Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə107/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

 

345 


 

Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 

Cəmi  xərclər  sətri  üzrə  məbləğlər  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabat”  formasının  4-cü  və  6-cı  sütunlarında  əks  etdirilmiş  xərc 

məbləğlərinin cəmindən ibarət olmaqla müvafiq olaraq həmin formanın 5-ci və 7-

ci sütunlarında göstərilir. 




 

346 


 

12.3. Ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında 

hesabat 

 

“Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında”  hesabatda  mənfəət  (zərər) 

aşağıdakı maddələr üzrə ümumiləşdirilir: 

– ümumi mənfəət; o cümlədən: 

– əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc); 

– kapital ehtiyatları; 

– xalis mənfəət (zərər).  

Ümumi  mənfəət  (zərər)  maddəsində  təşkilatın  hesabat  dövründə  və 

əvvəlki hesabat dövründə birja, qeyri-birja və sair əməliyyatlarından əldə edilmiş 

cəmi  gəlirlərdən  cəmi  xərclər  çıxılmaqla  ümumi  mənfəətin  (zərərin)  məbləği 

“Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabat”  formasının  5-ci  və  7-ci 

sütunlarında əks etdirilir. 

Mənfəətin (zərərin) uçota alınması zamanı aşağıdakı mühasibat  yazılışları 

verilir: 

– birja əməliyyatı üzrə mənfəət əldə edildikdə 611 №-li “Satış” sintetik 

hesabının  müvafiq  subhesablarının  debeti  və  801  №-li  “ümumi  mənfəət  (zərər)” 

sintetik hesabının krediti, zərər əldə edildikdə isə müvafiq olaraq 801 №-li “ümumi 

mənfəət  (zərər)”  sintetik  hesabının  debeti  və  611  №-li  “Satış”  sintetik  hesabının 

müvafiq subhesablarının krediti; 

– qeyri-birja əməliyyatı üzrə mənfəət əldə edildikdə “621 №-li “Dövlət 

büdcəsindən  alınmış  vəsaitlər”,  622  №-li  “Digər  büdcələrdən  alınmış  vəsaitlər”, 

623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li ”Digər 

təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər” sintetik hesablarının debeti və 

801 №-li  “ümumi  mənfəət  (zərər)” sintetik  hesabının krediti, zərər  əldə  edildikdə 

isə müvafiq olaraq 801 №-li “ümumi mənfəət (zərər)” sintetik hesabının debeti və 

621  №-li  “Dövlət  büdcəsindən  alınmış  vəsaitlər”,  622  №-li  “Digər  büdcələrdən 

alınmış  vəsaitlər”,  623  №-li  “Kapital  ayırmaları  kimi  qeyd  olunmamış 




 

347 


 

köçürmələr”, 624 №-li “Digər təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər” 

sintetik hesablarının krediti. 

–  sair  gəlirlər  əməliyyatı  üzrə  mənfəət  əldə  edildikdə  631№-li  “Digər 

əməliyyat gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №-

li  “Maliyyə  gəlirləri”  sintetik  hesablarının  debeti  və  801  №-li  “ümumi  mənfəət 

(zərər)” sintetik hesabının krediti, zərər əldə edildikdə isə müvafiq olaraq 801 №-li 

“ümumi  mənfəət (zərər)” sintetik hesabının debeti və 631 №-li  “Digər əməliyyat 

gəlirləri”,  632  №-li  “Fəaliyyətin  dayandırılmasından  qazanclar”,  633  №-li 

“Maliyyə gəlirləri” sintetik hesablarının krediti. 

Eyni zamanda ümumi mənfəət aşağıdakı maddələrin cəmindən ibarətdir: 

–  əmlakın  əvəzsiz  verilməsindən  (alınmasından)  itkilər  (qazanc) 

maddəsində  təşkilatın  hesabat  dövründə  və  əvvəlki  hesabat  dövründə  əmlakın 

əvəzsiz verilməsindən və alınmasından əldə etdiyi itkilər və qazanc məbləğlərinin 

cəmindən  müvafiq  xərclər  çıxılmaqla  məbləğlər  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir; 

– əmlakın əvəzsiz verilməsindən itkilər 535 №-li “Digər ehtiyat fondları” 

sintetik  hesabının  müvafiq  subhesablarının  debeti  və  231  №-li  “Torpaq,  tikili  və 

avadanlıq”  sintetik  hesabının  müvafiq  subhesablarının  kreditində,  eyni  zamanda 

232 №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası” sintetik hesabının müvafiq 

subhesablarının  debeti  və  535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının 

müvafiq subhesablarının kreditində əks etdirilir; 

–  əmlakın  əvəzsiz  alınmasından  qazanc  801  №-li  “Ümumi  mənfəət 

(zərər)” sintetik hesabının debetində və 535  №-li “Digər ehtiyat fondları” sintetik 

hesabının müvafiq subhesablarının kreditində əks etdirilir; 

– kapital ehtiyatları maddəsində təşkilatın hesabat dövründə və əvvəlki 

hesabat  dövründə  aktivlərin  (əmlakın)  alınmasından  əldə  etdiyi  məbləğlərin 

cəmindən müvafiq xərclər çıxılmaqla xalis aktivlərin dəyəri “Maliyyə fəaliyyətinin 

nəticələri haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir; 




 

348 


 

–  təşkilatın  vəsaiti  hesabına  alınmış  xalis  aktivlərin  dəyəri  801  №-li 

“Ümumi mənfəət (zərər)” sintetik hesabının debetində və 535 №-li “Digər ehtiyat 

fondları” sintetik hesabının müvafiq subhesablarının kreditində əks etdirilir; 

Xalis mənfəət (zərər) maddəsində təşkilatın hesabat dövründə və əvvəlki 

hesabat dövründə  birja, qeyri-birja və sair  əməliyyatlarından  əldə edilmiş ümumi 

mənfəət  (zərər)  məbləğindən  əmlakın  əvəzsiz  verilməsindən  (alınmasından)  və 

təşkilatın  vəsaiti  hesabına  alınmış  kapital  ehtiyatları  (xalis  aktivlərin  dəyəri) 

çıxılmaqla  qalan  mənfəətin  (zərərin)  məbləği  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir; 



–  təşkilatın  xalis  mənfəəti  801  №-li  “Ümumi  mənfəət  (zərər)”  sintetik 

hesabının  debetində  və  541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)” 

sintetik hesabının müvafiq subhesablarının kreditində, zərər isə müvafiq olaraq 541 

№-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)”  sintetik  hesabının  müvafiq 

subhesablarının debetində və 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik hesabının 

kreditində əks etdirilir. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə