Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   2   3   4   5   6   7   8   9   ...   149

 
14 
Abolos x. ism. (yun. Apollos) – Apollos. “Bibliya” personajlarından olan tarixi 
şəxsiyyət.  Əslən  İskəndəriyyədən  olan  bu  yəhudi  Efesdəki  sinaqoqda  dini  təlim 
verməklə  məşğul  olmuş,  sonradan  xristian  missionerləri  Akil  və  Priskilin 
davamçısına  çevrilmişdir.  Bu  şəxs  yeni  dini,  yəni  Həzrət  İsanın  (ə)  təlimini  elə 
ürəkdən  təbliğ  etməyə  başlamşdı  ki,  öncə  Axayda,  daha  sonra  isə  Korinfdə 
xristianların bir qismi özünü onun tərəfdarı elan etmişdilər və bu da həvvari Pavelin 
məzəmmətinə  səbəb  olmuşdu:    Xaçan  ki  aytsa  xaysı  sizdən,  ki:  “Men 
Bolostanmen”,  –  da  birsi,  ki:  “Men  Abolostan”,  –  dügülmi  ki,  adamlarsiz? 
Xaytip  kimdir  Bolos?  Ya  kimdir  Abolos?  Xuluxçılar,  xaysılarından  ötlə  ki 
inandınqız, da har birinə neçik Tenqri beriptir. Men tiktim, Abolos suv berdi, 
yoxsa Tenqri östürdü... (1 Kor. 3: 4-6).  Çünki əgər biri «Mən Pavelinəm», digəri 
isə  «Mən  Apollosunam»  deyirsə, siz  cismani deyilsinizmi?  Pavel kimdir?  Apollos 
kimdir? Yalnız vasitələri ilə iman etdiyiniz xidmətkarlardır. Rəbb hər birimizə bir 
vəzifə vermişdir: Mən əkdim, Apollos suvardı, amma Tanrı (can) üflədi… Bundan 
sonqra  maxtanmasın  kimesə  adamlardan,  zera  barça  nemə  sizinqdir:  egər 
Bolos, egər Abolos, egər Gepas, egər dunya, egər tirlik, egər ölüm, egər ki hali 
bar, egər ki bolmalıdır, – barça nemə sizinqdir; siz – Krisdosnunq, Krisdos – 
Tenqrininq (1 Kor. 3: 21-23). Buna görə, heç kim insanlarla öyünməsin, çünki hər 
şey  sizindir:  Pavelmi,  Apollosmu,  Kefamı,  dünyamı,  həyatmı,  ölümmü,  indimi, 
yaxud gələcəkmi – hamısı sizindir; Siz isə Məsihinsiniz, Məsih də Tanrınındır. 
Abolemos x. ism. (yun. Apolemos) – Apolem.  
abra  ~  (-ma;  -mağa;  -ğпı;  -dnq,  -dı,  -dıx,  -dınqız;  -r;  abrıyırmen;  ğanı;  -
ğaysen, -ğay,  -ğaylar; -max) fel.– həyatda saxlamaq, bəlalardan qorumaq, ölümdən 
və  ya  hər  hansı  bir  bədbəxt  hadisədən  qorumaq,  xilas  etmək,  nizamlamaq, 
tənzimləmək, körpəni bürümək, xəstəyə yardm etmək və s: Bol, menim Tenqrim, 
yardimçım  da  övü  işançnınq  –  abramaga  meni    (Məz.  30/31:  3).    Ey  Tanrm, 
Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et!  
abralmaxsız f. sif. – emal edilməmiş, hamarlanmamış, nizamlanmamış, qulluq 
edilməmiş,  diqqət  yetirilməmiş,  toxunulmamış,  insane  əli  dəyməmiş  və  s: 
Abralmxasız,  evet,  xalır  da  ne  türlü  ki  edi.  Bəli, insan əli dəyməmiş (şey) necə 
idisə, eləcə də qalır. 
Abram Bax: Abraham 
abramax Bax: abra 
abran ~ (-mağa; -ıyım; -ıyırmen; -ğaymen) //  abron ~ (-ıyın) fel. – geyinib–
keçinmək, bəznib-düzənmək, özünə sığal vermək, təhlükədən kənar durmaq, xilas 
olunmaq,  qorunmaq  və  s:  Abrağın  meni  qavdan  ki,  batmağaymen, 
abranğaymen  körəlməsizlərimdən  menim  da  terənlikindən  suvlarnınq  köp 
(Məz  68/69:  15).  Məni  qurtar,  bataqlığa  batmayım,  qoy  düşmənlərimdən,  dərin 
sulardan  xilas  olum.  Qoy  sellər  məni  aparmasın,  dərinlik  məni  udmasın,  quyu 
üstümdə ağzını yummasın. Atasın külüp edi, ol ki, abronmıyın yatıp edi Atasının 
geyimnədən  (çılpaq)  yatdığını  görüb  güldü.  (Bu  cümlə  “Bibliya”ya  daxil  olan 
“Yaradılış” (Yar. 9: 20-22) kitabından götürülüb. Burada söhbət Həzrət Nuhun (ə) 
şərab  içərək  keflənməsindən,  çılpaq  halda  yuxuya  getməsindən,  Hamın  onu  bu 
vəziyyətdə  görüb  gülməsindən  və  bu  barədə  o  biri  qardaşlarına  danışmasından 
gedir). 


 
15 
abranmax  fel.  –  xilas  olmaq,  qurtulmaq,  xilas,  qurtuluş:  yazıxlılarğa  boldu 
xaytmxa  da  abranmax  eski  duşmandan.  Günahlardan  geri  dönməyə,  əski 
düşməndən qurtulmağa nail oldu. 
abravuçı Bax: abrovuçı 
abril  ism.  (lat.  april,  yun.  aprilos)  –  apel.  Yulian  təqviminə  görə  ilin  4-cü, 
baharın 2-ci ayı: abrilninq birində. Aprelin 1-də. 
abron ~ Bax: abran 
abrov  f. i.  -  himayə,  qoruma,  keşik,  qaravul  >  abrov  yeri  –  qaravul, keşikçi 
məntəqəsi, gözətçi qülləsi: Abrov yeri, haran da azbar-çetəni yoxtur. Nə keşikçi 
məntəqəsi, nə bir tövlə, nə də daldalanmaq üçün hər hansı bir qapalı yer yoxdur. 
abrovuçı  ~  (-m)  ism.  -  meyidi  dəfnə  hazırlayan  şəxs.  Xristian  “mürdəşir”i. 
Məcazi mənada isə “hami”, “himayədar” anlamları verir: Men yarlı da tilençimen, 
Tenqri sağışla meni, boluşuçım da abrovuçım menim da sen, Tenqrim menim, 
keçikməgin  (Məz.  39/40:  18).  Mən  kasıb  və  dilənçiyəm,  məni  düşün,  ey  Tanrı, 
yardımçım və himayədarım ol. Tanrım mənim, gecikmə. Boldu menim abrovuçım 
da  övü  işançımnınq,  kününə  tarlıxımnınq  menim,  boluşuçım  menim  (Məz. 
58/59: 17). O mənim himayədarım və pənah yerim, çətin günlərimdə köməkçim idi. 
Sensen  abrovuçım,  hörmətləməxim  menim,  Biy  (Məz.  58/59:  12).  Səncən 
himayədarım, Sənə sayğılıyam, Bəy (Rəbbim).  
 
abs (-ğa, -nı) ism. (lat. abbess)  – orta əsrlər kimyagərlərinin istifadə etdikləri 
xüsusi eliksir: absnı çelig bilə tuz suv içinə bişirmə. Eliksiri dəmir filizi ilə duzlu 
suda qaynatmaq. 
abu  əvz.  –  bu, bax  bu,  bu  isə.  “A”  (o)  və  “bu”  əvəzliklərinin  birləşməsindən 
yaranmış işarə əvəzliyi: Abu anınq üçün ki, aşıra muxanat tayfadıda çıdovsuz. 
Bu  onun üçün belə idi ki, bu tayfa aşırı dərəcədə zəif və dözümsüz idi. 
acamilik Bax: acəmilik 
acəl ism. (< azər. < ər.) - əcəl: Oğlan kensi acəli bilə öldü. Oğlan öz əcəli ilə 
öldü. 
acəm  ism.  –  əcəm.  Qafqaz  albanları  bu  adla  öz  həmvətənləri  olan  müsəlman 
Azərbaycan türklərini və farsları çağırırdılar. Bu kəlmə XVl əsrdən etibarən “acəm 
xızılbaş”  (əcəm  qızılbaş)  formasında,  yenə  də  bu  iki  xalqa  şamilən  işlədilmişdir: 
Bir acəm xalı xızıl da sarı..., igi xalılar.  Bir qırmızı əcəm (Azərbaycan) xalısı və 
...sarı xalı, yaxşı xalılar. 
acəmi (-mi, -sen) ism. (< ər.) – 1. əcəmi, ərəb olmayan, qeyri-ərəb 2. biliksiz, 
savadsız, bacarıqsız, kəmsavad, təcrübəsiz, nadan: Biliksizkensin aldıx ol acəmi 
xailindən, kensin vixovat ettix. Biz onu qəbul edəndə hələ çox biliksiz idi, biz onu 
tərbiyə etdik. E, igit, bizni acəmi mi tutıyırsen? Kensinq mi acəmisen? Ay gənc, 
nadanmı sanrsan? Bəlkə, nadan sən elə özünsən? 
acəmilik  (-tən,  -imə,  -imdən)  ism.  (ər.)  -  əcəmilik,  savadsızlıq,  biliksizlik, 
təcrübəsizlik,  nadanlıq:  Yığı  yoluxur  kişilər  bermə  hakimlikkə,  anııq  üçün 
acəmiliktən  ta  övrənməməxindən  hakimninq  ya  biliksiz  bermaxından 
hakimlikni  kişini  öldürgəy.  Çox  vaxt  insanları  şəfa  üçün  həkimlərə  göstərmək 
lazım gəlir. Bəzən həkimin biliksizliyi və kəmsavadlğı ucundan insanlar ölür (məhv 
olur).  Zera  esliliki  bilə  Tenqrininq  tanımadı  dünya  eslilik  bilə  Tenqrini, 
biyəndi  Tenqri  acəmilik  bilə  karozel  etmax  bilə  xutxarmağa  inanğanlarnı  (


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə