri qiymətli kağızların müqavilə şərtlərini eləcə də 

faiz dərəcələri, daimilik, valyuta dəyişmə məzənnələri və qarşı tərəfin kredit dərəcələri kimi bazar əsaslı 

qiymətləndirmə parametrlərini nəzərə alır. 

 

 



Bazar dəyərinə əsaslanan qiymətləndirmə parametrlərinin birbaşa müşahidə oluna bilmədiyi hallarda, 

bazarın  bu  aləti  necə  qiymətləndirilməsinə  dair  məntiqli  təsirini  təyin  etmək  məqsədilə  rəhbərlik 

onun  ən  dəqiq  təxminlərinə  dair  mülahizələr  verilir.  Bu  mülahizələrin  formalaşmasında,  etibarlı 

müşahidə  olunan  məlumat,  tarixi  məlumat  və  ekstrapolasiya  metodu  kimi  müxtəlif  üsullar  istifadə 

olunur.  Müqayisəli  bazarlardan  alınan  məlumatların  mövcud  olmadığı  hallarda  ədalətli  dəyərin  ən 

bariz  göstəricisi  müvafiq  maliyyə  alətinin  satınalma  qiymətidir.  Əməliyyat  qiyməti  və 

qiymətləndirmə  texnikasına  əsaslanan  dəyər  arasındakı  fərq  ilkin  tanınmada  məcmu  gəlir 

hesabatında əks etdirilmir. Sonrakı gəlir və zərərlər, ancaq bazar iştirakçıları tərəfindən qiymət təyin 

etmək məqsədilə istifadə edilən amillər nəticəsində baş verən dəyişikliklərdən yaranırsa, tanınır. 

 

Bank  hesab  edir  ki,  bəyan  edilmiş  bazar  dəyəri  mövcud  olmadıqda,  maliyyə  alətlərinin 



qiymətləndirilməsinə  dair  istifadə  edilən  təxminlər  əsas  qeyri-müəyyənlik  mənbəyidir,  ona  görə  ki: 

(i)  bu  təxminlər  müxtəlif  dövrlərdə  dəyişikliklərə  məruz  qala  bilər,  eləcə  də  bu  təxminlərin 

formalaşdırılmasında  rəhbərlik  faiz  dərəcələri,  qiymət  amplitudaları,  valyuta  məzənnələrində 

dəyişmələr,  qarşı  tərəfin  kredit  reytinqləri,  qiymətləndirmə  düzəlişləri  və  əməliyyatlar  üzrə  xüsusi 

təxminlərdən istifadə edir və (ii) qiymətləndirmədə edilən dəyişiklərin maliyyə vəziyyəti hesabatında 

əks etdirilən aktivlərə eləcə də Bankın mənfəətinə təsiri maddi ola bilər. 

 

Bəyan  edilmiş  bazar  qiymətləri  mövcud  olmadıqda  rəhbərlik  faiz  dərəcələrini,  qiymət 



amplidudalarını,  valyuta  məzənnələrində  dəyişmələri,  qarşı  tərəfin  kredit  reytinqini  və 

qiymətləndirmə  düzəlişlərini,  maliyyə  alətlərinin  qiymətləndirilməsində  əhəmiyyətli  və  ya 

əhəmiyyətsiz  dəyişiklikləri  fərqli  ehtimallardan  istifadə  edərək  hesablamalar  apardığı  hallarda,  bu 

ehtimallar Bankın təqdim edilmiş xalis mənfəətinə maddi təsir göstərə bilər. 

 

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

23 


 

31 dekabr 2010-cu  və 2009-cu il tarixlərinə ədalətli dəyərlə ölçülən  maliyyə alətlərinin qalıq  dəyəri 

aşağıda göstərilən kimi olmuşdur: 

 

 



31 dekabr 2010-cu il 

 

31 dekabr 2009-cu il 

 

 



 

Satılabilən investisiya qiymətli kağızları 

2,930,347 



 



 

3. 

YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN QƏBUL EDİLMƏSİ 

 

Cari  ildə  Bank  Beynəlxalq  Mühasibat  Uçotu  Standartları  Şurası  (BMUSŞ)  və  BMUSŞ-un 



Beynəlxalq  Maliyyə  Hesabatlarının  Şərhləri  Komitəsi  (BMHŞK)  tərəfindən  qəbul  edilmiş,  Bankın 

fəaliyyəti üçün münasib olan və 31 dekabr 2010-cu il tarixində başa çatmış hesabat dövrlərinə şamil 

olunan  bütün  yeni  və  yenidən  işlənilmiş  standartları  və  onlara  dair  şərhləri  qəbul  etmişdir.  Bu  yeni 

standart və şərhlərin qəbul edilməsi Bankın  mühasibat uçotu siyasətinə,  yəni cari və  ya əvvəlki illər 

üzrə hesabat verilən məbləğlərə, əhəmiyyətli təsirlər göstərməmişdir. 

 

BMHS  3  “Müəssisələrin  Birləşməsi”  (2008-ci  il  ilin  yanvar  ayında  yenidən  işlənilmişdir; 



satınalma tarixi 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünə 

təsadüf  edən  müəssisələrin  birləşməsi  üçün  qüvvəyə  minir)

  

Yenidən  işlənilmiş  BMHS  3, 

müəssisələrə  nəzarət  olunmayan  iştirak  paylarının  qiymətləndirilməsini,  mövcud  BMHS  3  üsulu  ilə 

(alıcının  əldə  edilmiş  müəssisənin  identifikasiya  edilə  bilən  xalis  aktivlərində  proporsional  payı)  və 

ya  ədalətli  dəyərlə  həyata  keçirməyə  imkan  verir.  Yenidən  işlənilmiş  BMHS  3  müəssisələrin 

birləşməsi  zamanı  satınalma  metodunun  tətbiqinə  dair  daha  ətraflı  məlumat  verir.  “Qudvil”-ə  aid 

olan  hissənin  hesablanması  məqsədilə,  mərhələli  satınalma  prosesində  bütün  aktiv  və  öhdəliklərin 

hər  bir  mərhələdə  ədalətli  dəyərlə  qiymətləndirilməsi  tələbi  hesabatdan  çıxarılmışdır.  Bundan  sonra 

qudvil, satınalma tarixində şirkətə qoyulmuş əvvəlki investisiyanın ədalətli dəyəri, ödənilmiş məbləğ 

və əldə edilmiş xalis aktivlər arasında fərq kimi uçota alınacaqdır. Satınalma prosesi ilə bağlı xərclər 

müəssisələrin  birləşməsi  əməliyyatından  ayrıca  tanınacaq  və  qudvil  kimi  yox,  xərc  kimi  uçota 

alınacaqdır.  Alıcı  şirkət,  satınalma  tarixində,  satınalma  prosesi  ilə  bağlı  yarana  biləcək  şərti 

öhdəlikləri  maliyyə  vəziyyəti  hesabatında  öhdəlik  kimi  uçota  almalıdır.  Satınalma  tarixindən  sonra 

bu  öhdəliyin  dəyərindəki  dəyişikliklər  qudvilin  təshih  edilməsi  yolu  ilə  deyil,  tətbiq  edilən  digər 

BMHS-na uyğun olaraq uçota alınacaqdır. Yenidən işlənilmiş BMHS 3, yalnız bir neçə müəssisənin 

iştirakı  ilə  müəssisələrin  birləşməsini  və  yalnız  müqavilə  əsasında  həyata  keçirilmiş  müəssisələrin 

birləşməsini  əhatə  edir.  Hazırda  Bank  yenidən  işlənilmiş  standartın  onun  maliyyə  hesabatlarına 

təsirini qiymətləndirir. 



 

BMUS  27  “Konsolidasiya  Edilmiş  və  Konsolidasiya  Edilməmiş  Hesabatlar”  (yanvar,  2008-ci 

ildə yenidən işlənilmişdir; 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 

qüvvəyə  minir)

 

-  Yenidən  işlənilmiş  BMUS  27  şirkətdən  ümumi  gəlirlərin  baş  müəssisənin 

sahiblərinə və nəzarət olunmayan pay sahiblərinə (bundan əvvəl “azlığın payı”)  aid  edilməsini tələb 

edir  (hətta  nəzarət  olunmayan  pay  üzrə  nəticələrin  mənfi  olduğu  hallarda).  Qüvvədə  olan  standart 

əksər  hallarda  artıq  zərərlərin  baş  müəssisənin  sahiblərinə  aid  edilməsini  tələb  edir.  Bundan  əlavə, 

yenidən  işlənilmiş  standartda  göstərilir  ki,  baş  müəssisənin  törəmə  müəssisədəki  iştirak  payında 

nəzarətin  itirilməsi  ilə  nəticələnməyəcək  dəyişikliklər  səhm  alətləri  üzrə  əməliyyatlar  kimi  uçota 

alınsın.  Standart  həmçinin  törəmə  müəssisə  üzrə  nəzarətin  itirilməsi  nəticəsində  yaranan  hər  hansı 

mənfəət  və  zərərin  müəssisə  tərəfindən  qiymətləndirilməsini  müəyyənləşdirir.  Nəzarətin  itirildiyi 

tarixdə  keçmiş  törəmə  müəssisədə  saxlanılmış  investisiyalar  ədalətli  dəyərlə  ölçülməlidir.  Hazırda 

Bank yenidən işlənilmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir. 

 

BMUS  1  “Maliyyə  hesabatlarının  təqdimatı”  standartına  düzəlişlər  (2009-cu  ildə  BMHS-da 

təkmilləşdirilmələr  layhəsi  çərçivəsində)  -  BMUS  1  standartında  olan  düzəlişlər  öhdəliklərin 

ödənilməsi  məqsədi  ilə  yerləşdirilmiş  kapital  instrumentlərinin  onların  cari  və  ya  uzun  müddətli 

kateqoriyaları arasında bölünməsinə təsir göstərməməsinə dair aydınlıq gətirir. 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə