Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə104/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   134

 

334 


 

Cəmi  uzunmüddətli  öhdəliklər  sətri  üzrə  yekun  məbləğlər  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasının  müvafiq  olaraq  5-ci  və  7-ci  sütunlarında 

əks etdirilir. 

Cəmi  öhdəliklər  sətri  üzrə  yekun  məbləğlər  müvafiq  olaraq  “Maliyyə 

vəziyyəti haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir. 

 



 

335 


 

11.5. Xalis aktivlər (kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat 

 

Xalis  aktivlər  (kapital)  aşağıdakı  maddələr  üzrə  ümumiləşdirilmiş 

məlumatları əhatə edir: 

“Ödənilmiş nominal (nizamnamə) kapitalı”; 

“Geri alınmış kapital (səhmlər)”;  

“Kapital ehtiyatları”; 

“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər”. 

“Ödənilmiş  nominal  (nizamnamə)  kapital”  maddəsində  501  №-li 

”Nizamnamə  (nominal)  kapitalı”  sintetik  hesabında  əks  etdirilən  məbləğdən  502 

№-li  “Nominal  (nizamnamə)  kapitalın  ödənilməmiş  hissəsi”  sintetik  hesabında 

uçota  alınan  məbləğ  çıxılmaqla  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  təqdim 

olunan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğləri  göstərilir.  Həmin 

məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”ın  4-cü  və  6-cı 

sütunlarında əks etdirilir. 

“Geri  alınmış  kapital  (səhmlər)”  maddəsində  521  №-li  “Geri  alınmış 

kapital  (səhmlər)”  sintetik  hesabında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota 

alınan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğləri  göstərilir.  Həmin 

məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”ın  4-cü  və  6-cı 

sütunlarında əks etdirilir. 

“Kapital  ehtiyatları”  maddəsində  531  №-li  “Yenidən  qiymətləndirmə 

üzrə  ehtiyat”,  532  №-li  “Məzənnə  fərqləri  üzrə  ehtiyat  fondları”,  533  №-li 

“Qanunvericiliyə  əsasən  yaradılan  ehtiyat  fondları”,  535  №-li  “Digər  ehtiyat 

fondları” sintetik hesablarında hesabat dövrünün  əvvəlinə və sonuna uçota alınan 

ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin 

məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”  formasının  4-cü 

və 6-cı sütunlarında əks etdirilir. 

“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər” maddəsində 541 №-li 

“Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)”,  542  №-li  “Uçot  siyasətində 

dəyişikliklər  və  əhəmiyyətli  səhvlərlə  bağlı  mənfəət  (zərər)  üzrə  düzəlişlər”,  543 



 

336 


 

№-li  “Keçmiş  illər  üzrə  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş)  zərər”  sintetik 

hesablarında hesabat dövrünün  əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş 

məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq 

olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında 

əks etdirilir. 



Cəmi  xalis  aktivlər  (kapital)  sətri  üzrə  yekun  məbləğlər  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasının  müvafiq  olaraq  5-ci  və  7-ci  sütunlarında 

əks etdirilir. 

Cəmi  xalis  aktivlər  (kapital)  və  öhdəliklər  sətri  üzrə  yekun  məbləğlər 

müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”  formasının  5-ci  və  7-ci 

sütunlarında əks etdirilir. 



 

337 


 

XII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ MALİYYƏ FƏALİYYƏTİNİN 

NƏTİCƏLƏRİ HAQQINDA HESABATLAR 

 

12.1. Gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, 12.2. Xərclər 

üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat, 12.3. Ümumi mənfəət (zərər) 

üzrə  maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabat,  12.4.  Xalis  aktivlərdə 

(kapitalda) dəyişikliklər haqqında hesabat. 

 

12.1. Gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat 



 

“Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın forması Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri 

ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 

1 №-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir. 

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən hesabat dövrü ərzində 

tanınmış  bütün  gəlir,  xərc  və  mənfəət  (zərər)  haqqında  informasiya  “Maliyyə 

fəaliyyətinin  nəticələri  haqqında”  hesabatda  əks  olunmaqla  aşağıdakı  bölmələr 

üzrə qruplaşdırılır: 

Gəlirlər; 

Xərclər; 

Ümumi mənfəət (zərər).  

Təşkilat “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatı daha etibarlı 

və  standartın  tələblərinə  uyğun  tərtib  etmək  üçün  həmin  hesabatda  informasiyanı 

xərclərin xarakteri metodu əsasında təqdim etməlidir. 

“Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında”  hesabatda  gəlirlər  aşağıdakı 

maddələr üzrə ümumiləşdirilir: 

– qeyri-birja əməliyyatlarından gəlir; 

– birja əməliyyatlarından gəlir; 



 

338 


 

– sair əməliyyat gəliri. 



“Qeyri-birja  əməliyyatlarından  gəlir”  maddəsində  təşkilatın  hesabat 

dövründə  və  əvvəlki  hesabat  dövründə  111  №-li  “Qısamüddətli  debitor 

borcları”nın  müvafiq  subhesabları  və  ya  334  №-li  “Qısamüddətli  məqsədli 

maliyyələşmələr  və  daxilolmalar”  hesabının  debeti  və  621  №-li  “Dövlət 

büdcəsindən  alınmış  vəsaitlər”,  622  №-li  “Digər  büdcələrdən  alınmış  vəsaitlər”, 

623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li “Digər 

təşkilatlardan  köçürmələr”,  625  №-li  “Sair  gəlirlər”  sintetik  hesablarının  krediti 

üzrə  uçota  alınmış  məbləğlərin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq 

“Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabat”  formasının  4-cü  və  6-cı 

sütunlarında əks etdirilir. 



“Birja əməliyyatlarından gəlir” maddəsində təşkilatın hesabat dövründə 

və  əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq 

subhesablarının  debeti  və  611  №-li  “Satış”  sintetik  hesabının  krediti  üzrə  uçota 

alınmış  məbləğlərdən  612  №-li  “Satılmış  malların  qaytarılması”,  613  №-li 

“Verilmiş  güzəştlər”  sintetik  hesablarının  kreditində  əks  etdirilmiş  məbləğlər 

çıxılmaqla  ümumiləşdirilmiş  məlumatlar  göstərilir.  Həmin  məbləğlər  müvafiq 

olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 4-cü və 6-cı 

sütunlarında əks etdirilir. 



“Satış” sintetik hesabında təşkilatın hesabat dövründə və əvvəlki hesabat 

dövründə  111  №-li  “Qısamüddətli  debitor  borcları”nın  müvafiq  subhesablarının 

debeti  və  611-1  №-li  “Xidmətlərin  göstərilməsi  üzrə  gəlir”,  611-3  №-li  “Tikinti 

müqavilələri  üzrə  gəlir”,  611-5  №-li  “İcarə  üzrə  gəlir”,  611-6  №-li  “Sair  satış” 

sintetik hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir. 

“Sair  əməliyyat  gəlirləri”  maddəsində  təşkilatın  hesabat  dövründə  və 

əvvəlki  hesabat  dövründə  111  №-li  “Qısamüddətli  debitor  borcları”nın  müvafiq 

subhesabları  və  ya  334  №-li  “Qısamüddətli  maliyyələşmələr  və  daxilolmalar” 

hesabının  debeti  və  631  №-li  “Digər  əməliyyat  gəlirləri”,  632  №-li  “Fəaliyyətin 

dayandırılmasından qazanclar”, 633 №-li “Maliyyə gəlirləri” sintetik hesablarının 

kreditində  əks  etdirilmiş  məbləğlərin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə