BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   54   55   56   57   58   59   60   61   62

________________Milli Kitabxana______________ 
284 
 
Bizim əlimizdən çoxdan alınmış  
Haqqı bu dünyaya bildirdi onlar.  
Millətin qəlbinə qəsdən salınmış  
Qorxu iblisini öldürdü onlar. 
 
O gecə dağlardan enən sel təki,  
Qəzəbdən köpürüb daşdı millətim.  
O şənbə gecəsi ürəyindəki  
Qorxu hasarını aşdı millətim. 
 
Bizim qazancımız bu oldu ancaq,  
Qorxu xəndəyindən biz körpü atdıq.  
Bu da bir imtahan, bu da bir sınaq,  
Şübhədən qurtarıb, imana çatdıq. 
 
Bu ölüm, bu qırğın dərs olsun bizə,  
Deməyək boş yerə candan keçdilər.  
Onlar şəhid olub millətimizə,  
Cəsarət dərsini təlim keçdilər. 
 
Gəlin, ölçə bilək xeyri, ziyanı,  
Bəzən əvəzidir on qış, bir yazın.  
Bizim şəhidlərin müqəddəs qanı,  
Bəlkə də behidir sabahımızın. 
 
Yaman dözümlüdür, oda kül atır,  
Hər zülmə, cəfaya dayanır millət.  
Soyula-soyula o susur, yatır,  
Qurban verə-verə oyanır millət.  
Xəyal bir çiçək də bitirə bilməz,  
Bu gündən sabaha körpü salmasa.  
Azadlıq ağacı bar verə bilməz,  
Şəhidlər qanıyla suvarılmasa. 
 
Onlar sübut etdi hər qara zülmün  
Əli uzunsa da, ömrü gödəkdir.  
Xalqın azadlığı sabah, birigün,  
Şəhid yarasından göyərəcəkdir. 
  


________________Milli Kitabxana______________ 
285 
 
Şənbə gecəsində gecikdi səhər,  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə minillik yolu. 
 
Şan-şərəf tac oldu, başlara qondu,  
O qətl gecəsi xalqın minillik  
Şücaət tarixi təkrar olundu:  
...İki əsrə yaxın Babək, Cavad xan,  
Hərdən təəssüflə qalxdı məzardan.  
Bəsirət gözüylə seyr etdi bizi,  
Tanıya bilmədi millətimizi.  
Gördülər dağ düzə, göy yerə enmiş,  
Onlardan kölələr, qullar törənmiş.  
Onlar inanmadı, biz də bir ərik,  
O qoç igidlərdən törənənlərik.  
" - Bizim zəmanədə xan idi millət,  
Niyə qula dönüb, - dedilər - indi?  
Nədir bu itaət, nədir bu zillət?" – 
Deyə qəzəb ilə onlar deyindi. 
 
O şənbə gecəsi yel qalxdı birdən,  
Közün üstündəki külü üfürdü.  
Babək fərəh ilə qalxdı qəbirdən,  
Hər igid gözündə özünü gördü. 
 
O şənbə gecəsi bir şimşək təki,  
Gözlər parıldadı... 
sinələrdəki 
Gözlə görünməyən dağlar göründü.  
Hünər məqamında bir qoça döndü  
Ələ öyrədilən hər körpə quzu.  
Babəkin varisi olduğumuzu  
Göstərdi dünyaya... 
Eşq olsun sizə!  
Siz layiq oldunuz öz irsinizə. 
  


________________Milli Kitabxana______________ 
286 
 
Gəldi ürəkdəki arzular dilə,  
Silahı məhəbbət, son sözü Vətən.  
Şəhidlər göstərdi ölümləriylə  
Ölüm aşağıdır Vətən eşqindən. 
 
Dünya o dünyadır, bir həqiqəti  
Çarmıxa çəksə də min böhtan, riya!  
O gecə basanda zülm ədaləti,  
Haqqın naləsindən diksindi dünya. 
 
Adımız dolaşdı bütün dünyanı,  
Çox da ki, ağımız qara yozuldu.  
Bizim şəhidlərin tökülən qanı,  
Haqqın kitabında imzamız oldu. 
 
Baxıb sinələrdən axan al qana,  
Buludlar kişnədi, göy qan ağladı.  
O şənbə gecəsi Vətən başına  
Elə Vətən boyda qara bağladı.  
Dözdü böhtana da, dözdü şərə də,  
Yedi şəkər kiıni hər dərdi xalqım.  
Azadlıq yolunda ölümlərə də,  
Hazır olduğunu göstərdi xalqım. 
 
Azadlıq verilmir, alınır, 
dayan! 
Onun elçisidir, ölüm, qan-qada. 
Ölümə, cəfaya hazır olmayan, 
Millət hazır deyil azadlığa da. 
 
Yalın əllər ilə tanklar üstünə,  
Atılan cavanlar, eşq olsun sizə!  
Siz təsdiq etdiniz azadlığın da  
Halal olduğunu millətimizə! 
 
Şəhid rütbəsinə qalxan cavanlar,  
Sinəsi hər zülmə qalxan cavanlar, 
 
  


________________Milli Kitabxana______________ 
287 
 
Böyük Nəsiminin, ulu Babəkin,  
Xeyir-duasını aldı o gecə.  
Zamandan irəli sıçrayıb yəqin,  
Tarixdə tarix tək qaldı o gecə. 
 
* * * 
Qəlbimi boşaltmır çəkdiyim ah da,  
Nəğmədə hər xalın kökü var yəqin  
Şəhid fəryadından ulu segahda  
Təzə bir guşə də açılar yəqin. 
 
Həmin o güşədə ana naləsi,  
Analar hönkürər, gəlinlər ağlar.  
Həmin o güşədə qəm şəlaləsi,  
Axıb qəlbimizdən haqqı soraqlar. 
 
Həmin o güşədə güllə səsləri,  
Tarın pərdəsində qəm nəfəsləri,  
Həmin o guşədə zülmün tüğyanı,  
Haqqın, həqiqətin zülmə üsyanı. 
 
Ramiz, bas bağrına sən qoca tarı,  
Bu təzə guşədə çal, sənə qurban.  
Şəhidlər qanına boyanan səsi,  
Zabul segahına sal, sənə qurban! 
 
Pərdələr qoy təzə güllər bitirsin,  
Şəhid anasına təsəlli versin.  
Haqqın fəryadını dilə gətirsin,  
Təzə yaratdığm xal, sənə qurban! 
 
Xəzər pəncələşdi öz sahiliylə,  
Danış dərdimizi səsin ziliylə.  
O təzə guşənin atəş diliylə,  
Zülümdən qisası al, sənə qurban! 
  


________________Milli Kitabxana______________ 
288 
 
Təzə guşədəki ah-amanların,  
Qorxuram, hər xalı yoğrula qandan.  
Qorxuram çanağı partlaya tarın,  
Bu təzə guşənin hay-harayından. 
 
Asta çal, qardaşım, asta çal tarı,  
Pərdələr bu aha, amana dözməz.  
Təzə guşədəki səs burumları,  
Günahsız tökülən bu qana dözməz,  
Həm də uydurulan böhtana dözməz.  
Partladar tarı! 
 
MATƏM MƏRASİMİ 
 
Qəzəb şimşəyindən hər baxış nida!  
Hər üzdə, hər gözdə bir sual ağlar.  
İnsan dənizinin dalğalarında,  
Üzür asta-asta tabut-qayıqlar. 
 
Xalq dözə bilsə də zülmün şərinə,  
Yanır gözlərində kini, nifrəti.  
Alıb tabutları çiyinlərinə,  
Allaha göstərir bu cinayəti. 
 
Deyir, nələr gördük, ey adil Allah,  
Budurmu göylərin haqq-ədaləti?  
Deyir, biz götürdük, ey adil Allah,  
Sən necə götürdün bu xəyanəti?  
Millətin ahıdır ərşə dayanan,  
 
Dilsiz baxışlarda üsyandır - yanan! 
Gəmilər fit verir... qara buluddan  
Göylər bu matəmə bayraq endirir.  
Bu səs qəlbimizdə alışan oddan,  
Qəzəb vulkanını ləpələndirir. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə