"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   10   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

20 


 

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər 

 

Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələblərinə  uyğun  olaraq  Bank  işçilərin  əmək 

haqlarından  təqaüd  ayırmaları  tutur  və  onları  dövlət  sosial  müdafiə  fonduna  köçürür.  Bu  cür 

ayırmaları  hesablayarkən  təqaüd  sisteminin  göstərişlərinə  müvafiq  olaraq  işəgötürənlər  tərəfindən 

cari  ödənişlərin  hesablanması  zamanı  işçi  heyəti  üzrə  nəzərdə  tutulan  ümumi  xərclərin  müəyyən 

nisbəti  götürülür.  Belə  xərclər  müvafiq  əmək  haqlarının  alındığı  dövrlərə  aid  edilir.  Təqaüdə 

çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət sosial müdafiə fondu tərəfindən yerinə yetirilir. Bank 

Azərbaycan  Respublikasının  dövlət  sosial  müdafiə  fondu  tərəfindən  nəzərdə  tutulmuş  təqaüd 

proqramından  başqa  hər  hansı  bir  digər  təqaüd  proqramlarında  iştirak  etmir.  Bundan  əlavə,  Bankda 

hesablanması  tələb  olunan  pensiya  müavinətləri  və  ya  kompensasiya  edilən  digər  mühüm 

müavinətlər mövcud deyildir. 

 

Şərti aktivlər və öhdəliklər 

 

Şərti öhdəliklər maliyyə vəziyyəti hesabatında tanınmır amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin 



ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar 

verilir.  Şərti  aktivlər  maliyyə  vəziyyəti  hesabatında  tanınmır  amma  belə  aktivlərlə  bağlı  iqtisadi 

mənfəətlərin  alınması  ehtimalı  çox  az  olduğu  hallar  istisna  olmaqla  qalan  hallarda  hesabatlarda 

açıqlamalar verilir. 

 

Nizamnamə kapitalı 

 

Adi  səhmlər  kapital  bölümündə  təsnifləşdirilir.  Adi  səhmlərin  yerləşdirilməsi  ilə  əlaqədar  olan 



birbaşa əlavə xərclər bütün vergi təsirləri istisna olmaqla kapitalın azaldılması kimi uçota alınır. Adi 

səhmər  üzrə  ödənilən  dividendlər  kapital  bölümündə  elan  olunduğu  dövrdə  azalma  kimi  təqdim 

edilir.  Hesabat  tarixindən  sonra  elan  edilmiş  dividendlər  10  saylı  Beynəlxalq  Mühasibat  Uçotu 

Standartına  “Hesabat  tarixindən  sonra  baş  vermiş  hadisələr”  (“BMUS  10”)  standartına  müvafiq 

olaraq maliyyə hesabatlarında açıqlanır. 

 

Xarici valyuta əməliyyatları 



 

Bankın  əməliyyat  valyutası  onun  fəaliyyət  göstərdiyi  iqtisadi  mühitin  valyutası  olan  Azərbaycan 

Manatıdır.  

 

Xarici  valyutada  olan  monetar  aktiv  və  öhdəliklər,  hesabat  tarixində  mövcud  olan  ARMB-nın 



valyuta  məzənnəsinə  uyğun  olaraq  Azərbaycan  Manatına  çevrilir.  Xarici  valyutada  aparılan 

əməliyyatlar  isə  əməliyyat  tarixinə  mövcud  olan  valyuta  məzənnəsinə  uyğun  olaraq  manat 

ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər mənfəət və zərər hesablarında 

xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) sətrində göstərilir. 

 

Xarici valyuta məzənnələri 

 

Maliyyə  hesabatlarının hazırlanması zamanı Bank tərəfindən istifadə  edilən hesabat tarixinə valyuta 



məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr 

2010-cu il 

 

31 dekabr 

2009-cu il 

 

 



 

 

ABŞ dolları/AZN 



0.7979 

 

0.8031 



Avro/AZN 

1.0560 


 

1.1499 


 

 

 




“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

21 


 

Əməliyyat seqmentləri 

 

Əməliyyat seqmentləri,  resursları seqmentlər üzrə  yerləşdirmək  və  onların  fəaliyyətini qiymətləndirmək 



məqsədilə, əməliyyatlar üzrə qərar qəbul etmək səlahiyyəti olan rəhbər işçi tərəfindən təhlil edilən Bankın 

komponentləri  haqqında  daxili  hesabatlar  əsasında  təyin  edilir.  Bankın  seqment  üzrə  hesabatı  aşağıda 

göstərilən  əməliyyat  seqmentlərinə  əsaslanır:  Fərdi  bankçılıq  (əsasən  fərdi  müştərilərdən  əmanətlərin 

alınması  və  istehlak  kreditlərin  verilməsi,  overdraft,  kredit  kartları  və  pul  köçürmələri  vasitələri)  və 

Korporativ bankçılıq (əsasən korporativ və kommersiya müştərilərinə kredit və digər kredit vasitələrinin 

verilməsi, əmanət və cari hesablar üzrə xidmətlərin göstərilməsi).  

 

Bank hesabat seqmentləri üzrə məlumatı BMHS-na müvafiq olaraq dəyərləndirir. Hesabat seqmentləri 



üzrə məlumat aşağıda göstərilən kəmiyyət göstəricilərinin hər biri ilə müvafiq olmalıdır: 

 

 

Onun xarici müştərilər və seqmentdaxili satışlar və ya köçürmələr üzrə təqdim edilən gəliri bütün 



əməliyyat seqmentləri üzrə ümumi gəlirin, daxili və xarici, 10% və ya artıq olduqda; və ya 

 

Onun  təqdim  olunan  mənfəət  və  zərərinin  modul  dəyəri  (i)  zərər  üzrə  hesabat  verməyən  bütün 



əməliyyat  seqmentlərinin  toplanmış  mənfəətlərinin  və  (ii)  zərər  üzrə  hesabat  verən  bütün 

əməliyyat seqmentlərinin toplanmış zərərlərinin modul dəyərinin 10% və ya artıq olduqda; və ya 

 

Onun aktivləri bütün əməliyyat seqmentlərinin toplanmış aktivlərinin 10% və ya artıq olduqda. 



 

Əgər  seqmentlər  üzrə  təqdim  edilmiş  ümumi  xarici  gəlir  müəssisə  gəlirinin  75%-dən  azdırsa,  Bank 

gəlirlərinin ən azı 75%-nin hesabat seqmentlərinə daxil olanadək, əlavə seqmentləri hesabat seqmentləri 

kimi təqdim edir (hətta onlar yuxarıda göstərilən kəmiyyət göstəricilərinə müvafiq olmadığı hallarda). 

 

Mühüm mühasibat təxminləri və təxmin edilən qeyri-müəyyənliklərin əsas mənbələri  

 

Bankın  maliyyə  hesabatlarının  hazırlanması  hesabat  tarixinə  təqdim  edilən  aktiv  və  öhdəliklərin 



məbləğlərinə  təsir  göstərə  biləcək  və  başa  çatmış  müddət  ərzində  gəlir  və  xərclərin  təqdim  edilmiş 

məbləğləri  üzrə  rəhbərlikdən  təxminlərin  və  mülahizələrin  verməsini  tələb  edir.  Rəhbərlik  mütəmadi 

olaraq  öz  təxminlərini  və  mülahizələrini  təhlil  edir.  Rəhbərlik  təxminlərini  və  mülahizələrini  tarixi 

təcrübəyə  və  müəyyən  şərtlər  çərçivəsində  məntiqli  hesab  edilən  digər  faktlara  əsaslandırır.  Müxtəlif 

şəraitlərdə və vəziyyətlərdə faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər. Aşağıda göstərilən təxminlər 

və mülahizələr Bankın maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir. 

 

Dəyərsizləşmə üzrə zərər ehtiyatları 

 

Dəyərsizləşmə  üzrə  qiymətləndirilmənin  aparılması  üçün  Bank  verilmiş  kreditlərin  mütəmadi  olaraq 



təhlilini keçirir. Bankın dəyərsizləşmə üzrə zərər ehtiyatları yaratması onun kreditlər və alınacaq vəsaitlər 

portfelində yarana biləcək dəyərsizləşmə ehtiyatlarının tanınması məqsədi daşıyır. Bank rəhbərliyi hesab 

edir ki, ehtiyatlarla bağlı təxminlər ən əsas subyektivlik daşıyan məqamdır, çünki: (i) gələcəkdəki itkilərin 

faizi  və  şübhəli  kreditlər  üzrə  yarana  biləcək  itkilərin  ölçülməsi  üzrə  edilən  ehtimallar  müxtəlif  dövrlər 

arasında dəyişir, hesabat tarixində isə bu ehtimallar yalnız cari təcrübəyə əsaslanır, və (ii) Bankın təxmin 

etdiyi  itkilərlə  faktiki  itkilər  arasında  əhəmiyyətli  fərqlər  yaranarsa,  bu  fərqlər  Bankın  gələcəkdəki 

fəaliyyətinin yekunlarına, eləcə də maliyyə vəziyyətinə təsir göstərə bilər.  

 

Borcalanın  maliyyə  çətinlikləri  olduqda  və  eyni  borcalana  aid  az  tarixi  məlumat  mənbələri  əldə  etdiyi 



hallarda dəyərsizləşmə zərərinin məbləğini təxmin etmək üçün Bankın rəhbərliyi mülahizələrdən istifadə 

edir.  Eləcə  də,  Bank  əvvəlki  təqdimat  əsasında  gələcək  pul  vəsaitlərinin  hərəkətində  dəyişiklikləri, 

müştərilərin  əvvəlki  davranışını,  qrup  daxilində  borcalanın  ödəniş  qabiliyyətində  mənfi  dəyişikliklər 

haqqında ümumi  məlumatı və qrup daxilində aktivlər üzrə öhdəliklərin  yerinə yetirilməməsi ilə əlaqədar 

olan ölkə miqyaslı və yerli iqtisadi şərtlərə dair təxminlər edir.  

 

 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə