Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
152
Şamaxı-Qobustan ərazisində Santon çöküntüləri yaşı-
lımtıl-boz, qırmızımtıl karbonatlı gil, əhəngdaşı, mergel,
qum
daşı, alevrolit, bəzi hallarda qravelit və konqlomerat-
larla t
əmsil olunmuşlar. Bütün ərazi üzrə gilli süxurlar qum-
daşılı və karbonatlı süxurlara nisbətən üstünlük təşkil edir.
C
ənub-Şərqi Qafqazda Santon
mərtəbəsi çöküntülərinin
qalınlıqları 200-250 m-dən 400-450 m-ə qədər dəyişir.
Böyük Qafqazın cənub yamacında, Vəndam zonasında
Santon çöküntül
əri əsasən qonuru-qırmızı və yaşılımtıl-boz
əhəngli bərk gil və ağımtıl-boz əhəngdaşılardan ibarətdir.
Q
ərb istiqamətində çöküntülərin karbonatlığı nəzərə
çarpacaq d
ərəcədə artır.
Kiçik Qafqazın Azərbaycan ərazisində Santon mərtə-
b
əsi çöküntüləri fərqli fasiyada yayılmışlar. Qərbdən şərqə
doğru, Ağstafa və Gəncə çayları arasındakı sahədə Santon
çöküntül
əri
əsasən tərkibi porfirit, tuf-konqlomerat və
başqa tufogen məhsullardan təşkil olunan vulkanik çökmə
süxurlardan ibar
ətdir. Şərq istiqamətində kəsilişdə karbo-
natlı-terrigen süxurların (əhəngdaşı, qumdaşıları və gil)
miq
darı artır, vulkanik süxurlar isə azalır [12].
Daha şərqə Kiçik Qafqazın mərkəzi hissəsində Santon
çöküntül
əri əsasən vulkanik süxurlardan ibarətdir. Yalnız
alt hiss
ədə az qalınlıqlı əhəngdaşı və mergel laylarına
t
əsadüf edilir. Burada qalınlıq 275 m-ə çatır.
Şərqə getdikcə vulkanik çöküntülər boz, yaşılımtıl-boz,
yağlı bentonit gil, orta və iri dənəli zəif sementlənmiş qumdaşı
layları olan pelitamorf, çatlı, qalınlaylı əhəngdaşı ara laylarına
malikdirl
ər. Kiçik Qafqazın regional batımı istiqamətində
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
153
çöküntül
ərin kəsilişində vulkanik çöküntülər çatlı əhəngdaşı,
nazik laylı gil və qumdaşıları ilə əvəz olunurlar.
Naxçıvan MR ərazisində Santon
mərtəbəsi gil, əhəng-
daşılı mergel və qumdaşılarının növbələşməsindən təşkil
olunmuş çöküntülərlə təmsil olunurlar.
Santon m
ərtəbəsinin neft-qazlılığı onun alt hissəsinə
aid olan karbonatlı qumdaşı və çatlı əhəngdaşıları ilə əlaqə-
dardır. Belə süxurlar Yunusdağ, Gədisu, Ağburun və
Gör
ədil qalxımlarında daha çox intişar tapıb.
Şurabad sahəsində 17 və 24 saylı
quyularda Santon
m
ərtəbəsi çöküntülərindən qaz təzahürləri baş vermişdir.
Dostları ilə paylaş: