BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

________________Milli Kitabxana______________ 
269 
 

 
Bütün dövrlərdə müstəbid, qəddar  
Ağıldan, kamaldan, fikirdən qorxar.  
Çünki o bilir ki, fikir, düşüncə  
Nə hüdud tanıyar, nə sərhəd bilər.  
Odur ki, müstəbid hər şeydən öncə  
Fikrə, düşüncəyə qənim kəsilər. 
 
Fikir adamları onun qənimi! 
O yaxşı bilir ki, fikir gün kimi 
Yanıb qaranlığa birdən nur çilər
Boyalı sözlərlə üstü örtülən, 
Ağlarkən gülən, 
Həqiqətləri 
Görməyən gözə də göstərə bilər. 
 
Müstəbid bilir ki, kamalın, fikrin,  
Gözə görünməyən qanadları var.  
İdrakın yolunu kəsmək çox çətin,  
İqlimdən-iqlimə o uçar, uçar.  
Fikir sığa bilməz hüduda, həddə,  
O, zora baş əyməz, gücə əyilməz.  
Fikir azad olan bir məmləkətdə  
Zülm öz atını səyirdə bilməz. 
 
Sönmədi qəlbinin qəzəbi, odu,  
Müstəbid qılıncı qoymadı qına.  
Azadlıq adına meydan oxudu,  
Fikrin, düşüncənin azadlığına.  
Susduq... bəxtimizə asi deyildik,  
Bəli, dərd budur ki, biz elə bildik  
Belədir qayda.  
Bizdən bəxtəvəri yoxdur dünyada. 
 
Mahnı da oxuduq: "Bəxtəvərik biz,  
Gül kimi açılıb diləklərimiz".  
"El azaddır, 
  


________________Milli Kitabxana______________ 
270 
 
Tel azaddır.  
Azad vətəndə  
Dil azaddır". 
Hansı dərdimizi demişdik ki, biz,  
Üstəlik azaddır - dedik dilimiz?  
Qaldı kitablarda gerçəyin adı,  
Nə özü göründü, nə ayaq izi  
Yalan danışmaqdan üz qızarmadı,  
Alqışdan qızartdıq əllərimizi. 
 
Bədbəxtlik gölündə biz üzə-üzə,  
İnandıq bəxtəvər olduğumuza.  
O qansız cəllada bunlar gərəkdi,  
Onun yalanları axdı hər yerə.  
Yalnız sərhədləri deyil, o çəkdi  
Dəmir pərdələri düşüncələrə.  
Pərdədən o yanı görə bilmədik,  
Dondu düşüncəmiz, dondu fikrimiz.  
Dəmir pərdsləri yara bilmədik,  
Çevrildik fikirsiz müqəvvaya biz.  
Cəlladın əlində alətə döndük,  
O necə düşündü, elə düşündük. 
 
Müstəbid zülmünü doğrultmaq üçün,  
Ehkamlar yaratdı, bütlər yaratdı.  
"Ellərin atası" olub o, bir gün  
Özünü millətə çox baha satdı. 
 
Apardı dalınca şüarlar bizi,  
Kütləşdi beynimiz, hissimiz tamam.  
Aldı əlimizdən düşüncəmizi  
Zülmün, istıbdadın maskası - ehkam!  
Müstəbid dəyişdi tariximizi,  
Biz gah midiyalı, gah filan olduq.  
Silindi tarixdən gerçəyin izi,  
Bilmədik biz hansı atadan olduq. 
  


________________Milli Kitabxana______________ 
271 
 
Yadlar sahb çıxdı sərvətimizə,  
Sahib çıxmadılar bizə bəs nədən?  
Yetim evi oldu bu dünya bizə,  
Ata axtarırıq indi özgədən. 
 
De, hara sığışar, hara, ey zaman,  
Bu boyda təhqirə xalqın dözməsi – 
Dədə Qorqud kimi dədəsi olan  
Millətin özünə dədə gəzməsi. 
 
Gör nə günə saldı müstəbid bizi,  
Ay anam, hardasan, ağla bu dərdə.  
Elə dolaşdırıb tariximizi,  
Başını itirib tarixçilər də. 
 
Başımız üstündə həmişə yumruq, 
Halal adımızı deməyə qorxduq. 
Damğa da vuruldu hələ bu ada, 
Dandıq qorxumuzdan öz babamızı. 
Kifayət deyilmiş bu da cəllada, 
Dəyişdi minillik əlifbamızı. 
Yenə soyumadı cəlladın kini, 
O elə düşündü, elə bildi ki
Latına keçməklə biz yeniləşdik. 
O, buna dözmədi... on il keçməmiş 
Cəlladın əmrilə Kirilə Kiril - rus əlifbası. 
keçdik. 
Beləcə, qaraldı mənliyin şamı, 
Bulandı dilimin büllur çeşməsi. 
Bir deyən olmadı, əlifbadamı 
Qocaman millətin yeniləşməsi?! 
Əgər belədirsə, ədalət hanı? 
Niyə dəyişmədin öz əlifbanı? 
 
Sənin sadiq qulun, - mənim soydaşım,  
O, yerli rəhbərim, cahil kütbaşım,  
Susdu, danışmadı, yumdu ağzını. 
 
  


________________Milli Kitabxana______________ 
272 
 
Çünki o görmədi, görə bilməzdi  
Sənin məqsədinin əsl məğzini. 
 
Sən qanıb, düşünüb keçdin bu qəsdə,  
O gün dünənimdən intiqam aldın.  
Mənim min-minillik tarixim üstdə  
"Şalako"oynadın, məndən kam aldın
*

 
Bir qənim kəsildin mənə o ki var,  
Minillik ruhumun tutdun yasını.  
On ildə neçə yol dəyişmək olar,  
Bir xalqın minillik əlifbasını? 
 
Etiraf olmadı? 
Oldu: Bir nəfər
Ona hər tərəfdən göz bərəltdilər. 
- Rəhbər deyən sözə nə müzakirə? 
Ona canımızı qurban verərik. 
Əlifba nədir ki, lazım gələrsə, 
Ana dilimizi dəyişdirərik. 
 
Niyə dəyişməsin, axı, bu satqın – 
Ata dili varkən, ana dilini!  
Beləsi turp əkdi başında xalqın,  
Satdı Vətənini, satdı elini.  
Bunu deyən oğul, həmin o anda  
Rəhbər atasından rütbə diləndi;  
Bir həftə keçməmiş, o rütbələndi.  
Bəs etiraz edən? Onun taleyi?  
Atdı hər şeyi. 
Bir müddət Bakıdan köçünü çəkdi,  
Yoxsa, Cavid kimi sürüləcəkdi.  
Əlifba dəyişdi,  
Buna öyündük. 
Bilmədik, rişəsiz budağa döndük.  
Qabağı görmədik öz yaşımızdan,  
Nəsillər arası qırıldı bağlar; 
                                                 
*
Şalako - gürcü oyun havası; Stalinin bizə elədiyi zülmə işarədir.
 
  


________________Milli Kitabxana______________ 
273 
 
 
  
 
Qovulub silindi yaddaşımızdan  
Qurulan çadırlar, yanan ocaqlar.  
Vətəndən qovuldu ana dilimiz,  
"Ana dili" - dedik gəlmə, yad dilə.  
Ərəbcə danışdıq ölülərlə biz,  
Rusca qırıldatdıq dirilər ilə.  
Öz ana dilimiz "lallığımızdan",  
Ölüyə küfr oldu, diriyə nöqsan.  
Hanı Bunu Çiçək? Hanı Qazan xan?  
Biz ki ruhu əsil, qanı əsildik.  
Qorqud qanı axdı damarımızdan,  
Özümüz Qorquda düşmən kəsildik.  
Doğudan Batıya, at çapan babam,  
Mənim oğuz babam, mənim xan babam  
Təzə kitablarda mənə yad oldu,  
Soy soya qarışdı, kök unuduldu.  
Ələnə bilmədik, qaldıq ələkdə  
Gör, necə kökündən laxladı millət.  
Yapıx daxmalarda, kənddə-kəsəkdə,  
Yenə də milləti saxladı millət. 
 
VI 
 
Varaq-varaq çevirdim düşüncəmi, fikrimi: 
"Səhər açılan kimi 
Gedəcəyəm yanına. 
And verib vicdanına 
Deyəcəyəm, amandır, 
Dünən dediklərimiz başdan-başa yalandır. 
Bir diş bilsin, bir dodaq. 
Səni dəstəkləməkçün elə dedim mən ancaq. 
Əslində, çox sevirəm mən o dahi rəhbəri, 
Odur bizə bəxş edən bu bəxtəvər günləri. 
O bizim bu dünyada tək güman yerimizdir, 
Düşünən beynimizdir, görən gözlərimizdir". 
"Mən qələt elədim" - deyə səhərə kimi 
Öz-özümə deyindim, 
Səhər açılan kimi qalxıb dərhal geyindim. 
  
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə