Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə101/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   134

 

324 


 

 



maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; 

 



xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat; 

 



pul vəsaitlərinin hərəkəti haqqında hesabat;  

 



əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər. 

Maliyyə hesabatlarının başlıq hissələri aşağıdakı qaydada doldurulur: 

–  «Müəssisə,  təşkilat»  rekvizitində  –  dövlət  büdcəsindən  maliyyələşən 

təşkilatın  tam  adı  göstərilir  (mövcud  qaydalarda  qeydə  alınmış  təsis  sənədlərinə 

uyğun olaraq). 

Təşkilatlar üçün hesabat ili 01 yanvardan 31 dekabr da daxil olmaqla olan 

dövr  sayılır.  İl  ərzində  yeni  yaradılan  təşkilatlar  üçün  birinci  hesabat  ili  onların 

hüquqi şəxs statusuna malik olduğu tarixdən 31 dekabr da daxil olmaqla olan dövr, 

01 oktyabrdan sonra yeni yaradılmış (ləğv edilmiş, yenidən qurulmuş təşkilatlar və 

onların  struktur  bölmələrinin  bazası  əsasında  olmayan)  müəssisələr  üçün  isə 

növbəti ilin 31 dekabr tarixi də daxil olmaqla olan dövr sayılır. 

Maliyyə 


hesabatlarındakı  məlumatlar  sintetik  və  analitik  uçot 

məlumatlarına əsaslanır. 

Maliyyə  hesabatları  tərtib  edilənə  qədər  baş  kitabın  və  ya  ilin  sonuna 

mühasibat  uçotunun  digər  analoji  registrlərin  analitik  hesabları  üzrə  dövriyyə  və 

qalıqları mütləq üzləşdirilib yoxlanılmalıdır. 

Maliyyə  hesabatları  təşkilatın  rəhbəri  və  baş  mühasibi  və  ya  bu  vəzifələr 

həvalə edilmiş səlahiyyətli şəxslər tərəfindən imzalanaraq möhürlə təsdiq edilir. 

Maliyyə  hesabatlarında  heç  bir  pozuntu  və  qaralamalara  yol  verilməməli, 

səhvlərə düzəlişlər edilən hallarda isə müvafiq qeydlər edilməli və düzəlişin tarixi 

göstərilməklə maliyyə hesabatlarını imzalayan şəxs (rəhbər, baş mühasib və ya bu 

vəzifələr həvalə edilmiş səlahiyyətli şəxs) tərəfindən təsdiq edilməlidir. 

Həm cari, həm də keçən ilin hesabat məlumatlarında aşkar edilmiş səhvlər 

(onların  təsdiqindən  sonra)  hesabat  dövrü  üçün  tərtib  edilmiş  hesabatda 

düzəldilməli  və  bu  düzəliş  hesabat  dövrünün  məlumatlarına  daxil  edilməlidir. 

Saxtalaşdırma  və  təhrifin  başvermə  dövrü  müəyyən  edilməyən  hallarda  hesabat 

məlumatlarındakı  düzəlişlər,  saxtalaşdırma  və  təhrif  müəyyən  edilən  dövrdən 




 

325 


 

sonrakı  ilk  hesabatda  aparılmalıdır.  Hesabat  məlumatlarının  düzəlişləri  haqqında 

göstərilən qaydalar yoxlama və inventarizasiyalar zamanı həm təşkilatın özü, həm 

də  başqa  orqanlar  tərəfindən  məlumatlarda  təhrif  edilmə  və  saxtalaşdırma  aşkar 

edilən hallarda tətbiq edilir. 



 

326 


 

XI FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ MALİYYƏ VƏZİYYƏTİ 

HAQQINDA HESABATLAR 

 

11.1.  Qısamüddətli  aktivlər  üzrə  maliyyə  vəziyyəti  haqqında  hesabat,  11.2. 

Uzunmüddətli  aktivlər  üzrə  maliyyə  vəziyyəti  haqqında  hesabat,  11.3. 

Qısamüddətli  öhdəliklər  üzrə  maliyyə  vəziyyəti  haqqında  hesabat,  11.4. 

Uzunmüddətli  öhdəliklər  üzrə  maliyyə  vəziyyəti  haqqında  hesabat,  11.5.  Xalis 

aktivlər (kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat.  

 

11.1. Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat 

 

“Maliyyə vəziyyəti haqqında hesabat”ın forması Azərbaycan Respublikası 

Maliyyə  Nazirliyinin  13  yanvar  2009-cu  il  tarixli  İ-05  nömrəli  əmri  ilə  təsdiq 

edilmiş  Büdcə  Təşkilatları  üçün  “Maliyyə  hesabatlarının  təqdimatı  üzrə”  1  №-li 

Milli  Mühasibat  uçotu  Standartı  ilə  müəyyən  edilmişdir.  Maliyyə  vəziyyəti 

haqqında  hesabatda  təqdim  edilməli  olan  informasiya  aşağıdakı  bölmələr  üzrə 

qruplaşdırılır: 

47.1.1. Qısamüddətli aktivlər; 

47.1.2. Uzunmüddətli aktivlər

47.1.3. Qısamüddətli öhdəliklər; 

47.1.4. Uzunmüddətli öhdəliklər

47.1.5. Xalis aktivlər (kapital). 

Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir: 

 



təşkilatın  adi  əməliyyat  dövründə  istifadə  üçün  saхlаnıldıqda  və  ya 

satılması ehtimal olunduqda; 

 

əsasən alğı-satğı məqsədləri üçün saxlandıqda; 



 

hesabat  tarixindən  sonra  12  ay  müddətində  satılması  ehtimal 



olunduqda; 


 

327 


 

 



hesabat tarixindən sonra ən azı 12 ay müddətində mübadiləsinə və ya 

istifadəsinə  məhdudiyyət  qoyulmayan  pul  vəsaitləri  və  ya  onun 

ekvivalentləri olduqda. 

 



Bütün 

digər 


hallarda 

aktivlər 

uzunmüddətli 

aktiv 


kimi 

təsnifləşdirilməlidir. 

 

Qısamüddətli  aktivlər  aşağıdakı  maddələr  üzrə  ümumiləşdirilmiş 



məlumatları əhatə edir: 

 



Pul vəsaitləri və onların ekvivalentləri; 

 



Qısamüddətli debitor borcları; 

 



Ehtiyatlar; 

 



Sair qısamüddətli maliyyə aktivləri; 

 



Sair qısamüddətli aktivlər. 

“Pul  vəsaitləri  və  onların  ekvivalentləri”  maddəsində  101  №-li 

“Kassa”,  103  №-li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə 

əsasən  verilən  digər  bank  hesabları”,  105  №-li  “Pul  vəsaitlərinin  ekvivalentləri” 

sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. 

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 

4-cü və 6-cı sütunlarında əks etdirilir. 

103 №-li “Bankda olan hesablaşma hesabları”, 105 №-li “Pul vəsaitlərinin 

ekvivalentləri” sintetik hesablarında uçota alınan qalıq  məbləğləri bu hesablar üzrə 

açılmış müvafiq subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir. 



“Qısamüddətli  debitor  borcları”  maddəsində  111  №-li  “Qısamüddətli 

debitor  borcları”  sintetik  hesabında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota 

alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. 

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 

4-cü  və  6-cı  sütunlarında  əks  etdirilir.  Bu  sintetik  hesabda  uçota  alınan  qalıq 

məbləğləri  həmin  hesab  üzrə  açılmış  subhesabların  qalıq  məbləğlərinin  cəmindən 

ibarətdir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə