"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

14 


 

Satılabilən maliyyə aktivləri 

 

Hər  bir  hesabat  tarixində  Bank  satılabilən  maliyyə  aktivlərinin  dəyərsizləşməsi  halının  baş 



verməsinin obyektiv sübutunun olub olmamasını dəyərləndirir.  

 

Satılabilən  investisiya  qiymətli  kağızları  kimi  təsnifləşdirilən  kapital  investisiyaları  üçün  obyektiv 



sübut  olaraq  onun  ədalətli  dəyərinin  əhəmiyyətli  dərəcədə  və  ya  uzun  müddət  ərzində  qalıq 

dəyərindən aşağı olması göstərilə bilər. Dəyərsizləşmə halı yarandıqda, ilkin satınalma dəyəri ilə cari 

ədalətli dəyər arasındakı fərqdən daha əvvəl bu invesitisiya üzrə mənfəət və zərər hesabında tanınmış 

dəyərsizləşmə  zərərləri  çıxıldıqdan  sonra  yaranan  yekun  zərər  rəqəmi  məcmu  gəlir  hesabından 

mənfəət və zərər hesabına transfer edilir. Kapital invesitisiyaları üzrə dəyərsizləşmə zərərləri mənfəət 

və  zərər  hesabı  vasitəsilə  geri  qaytarılmır  və  dəyərsizləşmə  tanındıqdan  sonra  onların  ədalətli 

dəyərində baş verən yüksəlmələr məcmu gəlir hesabında tanınır.  

 

Satılabilən  investisiya  qiymətli  kağızları  kimi  təsnifləşdirilən  borc  alətləri  üzrə  isə  dəyərsizləşmə 



kriteriyaları  amortizasiya  olunmuş  maya  dəyərində  tanınan  maliyyə  aktivlərində  olduğu  kimidir. 

Dəyərsizləşmənin məbləğini hesablamaq üçün gələcək faiz gəlirləri azaldılmış qalıq dəyərinə əsaslanır 

və  gələcək  pul  axınlarını  diskont  etmək  üçün  istifadə  edilən  faiz  dərəcəsi  ilə  hesablanır.  Faiz  gəliri 

mənfəət  və  zərər  hesablarında  tanınır. Əgər  növbəti ildə  borc  alətinin  ədalətli  dəyəri  yüksəlirsə  və bu 

yüksəlmənin  dəyərsizləşmə  zərərinin  tanınmasından  sonra  baş  verməsinə  dair  obyektiv  sübut 

mövcuddursa  bu  zaman  əvvəlcədən  tanınan  dəyərsizləşmə  zərəri  mənfəət  və  zərər  hesablarından  geri 

qaytarılır. 

 

Kreditlərin restrukturizasiyası  

 

Mümkün  olduğu  hallarda  Bank  girovu  reallaşdırmadan  öncə  kreditin  prolonqasiya  edilməsinə  səy 



göstərir. Belə səylərə ödəmə şərtlərinin dəyişdirilməsi və ya yeni kredit sazişinin imzalanması daxildir.  

 

Şərtlər yenidən razılaşdırıldıqdan sonra  belə kreditlər artıq gecikmiş sayılmır. Rəhbərlik daimi olaraq, 



prolonqasiya  edilmiş  kreditləri  təhlil  edərək  onlar  üzrə  bütün  şərtlərin  yerinə  yetirilməsini  və  gələcək 

ödənişlərin  icra  olunmasının  ehtimalını  təhlil  edir.  Belə  kreditlər,  fərdi  olaraq  və  ya  kollektiv  şəkildə 

dəyərsizləşmə ehtimallarının mövcudluğunun yoxlanılması məqsədi ilə kreditin ilkin və ya cari effektiv 

faiz dərəcəsindən istifadə edilərək təhlil edilirlər.  

 

Verilmiş kreditlərin və avansların silinməsi  

 

Verilmiş  kreditlər  və  avanslar  qaytarılması  mümkün  olmadıqda  dəyərsizləşmə  üzrə  yaradılmış  olan 



ehtiyatların hesabına silinirlər. Verilmiş kreditlər və avanslar rəhbərliyin krediti qaytarmaq üçün bütün 

cəhdlərindən  və  mövcud  olan  bütün  girovların  satılmasında  sonra  Banka  olan  borcun  qaytarılması 

mümkün  olmadıqda  silinir.  Növbəti  dövrlərdə  əvvəlcədən  silinmiş  kreditlər  üzrə  əldə  edilən  vəsaitlər 

həmin  dövrlərdə  maliyyə  aktivləri  üzrə  ayrılan  ehtiyatlarla  əvəzləşdirilir  və  mənfəət  və  zərər 

hesablarında tanınır. 

 

Maliyyə aktivlərin uçotunun xitamı 



 

Bank maliyyə aktivi müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə 

aktivi, eləcə də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülməsi 

halında  maliyyə  aktivinin  tanınmasına  xitam  verir.  Bank  sahiblik  hüququ  ilə  bağlı  bütün  əhəmiyyətli 

risk və mükafatların digər tərəfə ötürdükdə belə transfer edilmiş aktiv üzərində nəzarəti saxlayırsa, bu 

zaman  saxlanılmış  maraqlar  aktiv  kimi  tanınır  və  müvafiq  şəraitdə  Bankın  ödənilməsi  ehtimal  edilən 

məbləğlər də müvafiq olaraq öhdəlik kimi tanınır. Əgər Bank transfer edilən maliyyə aktivinin sahiblik 

hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatları özündə saxlayırsa, bu zaman  aktivin tanınması 

davam  edir  və  əlavə  olaraq  girov  qoyularaq  götürülmüş  vəsaitlər  də  borc  məbləği  kimi  maliyyə 

vəziyyəti hesabatında əks etdirilir.  

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

15 


 

Maliyyə  aktivi  maliyyə  vəziyyəti  hesabından  tam  şəkildə  çıxarıldıqda,  aktivin  qalıq  dəyəri  ilə  onun 

transferindən  alınan  və  ya  alınması  nəzərdə  tutulan  məbləğlərin  cəmi  arasındakı  fərq,  məcmu  gəlir 

hesabında xitam anınadək tanınmış və kapital hesablarında uçotu aparılan mənfəət və zərər məbləğləri 

dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

Maliyyə  aktivi  maliyyə  vəziyyəti  hesabından  qismən  çıxarıldıqda  (məsələn,  Bankın  transfer  edilmiş 



aktivin  bir  hissəsini  geri  almaq  seçimi  olduqda  və  ya  bu  aktiv  üzrə  sahiblik  hüququ  ilə  bağlı  bütün 

əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülərək yalnız cüzi bir hissənin saxlanılması və bunun 

nəticəsində  nəzarətin  Bankda  qalması  halları),  Bank  aktivin  qalıq  dəyərini  cari  iştirak  ilə  bağlı 

tanınması  davam  edən  qism  və  transfer  edilən  hissələrin  nisbi  ədalətli  dəyərinə  görə  təyin  edilmiş  və 

maliyyə vəziyyəti hesabatında tanınmayan qismdən ibarət iki hissəyə ayırır. Aktivin tanınmasına xitam 

verilmiş qisminə aid edilən qalıq dəyəri ilə onun transferindən alınan məbləğlərin cəmi arasındakı fərq, 

məcmu  gəlir  hesabında  xitam  anınadək tanınmış  mənfəət  və  zərər  məbləğləri  dərhal  mənfəət  və  zərər 

hesablarında  tanınır.  Məcmu  gəlir  hesabında  tanınmış  mənfəət  və  zərər  məbləğlərini,  aktivin 

tanınmasına  xitam  verilən  qismi  ilə  tanınması  davam  edən  qismi  arasında  bölərkən  bu  qismlərin 

ədalətli dəyərlərinin nisbətləri əsas götürülür. 

 

Maliyyə öhdəlikləri və kapital alətləri  

 

Borc  və  kapital alətləri  müqavilə şərtlərindən,  eləcə  də təyinatından asılı olaraq  maliyyə öhdəlikləri 

və ya kapital kimi təsnifləşdirilirlər.  

 

Kapital alətləri 



 

Bütün  öhdəliklər  ödəndikdən  sonra  xalis  aktivlərdə  sahiblik  hüququna  dəlalət  edən  istənilən 

müqavilə  kapital  aləti  sayılır.  Bank  tərəfindən  yerləşdirilən  kapital  alətləri,  müvafiq  yerləşdirmə 

xərcləri çıxıldıqdan sonra müvafiq vəsaitlərin daxil olması zamanı maliyyə hesabatlarında tanınır.  



 

Maliyyə öhdəlikləri 

 

Maliyyə  öhdəlikləri,  “MZHƏD”  maliyyə  öhdəlikləri  və  “digər  maliyyə  öhdəlikləri”  olmaqla  iki 



hissəyə ayrılır.  

 

MZHƏD 

 

Maliyyə  öhdəlikləri  ticarət  məqsədləri  ilə  saxlanıldıqda  və  ya  xüsusi  olaraq  MZHƏD  şəklində 



nəzərdə tutulduqda MZHƏD maliyyə öhdəlikləri kateqoriyasına aid edilirlər. 

 

MZHƏD  maliyyə  öhdəlikləri  ədalətli  dəyərlə  təqdim  edilir  və  yenidən  ölçülmə  zamanı  yaranan 



mənfəət və zərər məbləğləri müvafiq olaraq  mənfəət və zərər hesablarında tanınır. Mənfəət və zərər 

hesabında tanınan xalis mənfəət və ya zərərə maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və 

bu məbləğ məcmu gəlir hesabatında “digər gəlirlər/(xərclər)” bəndində öz əksini tapır. 

 

Digər maliyyə öhdəlikləri 

 

Digər  maliyyə  öhdəlikləri  ilkin  olaraq  bütün  əməliyyat  xərcləri  çıxıldıqdan  sonra  ədalətli  dəyər  ilə 



ölçülür. 

 

Digər  maliyyə  öhdəlikləri  növbəti  dövrlərdə  effektiv  faiz  dərəcəsi  metodundan  istifadə  olunmaqla 



amortizasiya  edilmiş  maya  dəyərində ölçülür və  faiz  xərcləri  effektiv  gəlir kriteriyasına əsaslanaraq 

tanınır. 

 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə