Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə111/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

 

360 


 

hesabları”,  105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində əks 

etdirilir. 

Cəmi  xaricolmalar  sətrində  təşkilatın  hesabat  dövrü  və  əvvəlki  dövr  üzrə 

yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir. 

Maliyyələşdirmə  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  xalis  hərəkəti 

sətrində  cəmi  daxilolmalar  sətrində  göstərilmiş  məbləğdən  cəmi  xaricolmalar 

sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir. 




 

361 


 

13.4. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) üzrə 

hesabat 

 

Pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  xalis  artması  (azalması) 

bölməsində  pul  vəsaitlərinin  hərəkəti  barədə  aşağıdakı  sətirlər  üzrə 

ümumiləşdirilmiş məlumatlar göstərilməlidir: 

– Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması);  

– Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq; 

– Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq. 

Pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  xalis  artması  (azalması) 

sətrində  təşkilatın  hesabat  dövrü  üzrə  və  əvvəlki  dövr  üzrə  əməliyyat 

fəaliyyətlərindən 

yaranan 

pul 


vəsaitlərinin 

xalis 


hərəkəti, 

investisiya 

fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  xalis  hərəkəti  və  maliyyələşdirmə 

fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  xalis  hərəkəti  sətirlərində  göstərilən 

məbləğlərin cəmi əks etdirilir. 

Pul  vəsaitləri  və  onların  ekvivalentləri  üzrə  ilin  əvvəlinə  olan  qalıq 

sətrində təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə ilin əvvəlinə “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasına  əsasən  10  №-li  “Pul  vəsaitləri  və  onların 

ekvivalentləri” maddəsi üzrə qalıq məbləği əks etdirilir. 

Pul  vəsaitləri  və  onların  ekvivalentləri  üzrə  ilin  sonuna  olan  qalıq 

sətrində  təşkilatın  hesabat  dövrü  üzrə  və  əvvəlki  dövr  üzrə  ilin  sonuna  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasına  əsasən  10  №-li  “Pul  vəsaitləri  və  onların 

ekvivalentləri” maddəsi üzrə qalıq məbləği əks etdirilir. 

İlin  sonuna  qalıq  məbləği  pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  xalis 

artması (azalması) və pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan 

qalıq sətirlərində əks olunan məbləğlərin cəminə bərabər olmalıdır. 




 

362 


 

XIV FƏSİL. Büdcə təşkilatlarında uçot siyasəti və izahlı qeydlər 

 

14.1.  Uçot siyasəti  və  izahlı  qeydlərin  məzmunu,  14.2.  Uçot  siyasətinin təqdim  edilməsi,  14.3. Maliyyə 

hesabatlarında  göstərilməyən,  Milli  Mühasibat  Uçotu  Standartları  ilə  tələb  olunan  informasiyanın 

açıqlanması,  14.4.  Büdcə  təşkilatlarının  maliyyə  hesabatlarında  göstərilməyən  uçot  siyasəti  və  uçot 

qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması.  

 

14.1. Uçot siyasəti və izahlı qeydlərin məzmunu 



 

Maliyyə  hesabatlarının  əsas  tərkib  hissələrindən  biri  olan  “Əhəmiyyətli 

uçot  siyasətləri  və  izahlı  qeydlər”  tərtibi  üzrə  tələblər  Azərbaycan  Respublikası 

Maliyyə  Nazirliyinin  13  yanvar  2009-cu  il  tarixli  İ-05  nömrəli  əmri  ilə  təsdiq 

edilmiş  Büdcə  Təşkilatları  üçün  müvafiq  Milli  Mühasibat  uçotu  Standartları  ilə 

müəyyən edilmişdir. 

Maliyyə hesabatlarının istifadəçiləri və bu hesabatların anlaşıla bilməsi və 

onların  digər  təşkilatların  maliyyə  hesabatları  ilə  müqayisə  edilə  bilməsi  üçün 

“Əhəmiyyətli  uçot  siyasətləri  və  izahlı  qeydlər”  göstərilən  informasiya  aşağıdakı 

kimi təqdim olunmalıdır: 

–  büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarına 

uyğunluğun açıqlanması; 

– tətbiq edilmiş əhəmiyyətli uçot siyasətinin xülasəsi; 

–  maliyyə  vəziyyəti  haqqında  hesabat,  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabat,  xalis  aktivlər/kapitalda  dəyişikliklər  haqqında  hesabat  və  pul 

vəsaitlərinin  hərəkəti  haqqında  hesabatın  və  bu  hesabatlarda  hər  bir  maddənin 

təqdim edilməsi qaydasında əks etdirilən maddələr üzrə köməkçi informasiya;  

– müvafiq standartlarla tələb olunan digər açıqlamalar.  

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən hesabat dövrü ərzində 

maliyyə  hesabatlarının  tərtib  olunması  zamanı  “Əhəmiyyətli  uçot  siyasətləri  və 

izahlı qeydlər”in quruluşu aşağıdakı kimi qruplaşdırılır: 



 

363 


 

– maliyyə hesabatlarının hazırlanması zamanı istifadə edilmiş uçot siyasəti 

haqqında informasiya təqdim edilməlidir

–  maliyyə  vəziyyəti  haqqında  hesabat,  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabat,  xalis  aktivlər/kapitalda  dəyişikliklər  haqqında  hesabat  və  pul 

vəsaitlərinin  hərəkəti  haqqında  hesabatda  göstərilməyən,  lakin  Büdcə  Təşkilatları 

üçün  Milli  Mühasibat  Uçotu  Standartları  ilə  tələb  olunan  informasiya 

açıqlanmalıdır; 

–  maliyyə  vəziyyəti  haqqında  hesabat,  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabat,  xalis  aktivlər/kapitalda  dəyişikliklər  haqqında  hesabat  və  pul 

vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilməyən, lakin bu hesabatların hər 

birinin anlaşıla bilməsi üçün zəruri olan əlavə informasiya təqdim edilməlidir. 

 

 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə