"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

24 


 

BMHS  5  “Satış  üçün  nəzərdə  tutulmuş  cari  olmayan  aktivlər  və  əməliyyatların 

dayandırılması”  standartına  düzəlişlər  (2009-cu  ildə  BMHS-da  təkmilləşdirilmələr  layhəsi 

çərçivəsində)  -  BMHS  5  konkret  şəkildə  göstərir  ki,  satış  üçün  nəzərdə  tutulmuş  cari  olmayan 

aktivlərlə  (silinmək  üçün  nəzərdə  tutulmuş  qruplar)  və  əməliyyatları  dayandırılmış  qruplarla  bağlı 

maliyyə  hesabatılarında  açıqlamalar  yalnız  BMHS  5  çərçivəsində  aparılır  və  digər  BMHS-ın 

tələbləri  nəzərə  alınmır,  lakin  bu  istisnalar  mövcuddur:  (i)  əgər  digər  BMHS  xüsusi  olaraq  satış 

üçün  nəzərdə  tutulmuş  cari  olmayan  aktivlərlə  (silinmək  üçün  nəzərdə  tutulmuş  qruplar)  və 

əməliyyatları  dayandırılmış  qruplarla  bağlı  konkret  açıqlamaların  olmasını  tələb  edirsə  və  ya  (ii) 

silinmək üçün nəzərdə tutulmuş qruplara aid edilən aktiv və öhdəliklərin ölçülməsi ilə bağlı ölçülmə 

qaydaları BMHS 5 çərçivəsində nəzərdə tutulmamışdır və açıqlamalara daxil edilməmişdirsə. Əlavə 

olaraq  digər  bir  düzəliş,  Bankın  törəmə  müəssisəsində  nəzarətin  itirilməsi  ilə  nəticələnəcək  olan 

satış  planının  mövcud  olduğu  hallarda  bu  törəmə  müəssisələrə  aid  olan  aktiv  və  öhdəliklərin  satış 

üçün nəzərdə tutulmuş kateqoriyasına aid edilməsi tələbinə aydınlıq gətirir. Satışdan sonra, Bankın 

törəmə  müəssisədə  müəyyən  minoritar  maraqlarının  olması  belə  təsnifləşdirmə  üçün  əhəmiyyət 

kəsb etmir.  

 

BMUS  7  “Pul  vəsaitlərinin  hərəkəti hesabatı”  standartına düzəlişlər  (2009-cu  ildə BMHS-da 

təkmilləşdirilmələr layhəsi çərçivəsində) - BMUS 7 çərçivəsində düzəlişdən sonra yalnız maliyyə 

vəziyyəti  hesabatında  aktivin  tanınması  ilə  nəticələnən  xərclərlə  bağlı  olan  pul  hərəkətləri 

investisiya  fəaliyyətindən  yaranan  pul  vəsaitlərinin  hərəkəti  kimi  təsnifləşdirilə  bilər.  BMUS  7 

çərçivəsində  olan  düzəlişlərin  tətbiqi  bundan  sonra  BMUS  38  “Qeyri-maddi  aktivlər”  standartının 

tələblərinə  müvafiq  olaraq  daxili  yaradılmış  qeyri-maddi  aktiv  qismində  kapitalizasiya 

kriteriyalarına  uyğun  gəlməyən  tərtibat  xərcləri  ilə  bağlı  yaranan  pul  vəsaitlərinin  hərəkətinin 

təqdimatının dəyişdirilməsi ilə nəticələnmişdir. 

 

BMUS  36  “Aktivlərin  Dəyərsizləşməsi”  standartına  düzəlişlər  (2009-cu  ildə  BMHS-da 

təkmilləşdirilmələr  layhəsi  çərçivəsində)  -  Bu  düzəlişlər  “qudvil”-in  nağd  pul  əmələ  gətirən 

biznes  vahidlərinə  bölüşdürülməsini  nəzərdə  tutur.  BMHS  8  çərçivəsində  göstərilən  aqreqasiya 

kriteriyasını  tətbiq  etmədən  öncə  “qudvil”  həmin  standartın  tərif  etdiyi  şəkildə  əməliyyat 

seqmentləri üzrə bölüşdürülməlidir. 



 

BMHS  1  “Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarının  İlkin  Tətbiqi”  standartına 

düzəlişlər  -  BMHS-nı  ilkin  olaraq  tətbiq  edənlər  üçün  əlavə  istisnalar  -

 

Bu düzəlişlər iki  halda 

ilkin  tətbiq  edənlər  üçün  istisna  hüquqları  yaradır:  neft  və  qaz  sahəsinə  aid  olan  aktivlərlərlə  və 

sazişlərin lizinq olub olmamasınının təyini ilə bağlı standartları tətbiq edərkən. 

 

BMHS  2  “Səhmlər  vasitəsilə  ödənişlərin  aparılması”  standartına  düzəlişlər  -  Nağd  pul  və 

bank  vəsaitləri  üzrə  səhmlər  vasitəsilə  ödənişlərin  aparılması  əməliyyatları  (2009-cu  ildə 

BMHS-da təkmilləşdirilmələr layhəsi çərçivəsində) - Bu düzəlişlər BMHS 2 üzrə əhatə dairəsini 

təyin  edir,  eləcə  də  maliyyə  qrupu  daxilində  nağd  pul  vasitəsi  ilə  səhmlər  üzrə  ödəniş 

əməliyyatlarının  aparılması  əməliyyatlarının  qrupun  ayrı-ayrı  (və  ya  fərdi)  müəssisələri  tərəfindən 

bu əməliyyat üzrə öhdəliklərin ödənilməsi vasitəsilə baş verdiyi hallara açıqlıq gətirir. 



 

BMUS 39 “Maliyyə alətləri: Tanınma və Ölçülmə” standartına düzəlişlər - Hecinq üzrə qəbul 

edilmiş Maddələr - Düzəlişlər hecinq mühasibatlığının iki məqamına aydınlıq gətirir: inflyasiyanın 

hecinq riski kimi və ya onun bir hissəsi kimi tanınması, eləcə də opsiyalarla hecinq əməliyyatları. 



 

BMUS  28  “Assosiasiya  olunmuş  müəssiəslərə  investisiyalar”  (2008-ci  ildə  yenidən  işlənilmiş 

şəkildə)  - Bu  prinsip  BMUS  27  çərçivəsindən  (2008-ci  ildə  yenidən  işlənilmiş)  götürülmüşdür  və 

satış nəticəsində nəzarətin itirilməsi, eləcə də ədaələtli dəyərlə xalis aktivlərin yenidən əldə edilməsi 

nəticəsində  yaranan  vəziyyətin  uçotu  BMUS  28  çərçivəsində  də  nəzərə  alınmışdır.  Buna  görə  də 

assosiasiya  olunmuş  müəssisə  üzərində  əhəmiyyətli  təsir  qüvvəsi  itirilirsə,  investor  bu  müəssisəyə 

qoyduğu  investisiyanın  uçotunu  ədalətli  dəyər  prinsipinə  görə  aparır  və  nəticədə  yaranan  gəlir  və 

yaxud zərəri mənfəət və zərər hesablarında tanıyır. 

 



“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

(Azərbaycan Manatı ilə) 

 

25 


 

2010-cu ildə dərc edilmiş BMHS Təkimilləşdirmələr Layihəsi çərçivəsində BMUS 28 (2008-ci ildə 

yenidən  işlənilmiş  şəkildə)  standartına  müəyyən  dəyişikliklər  edilmiş  və  yuxarıda  qeyd  edilmiş 

investorun  assosiasiya  olunmuş  müəssisə  üzərində  əhəmiyyətli  təsir  qüvvəsinin  itirilirilməsi  ilə 

əlaqədar  yeniliyin  prospektiv  olaraq  yalnız  gələcək  dövrlərə  aid  edilməsinə  aydınlıq  gətirilmişdir. 

Bank BMUS 28 (2008-ci ildə yenidən işlənilmiş şəkildə) ilə bağlı 2010-cu ildə dərc edilmiş BMHS 

Təkimilləşdirmələr  Layihəsinin  tələblərini  vaxtından  (1  iyul  2010-cu  il  tarixində  başlayan  illik 

dövrlər üçün) daha əvvəl tətbiq etməyi nəzərdə tutur. 

 

Digər yeni standartlar və şərhlər: 

 

Bank aşağıdakı yeni standartları və şərhləri qəbul etmişdir: 



 

 

BMHŞK 9 “Əlavə Elementli Derivativlərin Yenidən Qiymətləndirilməsi” (1  iyul  2009-cu il və 



ya bu tarixdən sonra başa çatmış illik dövrlər üçün qüvvəyə minir); 

 

BMHŞK 16 “Xarici Əməliyyatlarda Xalis İnvestisiyaların Hecinqi” (1 iyul 2009-cu il və ya bu 



tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); 

 

BMHŞK 17 “Qeyri-monetar Aktivlərin Sahibkarlara Paylanılması” (1 iyul 2009-cu il tarixindən 



qüvvəyə minir); 

 

BMHŞK 18 “Müştərilərdən Alınan Aktivlərin Təqdimatı” (1 iyul 2009-cu il tarixindən qüvvəyə 



minir). 

 

Yuxarıda  göstərilən  hallardan  başqa,  yeni  standartların  və  şərhlərin  Bankın  maliyyə  hesabatlarına 



əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir. 

 

 



4. 

DƏRC  OLUNMUŞ,  LAKİN  HAZIRDA  QƏBUL  OLUNMAMIŞ  STANDARTLAR  VƏ 

ŞƏRHLƏR 

 

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən 

əvvəl  qəbul  edilmiş  standart  və  şərhlərdən  əlavə,  aşağıda  göstərilən  standat  və  şərhlər  dərc  edilmiş 

lakin qüvvəyə minməmişdir. 

 

BMHS  1  “Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarının  İlkin  Tətbiqi”  standartına 

düzəlişlər (2010-cu ildə dərc edilmiş BMHS təkimilləşdirilmələr layihəsi çərçivəsində) - BMHS-

nı  ilkin  olaraq  tətbiq  edən  müəssisələr,  BMUS  34  üzrə  aralıq  maliyyə  məlumatlarını  dərc  etdikdən 

sonra  mühasibat  siyasətinə  dəyişikliklər  edirsə  və  ya  BMHS  1  üzrə  istisnalardan  istifadə  edirsə,  bu 

zaman  belə  dəyişikliklərin  səbəbləri  açıqlanmalı  və  belə  dəyişikliklərin  birinci  illik  BMHS 

hesabatlarınada  göstərilən  açılış  düzəlişlərinə  təsirlərini  göstərməlidirlər.  BMHS  standartlarına 

keçiddən öncə baş vermiş özəlləşdirmə kimi hadisələrin nəticəsində yenidən qiymətləndirmə zamanı 

yaranan  “maya  dəyər”  istinasından  istifadə  olunması  ancaq  yenidən  qiymətləndirmələrin  BMHS 

maliyyə  hesabatıarının  hazırlanması  dövrünə  aid  edilir.  Amortizasiya  dərəcələrinin  tənzimləndiyi 

müəssisələrə,  BMHS-na  keçiddən  öncəki  mühasibat  standartların  tələblərinə  görə  əmlak,  avadanlıq 

və  qeyri-maddi  aktivlər  üzrə  olan  qalıq  dəyərlərinin  fərdi  şəkildə  “maya  dəyəri”  məbləği  kimi 

istifadəsinə  icazə  verilir.  Bu  istisnadan  istifadə  edən  müəssisələr,  keçid  tarixində  BMUS  36 

çərçivəsində,  hər  bir  əsas  vəsait  maddəsininin  dəyərində  azalmaları  müşahidə  etmək  üçün  təhlil 

etməlidirlər.   

 

BMHS  3  “Müəssisələrin  Birləşməsi”  standartına  düzəlişlər  (2010-cu  ildə  dərc  edilmiş  BMHS 

təkimilləşdirilmələr  layihəsi  çərçivəsində)  -  Müəssisələrin  birləşməsi  əməliyyatı  zamanı  yaranan 

şərti  ödəniş  razılaşmaları  birləşmə  tarixinin  BMHS  3  (2008-ci  ildə  yenidən  işlənilmiş)  tətbiqi 

tarixindən  əvvəlki  dövrlərə  sirayət  etdiyi  hallarda  belə  əməliyyatların  BMHS  3  (2004-cü  ildə  dərc 

edilmiş versiya) standartının daha öncə qüvvədə olan versiyasının tələblərinə görə təqdim edilməsinə 

aydınlıq gətirir. 

 

 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə