BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   54   55   56   57   58   59   60   61   62

________________Milli Kitabxana______________ 
294 
 
Qulaqlar batırır böhtan harayı,  
Buğdadan qiymətli olub darı da.  
Necə bulandırıb keçi bu çayı?  
Keçi aşağıda, qurd yuxarıda!  
Mərkəz dəyişdirir gündə rəngini,  
Mərkəz məni görür, heç onu görmür.  
Bizdən yığışdırıb quş tüfəngini,  
Amma erməninin topunu görmür. 
 
Dilimizdə olub düşündüyümüz,  
Əməldən öndədir bizim küyümüz.  
Qəlbimiz o qədər təmiz olub ki,  
Göz görə düşməni dost sanmışıq biz.  
Gözümüz o qədər qorxudulub ki,  
"Hələ çay gəlməmiş çırmanmışıq biz"  
Biz nə hiylə bildik, nə qərəz, nə kin,  
Quyuya düşənin əlindən tutduq.  
Bizə tələ quran, kələk gələnin,  
Dünənki qəsdini bu gün unutduq. 
 
Özgə torpağından qovulanlara,  
Biz torpaq da verdik torpağımızdan.  
Bunun əvəzində indi onlara,  
Borclu da çıxmışıq öz bağımızdan. 
 
Qonaq dünənini salmayıb yada,  
Yerliyə "qaç" - dedi, şər yolu tutdu.  
Dünən dədəsinin mənim qapımda,  
Boyun bükdüyünü bu gün unutdu. 
 
Evimdə başımı kəsir erməni,  
Qışqırıram... 
Mərkəz danlayır məni.  
Deyir: - Nə çabala, nə danış, nə din,  
Qoy sənin başını rahatca kəssin,  
Kişinin gül kimi işinə qəsdən  
Niyə pəl qatırsan? 
İnciyərəm mən! 
  


________________Milli Kitabxana______________ 
295 
 
Demək, o haqlıdır məni qıranda,  
Haqsızam, dözməyib, mən qışqıranda.  
Məəttəl qalmayım necə mən buna – 
Yenidən qurmanın haqq olduğuna? 
 
Mərkəz dəyişdirir gündə rəngini,  
Mərkəz məni görür, heç onu görmür.  
Bizdən yığışdırıb quş tüfəngini,  
Amma erməninin topunu görmür. 
 
Anladıq xalqların bərabərliyi,  
Kağız üzərində bir quru sözmüş.  
Bu qətldən sonra bildik çox şeyi,  
Bizim günahımız türklüyümüzmüş! 
 
Millətlər dostluğu! Astar üz imiş,  
Bunun nəyi varmış sözündən özgə?
*
  
Atatürk düz demiş, vallah, düz demiş:  
"Yoxdur türkün dostu özündən özgə". 
 
Türkdilli xalqların doğma yerindən  
Didərgin düşməsi kimə gərəkmiş?  
İyirminci yüzilin əvvəllərindən,  
"Türkəm" - deyənlərin başı nə çəkmiş?! 
 
Türk öz mənliyini biləndən bəri,  
İblis də gələcək qəsdini bildi.  
Qaraçay, Axalsiq, Krım türkləri,  
Malkarlar, mesxetlər sürgün edildi. 
 
İki yanağı var, amma bir üzü,  
Türk öz anasından belə doğulmuş.  
Anlaya bilmirəm, niyə "türk" sözü  
Kiminsə başına düşən daş olmuş. 
 
 
                                                 
*
 
1941-45-ci illərdə türkdilli Şimali Qafqaz xalqlarının Sibirə sürgün olunmasına işarədir

 


________________Milli Kitabxana______________ 
296 
 
Türkəsaya olduq... hər şey apaydın,  
İçimiz göründü gözlərimizdən.  
Qərəzkar oxudu axşamımızın  
Uzaq məqsədini dan yerimizdən. 
 
Belədir... biz hələ addım atmamış,  
Bildilər düşəcək mənzilimizi.  
Hələ bir məqsədə gedib çatmamış,  
Yolun əvvəlində tutdular bizi. 
 
* * * 
Çadırlar quruldu kənddə, şəhərdə,  
Bəlkə məlhəm idi matəm, bu dərdə?  
Döndü yas evinə bütün məmləkət,  
Kasıb ocaqda da qazan asıldı.  
Yası, matəmilə çarəsiz millət  
Elə bil qatildən intiqam aldı. 
 
Gücsüzün aldığı intiqama bax!  
Zorun qarşısında susduq hamımız.  
Qırx gün yas saxlamaq, işə çıxmamaq,  
Oldu üsyanımız, intiqamımız! 
 
Bizim ən fərəhli, şad günümüzdə - 
Hər bir toyumuzda, düyünümüzdə  
Qərənfil əllərdə çıraq olardı,  
Sevincə, şadlığa ortaq olardı.  
Biz hardan biləydik doxsanıncı il,  
Şadlıq yaraşığı qızıl qərənfil,  
Şəhidlər qəbrini qucaqlayacaq,  
Bizim dərdimizə yas saxlayacaq.  
Canlı da, cansız da ağlayır bu gün,  
Matəm içindədir ölkə büsbütün.  
Qızıl qərənfillə qara bayraqlar  
Xalqın kədərinə birgə qan ağlar. 
 
  


________________Milli Kitabxana______________ 
297 
 
* * * 
Qorxar ilan vuran ala çatıdan, 
Bizim gözümüzü püləyib fələk. 
Qorxuruq... 
Qorxudub bizi bu dövran. 
Stalin ölməyib, yaşayır, demək! 
Bizdən üz döndərib sanki fələk də, 
Yalan çövlan edir, bəs hanı gerçək? 
Susuruq... 
Sözümüz qalır ürəkdə, 
Stalin ölməyib, yaşayır, demək. 
 
Xeyrimiz, şərimiz bilmirik nədir?  
Onları kimdənsə soruşmaq gərək.  
Hələ də haqqımız yad əllərdədir,  
Stalin ölməyib, yaşayır, demək. 
 
Bizə qürbət olub öz diyarımız,  
Bu boyda dünyada tək qalmışıq, tək!  
Zindana salındı Etibarımız,
*
  
Stalin ölməyib, yaşayır, demək. 
 
Diləyimiz harda, özümüz harda?  
Doğranıb töküldük biz çilik-çlk.  
Stalin ölsə də, 
yuxarılarda  
Hələ də yaşayır stalinçilik. 
 
İndi də zindanda yaradır Xəlil,

  
Sözünü deməkdən usanan deyil.  
"Moabit dəftəri" yaranır belə  
Faşizm ölməyib, yaşayır hələ. 
 
 
                                                 
*
 Etibar Məmmədov 

Xəlil Rza 
  


________________Milli Kitabxana______________ 
298 
 
XƏCALƏT 
 
Şəhidlərin məzarı islandı göz yaşından, 
Qurudu leysan tökən qərənfil yağışından. 
Yaman nalə təpərdik gülçülərin əlindən
Deyərdik, bu gülçülər bazarlarda pul qırır, 
"Qərənfil gözəlindən". 
Rusiya bazarında, 
Yaman rusvay edirlər, - deyərdik onlar bizi. 
"Alverçi" damğasıyla, vallah, ləkələyirlər 
Bizim şərəfimizi. 
Həmin o alverçilər, bu gün isə əvəzsiz, 
Təmənnasız qərəzsiz 
Şəhid məzarlarını gül topuna tutdular, 
Uzaq bazarlardakı qazancı unutdular. 
Güllə yaralarını gül ilə soyutdular. 
Vətənsevər kim imiş bu məqamda de görək? 
Mənim tək, ya sənin tək 
Bol qonorar eşqinə 
Xalqa dərs vermək üçün ekranlara cumanlar, 
Yoxsa, şəhid eşqinə xeyrinə göz yumanlar? 
 
Şəhidlərin hamısı bənzəyir bir-birinə.  
Bir bax, qəbirlərinə!  
Hamısı qıpqırmızı qərənfilə bələnmiş,  
Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.  
Səbəb birdir, əməl bir, 
hədəf birdir, 
hədə bir, 
Onları bu dünyadan aparan güllə də bir.  
Tüstüsü təpəsindən çıxa-çıxa hönkürən,  
Bu məhzun qəbirlərə baxa-baxa hönkürən  
Adamlar da bir olmuş...  
Ağlar budaqlarından qara bayraq sallanan  
Göy şamlar da bir olmuş. Hamınındır bu matəm,  
Millətindir bu dərd, qəm. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə