Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə108/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   134

 

349 


 

12.4. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat 

 

“Xalis  aktivlərdə  (kapitalda)  dəyişikliklər  haqqında  hesabat”ın  forması 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  13  yanvar  2009-cu  il  tarixli  İ-05 

nömrəli  əmri  ilə  təsdiq  edilmiş  Büdcə  Təşkilatları  üçün  “Maliyyə  hesabatlarının 

təqdimatı üzrə” 1 №-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir. 

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilat  tərəfindən  əvvəlki  və  cari 

hesabat dövrü ərzində “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat” 

da  xalis  aktivlərin  (kapitalın)  aşağıdakı  tərkib  hissələri  üzrə  informasiya 

qruplaşdırılmaqla təqdim olunur: 

– Ödənilmiş səhmdar kapital; 

– Digər ehtiyat fondları; 

– Məzənnə fərqləri üzrə fondlar; 

– Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər). 

Xalis  aktivlərin  (kapitalın)  tərkib  hissələri  haqqında  informasiya  dövlət 

büdcəsindən  maliyyələşən  təşkilatın  əvvəlki  və  cari  hesabat  dövrü  ərzində 

aşağıdakı ardıcıllıqla ümumiləşdirilərək təqdim olunmalıdır. 

– Əvvəlki hesabat dövrünün əvvəlinə balans sətri üzrə: 

 –  ödənilmiş  səhmdar  kapital  sütununda  təşkilatın  əvvəlki  hesabat 

dövrünün  əvvəlinə  501  №-li  “Nizamnamə  (nominal)  kapitalı”  sintetik  hesabında 

əks etdirilən məbləğdən 502 №-li “Nizamnamə (nominal) kapitalının ödənilməmiş 

hissəsi”  sintetik  hesabında  uçota  alınan  məbləğ  çıxılmaqla  təqdim  olunan 

ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği; 

–  digər  ehtiyat  fondları  sütununda  təşkilatın  əvvəlki hesabat  dövrünün 

əvvəlinə  531  №-li  “Yenidən  qiymətləndirmə  üzrə  ehtiyat”,  533  №-li 

“Qanunvericiliyə  əsasən  yaradılan  ehtiyat  fondları”,  535  №-li  “Digər  ehtiyat 

fondları”  sintetik  hesablarında  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar  üzrə 

qalıq məbləğlərinin cəmi;  



 

350 


 

–  məzənnə  fərqləri  üzrə  fondlar  sütununda  təşkilatın  əvvəlki  hesabat 

dövrünün  əvvəlinə  535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq 

subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği;  

–  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş  zərər)  sütununda  təşkilatın 

əvvəlki  hesabat  dövrünün  əvvəlinə  541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət 

(zərər)”,  543  №-li  “Keçmiş  illər  üzrə  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş 

zərər)”,  544  №-li  “Elan  edilmiş  dividendlər”  sintetik  hesablarında  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. 

Uçot siyasətində dəyişikliklər sətri üzrə: 



–  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş  zərər)  sütununda  təşkilatın 

əvvəlki  hesabat  dövrünün  əvvəlinə  542  №-li  “Uçot  siyasətində  dəyişikliklər  və 

əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (ödənilməmiş zərər) üzrə düzəlişlər” sintetik 

hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği göstərilir. 

Əvvəlki hesabat dövrünün əvvəlinə düzəliş edilmiş balans sətri üzrə: 

–  əvvəlki  hesabat  dövrünün  əvvəlinə  balans  və  uçot  siyasətində 

dəyişikliklər  sətirlərinə  uyğun  olaraq  müvafiq  sütunlarda  əks  olunmuş 

ümumiləşdirilmiş məlumatların qalıq məbləğlərinin cəmi göstərilir. 



Əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər 

Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə: 



– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 

535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesablarında uçota 

alınan ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Əmlakın əvəzsiz verilməsindən qazanc və itkilər sətri üzrə: 



– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 

535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota 

alınan ümumiləşdirilmiş məlumatlar göstərilir. 

İnvestisiyaların  yenidən  qiymətləndirilməsindən  qazanc  və  itkilər  sətri 

üzrə: 



 

351 


 

 



digər  ehtiyat  fondları  sütununda  təşkilatın  əvvəlki  hesabat  dövrü 

üzrə  535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq 

subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Xarici ölkələrdə aparılan fəaliyyətlərdən yaranan məzənnə fərqi sətri üzrə: 

 

məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat 



dövrü  üzrə  541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)” 

sintetik 

hesabının 

müvafiq 


subhesablarında 

uçota 


alınan 

ümumiləşdirilmiş məlumatlar göstərilir.  

Xalis aktivlərdə (kapitalda) tanınan gəlir sətri üzrə: 

– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə 

535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota 

alınan ümumiləşdirilmiş məlumatlar;  

–  məzənnə  fərqləri  üzrə  fondlar  sütununda  təşkilatın  əvvəlki  hesabat 

dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının 

müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.  

Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə: 



–  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş  zərər)  sütununda  təşkilatın 

əvvəlki  hesabat  dövrü  üzrə  541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət(zərər)” 

sintetik hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə: 

– əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklərə aid 

olan  sətirlərinə  uyğun  olaraq  müvafiq  sütunlarda  əks  olunmuş  ümumiləşdirilmiş 

məlumatların cəmi göstərilir. 

Əvvəlki hesabat dövrünün sonuna balans sətri üzrə: 

–  əvvəlki  hesabat  dövrünün  əvvəlinə  düzəliş  edilmiş  balans  və  dövrə  aid 

cəmi  tanınan  gəlirlər  və  xərclər  sətirlərinə  uyğun  olaraq  müvafiq  sütunlarda  əks 

olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir. 

Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə