B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə78/90
tarix26.05.2022
ölçüsü10,22 Mb.
#88008
1   ...   74   75   76   77   78   79   80   81   ...   90
Neft-qaz meden geologiyasi

KOXRAN KRİTERİYASI. Bu kriteriyanın həlletmə istiqaməti Bartlet kriteriyasına müvafiqdir. Lakin onun məhdudiyyəti ondan ibarətdir ki, burada müqayisə olunan seçimlərdə parametrlərin sayı eyni olmalıdır.
G=Smax2/S12+S22+...+Sk2
Burada Smax2 – maksimal dispersiya; S12, S22, ..., Sk2 – digər seçimlərin dispersiyaıları; k – seçmələrin sayıdır.
G≤G0,05 halda müqayisə olunan seçimlərdə parametrlər arasında 95% ehtimallılıqla oxşarlıq vardır və deməli onları eyni bir baş seçimdə toplamaq mümkündür. Əksinə olduqda isə, ayrılmış seçimlərdə parametrlər bir-biri ilə kəskin fərqlənir və onları cəmləşdirərək birgə təhlil etmək düzgün nəticələr alınmasına imkan vermir.
RODİONOV KRİTERİYASI. Öyrənilən geoloji obyektin bircinsliliyi haqqında hipotezin yoxlanması üçün statistik kriteriyaların qurulması məsələsinə bundan əvvəl baxılmışdır, burda isə biz son nəticədən istifadə edəcəyik. Belə kriteriya kimi T fəzasında iki yerə bölünən (r2) funksiyasına baxılır:

burada, xj-(1), xj-(2) - n müşahidə yığımlarına bölünmüş hər iki çoxluq üçün hesablanmış j nömrəli orta ədədi göstəricilər, n1 və n2 - bu çoxluqlardakı müşahidələrin sayı, sj2 - çoxluğun bölündüyü hər iki qrupun dispersiyalarının bərabərliyi fərziyyəsində hesablanmış j nömrəli əlamətin dispersiyasının qiymətidir. Bu qiyməti aşağıdakı düsturla hesablamaq olar:

burada A1 və A2 - T fəzasının bölündüyü çoxluqdur, A1  A2 = T. (r2) funksiyasını isə aşağıdakı düsturla hesablamaq olar:

Əgər yoxlanılan hipotez doğrudursa, onda (r2) m sərbəstlik dərəcəsində 2 kimi bölünmüş təsadüfi kəmiyyətin qiymətini göstərəcəkdir. Beləliklə, əgər
max  (r2) ≤ x2q,m ,
r2  R2
onda, bircinslilik haqda hipotez qəbul edilir, əks halda
max  (r2) > x2q,m ,
r2  R2
olduqda qəbul edilmir.
Qeyd etmək lazımdır ki, kifayət qədər yüksək qiymətlərdə kriteriya kimi aşağıdakı kəmiyyətdən istifadə etmək olar

Bu kəmiyyət sıfır hipotezi şərtində orta qiymət 0-a, dispersiyası 1-ə bərabər olmaqla təqribən normal paylanmışdır. Böhran cədvəllərindən 3-ə bərabər olan böhran qiyməti seçmək və onu hesablanmış  ilə müqayisə etmək kifayətdir. Əgər  > 3, onda bircinslilik haqda hipotez qəbul edilmir. Əgər bircinslilik haqqında hipotez qəbul edilirsə, onda bu onu göstərir ki, əldə olan mə`lumatlara görə öyrənilən obyekt üzrə heç bir bölünmə aparmaq olmaz, belə ki, bunların heç biri əsaslandırılmayacaqdır.
Əgər alternativ qəbul edilərsə, bu o deməkdir ki, öyrənilən geoloji obyekt əldə olan mə`lumatlara görə ən azı iki çoxluğa bölünə bilər. Burada tələblərə cavab verə bilən bölünmə variantı kimi max (r2) - na uyğun olan variant seçilir.
Nəticədə alınmış iki çoxluq, onların iki yerə bölünməsindən və ya dəyişməz qalmasından asılı olaraq, bircinslilik haqda hipotezin uyğun yoxlanmasını tələb edir. Yoxlanılan bircinslilik haqqında hipotezin qəbul edilmədiyi şəraitdə kriteriyanın maksimum qiymətində çoxluqların bölünməsinin optimallığının nəzəri əsaslandırılmasına artıq müəllif (Rodionov) tərəfindən baxılmışdır. Təbiidir ki, belə dixotomik bölünmə o vaxta kimi davam etməlidir ki, bütün ayrılmış fəza alt çoxluqları T bircinsli olsun.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə