BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

________________Milli Kitabxana______________ 
259 
 
Daha danışmadı, dinmədi Qəmbər.  
Anladım, dediyi o doğru sözlər,  
Daş kimi asılıb çiyinlərindən,  
O yazıq qorxurdu, qorxurdu məndən. 
 
II 
 
Qəmbərgildən donüncə, fikir məni 
apardı, 
Qorxu, təlaş içimdə bir fırtına 
qopardı. 
Yada düşdü o söhbət - 
O giley, o şikayət 
Birdən-birə tutuldum, 
Elə bil iflic oldum. 
İttihamçı gözüylə mənə baxan 
divarlar 
Gördüm, gəlir üstümə, 
Durub mənim qəsdimə 
Əli qanlı o cəllad. 
Söydüm özüm-özümü, 
Dedim, ay evi bərbad, 
Niyə dəsmal bağladmın  
ağrımayan başına? 
Niyə soyuq su qatdın sən isticə aşına? 
Axı, o nə söz idi çıxdı sənin dilindən? 
Cəlladın ünvanına Qəmbərin o sözləri 
Qəsdən demədiyini nə bilirsən, axı, sən? 
Min-min günahsızları dünən suçlu gördülər. 
Neçə min günahsızı Vətənindən sürdülər. 
Ölkənin başçısını düşmən adlandıranı 
Azad edərlərmi heç? 
Bəs, burda məntiq hanı? 
İnanmıram mən buna - 
Onun lənətlərinin səmimi olduğuna. 
Güzərandan, zamandan qəsdən söhbət salırmış,  
O, məndən söz alırmış. 
  


________________Milli Kitabxana______________ 
260 
 
Mən maymaq da söylədim, ürəyimdən keçəni.  
Qıvrıldım yatağımda, yatmadım o gecəni.  
Yumşaq yorğan-döşəkdən min-min tikan 
batırdı 
Bədənimə elə bil.  
Bu, adi tikan deyil, 
Qorxu tikanlarıdır bədənimi dağlayan.  
Mənim gələcəyimdir ürəyimdə bu gecə  
Matəm qurub ağlayan.  
Dedim, hardan bilirəm,  
Bəlkə elə bu gecə tutacaqlar məni də?  
Üç ay əvvəl gecəykən məgər tutmadılarmı  
İsmixanı, Azəri, bizim Gülhüseyni də?
*
  
Mən onlardan artığam? Yox, mən də onlar kimi  
Saxlamadım dilimi. 
Dağ başında süzürdüm, birdən çamura düşdüm.  
Dilimdən tora düşdüm.  
Yox-yox! Bu ola bilməz.  
Qəmbər məni alçaldıb özü ucala bilməz.  
O, özünü bu qədər yerə endirərmi heç?  
Sənətkar sənətkarı güdaza verərmi heç?  
Tfu! Bu nə söz idi mən danışdım? 
Dünyadan 
xəbərsiz, naşı kimi?  
Məgər, otuz yeddidə güdaza vermədimi  
Qələm yoldaşlarını 
öz qələm yoldaşları?  
Hələ lənət oxları, 
hələ tənə daşları  
Atılmayıb onlara – 
Özgəsinin yerinə 
Sənət zirvələrinə 
qalxıb ucalanlara?  
İndi də bax, bu Qəmbər... 
O, məgər 
 
 
                                                 
*
1947-ci ildə həbs edilən universitet tələbələri. 
  


________________Milli Kitabxana______________ 
261 
 
Qələm yoldaşlarının gələcək şöhrətinə 
Qurban verib ucalan, 
Satqınlıqdan öc alan 
kəslərdən artıqdımı? 
Namərdlərlə döyüşən 
Yoxsa, qalib çıxdımı? 
İnsan çiy süd əmibdir, 
Xeyri də var, şəri də; 
Mən ki, bundan halıyam; 
Bu ikili insana niyə inanmalıyam? 
 
* * * 
 
Mən bu düşüncələrdə beləcə qovrularkən - 
Boşalırkən, dolurkən 
Qapımızın önündə bir maşın durdu, Allah, 
Kimsə düşüb maşından ünvanı sordu, Allah 
Ev başıma dolandı, 
Dünya bir an içində 
Kameraya çevrilib, necə balacalandı. 
Soyuq tər basdı məni. 
Dedim, dar ağacından öz diliın asdı məni. 
 
Motor səsi eşitdim, 
Maşının qapıları örtüldü taraq-taraq. 
Maşın guruldayaraq 
Getdi... 
şükür Allaha! 
Bu xatadan sovuşsam, çarmıxa çəksələr də 
Ağzımı kilidlərəm, danışmaram bir daha. 
 
III 
 
Keçdi ürəyimdən bu dəm ah, nələr:  
...Məni aparmağa nə vaxt gəlsələr,  
Yəqin arxivimə baş vuracaqlar,  
Yazımı, pozumu axtaracaqlar.  
Düşündüm, nəyim var, qaradan, ağdan! 
  


________________Milli Kitabxana______________ 
262 
 
Baxdım öz içimə bir an yad kimi – 
Gecənin yarısı qalxıb yataqdan,  
Tökdüm qabağıma şeirlərimi.  
Gördm ki, ilahi, çapa getməyən  
Nə qədər şeirim var, yazı-pozum var.  
Başqa bir göz ilə oxuyanda mən  
Gördum, hər sətirdə neçə sözüm var. 
 
Düşündüm bunları yazırkən, görən,  
Hansı duyğularla yaşamışam mən?  
Ürək sıxılarkən, göydə və yerdə  
Necə qanadlanıb xəyalım mənim!  
Aşıb hüdudları bu şeirlərdə  
Həqiqət axtaran amalım mənim, 
 
Axı, kim yaraldı bu sərhədləri?  
Kim saldı qəlibə fkri, xəyalı?  
İdrak cığırına düşəndən bəri  
Çərçivə tanımır insan kamalı. 
 
Yazmaya bilməzdim yəqin bunları,  
Könlümü sarsıdan burulğanları  
Yazıya köçürüb dincəlmişəm mən.  
Neyləyim, bu gəlib mənim əlimdən. 
 
Çapa vermədiyim şeirlərimə  
Müfəttiş gözüylə baxıb titrədim.  
-Bunlar ələ keçsə, mənim dərimə  
Vallah, saman təpər o cəllad, - dedim.  
Alışıb yandığım illərdən bəri  
Duyub düşündüyüm bu şeirləri  
İndi öz əlimlə yandırımmı mən?  
Onda dönmərəmmi həqiqətimdən? 
 
Söylə, həqiqətin nə imiş sənin?  
Kimdir həqiqətə baxan, ay yazıq?  
Sən indi çalış ki, o qaniçənin  
Əlinə keçməsin yaxan, ay yazıq. 
  


________________Milli Kitabxana______________ 
263 
 
Onda yandırımmı? - Əlacım nədir,  
Axı, həyatına kim biganədir?  
-Kim istər dünyada bir gün görməmiş  
Arzular naminə ömür sürməmiş  
Zindanlar küncündə yanıb - qovrula,  
Uzaq sürgünlərdə ömrü qəhr ola? 
 
Verdim qərarımı! 
Aman, əlaman! 
Dünyadan həqiqət, ədalət uman  
Şeirlərimdən 
Tonqal çatmalıyam, tonqal çatmalı!  
Fikrimi, hissimi, duyğularımı  
Ömrümə, günümə müftə satmalı!  
...Yanır haqsızlığa qarşı yüksələn,  
Əqidəm, məsləkim, xeyirim-şərim;  
Yanır rəzalətlə döş-döşə gələn  
Qorxmaz sətirlərim, kişi sözlərim. 
 
Yanır gileylərim, şikayətlərim,  
Yanır, zəmanəyə üsyanım yanır.  
Yanır arzularım, xoş niyyətlərim,  
Düşüncəm, xəyalım, vicdanım yanır. 
 
Yanır bu dünyada ayaq izlərim,  
Yanır arzuların qışqırıqları.  
Yanır o həqiqi, doğru sözlərim,  
Yanır ürəyimin hıçqırıqları.  
Yanır hədəfini düzgün bəlləyən  
Açıq məhəbbətim, açıq nifrətim.  
Yanır oxucuya həqiqət deyən  
Riyasız, boyasız sözüm, söhbətim.  
Dünyadan dünyaya gileyim yanir,  
Yanan şeirlərə ürəyim yanır. 
 
Yanır, yanğısıyla məni yandırır,  
Qəlbimdən süzülüb axan hər şeirim.  
Bir anlıq zülməti işıqlandırır  
Yanan duyğularım, düşüncələrim. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə