Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə115/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

 

374 


 

– icarə ödənişlərinin müəyyən edilməsinin əsası; 

–  icarə  müqavilələri  ilə  xalis  mənfəət  üzrə  daxilolmalara,  kapital 

qoyuluşları  üzrə  daxilolmalara,  dividendlərə,  əlavə  borca,  təkrar  icarəyə  qoyulan 

məhdudiyyətlər. 

İcarəyə  verən  subyektlər  maliyyə  icarəsi  üçün  aşağıdakı  açıqlamaları 

təqdim etməlidir: 

–  aşağıda  qeyd  edilən  dövrlərdən hər  biri  üçün  icarəyə  qoyulmuş  ümumi 

investisiyanın  və  minimal  icarə  ödənişləri  üzrə  debitor  borclarının  hesabat 

tarixində olan diskontlaşdırılmış dəyərlərini; 

– bir ildən artıq olmayan dövr; 

– bir ildən çox, lakin beş ildən artıq olmayan dövr; 

– beş ildən artıq dövr; 

– qazanılmamış maliyyə gəlirini; 

– icarəyə verən subyektin xeyrinə yığılmış zəmanətsiz qalıq dəyərlərini; 

–  minimal  icarə  ödənişləri  üzrə  ödənilməyən  debitor  borclarının  təmin 

edilməsi məqsədilə yaradılan yığılmış ehtiyat fondunu; 

– maliyyə hesabatlarında xərc kimi tanınan şərti icarə haqlarını; 

–  icarəyə  verən  subyektin  bağladığı  əhəmiyyətli  icarə  müqavilələrinin 

ümumi təsvirini. 



Əməliyyat icarəsi 

İcarəyə  verən  (icarəyə  götürən)  subyektlər  əməliyyat  icarəsi  üçün 

aşağıdakı açıqlamaları təqdim etməlidir: 

– icarəyə verilmiş (götürülmüş) torpaq, tikili və avadanlıqların  adı; 

–  icarəyə  götürülmüş  (verilmiş)  torpaq,  tikili  və  avadanlıqların 

mülkiyyətçilərinin adı; 

– dövr üzrə müqavilə ilə müəyyən edilmiş minimal icarə haqqı; 

–  dövr  üzrə  maliyyə  fəaliyyətinə  dair  hesabatda  tanınmış  ümumi  icarə 

haqqı; 

– icarə müqavilələrinin ümumi təsviri; 




 

375 


 

–  icarəyə  götürülmüş  torpaq,  tikili  və  avadanlıqların    analitik  uçotu 

əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q-də icarədarlar tərəfindən aparılır. 

Balans hesabatı tarixindən sonrakı hadisələr: 

Balans  hesabatı  tarixindən  sonrakı  hadisələr  aşağıdakı  açıqlamaları  tələb 

edir: 

–  maliyyə  hesabatları  fəaliyyətin  fasiləsizliyi  prinsipi  əsasında 



hazırlanmadığı  halda  xüsusi  açıqlamaları.  Bu  zaman,  maliyyə  hesabatlarının 

fəaliyyətin  fasiləsizliyi  prinsipi  əsasında  hazırlanmaması  faktı  və  onun  səbəbləri 

açıqlanmalıdır;  

–  dərc  olunmaq  üçün  təsdiq  edilmə  tarixinin  açıqlanmasını.  Təşkilat 

maliyyə  hesabatlarının  dərc  olunması  üçün  bu  hesabatların  nə  vaxt  və  kim 

tərəfindən  təsdiq  edildiyini  açıqlamalıdır.  Əgər  digər  qurumun  maliyyə 

hesabatlarına  onların  dərc  olunmasından  sonra  düzəliş  etmək  səlahiyyəti  varsa, 

təşkilat bu faktı açıqlamalıdır; 

– 

hesabat 

tarixinə 

olan 

şərtlər 

haqqında 

açıqlamanın 

dəqiqləşdirilməsi.  Əgər  təşkilat  hesabat  tarixindən  sonra,  lakin  maliyyə 

hesabatlarının  dərc  olunması  üçün  hesabatların  təsdiq  edilmə  tarixindən  əvvəl 

mövcud  olan  şərtlər  haqqında  məlumat  almışdırsa,  təşkilat  yeni  məlumatlar 

əsasında həmin şərtlərlə bağlı açıqlamaları dəqiqləşdirməlidir; 

–  maliyyə  hesabatlarına  düzəliş  edilməsini  tələb  etməyən  hesabat 

tarixindən  sonrakı  hadisələrin  açıqlanmasını.  Təşkilat  düzəliş  edilməsini 

nəzərdə  tutmayan  balans  hesabatı  tarixindən  sonrakı  hadisələrin  hər  əhəmiyyətli 

kateqoriyası üzrə aşağıdakı məlumatları açıqlamalıdır: 

– hadisənin xarakterini;  

–  hadisənin  maliyyə  təsirinin  qiymətləndirilməsi  haqqında  və  ya  belə  bir 

qiymətləndirmənin mümkünsüzlüyü haqqında bəyanat. 



Maliyyə alətləri – məlumatın açıqlanması və təqdim edilməsi: 

Məlumatın açıqlanması: 


 

376 


 

Təşkilat  tərəfindən  tanınan  və  tanınmayan  maliyyə  alətləri  ilə  bağlı 

risklərin  miqyasının  qiymətləndirilməsi  baxımından  aşağıdakı  məlumatlar 

açıqlanmalıdır:  



Qiymət  riski  –  valyuta  riski,  faiz  dərəcəsi  riski  və  bazar  riskindən 

ibarətdir. 

–  Valyuta  riski  –  xarici  valyuta  məzənnəsində  baş  verən  dəyişikliklər 

səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir. 

– Faiz dərəcəsi riski – bazarda mövcud olan faiz dərəcələrində baş verən 

dəyişikliklər səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir. 

Bazar  riski  –  fərdi  qiymətli  kağızlar  və  ya  onların  emitentləri  üçün 

xarakterik olan və ya bazarda alınıb və satılan bütün qiymətli kağızlara təsir edən 

amillər səbəbindən yaranıb-yaranmamasından asılı olmayaraq bazar qiymətlərində 

baş verən dəyişikliklər səbəbindən maliyyə alətinin dəyərinin dəyişilməsi riskidir. 

Qiymət riski termini zərər və mənfəət ehtimalını ifadə edir. 

Kredit riski – maliyyə alətinin bir tərəfin öhdəliyi yerinə yetirə bilməməsi 

və digər tərəf üçün maliyyə itkiləri yaratması riskidir; 



Likvidlik riski – maliyyələşdirmə riski kimi də adlandırılan likvidlik riski 

təşkilatın maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün vəsait əldə 

etməsi istiqamətində çətinliklərlə üzləşməsi riskidir; 

Pul  vəsaitinin  hərəkəti  riski  –  monetar  maliyyə  alətləri  ilə  bağlı  olan 

gələcək pul vəsaitlərinin məbləğinin dəyişilməsi riskidir. 



Riskin idarə edilməsi siyasətinin açıqlanması 

Təşkilat özünün maliyyə riskinin idarə edilməsi məqsədlərini və siyasətini 

təsvir etməlidir. 

Təşkilat alətlərin xüsusiyyətlərini, onların tanınıb-tanınmaması və tanındığı 

təqdirdə  tətbiq  edilən  ölçülmə  tələblərini  və  bu  kimi  məsələləri  nəzərə  almaqla 

məlumatların  açıqlanması  tələblərinə uyğun olaraq  maliyyə  alətlərini  siniflər  üzrə 

qruplaşdırmalıdır. 

Şərtlər, şərait və uçot siyasətləri 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə