Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə114/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

 

371 


 

olunduqda, nəzarət edilən təşkilatın maliyyə hesabatlarının hesabat tarixi, eləcə də 

fərqli hesabat dövrünün və hesabat tarixinin istifadə edilməsinin səbəblərini; 

–  Nəzarət  edilən  təşkilatın  vəsaitləri  nəzarət  edən  təşkilata  nağd  pul 

dividendləri  şəklində  köçürməsi,  kreditlərin  və  ya  avansların  ödənilməsi  ilə  bağlı 

hər hansı əhəmiyyətli məhdudiyyətlərin xüsusiyyəti. 



Asılı  təsərrüfat  cəmiyyətlərinə,  birgə  müəssisələrə  investisiyaların 

uçotunda  məlumatın açıqlanması: 

Aşağıdakı məlumatlar açıqlanmalıdır: 

–  asılı  təsərrüfat  cəmiyyətlərinə  (təşkilatlara)  investisiyaların  ədalətli 

dəyəri; 


–  asılı  təsərrüfat  cəmiyyətlərinin  nağd  dividendlər  ya  da  borc  və  ya 

avansların  ödənişi  şəklində  vəsaitləri  investora  köçürməsi  ilə  bağlı  hər  hansı 

əhəmiyyətli məhdudiyyətlərin xüsusiyyəti;  

–investorun  asılı  təsərrüfat  cəmiyyətinin  xalis  aktivlərində/kapitalında 

birbaşa  olaraq  tanınan  dəyişikliklərdəki  payı  investor  tərəfindən  birbaşa  olaraq 

xalis  aktivlərdə/kapitalda  tanınmalı  və  bu  dəyişikliklər  izahlı  qeydlərdə 

açıqlanmalıdır. 

Birja əməliyyatları üzrə gəlirin açıqlanması 

Təşkilat aşağıdakıları açıqlamalıdır: 

–  Gəlirin  tanınması  üçün  qəbul  olunmuş  uçot  siyasətini,  o  cümlədən, 

xidmətlərin  göstərilməsi  üzrə  aparılan  əməliyyatlar  zamanı  yekunlaşma 

mərhələsini müəyyənləşdirmək üçün gəlirin hesablanması metodları; 

Dövr  ərzində  tanınmış  gəlirin  hər  bir  mühüm  kateqoriyası  üzrə  məbləğ, 

eləcə də aşağıdakı əməliyyatlardan yaranan gəlir: 

– xidmətlərin göstərilməsi; 

– malların satışı; 

– faizlər; 

– royaltilər; 

– dividendlər və ya onların ekvivalentləri; 




 

372 


 

–  gəlirin  hər  bir  mühüm  kateqoriyasına  daxil  olan  malların  və  ya 

xidmətlərin mübadiləsindən yaranan gəlir məbləği. 

Hiperinflyasiya  şəraitində  Maliyyə  Hesabatları  üzrə  məlumatın 

açıqlanması 

Aşağıdakı məlumatlar açıqlanmalıdır: 

–  maliyyə  hesabatlarının  və  əvvəlki  dövrlər  üzrə  müvafiq  rəqəmlərin, 

əməliyyat  valyutasının  ümumi  alıcılıq  qabiliyyətində  dəyişikliklər  nəzərə 

alınmaqla,  yenidən  hesablandığı  və  beləliklə  hesabat  tarixində  qüvvədə  olan 

qiymətləndirmə vahidləri ilə təqdim olunduğu faktı;  

– hesabat tarixində qiymət indeksinin adını və səviyyəsini cari və əvvəlki 

hesabat dövrləri ərzində indeksdə baş verən dəyişikliklər. 



Tikinti müqavilələri üzrə məlumatın açıqlanması 

Təşkilat aşağıdakıları açıqlamalıdır: 

–  tikinti  müqaviləsi  üzrə  gəlirin  hesabat  dövründə  gəlir  kimi  tanınmış 

məbləği; 

–  tikinti  müqaviləsi  üzrə  gəlirin  hesabat  dövründə  tanınmış  məbləğinin 

müəyyənləşdirilməsində istifadə edilmiş metodlar; 

–  başa  çatdırılmamış,  yəni  yerinə  yetirilmə  prosesində  olan  tikinti 

müqavilələrinin  tamamlanma  mərhələsinin  müəyyənləşdirilməsi  üçün  istifadə 

olunan metodlar. 

Hesabat tarixində başa çatdırılmamış, yəni yerinə yetirilmə prosesində olan 

tikinti müqavilələri üzrə təşkilat aşağıdakıların hər birini açıqlamalıdır: 

–  hesabat  tarixinə  çəkilmiş  xərclərin  və  tanınmış  mənfəətin  (tanınmış 

zərərlər çıxılmaqla) ümumi məbləğini; 

– alınmış avansların məbləğini.  

Təşkilat aşağıda qeyd olunanları təqdim etməlidir: 

–  aktiv  kimi  –  tikinti  müqaviləsi  üzrə  nəzərdə  tutulmuş  işlərə  görə 

sifarişçilərdən alınmalı olan ümumi məbləği; 

–  öhdəlik  kimi  –  tikinti  müqaviləsi  üzrə  nəzərdə  tutulmuş  işlərə  görə 

sifarişçilərə ödənilməli olan ümumi məbləği. 



 

373 


 

Ehtiyatlar üzrə məlumatın açıqlanması 

Maliyyə  hesabatlarının  qeydlərində  aşağıdakılar  haqqında  məlumat 

açıqlanmalıdır: 

– qəbul edilmiş uçot siyasətində ehtiyatların dəyərinin hesablanması üçün 

istifadə edilən üsullar (metodlar); 

– ehtiyatların ümumi balans dəyəri, o cümlədən ehtiyatlar maddəsinin ayrı-

ayrı hesabları və subhesabları üzrə balans dəyəri; 

– satış üzrə xərclər çıxılmaqla, ədalətli dəyəri ilə uçota alınmış ehtiyatların 

balans dəyəri; 

– hesabat dövrü ərzində ehtiyatların xərc kimi tanınmış məbləği; 

– hesabat dövrü ərzində ehtiyatların xərc kimi tanınaraq silinmiş məbləği; 

–  hesabat  dövrü  ərzində  ehtiyatların  xərc  kimi  tanınmış  məbləğinin 

azalması kimi tanınan hər hansı bərpa edilən məbləğ

–  ehtiyatların  silinməsinin  bərpasına  gətirib  çıxaran  hadisələr  və  ya 

səbəblər;  

– öhdəliklər üzrə girov qoyulmuş ehtiyatların balans dəyəri. 



İcarə: 

Maliyyə icarəsi: 

İcarəçi maliyyə icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir: 

– aşağıdakı dövrlərdən hər biri üçün ləğv edilməyən əməliyyat icarəsi üzrə 

gələcək minimal icarə ödənişlərinin cəmi; 

– bir ildən artıq olmayan dövr; 

– bir ildən çox, lakin beş ildən artıq olmayan dövr; 

– beş ildən artıq olan dövr; 

–  hesabat  tarixində  ləğv  edilməyən  subicarə  üzrə  alınması  gözlənilən 

gələcək minimal subicarə ödənişlərinin cəmi; 

– minimal icarə ödənişləri və subicarə ödənişləri üçün ayrı-ayrı məbləğləri 

göstərərək, xərc kimi tanınan icarə və subicarə ödənişləri; 

–  icarəçi  tərəfindən bağlanan  əhəmiyyətli  icarə  müqavilələrinin  aşağıdakı 

şəkildə ümumi təsviri;  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə