BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

________________Milli Kitabxana______________ 
264 
 
Gördüm öz-özümü bu işıqda mən,  
Gördüm ayrılmışam öz nifrətimdən.  
Gördüm, sığınmışam dözümə, yarəb,  
Qənim kəsilmişəm özümə, yarəb. 
 
Qorxmadım, yandırdım bir qatil kimi 
Mən öz gerçəyimi, həqiqətimi. 
Çünki əmindim, 
Həqiqət yansa da məhv ola bilməz
Sap kimi uzanar, qırıla bilməz. 
İnanıram mən, 
Həmin o həqiqət vaxt gələcəkdir, 
Başqa birisinin dililə hökmən 
Deyiləcəkdir. 
Yanan şeirlərin od-alovundan 
Bədənim üşüdü, ürəyim əsdi. 
Bir neçə şeirimə qıymadım, ancaq 
Dedim, kifayətdi, 
Dedim, ta... bəsdi. 
 
Bir neçə şeirimə qıymadım o gün,  
Saralmış vərəqlər durur bu gün də.  
Həmin şeirləri gələcək üçün  
Gizlətdim anamın protezində
*
.  
Ağır qəm yüküdür bunlar bir ömrün,  
Açılsın, tökülsün deyirəm bu gün  
Duyan ürəklərin gizli sirləri.  
Ey cavan oxucum, 
bu şeirləri 
Gizlədib mən bu gün çatdırdım sənə.  
İstərəm biləsən, ürəklərimiz  
Susmadı... 
Kölgədə yatan olmadıq.  
O vaxtlar qəhrəman olmasaq da biz,  
Hay-küyə aldanan nadan olmadıq! 
 
 
                                                 
*
Anamın bir ayağı protez idi. 
  


________________Milli Kitabxana______________ 
265 
 
  
DAMCI - DAMCI 
 
Bulaq oldum, çağladım,  
Susuz qalan çöllərin.  
Halına qan ağladım. 
 
Çəmənlərə çiləndim,  
Axdıqca nəğmələndim.  
Tez yolumu kəsdilər,  
Ağzıma daş basdılar.  
Elə güman etdilər,  
Gah mıxa, gah da nala  
Döyən amalsızmışam.  
Amma əsli budur ki,  
Gur axa bilməsəm də,  
Damcı-damcı sızmışam. 
 
Dəniz deyil, göl oldum,  
Axıb çuxura doldum.  
Öz dərdimlə doluydum,  
Dibimi oydum, oydum,  
Yer altında daşları,  
Qayaları döşlədim,  
Eninə bacarmadım,  
Dərininə işlədim. 
 
Dalğa pıçıltısında  
Dibə yatan daşların,  
Mətləbinə varan yox.  
En görünür hər gözə,  
Dərinliyi görən yox.  
Dedilər dayazmışam.  
Bir çuxurdan baş alıb,  
Öz yolumu azmışam. 
 
Mən yolumu azmadım,  
Mənə "Az!" deyənlərin  
Fikrini azdırmışam. 
  


________________Milli Kitabxana______________ 
266 
 
Onun öz məramını  
Qəsdinə yozdurmuşam.  
Qanımn Qorqud qanıdır,  
Mən əvvəlki damaram.  
Damcı-damcı damaram,  
Damcını saxlamaram.  
Damcı damar, göl olar,  
Cığır dönüb yol olar.  
Bir yanıqlı sazam mən,  
Hələ çağlamazam mən.  
Asta-asta dinmişəm,  
Arzuma köklənmişəm:  
Səsləri bu kök üstdə  
Səslədən avazmışam. 
 
Dərd qaynaqlı ələməm,  
Kağız üstə qələməm,  
Nifrətimi deməyə  
İmıkanım olmayanda  
Mən sevgimi yazmışam. 
 
SOĞAN 
 
Soğan qabığına baxdı, düşündü. 
Başını buladı, 
O, mənə döndü. 
Dedi: - Sərt olacaq qış, bu il yaman 
Dedim: - Nədən bildin? 
Dedi: - Qabıqdan. 
Qalındır, 
Deməli, 
Sərt keçəcək qış. 
Təbiət əzəldən müdrik yaranmış. 
O ki nəğməsidir qaydanı yönün, 
Dağı yaratmamış ona yol seçir. 
Soğanı soyuqdan qorumaq üçün 
 
  


________________Milli Kitabxana______________ 
267 
 
Onun paltarını o, qalın biçir.  
Əhsən bu paltara, dona, təbiət,  
Sən bu səxavətdə nəsən, nəsənmiş!  
Ey ana təbiət, 
ana təbiət,  
Bilmirdim, 
necə də rəhimlisənmiş!  
Acı soğan kimi, bəs, axı, mən də  
Övladınam sənin,  
Balanam sənin. 
Mən də üşüyürəm, mənə gələndə  
Rəhmin harda qaldı, ay anam, sənin?  
Ələm çovğununda, qəm tufanında  
Soyuqdan əsirəm, axı, mən yetim.  
Soğana qıymadın, sənin yanında  
Bir soğan qədər də yoxmuş qiymətim?  
Nədir bu fikirlər, bu üzüntülər?  
Ürəyi bir verdin, əzabı min-min.  
Nolardı, mənə də dözümüm qədər  
İztirab verəydin, əzab verəydin. 
 
YOX 
 
Ömrüm başdan-başa ahu-nalədir,  
Çox da ki, dilimin ahu-zarı yox.  
Hər il bahar gəlir çölə, çəmənə  
Nə olsun, könlümün öz baharı yox. 
 
Düşündüm dünyanı, düşündüm dərin,  
Önündə acizəm mən bu sirlərin.  
Könlümdə bəslənən cəvahirlərin  
Kolxoz bazarında xiridarı yox. 
 
Dar gəlir könlümə hər şey büsbütün,  
Dünya da kiçilir, yoxsa, günbəgün?  
Yaralı könlümün, yazıq könlümün 
  


________________Milli Kitabxana______________ 
268 
 
Nə göydə, nə yerdə bir qərarı yox.  
Alçaldım yerə də, qalxdım göyə də,  
Başımın üstündə gördüm min hədə.  
Dinməyə qoymurlar, 
düşünməyə də  
Axı, mən yazığın ixtiyarı yox. 
 
IV 
 
Sən vaxtın, zamanın hökmünə bir bax,  
Zamandır hər fikrə yön verən, ancaq.  
İnsan zaman ilə gəlir döş-döşə,  
İnsanı yetirən vaxtdır həmişə.  
Zaman var, xəyalı çəkir zirvəyə,  
Zaman var, məhv edir eşqi, niyyəti.  
Zaman var, insanı qaldırır göyə,  
Zaman var, öldürür insaniyyəti. 
 
Zaman var, köksünə gül taxır yerin,  
Zaman var, düşünən, duyan kəslərin  
Ağzına daş basır, qəlbi susdurur;  
Zaman var, uçurur, zaman var, qurur.  
Zaman var, yalana həqiqət deyir,  
Zaman var, Tanrı tək haqqa baş əyir. 
 
Bir də görürsən ki, dünənki dağlar  
Təpəyə əl açıb dilənir bu gün.  
Yalanlar, gerçəklər, haqlar, nahaqlar  
Vaxiın ələyində ələnir bu gün. 
 
Dünən düzlüyündən üzə çıxmayan,  
Özünü zamanda günahkar sayan  
Mənim üzüqara bu şeirlərim,  
Bu gün üzağlığım, haqq sözüm oldu,  
Üzə çıxmağı da bir lüzum oldu. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə