BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   54   55   56   57   58   59   60   61   62

________________Milli Kitabxana______________ 
289 
 
Fit səsi... bu fəryad külə bükülmüş  
İçin-için yanan köz səsidirmi?  
Bu fəryad, bu nalə balası ölmüş,  
Yetim anaların naləsidirmi?  
Fit səsi... həyəcan, təlaş nəğməsi,  
Bilirik, nə deyir bu gizli üsyan. 
 
Anlaya bilmirəm, bu möcüz səsi,  
Necə yoğurdular göz yaşlarından?  
Gəmilər fit verir... bu sirli səsdən  
Küçələr, binalar zür-zükə gəlir. 
 
Qərib iniltidən elə bil, qəsdən  
Təhlükə dalınca təhlükə gəlir. 
Qarşıda şeyximiz, arxada millət,  
Axır insan seli başlar aşağı.  
Bərqərər olsa da sabah ədalət,  
Getməz qəlbimizdən bu şəhid dağ:. 
 
Axır yanaqlara göz yaşı dən-dən,  
Bəs necə? Millətin bağrı sökülmüş.  
Bu el matəmindən, el kədərindən,  
Cavan şeyximizin beli bükülmüş. 
 
Yaşaya bilmədik bir insan təki,  
Qarışdı haqqımız, borcumuz bizim.  
Bu gün tabut deyil, çiyinlərdəki  
Dərd adlı yüküdür millətimizin. 
 
Boğaq içimizdə kədərimizi,  
Amandır, əyməsin qoy bu yük bizi. 
 
Yeriyir izdiham hey ağır-ağır,  
Yeriyir meydandan Dağüstü parka.  
Qəlbimiz sabaha indidən baxır,  
Enişdən yoxuşa biz qalxa-qalxa. 
 
  


________________Milli Kitabxana______________ 
290 
 
Bura park idimibir zaman? Xeyr!  
İndi də yaşayır xatirələrdə;  
On səkkizinci il!  
Şəhid düşənlər 
Haqqa tapşırıldı bir vaxt bu yerdə.  
O zaman qonşular bizdən kam alıb,  
Bizi arxamızdan yaman vurdular.  
Erməni əliylə burda park salıb,  
Bizə şəhidləri unutdurdular. 
 
Qızıl qərənfillər əllərdə min-min,  
Şəhidlər önündə bir an dondular.  
Fədakar oğullar Rəsulzadənin,  
Bayrağı altında dəfn olundular. 
 
Durun, ağlamayın! Vallah, qəm-kədər,  
Heç vaxt sığışmamış qeyrətimizə.  
Bu bayraq altında yaşamaq qədər,  
Torpağa getmək də şərəfdir bizə. 
 
Daldı bir anlığa sükuta göy, yer,  
Millət ürəyini sükutdan asdı.  
On səkkizdə ölən köhnə şəhidlər,  
Təzə şəhidləri bağrına basdı. 
 
Şəhər aşağıda... Bir baxın, onlar,  
Bizdən yuxarıda dəfn olundular. 
 
AXI, BİZ NEYLƏMİŞDİK? 
 
Şəhidlər Xiyabanı...  
Dilə gəlir məzarlar: 
- Axı, biz neyləmişdik?  
Dilə gəlir 
Məzarları seyr edən solğun üzlər, nəzərlər:  
- Axı, biz neyləmişdik? 
 
  


________________Milli Kitabxana______________ 
291 
 
Bu ittiham, bu sual 
Şəhidlərin birləşən hər yasında səslənir.  
Fərizənin, İlhamın 
Çırağı söndürülmüş komasında səslənir:  
-Axı, biz neyləmişdik?  
Ağsaqqal babaların, ağbirçək nənələrin  
Duasında səslənir: 
- Axı, biz neyləmişdik? 
Bu ittiham, bu sual 
Məktəbli Larisanın qara lentə tutulmuş  
Partasında səslənir: 
- Axı, biz neyləmişdik? 
Günahsız qurbanların başdaşında səslənir. 
Onların yetim qalan körpə balalarının 
Dünyadan haqq istəyən göz yaşında səslənir: 
- Axı, biz neyləmişdik? 
Bu ittiham, bu sual 
Bağrına dağ çəkilən qocaman bir millətin 
Dodağında səslənir. 
Sərvəti talan olmuş, 
Düz sözü yalan olmuş 
Böyük bir məmləkətin  
Göygölündə səslənir, 
Şahdağında səslənir: 
- Axı, biz neyləmişdik? 
Bu ittiham, bu sual gəzdi bütün dünyanı, 
Qəzetlərə yazdılar, 
Min bir yerə yozdular. 
Qaynaqdan bulandıran elə bulandırdı ki, 
Suyumuz durulmadı. 
Cavab verən olmadı: 
- Axı, biz neyləmişdik? 
Bu ittiham, bu sual 
"Qırın!" əmri verənin qulağında dinmədi.  
Bizə "vaxtı bildirən" o qocaman Kremlin  
Zəngində səslənmədi.  
Boğdular bir millətin "Axı, biz neyləmişdik?" 
 
  


________________Milli Kitabxana______________ 
292 
 
Deyən o haqq səsini. 
Şəhidlərin qanyıla yazdıl bir qatilə 
Marşal vəsiəsini. 
 
Biri əmr elədi, o biri qırdı,  
Qansızlar bu nahaq qanı batırdı.  
Silahsız adamlar günahsız yerə  
Yerdə ulduz kimi yanıb-söndülər.  
Cəza istəyirdik biz qatillərə,  
Amma ikisi də rütbələndilər. 
 
Batdı, həqiqətin batdı haqq səsi,  
Haqqı tapılmadı onlardan soran.  
Qırana verdilər marşal rütbəsi,  
Prezident taxtına çıxdı qırdıran. 
 
MƏNİM GÜNAHLARIM 
 
- Mən sənə həmişə "Buyur" - demişdim,  
Mən səndən haqqımı istəməmişdim.  
Bir işıq görünca üfüqdə birdən,  
Səndən iynə gözü haqq istədim mən.  
Sən dedin: - De görək haqq nə deməkdir?  
Mənə bol pambığın, neftin gərəkdir. 
 
Dedin; - Tələbinlə buz kimi donmuş  
Köhnə yaraları gizildədirsən.  
"Gülüstan" paktında məhkum olunmuş  
Haqqını sən indi tələb edirsən?  
Sormuşam, qanını çəkmişəm sənin,  
Minnətdar olmusan sorulduğuna.  
İndi də qanını tökmüşəm sənin,  
Haray qoparırsan de neçin buna? 
 
Dedim: - Günahımı başa sal mənə,  
Dedin: - Anlamadm məni sən yenə.  
Bilmədin, günahın bir deyil, mindir,  
Amma ən böyüyü gözəlliyindlr. 
  


________________Milli Kitabxana______________ 
293 
 
İstədin daşınan bol sərvətindən,  
Bir ovuc, bir qırıq sənə pay düşə.  
Sən bezib, usanıb əsarətindən,  
İstədin bu dünya bir az dəyişə.  
Budur günahın! 
Məndən icazəsiz, axı, çox şeyi,  
Sən qanmaq istədin, duymaq istədin.  
Sən öz ayağını mənim çəkdiyim  
Cızıqdan kənara qoymaq istədin.  
Budur günahın! 
Son öz torpağında qul olduğunu,  
Bağırmaq istədin, budur günahın.  
Zülm girdabında boğulduğunu,  
Cığırmaq istədin, budur günahın. 
 
O, torpaq istədi səndən bir qarış.  
Niyə tələbkarın xətrinə dəydin?  
Onun istəyilə dedim, sən barış,  
Sənsə tərəzinin gözünü əydin. 
Budur günahın! 
 
Bu qanlı çəkişmə düşəndən bəri,  
Bir dəm ayağını qoymadın geri.  
Erməni qıranda sizinkiləri  
Sən də neçəsinin qanını tökdün.  
Budur günahın! 
Mən sənin qanını tökdüyüm zaman,  
Baxdın nifrət ilə... Budur günahın!  
Sən mənim tankıma çırtma vurmusan,  
Hansı cürət ilə? - Budur günahın! 
 
...Belə tale düşüb qismətimizə,  
İlahi, sən yenə dözüm ver bizə.  
Haqqın dərgahında unudulmuşuq,  
Biz necə götürək bu töhmətləri?  
Min dəfə haqlıykən haqsız olmuşuq,  
Biz bu müsibətə düşəndən bəri. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə