BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   54   55   56   57   58   59   60   61   62

________________Milli Kitabxana______________ 
299 
 
Hamı qoyub özünü o birinin yerinə,  
Hamı birinə deyil, hamı biri-birinə  
"Başın sağ olsun" - deyir,  
"Bulanıq axan sular bir gün durulsun" deyir.  
Bir amala bağladı bu gün dərdi milləti,  
Dərdin, qəmin birliyi birləşdirdi milləti. 
 
Bu el faciəsinə dözmək çətin, çox çətin!  
Beli yaman büküldü qocaman bir millətin.  
Fitrətindən, soyundan ər doğulan bu xalqı  
Tarix boyu mərd olan, məğrur olan bu xalqı  
Necə təhqir etdilər, gör necə alçaltdılar.  
Mənliyini, əzmini bir "sağ ol" a satdılar.  
Sənin adını haqq ikən  
Ey Allahım, niyə sən  
Bizə qıydın bu dərdi?  
Onsuz da bu millətə min-min dərdi yetərdi. 
 
Bu təhqirə, bu qəsdə dözmək çətin, çox çətin!  
Ürəyinə dərd hopub balası ölənlərin.  
İçdikləri zəhərdir, yedikləri dərd, aman!  
Bütün millət keyləşib dərdin ağırlığından.  
Hamı ayaq üstündə yuxuludur elə bil.  
Bu dərd dərdli dünyada çəkiləsi dərd deyil! 
 
Ömründə qonşusunun damına daş atmayan,  
Kimsənin bostanına əlini uzatmayan,  
Qərəzinin, kininin dalınca sürünməyən,  
Dünən verdiyi sözdən bu gün geri dönməyən,  
Heç vaxt döyüb döşünə "mənəm-mənəm" – 
deməyən. 
Heç kəsin bəd gününü, şərini istəməyən,  
Mənim ali millətim, haqlıykən birdən-birə,  
Layiqmiydi. ey Allah, bu qəsdə, bu təhqirə?  
Hansı günahımızın əvəziydi bu təhqir?  
Haqsız oldu günahsız, haqlı oldu müqəssir!  
Bu dərd bütün millətin ürəyində göyərdi, 
  


________________Milli Kitabxana______________ 
300 
 
Heç kəs bilmir nə təhər, necə udsun bu dərdi. 
Bu gün xəcalət çəkir, hamı gücsüzlüyündən, 
Heç kəs boylana bilmir gələcəyə bu gündən. 
Çəkilməzdir, çəkilməz bu ağrının siqləti - 
Əlacsız gücsüzlüyün töhmətsiz xəcaləti! 
Həm dünən, həm bu gün də 
Biz günahkar olmuşuq günahkarın önündə. 
Hanı o qüdrətimiz - 
Günahsız qurbanların töhmətinə dözək biz? 
Qahmarınıız olmadı nə arxada, nə öndə, 
Hamı xəcalət çəkir 
Qanları batırılmış şəhidlərin önündə. 
Ah, necə də ağırdır 
Zaman axa su kimi, amma qabın dolmaya, 
Günahkarın, qatilin cəzasını verməyə, 
Sənin gücün olmaya... 
Çünki bu məhkəmədə biz haqlı olsaq belə, 
Qısaldılıb dilimiz 
Çünki hakimimizlə eynidir qatilimiz! 
 
İLHAM - FƏRİZƏ 
 
Dözməyib qatilin kəshakəsinə,  
İlham çölə çıxdı güllə səsinə.  
Gördü qırhaqırdı, gördü vurhavur,  
Tanklar adamların üstünə cumur.  
Bağırdı: - Soldatlar, neyləyirsiniz,  
Axı, bunlar ilə siz də birsiniz.  
Axı, bu adamlar silahsizdılar.  
Soldatlar daha da coşub qızdılar.  
... Bu sözlər İlhamın son sözü oldu,  
Ona da bir güllə... o da vuruldu.  
O gecə yatmadı bir an Fərizə,  
İlhamı gözlədi,  
İlham gəlmədi. 
 
  


________________Milli Kitabxana______________ 
301 
 
Dönük taleyilə durdu üz-üzə.  
Qalıb küçə ilə ev arasında,  
Gecəni sübhədək o dincəlmədi...  
Ertəsi... qapqara xəbəri gəldi,  
Ölümün həyata zəfəri gəldi. 
 
Çatmadı əvvəlcə bu xəbər ona, 
İnana bilmədi qulaqlarına. 
Elə ki, inandı... o, lal kəsildi. 
Heykələ döndü. 
Anladı, bildi: 
Qapısı bağlandı, ocağı söndü. 
 
İKİ GÜN SONRA... 
 
Qalınca evində dərdlə təkbətək,  
Özünə qəsd etdi bu təzə gəlin.  
Hansı tərəzilə, daş ilə ölçək  
Eşqini, qəsdini biz bu gözəlin?  
Nə deyim, Fərizə, nə deyim sənə,  
Axı, nə ad verim bu faciənə? 
 
Hələ səadətdən soraq gəlməmiş,  
Yoxsul komanı da sevdin, bəyəndin.  
Gəlinlik paltarın heç köhnəlməmiş,  
Sən nə tez əyninə kəfən geyindin? 
 
Sənin ləyaqətin lal etmiş bizi,  
Zaman aşağıdır dəyanətindən.  
Ey vəfa timsalı, sədaqət rəmzi,  
Sənin bu qəsdinə nə ad verim mən?  
Səsin ərimədi əsrin səsində,  
Nəcabət kökündə həmişə varsan!  
Türk qızı, xəyanət zəmanəsində  
Bu eşqi, vəfanı sən bacararsan. 
 
  


________________Milli Kitabxana______________ 
302 
 
Belə yaşamışdır dünən və bu gün  
Bizim keçmişimiz - oğuzlar, hunlar.  
Ərin namusunu qorumaq üçün  
Keçər balasından Burla xatunlar. 
 
Belə ömür sürmüş nənələr, belə  
Sən də bu çeşmədən su içdin, qızım,  
Ərinin yolunda 
sədaqət ilə  
Cavanca canından sən keçdin, qızım. 
 
Qurban getdi o, Vətənə, sən ona,  
Bu necə görüşdü, necə yarışdı?  
Anlaya bilmirəm, bu dar komana,  
O boyda ürəyin necə sığışdı? 
 
Sizin evinizin həndəvərində,  
Bir "Leyla" ünvanlı mağar quruldu.  
Həmən "Leyla" adlı Şadlıq evində,  
Birinci toy - sizin toyunuz oldu. 
 
"Leyla"da Leylinin qəm macərası,  
Sən onn öncədən duymadın yəqin.  
Sən hardan biləydin, Leyli vəfası,  
Ünvanın olacaq bir zaman sənin. 
 
Sevgi kitabında iri bir nida  
Sənin məhəbbətin, sənin qiymətin!  
Məcnunun Leylisi haqq dünyasında,  
Sənin pişvazına çıxacaq yəqin! 
 
Nə tez qışa döndü sənin baharın,  
Bakı bu matəmə qara bağlamış.  
Sənin damarında nənən Nigarın,  
Həcərin, Leylinin qanı çağlamış. 
  


________________Milli Kitabxana______________ 
303 
 
* * * 
Od tutub alışdı sözlər dilimdə  
Bu qəsd, nə qəsd idi, ey məğrur qadın?  
Sən təkcə özünə qıymadın, həm də  
Bətnində göyərən körpənə qıydın. 
 
O anda sarmaşıb məhəbbətinlə  
Allahdan sən nəyi dilədin, qızım?  
Sən, axı, ərinə sədaqətinlə  
Körpənə xəyanət elədin, qızım. 
 
Sınayar bəndəni Allah, çətində  
Batdın bir günahda iki günaha.  
Xəyanət işlədin sədaqətində  
Körpəyə qıymaqla qıydın sabaha.  
Bəlko... açılmamış solan o gözlər  
Ulu zirvələrə yol açacaqdı.  
Bəlkə o gözlərdən doğacaq səhər,  
Zülmət dünyamıza yol açacaqdı. 
 
Ey mənim yurdumun vəfadar qızı,  
Vəfan cəfa oldu... gör sən neylədin?  
Son öz bətnindəki o günahsızı  
Hələ doğulmamış şəhid eylədin.  
Oğul istəyirəm bu dərdə dözə.  
Təzə şəhidliklə zaman üz-üzə  
Əridə bilmədi bu faciəni...  
Həm də çox çətindir danlamaq səni.  
Sən həm fədakarsan, həm də günahkar  
Bu cür şəhidliyin başqa rəngi var.  
Zaman hər hökmündə "hakiməm" - deyib  
Belə şəhidliyi amma görməyib. 
 
Bilmirəm, nə deyək bunun adına?  
Bütün hüdudları aşan şəhidlik  
İkiqat, ya üçqat? 
Ərdən qadına,  
Anadan balaya düşən şəhidlik. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə