Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   17   18   19   20   21   22   23   24   ...   149

 
46 
ədalətpərvərlik  yaratdı.  Bu  işdə  hər  cəhətdən  saf  olduğunuz  barədə  zəmanət 
verdiniz. 
almas  (-nınq,  -lardan)  //  almas  taş  ism.  –  almaz,  brilliant:  Bir  yüzük  süvrü 
almas 
taşı bilə 20 axçalıx. 20 axça dəyərində almaz qaşlı üzük. 
almuxadəm sif (< əl-müqəddəm ər.) – seçkin, üstün, əla 
alnı Bax: alın 
alnına Bax: alın (alnına) 
alnılarna Bax: alın (-larına) 
alnınqa Bax: alın (alnınqa) 
alpan  ism.  –  alban.  Qafqaz  Albaniyasının  aparıcı  etnosu.  Albaniya  (Qafqaz) 
əhalisinin  ümumiləşdirici  adı:  Xaytпp  tvağannınq  455-indən  988-inə  dirə  yənə 
yapux  ettilər  ermenilər  bilə  da  988-də  yənə bulardılar  barça  krisdan  milləti, 
ermenidən başxa  da  habaştan  da  asoridən,  da  alpan  milləttən başxa,  xaysı  ki 
ermeni  bilə  tutarlar.  Tvağanın  455-ci  ilindən  988-ci  ildək  (ortodokslar) 
monofizitlərlə  mübahisə  etdilər  və  988-ci  ildə  bütün  xristian  milləti  bunlardır  - 
ermənilərdən  (haylardan),  həbəşlərdən,  aysorlardan  və  alban  millətindən  başqa  ki 
monofozotlərlə baxışları üst-üstə düşür. Evet  ki  baduhas  edi yazıxlılarğa,  yoxsa 
işi Tenqrininq edi, körklülük boldu adamlarğa ki bir alçax tildən köp da türlü-
türlü xuvatqa ayırıldı. Imşax sözlü Helen milləti, hroznıy sözlü Franğ milləti, 
yürəkləngən  kibik  Honin  milləti,  xoltxa  kibik  Asori,  körklülük  bilə  Alpan 
milləti, kültkülü Kut milləti, aldağan kibik Ekipdaçi milləti, açıx Parsi milləti, 
tez sözlüvüçi Hndi milləti, tahimli sözlövüçi Ermeni milləti. Bəli, günahlara görə 
cəza Tanrının insanlara görkü idi ki, bir tək dil çox və cürəbəcür dillərə ayrıldı. İncə 
sözlü  ellin  (yunan)  milləti,  qəzəbli  firəng  (latın)  milləti,  ürəkli  (cəsarətli)  hun 
milləti, dua kimi aysor (Aşşur), gözəllik timsalı alpan (alban) milləti, gülməli qot 
(alman) milləti, yalançı qibti (kopt) milləti, ac-yalavac fars milləti, tez-tez danışan 
hind milləti, xoşagəlimli arami milləti. 
Azərbaycanda  yaşayan  və  sonradan  qazaxların,  qırğızların,  özbəklərin,  eləcə 
də  qaraqalpaqların  etnogenezində  yaxından  iştirak  etmiş  soylardan  biri  olan 
albanların (alpanların) adı ilk dəfə miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə 
də,  onlar  eradan  əvvəl  IV  əsrin  sonlarında  baş  vermiş  olaylarla  əlaqədar  yad 
edilirlər.  Azərbaycan  türklərinin  etnogenezində  yaxından  iştirak  etmiş  albanlar 
əsasən  Quzey  Azəbaycanda,  o  cümlədən  Qərbi  Azərbaycanda  (bugünkü 
Ermənistanda),  eləcə  də  Dağıstanda  və  bugünkü  Gürcüstanın  Borçalıdan  Tiflisə 
qədər uzanan geniş ərazilərində məskun olmuş və bu ərazilərdə yaşayan digər türk 
soylarını  –  qarqarları,  utiləri,  massagetləri,  dondarları  və  sairə,  eləcə  də  bir  sıra 
qafqazdilli  tayfaları  -  udinləri,  çilbləri,  qatları,  leqləri,  ubıxları,  herləri  və  s.  öz 
ərafında  birləşdirərək,  tarixi  mənbələrdə  "Albaniya"  adı  altında  yad  edilən  dövlət 
qurmuşdular.  "Kitabi-Dədə  Qorqud"da  albanlardan  türk  xalqlarından  biri  kimi 
söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların 
başçısı kimi yad edilir: Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları 
yanıma saldum (KDQ). Ağ-boz atlarda çapan albanları gördüm, ağ, işıqlı igidləri 
yanıma  aldım.  Hey,  nə  oturursan?  İtüni  ulatmayan,  çətügini  mövlatmayan 
alpanlar  başı  Qazan  oğlancuğu  ilə  sərxoş  olub  yaturlar  (KDQ).  Hey,  niyə 


 
47 
oturmusan?  İtini  hürdürməyən,  pişiyini  miyoldatmayan  albanların  başçısı  Qazan 
xan oğlancığı ilə sərxoş olub yatırlar. 
Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. 
Qədim  albanların  birbaşa  varisləri  olan  bu  kəndin  sakinləri  türkdürlər  və 
Azərbaycan türkcəsində danışırlar. 
Albanların  ən  azı  erkən  orta  əsrlərdən  Azərbaycan  hüdudlarını  aşaraq 
Türküstan  tərəflərə  də  yayıldığını  söyləmək  olar.  Məsələ  burasındadır  ki,  VI  əsr 
müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin 
və  albanların  gedib  çatdıqları  uzaq  hüdudlara  qədər  uzandığını  yazır.  Bu 
məlumatdan  açıq  -  aydın  görünür  ki,  albanlar  da  iskitlər  kimi  Türküstanın  son 
hüdudlarına  qədər,  yəni  Çinə  qədər  yayılmışdılar.  Təsadüfi  deyil  ki,  bu  gün 
qazaxların  "alban"  adlandırılan  qolu  məhz  Çindəki  Uyğur  Muxtar  Vilayəti 
ərazisində,  başqa  sözlə,  Şərqi  Türküstanda  və  Monqolustanda,  eləcə  də 
Qazaxıstanın  Çinlə  sərhəd  bölgələrində  yaşayırlar.  Alban-türk  xalqının  qazax 
türklərinin  etnogenezində  yaxından  iştirak  etdiyini  sübut  edən  məlumatları 
görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin 4-cü cildinin 
326-cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə 
Abromzonun  "Qırğızıstan  arxeoloji  və  etnoqrafik  ekspedisiyası"  məcmuəsinin 
1960-cı  il,  4-cü  buraxılışında  dərc  edilmiş  "Qırğızların  etnik  tərkibi..."  adlı 
məqaləsində tapmaq olar. Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 
16-cı  səhifəsindəki  2-ci  cədvəlində  isə  albanların  özbək  türklərinin  etnogenezində 
oynadığı  rol  barədə  mütəxəssisləri  maraqlandıra  biləcək  məlumat  bulunmaqdadır. 
Jdanko  özünün  qaraqalpaqların  tarixi  etnoqrafiyasına  həsr  etdiyi  kitabının  41-ci 
səhifəsində  albanların  qaraqalpaq  türklərinin  də  etnogenezində  iştirak  etdiyini 
bildirir. “Alpan” (alban) etnoniminin əsasında “alban” termini durmaqdadır ki, bu 
da  sözügedən  kəlmənin  etnonimə  çevrilməmişdən  öncə  müəyyən  bir  silkə  aid 
olduğunu göstərməkdədir.  
alpavud (-nu) // alpovud // alpovut ism. – zadəgan, əyan, üstün soylu, xan və 
ya bəy qulluğunda duran önəmli şəxs, mülkədar: Bar  edi  bir  …  xatun, alpavud. 
Bir … zadəgan qadın var idi. 
alpavudlux  //  alpavutlux  ism.  –  zadəgan  silki,  saray  əyanları:  Esavdan 
çıxıptır  alpavutlux,  xaysı  ki  “zemlaninlər”  ündəlir.  “Torpaq  mülkədarları” 
adlandırılan əyanlar idumey başçıları İsavdan törəmişlər. Az biri birin alpavudlux 
oldürmədilar. Əyanlar bir-birini az qırmadılar. 
alpovud // alpovut Bax alpavud 
altembas Bax: altunbas 
altı (-dan, -sıdır, -sına, -sınadır –sında) say. – altı: Ekinçi kününə ertə, xaysı 
ki yunvarnınq altısıdır Yanvarın 6-sına təsadüf edən ikinci günün səhəri. Cnunt 
yunvarnınq  altısınadır.  Milad  yanvarın  6-sındadır.  Yunisninq  on  altısında 
İyunun  16-da. Altısına yunvarnınq Yanvarın altısında.  
altıkünç (-də)  ism. – altıbucaqlı: Asıyıx bu taşnı da dügül altıkünçdə, evet 
minqlərdə  virobonıy  rozumniцada  Biyimiz  Jisus  Krisdosnunq  bizim.  Bu  daşı 
təkcə altıbucalıda deyil, Rəbbimiz İsa Məsihin minlərcə üzüyünə taxarıq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə