Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə116/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

 

377 


 

Təşkilat  həm  tanınan,  həm  də  tanınmayan  maliyyə  aktivlərinin,  maliyyə 

öhdəliklərinin və kapital alətinin hər bir sinfi üçün aşağıdakıları açıqlamalıdır: 

–  maliyyə  alətlərinin  miqyasına  və  xüsusiyyətinə,  o  cümlədən  pul 

vəsaitlərinin gələcək hərəkətinə kəmiyyət, zaman və yəqinlik baxımından təsir edə 

bilən əhəmiyyətli şərtlərə və şəraitə dair məlumat;  

– qəbul olunan uçot siyasəti, o cümlədən tətbiq edilən tanınma və ölçülmə 

meyarları. 

Təşkilat  tərəfindən  fərdi  qaydada  və  ya  sinif  şəklində  saxlanılan  və  ya 

buraxılan  maliyyə  alətləri  potensial  əhəmiyyətli  risk  təhlükəsi  yaradan  zaman 

aşağıdakı şərtlər və şəraitlər açıqlanmalıdır: 

– əsas, bəyan edilən nominal və gələcək ödənişlərin əsaslandığı digər oxşar 

dəyərlər; 

– ödəniş, yekun və icra tarixləri

– alətin əsas məbləği üzrə daxil olan və ya ödənilən pul vəsaitlərinin həcmi 

və tarixi; 

–  kreditin  əsas  məbləği  üzrə  faiz  dərəcəsinin,  dividendin  və  ya  dövri 

gəlirlərin bəyan edilən nisbəti və ya məbləği; 

–  maliyyə  aktivi  üçün  saxlanılan  zəmanət  və  ya  maliyyə  öhdəliyi  üçün 

saxlanılan girov; 

–  dəyişilən  alət  əvəzində  əldə  edilən  alət  üçün  (a)-(d)  maddələrində 

göstərilən informasiya.  

–  maliyyə  vəziyyətinə  dair  hesabatda  təqdim  olunan  maliyyə  aləti  alətin 

hüquqi  formasından  fərqləndiyi  təqdirdə,  təşkilat  qeydlərdə  alətin  xüsusiyyətini 

izah etməlidir; 

– maliyyə alətləri baxımından aşağıdakılara açıqlamalar verilməlidir: 

–  maliyyə  vəziyyətinə  dair  hesabatda  maliyyə  aktivlərinin  və  maliyyə 

öhdəliklərinin  nə  vaxt  tanınmasına  və  tanınmanın  nə  vaxt  dayandırılmasına  dair 

tətbiq edilən meyarlar; 

– maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin həm ilkin, həm də sonrakı 

tanınması zamanı tətbiq olunan qiymətləndirmə bazası və metodu;   



 

378 


 

– maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə yaranan gəlir və xərclərin 

tanınması və ölçülməsi bazası. 

Təşkilat  ədalətli  dəyər  əsasında  köçürülən  maliyyə  aktivləri  və  maliyyə 

öhdəliklərinin  balans  dəyərinin  təyin  edilmiş  bazar  qiymətləri,  müstəqil 

qiymətləndirmə, diskont edilmiş pul vəsaitlərinin təhlili və ya digər başqa münasib 

metod  əsasında  müəyyən  edilməsini,  eləcə  də  sözügedən  metodların  tətbiqi  ilə 

bağlı edilən istənilən əhəmiyyətli ehtimalları açıqlamalıdır. 

Təşkilat maliyyə hesabatlarında reallaşdırılan və reallaşdırılmayan mənfəət 

və  zərərə,  iştirak  payına  və  maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  ilə  bağlı 

maddələri açıqlamalıdır. 

Təşkilat,  hətta  maliyyə  vəziyyətinə  dair  hesabatda  əks  olunan  müvafiq 

maliyyə  aktivləri  və  maliyyə  öhdəliklərinin  qarşılıqlı  əvəz  edilmədiyinə 

baxmayaraq gəlir və xərc maddələrinin xalis əsasda təqdim edilməsinə səbəb olan 

əhəmiyyətli məlumatları açıqlamalıdır. 

Ədalətli dəyər 

Təşkilat  həm  tanınan,  həm  də  tanınmayan  maliyyə  aktivləri  və  maliyyə 

öhdəliklərinin  hər  bir  sinfi  üçün  ədalətli  dəyər  barədə  məlumatı  açıqlamalıdır. 

Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin ədalətli dəyərini kifayət qədər etibarlı 

şəkildə müəyyən etmək mümkün olmadıqda, bu fakt və müvafiq maliyyə alətinin 

ədalətli dəyəri ilə bağlı əsas xüsusiyyətlərə dair məlumat açıqlanmalıdır. 



Ədalətli dəyərdən yüksək məbləğlə köçürülən maliyyə aktivləri 

Təşkilat bir və daha çox maliyyə aktivini onun ədalətli dəyərindən yüksək 

qiymətdə köçürən zaman aşağıdakıları açıqlamalıdır: 

– fərdi aktivlərin və ya bu aktivlərin münasib qruplarının hər hansı birinin 

balans dəyərini və ədalətli dəyərini;  

–  balans  dəyərinin  azaldılmamasının  səbəblərini,  o  cümlədən  rəhbərliyin 

aktivin  balans  dəyərinin  bərpa  olunacağı  qənaətinə  gəlməsi  üçün  dəlillərin 

mahiyyətini. 



Digər açıqlamalar 


 

379 


 

Maliyyə hesabatlarının istifadəçilərinin maliyyə alətləri ilə bağlı anlayışını 

artıra  bilən  əlavə  açıqlamaların  verilməsi  tələb  olunur.  Əhəmiyyətli  olduğu 

təqdirdə təşkilat aşağıdakı məlumatları açıqlamalıdır: 

–  hesabat  dövründə  gəlir  və  xərc  kimi  tanınmış  maliyyə  aktivləri  və 

maliyyə öhdəliklərinin ədalətli dəyərindəki dəyişikliyin ümumi məbləği. 



Daşınmaz  əmlaka  investisiyalar.  Məlumatın  açıqlanması.  Ədalətli 

dəyər və ilkin dəyər modelləri 

Aşağıdakı məlumatlar açıqlanmalıdır: 

–  investisiya  məqsədli  daşınmaz  əmlakını  maliyyə  icarəsi  şərtlərilə  əldə 

edən təşkilat bu icarə haqqında məlumatı; 

–  investisiya  mülkiyyətini  əməliyyat  icarəsi  şərtləri  ilə  verən  təşkilat  bu 

icarə haqqında məlumatı; 

– tətbiq etdiyi ədalətli dəyər modelini və ya ilkin dəyər modelini

– aşağıda göstərilənlər üzrə mənfəət və zərərdə tanınmış məbləğləri; 

– investisiya məqsədli daşınmaz əmlakın icarəyə verilməsindən gəliri; 

– dövr ərzində icarədən gəlir gətirmiş investisiya məqsədli daşınmaz əmlak 

üzrə birbaşa əməliyyat xərclərini (təmir və saxlanılma xərcləri daxil olmaqla); 

– dövr ərzində icarə gəliri gətirməmiş investisiya məqsədli daşınmaz əmlak 

üzrə birbaşa əməliyyat xərclərini (təmir və saxlanılma xərcləri daxil olmaqla); 

– məbləği göstərməklə investisiya məqsədli daşınmaz əmlakın satılmasının 

mümkünlüyünə  və  ya  xaricolmadan  gəlir  və  daxilolmaların  köçürülməsinə 

məhdudiyyətlərin mövcudluğu; 

– investisiya məqsədli daşınmaz əmlakın alışı, tikilməsi və ya hazırlanması 

və  ya  təmir  olunması,  saxlanılması  və  ya  təkmilləşdirilməsi  üzrə  müqavilə 

öhdəliklərini. 

Torpaq, tikili və avadanlıqlar üzrə  məlumatın açıqlanması 

Maliyyə  hesabatlarında  torpaq,  tikili  və  avadanlıqların  hər  bir  sinfi  üzrə 

aşağıdakı məlumatlar açıqlanmalıdır: 

–  ümumi  balans  dəyərinin  müəyyən  edilməsində  istifadə  olunan 

qiymətləndirmə əsasları; 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə