"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

18 


 

Ayrıca  satın  alınmış  və  müəyyən  faydalı  ömrü  olan  qeyri-maddi  aktivlər  yığılmış  amortizasiya  və 

ehtimal  edilən  dəyər  azalmaları  üzrə  ehtiyatlar  çıxılmaqla  tarixi  dəyəri  ilə  tanınır.  Amortizasiya 

qeyri-maddi  aktivlərin  təxmin  edilən  faydalı  ömrü  ərzində  düz  xətt  metodu  ilə  hesablanır.  Faydalı 

ömür  təxminləri  və  amortizasiya  metodları  hər  bir  hesabat  tarixində  yenidən  təhlil  edilir  və 

təxminlərdə  olan  dəyişikliklərin  təsiri  prospektiv  olaraq  tətbiq  edilir.  Ayrıca  satın  alınmış  və  qeyri-

müəyyən  faydalı  ömrü  olan  qeyri-maddi  aktivlər  isə  maya  dəyərindən  dəyərsizləşmə  zərərlərinin 

məbləği çıxıldıqdan sonra alınan məbləğdə tanınır. 

 

Hər  bir  hesabat  dövrünün  sonunda  Bank  öz  əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərini 



dəyərsizləşmə  zərərlərinin  baş  verməsini  təyin  etmək  məqsədi  ilə  təhlil  edir.  Əgər  belə  hal  mövcud 

olarsa  bu  aktiv  üzrə  əldə  edilməsi  mümkün  olan  məbləğ  təyin  edilir  və  dəyərsizləşmə  zərərinin 

məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi 

mümkün  olmadıqda  Bank  aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidlərinin  qalıq 

dəyərini təhlil edir. 

 

Əgər  aktiv  (və  ya  aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidi)  üzrə  əldə  edilməsi 



mümkün  olan  məbləğ  aktivin  (və  ya  aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidinin) 

qalıq  dəyərindən  azdırsa  onun  qalıq  dəyəri  qaytarılması  mümkün  olan  məbləğə  qədər  azaldılır. 

Dəyərsizləşmə zərəri birbaşa mənfəət və zərər hesablarında qeyd olunur. 

 

Dəyərsizləşmə  zərərlərinə  səbəb  olan  hallar  növbəti  dövrlərdə  aradan  qalxdıqda  aktivin  (və  ya 



aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidinin)  qalıq  dəyəri  yenidən  təyin  edilmiş 

məbləğə qədər artırılır  amma  yeni təyin  edilmiş qalıq  dəyəri aktivin (və  ya aktivin aid  olduğu  nağd 

pul  əmələ  gətirən  biznes  vahidinin)  keçmiş  dövrlərdə  dəyərsizləşmə  itkilərinin  tanınmasından  öncə 

mövcud  olan  qalıq  dəyərindən  daha  çox  ola  bilməz.  Dəyərsizləşmə  zərərlərinin  geri  qaytarılması 

dərhal mənfəət və zərər hesablarında tanınır.  

 

Silindikdə,  satıldıqda  və  ya  istifadəsinin  davam  etdirilməsi  zamanı  gələcəkdə  iqtisadi  faydanın  əldə 



edilməsi  təxmin  edilmədikdə  əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərin  tanınmasına  xitam  verilir. 

Əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərin  tanınmasına  xitam  verilməsi  nəticəsində  yaranan 

mənfəət  və  zərərlər  satış  nəticəsində  əldə  edilən  vəsaitlərlə  aktivin  qalıq  dəyəri  arasında  olan  fərq 

kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır.  

 

Vergi qanunvericiliyi 

 

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir. 

 

Cari  vergi  xərci  hesabat  dövrü  ərzində  yaranmış  vergi  mənfəəti  əsasında  hesablanır.  Məcmu  gəlir 



hesabatındakı  bəzi  gəlir  və  xərclərin  digər  dövrlərdə  vergi  bazasına  aid  ediləcəyinə  və  bəzi  maddələrin 

heç  bir  vaxt  vergi  bazasını  hesablayarkən  istifadə  edilməyəcəyinə  görə  vergi  mənfəəti  maliyyə 

hesabatlarındakı mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan 

vergi dərəcələrindən istifadə etməklə hesablanır. 

 

28  oktyabr,  2008-ci  il  tarixində  “Bankların,  sığorta  və  təkrarsığorta  şirkətlərinin  kapitalizasiyasının 



artırılmasının  stimullaşdırılması”  qanunu  qəbul  edilmişdir.  Bu  qanuna  müvafiq  olaraq  bankların, 

sığorta  və  təkrarsığorta  şirkətlərinin  mənfəətinin  bir  hissəsi  onların  nizamnamə  kapitalının  artırılmasına 

yönəldiləcək və bu məbləğdən 1 yanvar, 2009-cu il tarixindən etibarən üç il müddətində mənfəət vergisi 

hesablanmayacaq.  

 

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

19 


 

Təxirə  salınmış  vergi  isə  aktiv  və  öhdəliklərin  mühasibat  uçotuna  uyğun  qalıq  dəyərləri  ilə  onların 

vergiyə  uyğun  qalıq  dəyərləri  arasındakı  fərqlərdən  yaranan  və  gələcəkdə  ödəniləcək  və  ya  geri 

alınacaq  məbləğlərin  əsasında  hesablanır  və  bu  zaman  balans  öhdəliyi  üsulundan  istifadə  edilir. 

Təxirə  salınmış  vergi  öhdəliyi  ümumiyyətlə  bütün  vergi  bazasını  artıran  maddələr  üçün  hesablanır, 

təxirə  salınmış  vergi  aktivi  isə  bu  aktivdən  gələcəkdə  istifadə  etmək  üçün  kifayət  qədər  mənfəətin 

olması  təxmini  nəzərə  alınaraq  tanınır.  Müvəqqəti  fərqlərin  mühasibat  mənfəətinə  və  vergi 

mənfəətinə  təsir  göstərməyən  digər  aktiv  və  öhdəliklərin  ilkin  tanınması  zamanı  yarandığı  hallarda 

(biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır. 

 

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən  keçirilir və əgər gələcəkdəki 



mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivi reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin 

dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır. 

 

Təxirə  salınmış  vergini  hesablayarkən  vergi  aktivinin  reallaşdırılması  və  ya  öhdəliyin  ödənilməsi 



zamanı  qüvvədə  olan  vergi  dərəcəsindən  istifadə  edilməlidir.  Birbaşa  səhmdar  kapitalına  təsir  edən 

əməliyyatlar  istisna  olmaqla,  təxirə  salınmış  vergi  xərci  və  ya  gəliri  birbaşa  məcmu  gəlir  hesabında 

əks  etdirilir.  Səhmdar  kapitalına  təsir  edən  əməliyyatlarla  bağlı  təxirə  salınmış  vergilər  də  səhmdar 

kapitalında öz əksini tapır. 

 

Aşağıdakı hallarda təxirə salınmış vergi aktivi və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim 



edilə bilər: 

 

 



Bankın cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və 

icrası mümkün olan hüququ mövcud olduqda; və 

 

Təxirə  salınmış  aktiv  və  öhdəliklər  bir  vergi  orqanı  tərəfindən  qoyulan  məbləğlərə  aid  edilsin 



və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olsun. 

 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  bankların  fəaliyyəti  nəticəsində  digər  vergilər  də 



yaranır.  Bu  vergilər  əməliyyat  xərclərinin  bir  hissəsi  kimi  tanınır  və  məcmu  gəlir  hesabatına  daxil 

edilir.  

 

Ehtiyatlar 

 

Ehtiyatlar, Bank keçmiş hadisələr nəticəsində  cari hüquqi və  ya əsaslanmış öhdəliyə  malik olduqda, 

öhdəliyin  yerinə  yetirilməsi  üçün  iqtisadi  səmərə  yaradan  ehtiyatların  azalma  ehtimalı  olduqda  və 

öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır. 

 

Ehtiyat  kimi  tanınan  məbləğ  hesabat  dövrünün  sonunda  müvafiq  risklər  və  qeyri-müəyyənliklər  də 



nəzərə  alınmaqla  cari  öhdəliyi  yerinə  yetirmək  üçün  tələb  olunan  məbləğin  təxmini  göstəricisidir. 

Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən 

istifadə  edilirsə,  ehtiyatın  qalıq  dəyəri  bu  pul  vəsaitlərinin  cari  dövrə  olan  diskontlaşdırılmış 

dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda). 

 

Ehtiyatın  qarşılanması  üçün  tələb  edilən  iqtisadi  faydaların  tam  və  ya  qismən  üçüncü  şəxslərin 



hesabına  geri  qaytarılması  gözlənilirsə,  debitor  borc  aktiv  kimi  yalnız  o  halda  tanınır  ki,  üçüncü 

tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.  

 

 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə