Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   2   3   4   5   6   7   8   9   ...   43

PANİKA POZUNTUSU
10
bir şəhərinə gedəcək, bütün vaxtlarını oradakı şagirdlərə sərf edəcək, 
yaxşı yetişmələri üçün bildiklərini onlara öyrədəcək, həmin vilayətin 
ən yaxşı müəllimləri kimi tanınacaqdılar. Əgər xoşlarına gəlsə oraya 
köçəcək, uşaqlarını da elə orada boya–başa çatdıracaqdılar. Hər ikisi 
də bir qız, bir oğlan uşaqlarının olmasını istəyirdi. Hətta bir neçə ildən 
sonra kreditlə özlərinə ev də ala biləcəkdilər. 
Lakin işlər planlaşdırdıqları kimi olmadı. Məzun olduqdan sonra 
öz aralarında söz kəsdilər, ailələrinə vəziyyəti başa saldılar. Hər iki ailə 
də onların qərarını müsbət qarşıladı. Daha sonra ailələr tanış olub 
dostlaşdılar və nişan üzükləri taxıldı. Həmin il müəllimlik üçün təyi-
nat imtahanı verdilər, yaxşı bal toplasalar da təyinat ala bimədilər. Bu 
isə o deməkdi ki, onlar ailə qurmaq məsələsini təxirə salmalıydılar və 
digər tərəfdən ailələrinə də maddi cəhətdən yük olacaqdılar. Bundan 
məyus olmuşdular, ancaq əllərindən heç nə gəlmirdi.
Barış bəy bunları fikirləşə–fikirləşə dayanacağa çatdığını gördü. 
Camaatın arasından keçmək üçün icazə istədi. Düşəndə qeyri–ixtiya-
ri bir ah çəkdi. Qələbəlik bir yandan, axşamkı söhbətlə bağlı fikirlər də 
bir yandan onu lap əldən salmışdı. Bir yerdə dayanıb sağa–sola baxdı, 
insanlar təlaş içində harasa tələsirdilər.
Ağlı hələ də xanımı ilə aralarında olan mübahisədə idi. İndiyə qə-
dər heç vaxt onun xətrinə dəyməmişdi. Adamın üstündə Allah var, 
xanımı da mümkün olduğu qədər onu başa düşürdü, səbrli davranırdı. 
Ancaq dünən necə oldusa... Hər ikisi qışqırdı. Barış bəy istəmədən ba-
ğırdığı üçün xanımından üzr istəyib az da olsa vəziyyəti düzəltmişdi. 
Həyat yoldaşını fikirləşəndə keçmiş illəri xatırladı. Bir il boyunca 
ikisi də evdə imtahana hazırlaşmışdılar. Ayrı–ayrı şəhərlərdə yaşadıq-
larından Barış bəy ayda bir dəfə nişanlısını görməyə gəlirdi. Ondan ol-
saydı hər həftə gələrdi, ancaq o zaman yol xərci yaman çox olacaqdı...
Dayanacaqda gözləyənlər hərəkət etməyə başladılar, Barış bəyin 
gözlədiyi avtobus gəlmişdi. Dolu gələn avtobusa bir təhər minə bildi. 
Əslində avtobusa minənlər onu da sürüyüb apardılar özləri ilə. Ayaq 
üstə getmək üçün özünə balaca bir yer tapa bildi, yenə də basabas 
içində gedəcəkdi. Artıq bu vəziyyətə öyrəşmişdi və bunu özünə dərd 
eləmirdi. 


11
 Beş il əvvəl təyinatla bağlı imtahanda lazımi balı toplamışdılar. Se-
çim edəndə gələcəyi də fikirləşmək məcburiyyətindəydilər. Əgər hər 
ikisi də işləsə uşaqlarına kim baxacaqdı? Necə böyüyəcəkdi uşaqlar? 
Maddi vəziyyətlərini də nəzərə almalıydılar. Üstəlik ailə quranda bor-
ca da girəcəkdilər. 
Nəhayət qərara gəldilər ki, İstanbulu seçsinlər. İstanbulda həyat 
şərtləri çətin olduğu üçün çox adam ora getmək istəmirdi. Bu da ora 
təyinat alma ehtimalını artırırdı. Zeynəbin anası da İstanbulda yaşa-
yırdı. Əvvəl bir neçə il uşaqlarına o baxa bilərdi. Görəsən baxardımı?
Seçim etməzdən əvvəl Zeynəbin anasıyla danışmağa qərar ver-
dilər. Düzdür, əvvəlcə bir az naz elədi, amma sonra razı oldu. Hər ikisi, 
xüsusilə Zeynəb buna çox sevindi. Anasından ayrı qalmayacaq, hər 
gün onu görə biləcəkdi. Seçim problemi də beləcə həllini tapmışdı. 
Artıq narahat olmağa dəyməzdi. 
Təyinatlarını İstanbula alanda sevindilər. Lakin bu sevincləri uzun 
sürmədi. Evin kirayə pulu, nəqliyyat xərcləri hardasa elə bir maaşa 
bərabər idi. Hələ bunun işığı, suyu, telefon danışığı, interneti, Barış 
bəyin kitab xərci vardı. Daha yolun başlanğıcında dolanışıq dərdi on-
ları öz əsarətinə almışdı. Görəsən iqtisadi çətinlikləri necə dəf edəcək-
dilər? 
“Düzdür, hər ikimiz maaş alırıq, amma İstanbul kimi bir şəhərdə 
dolanmaq asan deyil”– deyə fikirləşdi. Yaşadıqları dörd ildə bunu 
aydın görmüşdü. Halbuki nə siqaret çəkir, nə də içki içirdi. Məcburi 
xərclərdən başqa tək israfçılığı kitablar idi. Öz-özünə “Kitabsız yaşaya 
bilmərəm”, – dedi.
Yeni həyatlarına alışmaq, hər şeyi qaydaya qoymaq üçün qərara 
gəlmişdilar ki, uşaq məsələsində bir neçə il gözləsinlər. Axı yeni bir hə-
yata başlamışdılar. Yenicə ailə qurub yeni işə–müəllimliyə başlamışdı-
lar. Üstəlik borcları vardı. Ailələri maddi cəhətdən onlara bir kömək 
edə bilməmişdi.
İki il əvvəl dünya gözəli, yeganə övladı Özləm dünyaya gələndə se-
vincindən yerə–göyə sığmırdı, həyatının mənası vardı artıq. Sevincini, 
Özləmə qarşı məhəbbətini ifadə etmək üçün söz tapa bilmirdi. Özləmə 
qarşı olan sevgisi gündən–günə artırdı, hətta bir gün Zeynəb: “Özləm 
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


PANİKA POZUNTUSU
12
anadan olandan sonra məni yaddan çıxarmısan”, – deyə gileylənmişdi 
də. Barış bəy də “Hər birinizin sevgisi ayrıdı”, – deyib vəziyyətdən çıx-
mağa çalışmışdı. Əslində Zeynəbin sözlərində bir az həqiqət vardı. Evə 
gələn kimi Özləmin yanına qaçar, o danışmasa da özü fasiləsiz olaraq 
danışar, onunla oynayardı. Bəli, Zeynəblə əvvəlkindən daha az maraq-
lanırdı. Özləm “Atta! Atta” deyəndə sevincinin həddi–hüdudu olmur, 
qızını çoxlu–çoxlu öpürdi. İndi artıq “Ata” sözünü düzgün tələffüz edir, 
əməlli–başlı danışırdı. “Canım qızım” – deyə fikirləşdi. O an birdən 
“Görəsən bərkdən demədim ki?” – deyə şübhələnib ətrafına baxdı. Yox, 
hərə öz aləmində idi.
Avtobus silkələnərək dayananda Barış bəy az qaldı müvazinətini 
itirsin. Avtobusdan düşdükdən sonra təqribən beş dəqiqəlik piyada 
yolu vardı. Məktəbinə, şagirdlərinə qovuşmasına az qalırdı.
İlk panika tutması
Avtobusda Barış bəyin əhvalı pozulmuşdu. O qədər çox adam 
vardı ki, avtobusda, içəri həm isti idi, həm də havasız. Avtobusdan 
düşəndə hiss elədi ki, bayırda da hava istidir. Günəş daha hündürə 
qalxmışdı. “Heç bir şeyə baxmayaraq yaşamaq gözəldir”, – deyə fikir-
ləşdi. Görəsən pencəyini çıxarsın, yoxsa... Qalstukunun düyününü bir 
az boşaldıb addımladı. 
Heç 100 metr getməmiş, başının gicəlləndiyini hiss etdi, büdrədi. 
Elə bil nəfəs ala bilmirdi, açıq havadaydı, ancaq havası çatışmırdı. Ağa-
ca söykəndi. 
Bədəninin hər tərəfini istilik bürüdü, elə bil yanırdı, tərləməyə baş-
ladı. Qorxdu, elə bildi ki, ürəyi gedəcək. Qalstukun düyününü bir az 
da boşaltdı, köynəyinin üst düymələrini də açdı. 
Ürəyi elə sürətlə döyünürdü ki. Elə bil yerindən çıxacaqdı. Sinəsi-
nin sol tərəfi sancılanmışdı. “İnfarkt oluram? Yoxsa ölürəm?” – deyə 
fikirləşdi.
Bədəninin və ayaqlarının taqətdən düşdüyünü hiss etdi. Elə bil bə-
dənini idarə edə bilmirdi, deyəsən ayaqları əsirdi, ya da ona elə gəlirdi. 
Elə bil yer ayaqlarının altında sürüşürdü, yer göy elə bil birləşmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə