Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   2   3   4   5   6   7   8   9   ...   149

 

Sözlükdə yer alan kəlmələr aşağıdakı qruplara aiddir: 
1)
 
Klissik  alban  (qarqar-qıpçaq)  dilinin  ayrılmaz  hissəsini  təşkil  edən 
xüsusi və terminoloji sözlər; 
2)
 
Tarixi və əfsanəvi (mifik) şəxs adları; 
3)
 
Müxtəlif millət, xalq, tayfa və ümmətlərin adları; 
4)
 
Dini ayinlərlə bağlı doğma və alınma terminlər
5)
 
Səs təqlidi yolu ilə düzəldilmiş sözlər; 
6)
 
Miqdar və sıra sayları; 
7)
 
Substanivləşən (isimləşən) və ya sifət kimi işlənən feli sifətlər; 
8)
 
Mürəkkəb  sözlər  və  onların  sözdüzəltmə  baxımından  məhsuldar  olan 
tərkib hissələri; 
Sözlərin  Azərbaycan  əlifbası  sırasına  uyğunlaşdırılmış  ardıcıllıqla  təqdim 
edildiyi    Sözlükdə  alban  dilinə  xas  olan,  fəqət  Azərbaycan  əlifbasında  olmayan 
sonor  “n”  (səğir  nun)  səsini  ifadə  etmək  üçün  “nq”  hərfbirləşməəsindən,  ərəb 
əlifbasındakı  “dal”  hərfinin  ifadə  etdiyi  səslə  üst-üstə  düşən  “d+z”  qarışıq  səsini 
ifadə  etmək  üçün  “dz”  işarəsindən,  eləcə  də  bəzi  Avropa  mənşəli  alınma  sözlərdə 
rastlanan, dilimizdə analoqu olmayan, rus əlifbasındakı “ц” və alman əlifbasındakı 
“z”  hərflərinin  ifadə  etdiyi  “t+s”  qarışıq  səsini  bildirmək  üçün  isə  “ts”  qoşa 
samitindən istifadə edilməkdədir. Azərbaycan türkcəsində işlənməkdə olan və eyni 
fönetik işarə (k) ilə ifadə edilən “k” (karandaş) və “k” (kitab) səslərini, Azərbaycan 
oxucusunun onları bir-birindən fərqləndirməyə alışdığını və hər hansı bir mətn və 
ifadəni oxuyarkən bu baxımdan heç bir çətinliklə üzləşmədiyini göz önündə tutaraq
eynən  Azərbaycan  əlifbasında  olduğu  kimi  bir  işarə  ilə  verməyi  lazım  bilmişik. 
Belə etməyimizin bir səbəbi də “k” (karandaş) səsi ilə başlayan sözlərin, istisnasız 
olaraq hamısının, mühacir albanların dilində işlənmiş Avropa mənşəli sözlər təşkil 
etməsidir.  Bu  səs  albanların  bir  qismi  Azərbaycanı  tərk  edərək  indiki  Ukrayna 
ərazisinə  mühacirət  edənədək  alban  dilinə  yad  olmuşdur.  Əgər  belə  demək 
mümkünsə,  alban  dilinin  Azərbaycan  dialektində  müşahidə  edilməmiş,  yalnız  və 
yalnız Ukrayna dialektində müşahidə edilmişdir. 
Sözlükdə sözlər aşağıdakı hərflərə uyğun qaydada düzülmüşdür:  
A, B, C, Ç, Ts, D, Dz, E, Ə, F, G, Ğ, H, X, İ, I, J, K, Q, L, M, N, Nq, O, Ö, 
P, R, S, Ş, T, U, Ü, V, Y, Z.  
Lüğət  maddələrinin  başlığı  isimlər,  sifətlər,  saylar,  əvəzliklər,  fellər,  zərflər, 
bağlayıcılar,  nidalar,  ədatlar,  ara  sözləri,  qoşmalar”  və  səs  təqlidi  sözlərdən 
oluşmaqdadır.  Bu  səbəbdən  də  ayrı-ayrı  nitq  hissələrinə  aid  olan  omonimləri  bir-
birindən  fərqləndirmək  üçün)  baş  sözlərdən  sonra  onların  hansı  nitq  hissəsinə  aid 
olduğu  diqqətə  çatdırılır  və  bu  məqsədlə  aşağıdakı  qısaltmalardan  (qısaldılmış 
işarələrdən) istifadə edilir:  
ism. - isim,  
x. ism. – xüsusi isim,  
sif. - sifət,  
say. - say,  
sıra s. – sıra sayı,  
əvz. - əvəzlik,  
fel. - fel,  


 

zrf. - zərf,  
bğl. - bağlayıcı,  
nid. - nida,  
ədat. -ədat,  
a. s. -ara söz,  
s. t. -səs təqlidi sözlər, 
qoş. – qoşma. 
f. ism. – feli isim,  
f. sif. – feli sifət,  
Məsələn;  
axıl ism. - ağıl,  
altımış say. - altmış,   
biç ~  fel. – biçmək və s.  
Sözlükdə işlədilmiş digər qısaltmalar bunlardır:  
aram. – aramicə, 
azərb. – Azərbaycan türkcəsi, 
erm. – ermənicə, 
ər. -
 
ərəbcə,  
frs. – farsca,  
qoş. - qoşma 
lat. – latınca,  
ort. frs. – orta farsca,   
slv – slavyan dillərində,  
vulq. – vulqar söz,  
yəh. – yəhudicə,  
yun. –yunanca. 
Sözlüyə daxil edilmiş alınma sözlər aşağıdakı qaydada təqdim edilir: 
a)  Alınma  sözlərin  qarşısında  mötərizədə  həmin  sözün  hansı  dildən  alındığı 
qeyd edilir:  
tsex  (-ninq,  -qa,  -ta,  -ı,  -ına,  -ımızğa)  //  tseax  (-mıznınq,  -mızğa,  -mızda)  // 
цiax (-nınq, -ğa, -da, -mıznnq, -mizgə, -mıznı, -mızda) ism. (slv) – sex.  
daləb ism. (< azərb.< ər.) – tələb  
b) Tərkibi əcnəbi dillərə aid olan mürəkkəb sözlər aşağdakı qaydada verilir: 
adam-hayvan  ism.  (adam  ər.  +  hayvan  ər)  –  “canlılar”,  “canlı  varlıqlar” 
anlamında işlədilən ifadə (adamlar və heyvanlar); 
c)  Kök  sözlər  və  onların  qəbul  etdikləri  şəkilçilər  eyni  maddədə  verilir.  Bu 
zaman şəkilçilər mötərizədə  göstərilir.  Məsələn:   
ağırlan  ~  (-ma,  -masn, -malıx,  -manqız, -dm,  -dı,   -dıx,   -dılar,   -madı,   -
ipmen,  -masbiz,  -iyirmen,  -yırlar,  -qaymen, -qay, -qaysız, -maqay, -maqaysız, -
maqay edi,  -sa, -qan, -qanqa, -qanma) 
ç)  Əcnəbi  sözün  mənşəyi  məlum  olmadıqda  və  ya  mübahisəli  olduqda  sual 
işarəsindən (?) istifadə edilir;  
d)  Sözlərin  sinonimlərini  bildirmək  və  onların  varlığına  işarə  etmək  üçün 
“Bax:” və ya “Müq. et:” işarəsindən istifadə edilir və ardınca həmin sinonim və ya 
sinonimlər yazılır. Məsələn;  


 

xırmızı // ğırmızı sif. – qırmızı Müq et: al II 
e) Ayrı-ayrı mətnlərdə cüzi fonetik fərqlərlə yazılmış sözlərin doğru olanlarını 
göstərmək  üçün  səhv  olanların  maddəsində  də  “Bax:”    işarəsindən  istifadə  edilir. 
Məsələn;  
xrmızı Bax: xırmızı;  
ə) Sinonim sözlərin izahı hər sözün yer aldığı maddədə ayrı-ayrılıqda verilir; 
f) Omonim sözləri, yəni eyni cür yazılan, fəqət fərqli mənalar verən sözləri bir-
birindən ayırmaq üçün onların sağ tərəfində rum rəqəmləri yazılır. Məsələn;  
hava I (-nınq, -ğa, -nı, -da, -dan, -sı, -lar) ism. (< azərb. < ər.) – hava, iqlim: 
-Xaysılardırlar egriyürügənlər ekiayaxlılar?  
-Uçanlardırlar 
ki, 
dırlar 
inçkətirnaxlılar 
da 
ititırnaxlılar 
tırmavuçıayaxlılar  da  sıxyumlular  da  havada  yürügənlər;  da  dır  padşah 
alarnınq  xaraxuş;  da  ayrılırlar  toğruburunlarğa  da  toğrutırnaxlılarğa  da 
egriburunlarğa da egritırnaxlılarğa.  
-Əyri gəzən ikiayaqlılar hansılardırlar?  
-Bunlar uçanlardır ki, incədırnaqlı və itidırnaqlılara bölünürlər, çəngəlayaqlı və 
sıx tüklüdürlər və havada süzürlər. Onların şahı qaraquşdur. Onlar düzdimdikli və 
düzdırnaqllara, eləcə də əyridimdiklilərə və əyridırnaqlılara bölünürlər.   
hava II  Bax: havəs 
g) Sözlərin izahından sonra onun işləndiyi hər hansı bir mətndən bir və ya bir 
neçə nümunə və onların Azərbaycan türkcəsinə tərcüməsi təqdim edilir. Nümunələr 
nisbətən  kiçik,  fəqət  qalın  şriftlə,  onların  tərcümələri  isə  kiçik  və  normal  şriftlə 
göstərilir. Məsələn;  
kahana  ism. (yəh. koxen, ər. kahin) – kahin, xaxam, yəhudi din adamı:  Ayttı 
Biy  Biyimə  menim:  Oltur  sağıma  menim,  çax  xoyıyım  duşmanqlarınqnı  seninq 
basxıc ayaxlarınqa seninq... Ant iç Biy da dügül dağı poşman bolsar ki, sensen 
kahana  menqilik  yergəsindən  Melkisetegninq.  Rəbb  bəyimə  dedi:  Sağ  tərəfimdə 
otur,  düşmənlərini  sənin  ayaqların  altına  salacağam...  And  içdi  Rəbb  və 
Melkisedekin əbədi kahin olmasına görə peşiman olmadı. 
 
 
BİBLİYAYA DAXİL OLAN KİTABLARA AİD QISALTNALAR  
 
(ƏHDİ-ƏTİQƏ DAXİL OLAN KİTABLAR) 
 
Yar. (1-50) Yaradılış kitabı.  
Yaradılış. 
Bibliya. 
Northern 
Azerbaijani 
Translation, 
by 
Bible 
SocietyAzerbaijan, s. 28-84. 
Çıx. (1- 40) – Çıxış.  
Çıxış. Bibliya. Northern Azerbaijani Translation, by Bible SocietyAzerbaijan, 
s. 85 - 131. 
Lev. (1 – 27) – Levilər kitabı.  
Levilər. 
Bibliya. 
Northern 
Azerbaijani 
Translation, 
by 
Bible 
SocietyAzerbaijan, s. 132 - 163. 
Say. (1 – 36) – Saylar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə