BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   54   55   56   57   58   59   60   61   62

________________Milli Kitabxana______________ 
279 
 
Başımız tilova keçəndən bəri.  
Qəsdən, bilə-bilə adlandırdılar  
Xalqın dostlarını, "xalq düşmənləri".  
"Bizdədir dünyanın dövləti, varı", - 
Dedik... 
Səs-küyümüz göyə dirəndi.  
"Dünyanın ən xoşbəxt, şən adamları",  
Talonla qaxsımış ət alır indi. 
 
Qəribə təzadlar içindəyik biz
İndi anlamışıq; kimik, nəyik biz. 
Bəlkə kor taleyin hökmüdür bu da? 
...Dünən bizimkilər həmən orduda 
Ruslara bir arxa, bir qardaş kimi, 
Onun düşməniylə döyüşmədimi? 
Aradan nə keçdi? 
Nə oldu ona? 
Dünənki yaxşılıq unuduldumu? 
Dünən arxasında dağ olduğuna, 
Bu gün birdən-birə düşmən oldumu? 
 
Gerçəyin önünə keçdi o dəmdə, 
Yalanlar, böhtanlar... 
nə deyək buna? 
Qatil bizimlə bir o gecə həm də
Haqqı, həqiqəti tutdu qurşuna. 
 
Hansı göstərişlə gəlibmiş, görən,  
Silahsız kütləni bu qıran ordu?  
Vallah, bu vəhşəti törədə bilməz  
Ən qəddar, qudurğan, çıldıran ordu.  
Bəs hanı savaşın qədimdən bəri,  
Hər kəsin bildiyi mərdlik şərtləri? 
 
Şər üçün nə qayda, 
nə şərt, nə qanun?  
Bu imiş "haqq işi" Qızıl Ordunun... 
  


________________Milli Kitabxana______________ 
280 
 
Kimdi bəs ölənlər? 
İnanmaq çətin! 
Dünən Rusiya üçün can verənlərin
Şəhid düşənlərin şəhid övladı! 
Əfsus! Eyni olur şəhidin adı! 
O, şəhid, bu, şəhid! 
Sən bir işə bax! 
O, nəyin uğrunda, bu, nəyin, ancaq!  
O şənbə gecəsi, o məlun gecə  
Birdən üzə çıxdı bu fərq gör necə?!  
Bir soldat bağırdı: - Belədir qayda  
Əvəz ödəməkdə ər oğlu ərəm.  
Atan şəhid oldu mənim yolumda,  
Mən sənin özünü şəhid eylərəm! 
 
Ədalət də, gerçək də,  
Vallah, yoxdu o gecə.  
Zülm, zalım əlilə  
Haqqı boğdu o gecə.  
Tunc zirehli ilanlar,  
Haqqımızı nə anlar!  
Həqiqəti yalanlar  
Küncə sıxdı o gecə! 
 
Kimə deyim dərdimi?  
Qəsbkar namərdəmi?  
Yetmiş ilin dərd-qəmi  
Gözdən axdı o gecə. 
 
Analar amanından  
Sinələr oldu şan-şan.  
Şəhidlərin qanından,  
Şimşək çaxdı o gecə.  
Qara geydi bu Vətən,  
Yox hayına bir yetən.  
Həyata hamiləykən,  
Ölüm doğdu o gecə. 
  


________________Milli Kitabxana______________ 
281 
 
Nə deyək bu vəhşətə,  
Bu zülmə, bu dəhşətə.  
Allah bu müsibətə  
Necə baxdı o gecə? 
 
Ertəsi... Bakının küçələrindən  
Yudular millətin qizıl qanını.  
Yuya biləcəkmi o cəllad, görən,  
Qanla ləkələnmiş öz vicdanım? 
 
Gecənin yarısı... hər yan qan-qada,  
Qırmızı güllələr uçur havada.  
Özünü itirmir adamlar yenə,  
Yetirir özünü haya-haraya.  
Maşınlar bir yana, 
çiyinlərdə də  
Yaralı daşınır xəstəxanaya. 
 
Güllə vıyıltısı... Bu acı səsdən  
Titrəyir, 
lərzəyə gəlir bina da.  
Amansız soldatlar keçirir qəsdən,  
Bütün çıraqları xəstəxanada. 
 
Gör necə böyükmüş bizə qəzəb, kin,  
Burda da göründü, qalmadı qında.  
Çarəsiz həkimlər indi neyləsin? – 
Əməliyyat gedir şam işığında.  
Səhər açılınca adamlar bir-bir  
Yığılıb gəlir. 
Qan vermək istəyir yaralılara.  
Amma insaf hara, qantökən hara? 
 
Soldatlar töküldü hey axın-axın,  
Döyükə-döyükə baxdı dörd yana.  
Tutuldu bir anda xəstəxananın  
Həyəti, bağçası gülləbarana. 
  


________________Milli Kitabxana______________ 
282 
 
Heç kəs bu sifətdə görməyib şəri,  
Hələ bəs deyilmiş tökülən qanlar?  
Xəstəyə qan vermək istəyənləri  
Bir anın içində dağıtdı onlar. 
 
Yazovun əmriymiş... Qızğın başlara,  
Zalimlik adicə bir adət imiş.  
Bizim bu günahsız yaralılara,  
Heç demə, yardım da cinayət imiş.  
Ertəsi... Bakının küçələrindən,  
Yudular millətin qızıl qanını.  
Yuya biləcəkmi o cəllad, görən  
Qanla ləkələnmiş öz vicdanını? 
 
* * * 
Üzümü tuturam sizə mən bu gün,  
Əsilli, nəsilli rus ziyalısı,  
Ulu Tolstoyun, böyük Puşkinin,  
Fikir davamçısı, məslək varisi.  
Onların irsini yaşatmaq bu gün,  
Hünərdir, şərəfdir yeni nəsilçün. 
 
Bu gün uluların o haqq səsini,  
Təkrar edirsiniz qəzetdə, sözdə.  
Onların eşqini, əqidəsini,  
Amma heç görmürük əməlinizdə.  
Yüksək kürsülərdə qol-qanad açmış,  
Sizin dilinizdə "həqiqət" sözü.  
Deyin, qəlblnizdən bəs hara qaçmış  
Ədalət, fəzilət, həqiqət özü? 
 
Təpədən-dırnağa silahlı ordu 
Sizdən haqq istəyən bir xalqı qırdı. 
Bunu görmədiniz? 
Yaxşı gördünüz! 
Amma həqiqətə siz tüpürdünüz. 
 
  


________________Milli Kitabxana______________ 
283 
 
Bir xalqın bağrına çəkilən bu dağ,  
Ləkə gətirmədi şərəfinizə?  
Dünyanın önündə bunu ağartmaq,  
Sərfəli deyildi, deyəsən, sizə. 
 
Zorun qarşisında susdunuz... Deyin,  
Varislik borcunuz unuduldumu?  
Ulu Tolstoyun, böyük Puşkinin  
Sizə irs qoyduğu həqiqət bumu?  
Nədir bizə qarşı bu qəzəb, bu kin?  
...Qəlbim həqiqəti gör kimdən umdu?  
Dağ-daşın dərdinə qalan Rasputin  
Bir xalqın dərdinə niyə göz yumdu? 
 
Heç zaman ziyalı sayıla bilməz  
Özgənin dərdini yaşamayan kəs.  
Sizdən soruşuram: bu rəzalətə  
Siz necə baxdınız bir insan kimi?  
Tolstoy bu zülmə, bu müsibətə  
Etiraz səsini yüksəltməzdimi? 
 
EŞQ OLSUN SİZƏ 
 
Bəzən öz-özümə düşünürəm mən: 
Nahaq şəhid oldu bizim cavanlar. 
Ömrü ucuz verdi... 
bir iş görmədən 
Boş yerə ölməyin nə mənası var?! 
 
Ağıla söykənsin dedim qüvvəmiz,  
Anlayan olmadı bu sözdən məni.  
Ağıla güvənək bu məqamda biz,  
Qüvvə daşı əzər, ağıl qüvvəni.  
Sonra düşünürəm: Onlar qorxmadan,  
Cumdular ölümün üstünə belə.  
Bir iş görmədilər yaşayan zaman,  
Qəhrəman oldular ölümləriylə. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə