"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   2   3   4   5   6   7   8   9   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

12 


 

Ədalətli dəyərin təyin edilməsi 

 

Hesabat  tarixində  aktiv  bazarlarda  satılan  maliyyə  alətlərinin  ədalətli  dəyəri  onların  bazar 



katirovkaları  və  ya  dilerlər  tərəfindən  verilən  qiymət  katirovkalarıdır  (uzun  mövqelər  üçün  satış 

dəyəri, qısa mövqelər üçün isə alış dəyəri).  

 

Aktiv  bazarlarda  katirovkası  mövcud  olmayan  bütün  digər  maliyyə  alətləri  üçün  ədalətli  dəyər 



müvafiq qiymətləndirmə texnikalarının tətbiq edilməsi ilə təyin edilir. Qiymətləndirmə texnikalarına 

xalis  cari  dəyər  texnikası,  müşahidə  ediləbilən  oxşar  maliyyə  alətləri  ilə  müqayisələrin  aparılması, 

opsiya qiymətləndirilməsi modelləri və digər müvafiq qiymətləndirmə modelləri aid edilir.  

 

Pul və pul ekvivalentləri 

 

Pul  və  pul  ekvivalentlərinə  nağd  pul,  müxbir  hesablarda  olan  və  istifadəsinə  məhdudiyyət 



qoyulmayan  qalıqlar,  ARMB-da  yerləşdirilmiş  və  bitmə  müddəti  90  günədək  olan  müddətli 

depozitlər, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) üzv olan ölkələrdə yerləşən 

banklara  verilmiş  vəsaitlər  daxildir.  Pul  vəsaitlərinin  hərəkətini  təyin  edərkən,  ARMB  tərəfindən 

tələb edilən əmanətlər üzrə minimal məcburi ehtiyatlar, istifadəsində məhdudiyyətlərin olması səbəbi 

ilə pul və pul ekvivalentləri kateqoriyasına daxil edilmir. 

 

Banklardan alınacaq vəsaitlər 

 

Vaxtaşırı  olaraq  və  adi  fəaliyyətin  gedişində  Bank  digər  banklarda  müxtəlif  müddətlər  üzrə 



əmanətlər  yerləşdirir.  Banklardan  alınacaq  vəsaitlər  ədalətli  dəyərdə  tanınır.  Ödəniş  tarixi  müəyyən 

olan  banklardan  alınacaq  vəsaitlər  sonradan  amortizasiya  olunmuş  maya  dəyərində  effektiv  faiz 

metodundan  istifadə  edilərək  ölçülür  və  dəyərsizləşmə  zərər  ehtiyatları  çıxılmaqla  tanınır. 

Banklardan alınacaq vəsaitlər ödəniş tarixi müəyyən olmadıqda təxmin edilən ödəniş tarixi əsasında 

amortizasiya  olunmuş  maya  dəyərində  tanınır.  Kredit  institutlarından  alınacaq  vəsaitlər 

dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır. 

 

Müştərilərə verilmiş kreditlər 

 

Müştərilərə  verilmiş  kreditlər  maliyyə  hesabatlarının  digər  kateqoriyaları  üzrə  təsnifləşdirilən 



aktivlərdən  fərqli  olaraq  sabit  və  ya  müəyyən  ödəniş  qrafikinə  malik  və  fəal  bazara  çıxarılmayan 

qeyri-törəmə aktivlərdir.  

 

Bank  tərəfindən  verilmiş  kreditlər  ilk  olaraq  ədalətli  dəyər  və  əməliyyat  üzrə  aid  olduğu  xərclər 



həcmində  tanınır.  Hesablanmış  ədalətli  dəyər  kreditin  ədalətli  dəyərinə  bərabər  olmadıqda,  misal 

üçün,  kredit  bazar  qiymətindən  aşağı  dəyərlə  verildikdə,  hesablanmış  ədalətli  dəyərlə  kreditin 

ədalətli  dəyəri  arasındakı  fərq  kreditin  ilkin  tanınması  üzrə  zərər  kimi  qeydə  alınır  və  bu  zərərin 

xüsusiyyətinə  uyğun  olaraq  məcmu  gəlir  hesabatına  daxil  edilir.  Daha  sonra,  kreditlər  effektiv  faiz 

metodundan  istifadə  etməklə  amortizasiya  olunmuş  maya  dəyəri  ilə  qeydə  alınır.  Müştərilərə 

verilmiş kreditlər ehtimal edilən zərərlər üzrə bütün ehtiyatlar çıxılmaqla qeydə alınır. 

 

Maliyyə alətlərinin yenidən təsnifləşdirilməsi 

 

Əgər  ticarət  məqsədi  ilə  saxlanılan  qeyri-derivativ  maliyyə  alətinin  yaxın  gələcəkdə  satılması 

məqsədi aktuallığını itirirsə bu zaman belə maliyyə alətləri mənfəət və zərər hesabına ədalətli dəyərlə 

tanınan  maliyyə  aktivləri  kateqoriyasından  çıxarılaraq  aşağıdakı  kateqoriyalardan  birinə  yenidən 

daxil olunur:  

 

 




“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

13 


 

•  Əgər maliyyə aktivi verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğundursa 

bu zaman, Bankın bu aləti yaxın gələcəkdə və ya müddəti bitənədək saxlamaq niyyəti və imkanı 

varsa onu kreditlər və debitor borclar kateqoriyasına yenidən daxil edə bilər; 

•  Digər maliyyə aktivləri adətən satılabilən invesitisiyalar kateqoriyasına və nadir hallarda ödəniş 

tarixinədək saxlanılan investisiyalar kateqoriyasına daxil oluna bilər.  

 

Əvvəlcədən  satılabilən  invesitisiyalar  kateqoriyasına  aid  edilmiş  maliyyə  aləti  verilmiş  kreditlər  və 



debitor borcları kateqoriyasının  təyinatına uyğun  gəldikdə və  Bankın bu aləti  yaxın gələcəkdə və  ya 

müddəti  bitənədək  saxlamaq  niyyəti  və  imkanı  yarandıqda,  Bank  onu  verilmiş  kreditlər  və  debitor 

borclar kateqoriyasına yenidən daxil edə bilər. 

 

Maliyyə  alətləri  yenidən  təsnif  olunduqda  onların  ədalətli  dəyərindən  istifadə  edilir.  Bu  alətlərə  aid 



daha  əvvəllər  mənfəət  və  zərər  hesablarında  tanınmış  mənfəət  və  zərərlər  geri  qaytarılmır.  Maliyyə 

alətinin ədalətli dəyəri  yenidən təsnifləşdirmə tarixində müvafiq olaraq onun  yeni  maya  dəyərinə və 

ya amortizasiya olunmuş maya dəyərinə çevrilir.  

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 

 

 

Hər  bir  hesabat  tarixində  Bank  maliyyə  aktivinin  və  ya  maliyyə  aktivləri  qrupunun  dəyərsizləşməsi 



halının  baş  verməsinin  obyektiv  sübutunun  olub-olmamasını  dəyərləndirir.  Əgər  maliyyə  aktivinin 

və  ya  maliyyə aktivləri qrupunun  dəyərsizləşməsi ehtimal edilirsə və  yalnız ilkin tanınma tarixindən 

sonra  baş  vermiş  bir  və  ya  bir  neçə  hadisə  nəticəsində  dəyərsizləşmənin  obyektiv  sübutu 

yaranmışdırsa (baş vermiş “zərər hadisəsi”) və zərər hadisəsi (və ya hadisələri) bu maliyyə alətləri və 

ya  maliyyə  alətləri  qrupu  üzrə  təxmin  edilən  gələcək  pul  vəsaitlərinin  axınına  təsir  göstərirsə  və  bu 

təsirin etibarlı şəkildə təxmin edilməsi mümkündürsə bu zaman belə maliyyə aktivləri və ya maliyyə 

aktivləri  qrupu  dəyərsizləşmiş  sayılır.  Dəyərsizləşmənin  sübütu  kimi  borc  götürənin  və  ya  borc 

götürənlər  qrupunun  əhəmiyyətli  maliyyə  çətinlikləri  ilə  üzləşməsi,  faiz  və  əsas  borcların 

ödənilməməsi  və  ya  ödənilməsində  gecikmələrin  yaranması,  müştərilərin  iflas  etməsi  və  ya  digər 

yenidən  təşkilati  strukturun  dəyişdirilməsi  və  bu  zaman  təxmin  edilən  gələcək  pul  vəsaitlərinin 

azalmasına dair konkret məlumatın  olması ehtimalının yaranması, məsələn borcun ödənilməməsində 

şəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürülə bilər. 

 

Amortizasiya olunmuş maya dəyərində tanınmış aktivlər 

 

Maliyyə aktivlərinin və ya aktivlər qrupunun dəyərində azalma yaranması ilə bağlı rəhbərliyin əlində 

hər  hansı  bir  obyektiv  sübut  olduğu  hallarda  Bank  bu  aktivlər  üzrə  itkiləri  qarşılamaq  məqsədilə 

ehtiyat  yaradır.  Ehtimal  edilən  itkilər,  gələcəkdə  zəmanət  və  alınan  girovlar  da  daxil  olmaqla, 

amortizasiya  olunmuş  ilkin  dəyərində  ölçülən  aktivlər  üzrə  gələcəkdə  əldə  edilə  biləcək  pul 

vəsaitlərinin,  effektiv  faiz  dərəcəsindən  istifadə  edilərək  diskont  edilməsi  nəticəsində  yaranmış 

dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. 

 

Daha  sonrakı  dövrdə  dəyərsizləşmə  zərərinin  azalması  və  bu  azalmanın  obyektiv  olaraq 



dəyərsizləşmə  zərərinin  tanınmasından  sonra  baş  vermiş  hadisəyə  aid  edilməsi,  məsələn  bərpa 

olunma  halları,  istisna  olmaqla  belə  dəyərsizləşmə  zərərləri  geriyə  qaytarılmır.  Dəyərsizləşmə 

zərərinin qaytarılması halında gələcək dövrdə ehtiyat hesabına düzəliş verilir. 

 

İlkin dəyər ilə ölçülən maliyyə aktivləri üçün isə ehtimal edilən itkilər, bu aktivlərdən gələcəkdə əldə 



edilə  biləcək  pul  vəsaitlərinin  bu  tip  aktivlər  üzrə  mövcud  bazar  faiz  dərəcəsindən  istifadə  edərək 

diskont  edilməsi  nəticəsində  yaranmış  dəyərlə  bu  aktivlərin  qalıq  dəyəri  arasındakı  fərq  kimi 

hesablanır. Bu tip ehtiyatlar yaradıldıqdan sonra geri qaytarılmır. 

 

 



 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə