BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə24/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   20   21   22   23   24   25   26   27   ...   155

 

85

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



BƏRDƏ  MƏDƏNİYYƏTİ  

BU  GÜN 

 

 

 

 




 

86

 

Бярдя район Мядяниййят вя Туризм шюбяси

Щейдяр Ялийев музейи


 

87


 

88


 

89


 

90

Tarix diyarşünaslıq muzеyi


 

91


 

92


 

93

Musiqi məktəbi

 



 

94

 



 

95


 

96

Еlеktrоn kitabxana 

 

 



 

97

 



 

98

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

BƏRDƏNİN 

 YЕTIRMƏLƏRİ 

 

 

 

 

 

 




 

99

 

MƏHƏMMƏD  BƏRDƏİ 

 

Məhəmməd ibn Abdulla Bərdəi X əsrin ən böyük alimi olmuşdur. 

O, Bərdə şəhərində anadan olmuş və 961-ci ildə Bərdədə vəfat etmişdir. 

Məhəmməd ibn Abdulla Bərdəi Azərbaycanın böyük mütəfəkkiri və 

hüquqşünası olmuş, Bərdə və Bağdad şəhərlərində yaşamışdır. 961-ci ildə 

Bərdəi ilə görüşən ərəb alimi ibn əl-Nadim yazmışdır ki, Bərdəi mötəzilə 

fəlsəfi cərəyanın nümayəndəsi, xaricilik hərəkatının üzvü idi. Bərdəi mü-

səlman hüququndan bəhs edən əsərin müəllifidir. Bərdəinin əsərləri hələ-

lik tapılmasa da (mötəzilə  və xaricilik tərəfdarları  təqib olunduğundan 

Bərdəinin əsərləri gizli yazılırdı) onlarda mütərəqqi cəhətlər və demokra-

tik fikirlər olduğu ehtimal olunur.  

 

 



ŞƏMSƏDDİN  BƏRDƏİ 

 

Dövrünün görkəmli alimi olan Şəmsəddin Bərdəi yaradıcılığının 



çoxu Əfqanıstanın Herat şəhəri ilə əlaqədardır. Çox güman ki, Herat şəhə-

rində Şəmsəddin Bərdəinin əsərlərinə rast gəlmək olar.  

Bərdə alimləri Yaxın və Orta Şərq ölkələrinə gedir, onların elm 

xadimləri ilə əlaqə saxlayır, yazışırdılar. 

Bu dövrdə Azərbaycanın digər iri şəhərləri ilə yanaşı, Bərdədə də 

mədrəsələr mövcud idi. Bu mədrəsələrdə Şərq dilləri, məntiq, hüquq elm-

ləri tədris edilirdi. Burada əsasən feodal və ruhani uşaqları təhsil alırdı. 

 

 



FATMA  BƏRDƏİ 

 

Abdulla Bərdəi, Gülşən Bərdəi, Şəmsəddin Bərdəi və bir çox baş-

qa alim, şair və din xadimləri kimi Fatma Bərdəi də Bərdədə anadan ol-

muş, Ərdəbildə yaşamışdır. Görkəmli alim Mirzə Məhəmmədəli Tərbiyə-

tin (1875-1940) məlumatına görə F.Bərdəiyə iti qələm sahibi idi. 

Məlumatlardan aydın olur ki, həmyerlimiz Fatma Bərdəi dövrünün 

ən kamil, şəxsiyyətli qadınlarından biri olmuş, orta əsrlərdə bütün Şərq 

aləmində tanınmışdır. 

 

 

ƏBUSƏİD  ƏHMƏD  BƏRDƏİ 



 

Əbusəid  Əhməd Hüseyn oğlu Bərdəi (?-929) hüquqşünas və ila-

hiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrü-

nün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: “O, 




 

100

ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Ab-

dulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid  Əhməd Hüseyn oğlu 

Bərdəi  Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə 

Əbülhəsən Kərxi,  Əbutahir Dəbbas,  Əbuəmir Təbəri və başqaları  təhsil 

alırdılar”.  Əbusəid illərlə Bağdadda qalıb dərs dedi. İbn-əl-Nadim (?-

1047)  Əbusəid  Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu 

qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər 

yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanı-

na gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər.  

Əbusəid  Əhməd Bərdəi mənbələrdə  hənəfiliyin və mütəzilliyin 

görkəmli nümayəndəsi kimi səciyyələndirilir. 



 

 

MİHUYİDDİN  MƏHƏMMƏD  BƏRDƏİ 

 

Mihuyiddin Məhəmməd Bərdəi (?-1521) filosof, ilahiyyatçı  və 

hənəfilik üzrə hüquqşünasdır. Mütəfəkkiri “görkəmli alim” adlandıran İbn 

İmad Hənbəli (?-1678) onun ziyalı ailəsindən çıxdığını, ilk təhsilini ata-

sından aldığını yazır. Məhəmməd Bərdəi Şiraz və Herat şəhərlərinə gedib, 

müxtəlif elmləri dərindən öyrəndikdən sonra Bursa şəhərinin Əhməd Paşa 

mədrəsəsində müəllimlik etmişdir. 

Azərbaycan mütəfəkkiri məntiq, fəlsəfə  və Quranın təfsirinə dair 

əsərlərin müəllifidir.  Əsirəddin  Əbhürənin (?-1265) “Kateqoriyalara dair 

giriş” (“İsağüci”), Siracəddin  Əbhərinin “Nurlanın doğuşları”,  Əzudədin 

İcinin (?-1355) “Mübahisə etmək qaydaları” (“Adab-əl-bəhs”), Nəsirəd-

din Tusinin “Kəlamın təcridi” (“Təcrid-əl-kəlam”) kitablarının səhifələ-

rində onun haşiyələri vardır. 

Məntiqdən bəhs edən “Kateqoriyalara giriş” kitabının haşiyəsinin 

əlyazma nüsxələri Sankt-Peterburq, Tehran və dünyanın başqa yerlərində 

saxlanılır. Qahirənin Xilviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn 

Əli 1641-ci ildə köçürüb qurtarmışdır. Məhəmməd Bərdəinin bu trak-

tatına orta əsrlərdə “İzahat” (əl-“Təliqat”) yazılmışdır. Onun bir əlyazma 

nüsxəsi Rusiya EA Şərqşünaslıq  İnstitutunun Sankt-Peterburq bölməsin-

dədir.  


 

 

BƏRDƏİ... (?!) 

 

Qeyd etdiyimiz kimi orta əsrlərdə bərdəli alim, yazıçı və sənətkar-

lardan bir çoxu Azərbaycandan kənarda, xarici ölkələrdə yaşamış, yarat-

mışlar. Onlardan məşhur təbib Məhəmməd Bərdəi, böyük alim Şəmsəd-

din Bərdəi, dünya şöhrətli hüquqşünas Məhəmməd ibn Abdulla Bərdəi, 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə